B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə16/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   12   13   14   15   16   17   18   19   ...   131

 

47 


və  nəzəri  biliklər  verilməlidir.  Bunun  üçün  də  müəllim  təlimin 

müvəffəqiyyətlə  həyata  keçirməsindən  ötürü  ilk  növbədə  fiziki 

hərəkətlərin  orqanizmə  eləcə  də  onun  orqanizmin  hansı  hissəsinə 

təsirini, sinifin (qrupun) fərdi fiziki və fizioloji imkanlarını bilməli və 

yeri gəldikcə tədris zamanı mütləq nəzərə almalıdır.  

Qeyd etməliyik ik, ibtidai təlim və orta təlim yaş dövründə uşaq 

və yeniyetmələrin özünəməxsus inkişaf etmə imkanları vardır. Bu yaş 

dövründə  oğlan  və  qızlar  daha  yaxşı  inkişaf  edir,  boy  atırlar.  Həmin 

yaşda  olan  uşaqların  sümüklərində  üzvi  maddələr,  eləcə  də  qığırdaq 

toxumları çoxluq təşkil edir. Bunlar isə bədənin elastik olmasına şərait 

yaradır  və  onun  xarici  mühitin  qıcıqlarına  qarşı  olan  davamlılığını 

minimuma endirir, iş görmə qabiliyyətini zəiflədir. 

   Yadda  saxlamaq  lazımdır  ki,  müvafiq  profilaktiv  tədbirlər 

görülməsə  bu  vaxt  orqanizm  müəyyən  fəsadlarla  üzləşə  bilər. 

Orqanizmin  intensiv  sürətlə  artması  ilk  növbədə  qeyri  normal  bel 

əyriliyi  ilə,  yastıayaqlılıqla  nəticələnir.  Bunların  qarşısını  almaq  üçün 

bədən  tərbiyəsi  proqram  tədris  materiallarının  yerinə  yetirilməsi 

mühüm əhəmiyyətə malikdir. Qamətin formalaşmasını və elastikliyini 

təmin  edən,  orqanizmin  əzələ  sümük,  ürək  qan-damar  sistemini  və 

tənəffüs  orqanlarını  möhkəmləndirən  hərəkət  və  oyunlardan  istifadə 

edilməlidir. Xüsusi və ümumi inkişaf etdirici əşyasız və əşyalarla fiziki 

hərəkətlər, gimnastika, müvazinət, dırmanma və üzgüçülük hərəkətləri 

icra olunmalıdır.  

Bədən  tərbiyəsi  dərslərində  tez-tez  xoşagəlməz  hadisələrlə  də 

qarşılaşırsan.  Bu  əsasən  qacış  zamanı,  alətlərdə  gimnastika 

hərəkətlərini  yerinə  yetirərkən  orta  məktəbyaşlı  şagirdlərin  xüsusən, 

qızların  sancılanması,  ürəkbulanması,  başgicəllənməsi,  gözləri 

qaralması, ürəkgetməsi halları ilə müşahidə edilir. Buna əsas səbəb orta 

təhsilalma  dövründə  şagirdlərin  əzələ-gücünü,  ürək  qan-damar 

sisteminin  tam  şəkildə  inkişafını  və  möhkəmliyini  tapa  bilməməsi  ilə 

yanaşı  beyin  hərəkət  mərkəzlərinin  lazımınca  inkişaf  etməməsidir. 

Göstərilən  vəziyyətlərin  aradan  qaldırılmasından  ötrü  açıq  və  təmiz 

havada  müntəzəm  olaraq  yeriş,  qaçış,  müvazinət,  hoppanma 

hərəkətlərini,  oturaraq  və  döşəmədə  uzanaraq  hərəkətləri  icra  etmək 

lazımdır.  Bu  hərəkətlər  qarın  əzələlərini,  tənəffüs  üzvlərini 

möhkəmləndirməklə bərabər, orqanizmə ümumi inkişafetdirici müsbət 

təsir göstərir. 



 

48 


Orta  məktəbyaşlı  şagirdlərin  fiziki inkişafı onların  güc,  sürət  və 

çeviklik  qabiliyyətlərinə  də  təsir  edir.  Tədqiqatlar  nəticəsində  aşkar 

olunmuşdur  ki,  kiçik  məktəbyaşlarından  orta  məktəbyaşlarının 

başlanğıcına  kimi  (9-13  yaş)  qızlarda  hündürlüyə  tullanma  sürətlə 

getsə  də  14-17  1aşlarda  isə  hündürlüyə  tullanmanın  nəticəsi  intensiv 

olmur.  Buna  əsas  səbəb  kimi  bu  yaşlarda  qızların  dizi  və  budu  açan-

bükən əzələlərin zəifləməsini göstərirlər. Çünki, həmin dövrdə qızların 

cinsi-bioloji  inkişafı  bu  əzələ  qüvvəsinin  inkişafına  mane  olur. 

Həqiqətən  də  həmin  əzələlərin  hündürlüyə  tullanmada  rolu 

əvəzedilməzdir.  Təlim  prosesində  qızların      fərdi  inkişafı  nəzərə 

alınmaqla onlara yüngül, asan icra olunan bədii gimnastika elementləri 

verilməlidir (iplə, lentlə, topla və s.). 

Fiziki  hərəkətlərin  köməyi  ilə  ağciyərlərin  hava  yollarını 

genişləndirmək,  bronxları  müalicə  etmək  olar.  Hərəkətlərlə 

sümüklərin,  sümük-bağ  aparatının  və  oynaqların  da  quruluşunda 

müsbət  dəyişiklik  etmək  mümkündür.  Bu  şərtlə  ki,  fizioloq  alimlərin 

dediyi kimi gimnastika hərəkətləri ilə mərkəzi sinir aparatının (beynin) 

elə  bir  funksional  inkişafına  nail  olmaqdır  ki,  bütün  sümük  əzələ 

sistemi,  beynin  əmrlərinə  əməl  edərək,  sadə  və  mürəkkəb  hərəkətləri  

böyük dəqiqliklə, tələb olunan qüvvə və sürətlə, arzu edilən kamilliklə 

icra  olunsun.  Bütün  bunlardan  belə  bir  qənaətə  gəlmək  olur  ki,  təlim 

zamanı  müxtəlif  ümumtəhsil  pillələrində  məşğul  olanların  fiziki 

inkişafı və fizioloji imkanlarını bilməklə kifayətlənməməli, onun daha 

uğurlu olması məqsədilə düzgün təlim və tərbiyə metodları seçib tətbiq 

etməyin özü də önəmlidir.  

 

 

 

2.2. Ümumi orta təhsil pilləsində şagirdlərin psixoloji 

xüsusiyyətləri onların fiziki tərbiyənin təlimində nəzərə alınması 

 

 

Şagirdlər  ümumi  orta  təhsil  yaş  dövründən  başlayaraq 

ümumtəhsil  fənlərindən  elmlərin  əsaslarını  öyrəndiyi  kimi,  fiziki 

tərbiyənin elmi əsaslarını onun həm nəzəri, həm də təcrübi məsələlərini 

də mənimsəməyə başlayırlar. Bu isə onlardan möhkəm  iradəyə  malik 

olmasını, mücərrəd təfəkkürün  inkişafını, diqqətin idarə olunmasını və 

fəaliyyətində müstəqil olmağı tələb edir. Bu o deməkdir ki, həmin yaş 



 

49 


dövründə təlim prosesi zamanı şagirdlərin psixoloji fəaliyyətləri inkişaf 

etdirilməli  və  formalaşdırılmalıdır.  Həmin  vəzifələrin  yerinə 

yetirilməsində  bədən  tərbiyəsinin  qarşısında  mühüm  tələblər  qoyulur 

və  bunların  lazımi  səviyyədə  həyata  keçirilməsində  fiziki  tərbiyənin 

təlimi  prosesinin  optimallaşdırılması  xüsusi  zərurət  kimi  meydana 

çıxır.  


Təlim  prosesinin  optimal  təşkili  üçün  başlıca  şərtlərdən  biri  də 

həmin  yaşda  olan  şagirdlərin  psixomotor  fəaliyyətlərini  və  fiziki 

iərbiyə  prosesində  onun  imkanlarını  nəzərə  almaq  olduqca  vacibdir. 

Əks  təqdirdə  hərəki  bilik  və  bacarıqların  öyrədilməsində,  hərəki 

vərdişdərin  aşılanmasında  ciddi  psixoloji  maneələr  qarşıya  çıxacaq, 

nəzərdə tutulan pedaqoji-metodik cəhətlərin həll olunması bir o qədər 

də asan olmayıb çətinləşəcəkdir.  

Burada  başlıca  vəzifələr  nədən  ibarətdir?  Fiziki  hərəkətlər  və 

oyunların  təlimi  zamanı  ehtiyac  duyulan  psixomotor  fəaliyyət  üçün 

zəruri  olan  hansı  psixoloji  şərtləri,  mexanizmləri  nəzərə  almaq 

lazımdır?  

Ümumi  orta  təhsil  yaşlı  şagirdlərin  psixoloji  fəaliyyətləri  kiçik 

yaşlı uşaqların psixoloji fəaliyətinə nə qədər yaxın olsa da banlar bir-

birindən əsaslı surətdə fərqlənir. Qeyd etməliyik  ki, ümumtəhsil yaşlı 

şagirdlər  bədən  tərbiyəsi  dərslərində  bir  çox  vacib  hərəki  vərdişlərə 

daha  tez  yiyələnə  bilirlər.  Bu  bir  tərəfdən  onunla  izah  olunur  ki,  bu 

yaşda olan şagirdlərin sümük-bağ aparatında müsbət dəyişikliklər olur, 

sümükləşmə prosesi xeyli güclənir, sümüklər sürətlə uzanmağa doğru 

inkişaf  edir,  ürək  qan-damar,  əzələ  və  tənəffüs  sistemləri  və  sair 

möhkəmlənir, maddalər mübadiləsi daha da yaxşılaşır.  

   Digər  tərəfdən  də  şagirdlərin  sinir  sistemi  öz  funksional 

fəaliyyətini  normal  şəkildə  icra  edir.  Xüsusən,  orqanizmin  üzv  və 

sistemlərinin  inkişafına  təkan  verir,  möhkəmləndirir.  Bu  isə 

orqanizmin  fəaliyyətinin  ayrı-ayrılıqda  və  ya  bütövlükdə  ümumi 

məqsədə    doğru    yönəldilməsini    təmin    edir.    Digər  cəhətdən  də 

oyanma  prosesi  ləngimə  prosesinə  nisbətən  müəyyən  üstünlük  təşkil 

edir.  

Bunlar  isə  mütəhərrikliyin  yüksəlməsi,  diqqətin  möhkəm 



olmaması,  fəaliyyətin  və  əhval-ruhiyyənin  tez-tez  dəyişməsi,  çoxlu 

planların  meydana  gəlməsi,  eləcə  də arzuların  artması  ilə,    sonsuz  və 

tükənməz  olması  ilə  müşahidə  edilir,  öz  əksini  real  həyatda  tapır. 

Həmin  yaş dövrünü cinsi yetişkənlik dövrü adlandırırlar.  Bu da istər-




Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə