B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə18/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   14   15   16   17   18   19   20   21   ...   131

 

52 


yerinə  yetirməyi  imtina  edir.  Min  cür  bəhanələr  gətirməklə  dərsdən 

yaxasını qurtarmağa çalışır və nail olurlar. 

Bəs,  onda  nə  etməli?  Biz  yuxarıda  qavrama  haqqında  bəzi 

fikirlərimizi  qısa  da  olsa  demişik.  Lakin  fiziki  təlimin 

optimallaşdırılması  ilə  əlaqədar  qarşıya  çıxan  çətinlikləri  aradan 

qaldırmaq  məqsədilə  yenə  də  qavrama  və  şagirdlərin  müşahidəçilik 

qabiliyyətlərinin bir cəhətinə müraciət etmək istəyirik. Qeyd etdiyimiz 

kimi, ümumi orta təhsil yaşlı şagirdlərdə ardıcıl təlim nəticəsində onlar 

əşyaları və hadisələri hissə-hissə və bütövlükdə qavrama qabiliyyətinə 

yaxşı  yiyələnirlər.  Bu  isə  idrak  fəaliyyətində  mühüm  rol  oynayan 

müşahidə  etmə  qabiliyyətinin  inkişafına  səbəb  olur.  Lakin  unutmaq 

olmaz ki, uşaqlarda müşahidə etmə, hərtərəfli dərin, bəzən də səthi və 

ya aldadıcı da ola bilər. Qavrama və müşahidə etmək olar ki, bu yaş da 

bir növü yaranma-qurulmalar mərhələsindədir.  

   Fiziki  tərbiyənin  təlimi  zamanı  qavrama  və  müşahidəçilik 

qabiliyyətinin yenicə inkişaf etməyə başlaması ərəfəsində, onun inkişaf 

etdirliməsinə  çox  böyük  ehtiyacı    vardır.  Bura  da  ayrı-ayrı  idman 

növləri  üzrə  texniki  fəndlərin  yerinə  yetirilməsinin  qavranılması 

məqsədilə müəllimin həmin texniki fəndlərin icra olunmasını izah etmə 

yolu ilə şərhi və bunların üzərində şagirdlərin fəal müşahidələrini təşkil 

etməsi,  diqqətlərini  ümumi  məqsədə  cəmləşdirməsi  olduqca  zəruridir. 

Fiziki  tərbiyə  təliminin  göstərilən  qaydada  təşkili  şagirdlərin  qavrama 

və 

müşahidə 



etmə 

qabiliyyətlərini 

inkişaf 

etdirmək 

və 

möhkəmləndirməklə  yanaşı,  texniki  fəndlərində lazımi  səviyyədə  icra 



olunmasına kömək göstərir. 

Ümumi  orta  təhsil  yaşlı  uşaqlar  diqqəti  toplayıb  əsas  məqsədə 

yönəldə bilirlər. Hərəkətlər və təşkil olunan oyunlar mürəkkəb olsa da 

şagirdlərin onları mənimsəmə imkanları genişdir. Çünki, həmin yaşda 

uşaqların  texniki  fəndləri  və  taktiki  variantları  görmə  və  qavramaq 

imkanları  yüksək  olur,  səsin  isə  hansı  tərəfdən  gəlməsini  müəyyən 

etməklə  bunun  fəndlərin  düzgün  icrasındakı  mahiyyətini  də  dərk 

edirlər. Xüsusi ilə hərəkətlərin müəyyən bir ahənglə musiqinin sədaları 

altında  yerinə  yetirilməsi  şagirdlərin  əhval-ruhiyyəsini  yaxşılaşdırır, 

dərsə  marağını  və  diqqətini  xeyli  yüksəldir.  Bütün  bunlarda  fiziki 

təlimin optimal qurulmasında mühüm rol oynayır. Lakin qıcıqlandırıcı 

səslər,  ritm  ilə  və  müvafiq  templə  yerinə  yetirilməyən  hərəkətlər 

şagirdləri  əsəbiləşdirir,  diqqətini  dərsdən  yayındırır  və  tez  yorulmaya 

şərait yaradır. 




 

53 


Fiziki  tərbiyə  təliminin  optimal  təşkili  uşaqların  yaddaşı  ilə  də 

sıx əlaqədardır.  Buna görə də  onlar yeni fəndlərin icrasını və taktiki  

variantların    mənimsənilməsini  əvvəllər  öyrənilmişləri  yada  salmaqla 

yerinə yetirilmələri  təlimə müsbət təsir göstərir.  Burada  başlıca  şərt  

vaxtı ilə keçilmiş materialları təhlil və müqayisə etmək, tutuşdurmaq, 

fərqli  cəhətlərini  aşkara  çıxarıb  onların  gözləri  qarşısında 

canlandırmaq, habelə keçmiş təsəvvürləri bərpa etmək, yeni materiallar 

ilə  əvvəllər  mənimsənilmiş  materiallar  arasında  əlaqə  yaratmaq  və 

bunların  birliyini  möhkəmlətməkdən  ibarətdir.  Təlimin  göstərilən 

qaydada  təşkili  şagirdlərin  hərəki  fəallığının  artmasına,  ayrı-ayrı 

hərəkətlərin  yerinə  yetirilmə  mexanizminin  yada  düşməsinə  və  fəal 

işləməsinə səbəb olur. Beləliklə, şagirdlərdə qarşıda duran vəzifələrin 

həyata  keçirilməsinə  düşüncəli,  məqsədyönlü  yanaşmağın  imkanları 

xeyli genişlənir, ümumtəlim nəticələrinə müvəffəq olmağı sürətləndirir 

və fiziki hərəkət normativlərinin verilməsini asanlaşdırır.  

Ümumtəhsil  fənlərinin  tədrisi  nəticəsində  məktəbyaşlı  uşaqlar 

hər  bir  hərəkətə  hörmətlə  yanaşmaqla  bərabər,  həm  də  müəllimə  və 

özünə  tələbkar  olur.  Bu  sahədə  sərbəst  olmağa  ciddi  səy  göstərirlər. 

Onların hərəkətlərin yerinə yetirilməsi barədə özlərinə məxsus fikirləri 

də  olur.  Buna  görə  də  fiziki  tərbiyənin  təlimi  vaxtı  müxtəlif 

vasitələrdən  o  cümlədən  idrakın  fəallaşdırılması  yolu  ilə  uşaqların 

hərəki  fəallığını  yüksəltmək  mümkündür.  Burada  fiziki  hərəkətlər 

yerinə  yetirildikdən  sonra  yəni  müşahidələri  başa  çatdıqdan  sonra 

hərəkətlərin icrası texnikasını, taktiki variantlarını şagirdlərin özlərinin 

söz vasitəsi ilə izah etməsinə, nümayiş etdirməsinə şərait yaratmalıdır. 

Bu  prosesdə  uşaqlar  izahatında  səhvlərə  də  yol  verə  bilərlər.  Həmin 

səhvlər və onların aradan qaldırılması yolları bədən tərbiyəsi müəllimi 

tərəfindən səbirlə, peşəkarlıqla aradan qaldırılmalıdır.  

Şagirdlərin  idrak  fəallığının  yüksəltməkdə  mövzu  ətrafında  

problem  situasiyanın  yaradılması  da  vacib   pedaqoji amillərdən biri 

hesab olunur. Burada öyrədilən hərəkətlərlə bağlı şagirlərin qarşısında 

sualların  qoyulması  və  suallara  cavab  vermələrini  tələb  etməkdə 

problem  situasiyanın  müəyyən  elementlərindən  sayılır.  Buna  aid  belə 

bir  misal  göstərək.  Turnikdə  dartınaraq  dayağa  qalxmaq  öyrədilirsə, 

əvvəllər  öyrədilmiş  dayaga  qalxmalarla  əlaqədar  uşaqlara  belə  sual 

vermək  mümkündür:  Siz  əvvəllər  dayağa  qalxmanı  necə  icra 

etmişsiniz?  Hazırda  yerinə  yetirdiyiniz  dayağa  qalxma  hərəkətinin 

əvvəllər  öyrəndiyiniz  hərəkətlə  fərqi  vardırmı?  Əgər  vardırsa  həmin 




Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə