B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə7/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   2   3   4   5   6   7   8   9   10   ...   131

 

23 


formalarına  uyğun  metodlar,  vasitələr,  məzmun,  eyni  zamanda 

vəzifələr  müəyyənləşdirilmiş  olsun.  Deyilənlər  eyni  vaxtda,  həm  də 

bir-biri ilə əlaqəli şəkildə aparılmalıdır. Bütün bunlar təlimin səmərəli 

formasının seçilməsinə səbəb olur.  

Yuxarıda  sadalanan  komponentlərdən  kompleks  istifadə 

olunması təlimdə nailiyyət qazanılmasında ən başlıca şərtlərdən sayılır 

və  bu  təlimdə  fəallaşmağa  müsbət  təsir  göstərir,  tədris  materialının 

mənimsənilməsini şərtləndirir. 

Fiziki 

tərbiyənin  təlim  prosesinin  düzgün  təşkili  və 



keçirilməsində yalnız pedaqoji komponentlərin təlim dövründə düzgün 

tətbiqi  ilə  kifayətlənməməlidir.  Fiziki  tərbiyənin  tədrisi  zamanı 

məktəbli gigiyenasına riayət edilməsi, təlim üçün mənəvi-psixoloji və 

estetik şəraitin yaradılması da əhəmiyyətli komponentlərdəndir. Təlim 

prosesi  üçün  maksimum  dərəcədə  məqsədəuyğun  sanitariya-gigiyena 

şəraitinin  yaradılmasıda  nəzərə  alınmalıdır.  Tədris-tərbiyə  işlərinin 

səviyyəsinin yüksəldilməsində ümumi pedaqoji prinsiplərin rolu böyük 

olsa  da,  təlim  prosesi  elmi  surətdə  təşkil  olunsa  belə  bu  təlimin  tam 

müvəffəqiyyətlə  həlli  hələ  demək  deyildir.  Şagirdlərin  təlim  tərbiyə 

işində  və  sürətli  inkişafının  təmin  edilməsində  tədris  prosesinin 



optimallaşdırılması  prinsiplərinin  də  tətbiqinə  ehtiyac  duyulur.  Bu 

şərtlə  ki,  bunlar  müəllim  və  şagirdlərin  tam  idrak  fəallığı  əsasında 

həyata  keçirilmiş  olsun.  Təlim  prinsiplərindən  bir  tərəfli  və  yaxud 

həddindən  artıq  istifadə  heç  də  təlimin  uyğun  prinsipinin  təmini 

deyildir.  Burada  prosesin  optimal  qurulması    başlıca  amildir.  Həmin 

prinsip  bir  tərəfdən  didaktik  prinsiplərin  sistemlə  tətbiqinə,  digər 

tərəfdən  isə  göstərdiyimiz  tələblərin  hər  birinin  daha  yaxşı  istifadəsi 

üçün  lazımi  zəmin  yaradır,  habelə  onların  düzgün  tətbiqini  təmin 

etməklə tədrisin səmərəliliyini daha da yüksəldir. 

      Şagirdlərin  hərtərəfli  inkişaf  etdirilməsi,  şəxsiyyət  kimi 

formalaşdırılması 

və 


mənəvi 

aləminin 

zənginləşdirilməsinin 

məqsədəmüvafiq  təşkilində  təlimin  kompleks  həllinə  yönəldilmiş 

prinsiplərinin  tətbiqi  daha  müvəffəqiyyətli  hesab  olunur.  Burda  da 

müəllimdən tələb olunur ki, dərsin qarşısında duran vəzifə və məqsədi 

həyata  keçirməkdən  ötrü  onun  əsas  və  başlıca  olanlarını  seçib  diqqət 

mərkəzində saxlamalı və ilk növbədə təlimini təmin etməyə ciddi səy 

göstərilməlidir 

Təlimdə  optimal  yanaşmanın  da  özünəməxsus  yeri  vardır. 

Burada  ayrı-ayrı  fiziki  hərəkət  və  oyunlar  öyrədilərkən  istər  hərəkət 



 

24 


texnikasının  və  istərsə  də  oyunların  nə  məqsədlə  icra  olunduğu  və 

keçirildiyinə  aydınlıq  gətirmək  tələb  edilir.  Bu  onunla  əlaqədardır  ki, 

məqsəd  və  vəzifələrin  aydınlığı  şagirdlərin təlimə  həvəsini  artırmaqla 

onun hərtərəfli və düşüncəli surətdə qavranılmasına kömək edir.  

Optimal yanaşmada əyanilik mühüm pedaqoji prinsiplərdən olub 

fiziki hərəkətlərin, fəndlərin və oyunların öyrənilməsində əvəzedilməz 

və  zəruri  rol  oynayır.  Hərəkətlərin  göstərilməsi  (canlı,  şəkil, 

illüstrasiya, demontrasiya, sxem, nəticəni göstərən cədvəl, test sualları 

və  s.)  ilk  növbədə  şagirdlərin diqqətlərini təlimə  toplayır,  təlimi  daha 

maraqlı  edir  və  beləliklə  onlar  hərəki  cəhdlərə  inamla,  şüurlu  olaraq, 

yüksək  fəallıqla  və  əhval-ruhiyyə  ilə  yanaşır,  nəticədə  gözlənilən 

nailiyyətləri daha asan əldə etmək imkanları qazanırlar.  

Fiziki  tərbiyə  təliminin  nəticəyönümlülüyü  hazırda  təhsil 

sistemində  ciddi  şəkildə  tələb  olunur.  Bu  işə  diqqət,  qayğı  günbəgün 

artırılır.  Fiziki  tərbiyədə  nəticəyönümlülüyü  təmin  edən  amillər 

araşdırılır  və  daha  da  təkmilləşdirilir.  Bu  məsələdə  təlim  metod  və 

vasitələrinin  düzgün  seçilməsi,  bir-biri  ilə  inteqrasiya  olunması  və 

tətbiqinin təmini həyatı əhəmiyyət daşımaqla, həmçinin mühüm təhsil 

mahiyyətinə malikdir.  

Sürətli inkişafı təmin edən bacarıqların, məqsədin, məzmunun və 

təlim  vəzifələrinin  yerinə  yetirilməsinin  tədris  şəraiti  onun  imkanları 

ilə  uyğunlaşdırılması  təlimin  reallaşdırılmasında  əlverişli  imkanlar 

yaradır.  Məzmunun  səciyyəvi            xüsusityyətlərinin,      öyrədən    və  

öyrənənin   təlim     

imkanlarının  nəzərə  alınması  da  hərəki  təlimin  səmərəliliyinin 

artırılması  üçün  optimal  şəraiti  təmin  edir.  Əgər  təlim  məqsədilə 

seçilmiş metodlar və vasitələr təhsil-tərbiyə vəzifələrinə, məzmuna və 

şagirdlərin  mənimsəmə  imkanlarına  cavab  vermirsə,  standart 

vasitələrdən,  metodlardan  kor-koranə  istifadə  olunursa,  bu  təlimə  öz 

mənfi təsirini göstərərək mənimsəmə imkanlarını aşağı səviyyəyə salır. 

Təlim  tərbiyə  prosesinin  təlimin  vəzifələrinə  və  məzmununa  uyğun 

gəlməsi,  onlara  müvafiq  metod  və  vasitələrdən  düzgün  istifadə 

edilməsi, şagirdlərin dərketmə və hərəkətləri icraetmə qabiliyyətlərinin 

nəzərə  alınması  fiziki  hərəkətlər  üzrə  tədris  materiallarının  düşüncəli, 

yüksək idrakı fəallıqla öyrənilməsinə təkan verir. 

Fiziki  tərbiyə  prosesinin  müvəffəqiyyətlə  nəticələnməsi  təlimin 

hansı  formada  təşkilindən  də  sıx  surətdə  asılıdır.  Fiziki  tərbiyənin 

təşkili formalarına dərs, sinifdən və məktəbdənxaric keçirilən tədbirlər, 




Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə