181
Kəpənəyin tutulması
Tərbiyəçi oynayan uşaqlardan 4 nəfərini seçib ayırır. Bunlar
topla kəpənək tutan uşaqları, qalan uşaqlar isə «kəpənəkləri» təmsil
edirlər. Əllərində tor olan uşaqlar bir tərəfə (meydançanın kənarına)
çəkilirlər. Tərbiyəçi onların yanında dördbucaq bir yer – «qutu» cızır.
Tutulmuş «kəpənəkləri» uşaqlar ora toplamalıdırlar.
Tərbiyəçi «uçun» dedikdə «kəpənəklər»in hamısı meydançada
uçur. «M» işarəsi üzrə ayrılmış 4 uşaqdan ikisi «kəpənəkləri» vurmağa
çalışır.
Onlar kəpənəklərin yanında əllərini bir-biirinə vuraraq
«kəpənəkləri» tuturlar, sonra onları «qutuya» - cizgi çəkilmiş yerə
aparırlar.
Uşaqlar tutduqları «kəpənəkləri» apararkən, o biri «kəpənəklər»
cəld «gülün» üstünə qonub durduqları yerdə hərəkətsiz dayanırlar. Bu
zaman otaqda – meydançada sakitlik olur.
Tərbiyəçinin yenidən «tutun» işarəsi ilə qalan 2 uşaq «kəpənək»
tutmağa gedir.
3-5 «kəpənək» tutduqdan sonra hər uşağın neçə «kəpənək»
tutduğu qeyd olunur. Sonra «kəpənək» tutmaq üçün başqa uşaqlar
seçilir və oyun yenidən başlanır.
Oyunu 6-8 dəfə təkrar etmək olar.
Əsas hərəkət – dartınma halqadan keç
Meydançanın mərkəzində bir-birindən 1 – 2 addım aralı
məsafədə 5 – 6 halqa qoyulur.
Meydançanın (otağın) bir tərəfində bir xətt üzərində halqalarla
qarşı-qarşıya onların sayı qədər bayraqlar düzülür. Meydançanın o biri
tərəfində yenə bir xətt çəkilir. Xəttin o tərəfində uşaqlar 5-6 manqaya
bölünüb düzlənirlər.
Hər manqa öz halqasının qarşısında sıraya düzülür. Tərbiyəçinin
«Başlayın» işarəsi ilə hər manqada dayanmış birinci uşaq öz
halqasının yanına qaçıb çöməlir və halqanı götürüb onu yerə qoyaraq
şaquli vəziyyətdə saxlayır. Tərbiyəçinin : «Bir, iki, üç» - deməsi ilə
manqalarda ikinci dayanmış uşaqlar qaçırlar. Onlar halqanın içindən
keçir, bayraqların yanına qaçıb onları yuxarı qaldırırlar.
182
Sonra həmin uşaqlar bayraqları yerinə qoyaraq halqaları tutan
yoldaşlarını əvəz edirlər. Onlar isə qaçıb öz manqasının axırında
dayanırlar. Yenə də birinci dayanmış uşaqlar tərbiyəçinin: «Bir, iki, üç,
qaç» işarəsi ilə bayraqlara tərəf qaçırlar. Hər dəfə manqadakı birinci
uşaq bayrağı götürməyə qaçdıqda, o biriləri manqa xəttinə doğru irəli
gəlirlər. Bayrağı yuxarı qaldıran uşaqların sayı çox olan manqa oyunu
udmuş olur.
Halqanı tut
İki uşaq kiçik məsafə, iki-üç metrlik məsafədə qarşı-qarşıya
dayanırlar. Onlardan biri əlindəki kiçik halqanı atır, o biri isə tutur
(əvvəllər əl ilə, sonralar ağacla tutur). Bu bacarıqlara yiyələndikdən
sonra uşaqlar oyun variantının öhdəsindən asanlıqla gəlir və onu
həvəslə oynayırlar.
Uşaqlar cüt-cüt ayrılaraq 3 – 4 metr məsafədə qarşı-qarşıya
dayanırlar. Onlardan birində (şərtə görə) əlində ağac, digərində isə
ağac və bir neçə halqa olur (əvvəllər 2, sonra 3-4), axırıncı halqanı
ağacın ucuna keçirib onlar bir-bir öz yoldaşlarına tərəf atır, o da öz
ağacı ilə halqanı tutur, halqaların hamısı atıldıqda tutulan halqalar
sayılır, bundan sonra uşaqlar rollarını dəyişirlər.
Çoxlu halqa tutmuş uşaq oyunda qalib hesab olunur.
Bayrağın yanına kim tez qaçar
Uşaqlar otağın bir tərəfində düzülmüş stullarda otururlar.
Bunlardan 8-6 addım aralı xətt çəkilir ki, bunun da üzərində 4 – 5 uşaq
dayanır.
Otağın (meydançanın) o biri tərəfində çəkilmiş xətdən 18-20
addım məsafədə hər bir uşağın qarşısına stul düzülür və üzərində
bayraq qoyulur. Stullar bir cərgədə qoyulmalıdır.
183
Tərbiyəçinin: «Bir, iki, üç, qaç» - deməsi ilə xətt üzərində
dayanmış uşaqlar bayrağa tərəf qaçıb onları götürür və yuxarı
qaldıraraq, yenə də yerinə qoyurlar.
Tərbiyəçi bayrağı birinci qaldıran uşağı qeyd edir, sonra onlar
gedib öz yerlərində otururlar. Yenidən 4-5 uşaq gəlib həmin xəttin
üzərində dayanır.
Hər uşağın bir dəfə bayrağa tərəf qaçması ilə oyun qurtarır.
Oyunu iki-üç dəfə təkrar etmək olar.
Çoban
Yer: Meydança və ya dəhliz.
Hazırlıq: meydançanın mərkəzində iki konsentrik dairə çəkilir.
Birincinin diametri 2 metr, ikincinin diametri isə 4 metrdir.
Oyunun təsviri: Bütün oyunçular iki bərabər komandaya
bölünürlər. Komandaların kapitanları («çoban») seçilir. Püşkə əsasən
komandanın biri dairəyə daxil olur. Həmin komandanın kapitanı birinci
və ikinci dairənin arasında gəzişir, özünü və yoldaşlarını
hücumçulardan qoruyur. Hücum edən komanda isə çalışır dairədəki
oyunçuları və kapitanı dairədən çıxarsın, özü isə tutulmasın. Dairədəki
oyunçular və kapitanlar çalışırlar, hücumçuları dairə daxilinə tutub
salsınlar. Tutulmuş oyunçu oyundan çıxır.
Oyunun müddəti 10-15 dəqiqədir.
Oyunun qaydası:
1. Rəqib komandanın oyunçusunu tutub saxlayan oyunçu «oldu»
deməlidir.
2. Hər iki komandanın iştirakçılarına bir-birini birinci və ikinci
dairədə tutmağa icazə verilir.
3. Oyunçunu ancaq əllə tutmağa icazə verilir.
Metodiki göstəriş: uşaqların oyun qaydalarına riayət etmələrinə,
müdafiəçilərin xəttən kənara çıxmalarına diqqət vermək lazımdır.
Oyunda uşaqlar kollektivdə mütəşəkkil fəaliyyətə öyrəşirlər.
Ailədə səhər gimnastikası
Dostları ilə paylaş: |