B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə9/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   5   6   7   8   9   10   11   12   ...   131

 

27 


təkrar  etmək  bir  tərəfdən  şagirdlərin  əksəriyyətinin  təlimdən  kənarda 

qalmasına  səbəb  olursa,  digər  tərəfdən  də  prosesin  gərgin,  cansıxıcı 

keçməsinə şərait yaradır.   

Bədən  tərbiyəsi  dərslərinin  mühüm  vəzifələrinə  isə  yüksək   

əhval-ruhiyyə      yaradılması,        kütləviliyə      nail  olunması,      məşğul   

olanın   inkişafına,  mənəvi  

keyfiyyətlərinin  yüksəlməsinə  müvəffəq  olmaq  lazımi  şərtlərdən 

biridir.  

Fiziki  tərbiyənin  təlimində  zəruri  bilik  və  bacarıqlara 

yiyələnmək, eləcə də vərdişlər aşılamaq tədris materialının həcmindən 

də mühüm dərəcədə asılıdır. Proqram tədris bölmələri üzrə ilk növbədə 

kompleks  vəzifələr  müəyyənləşdirildikdən  sonra  təlim-tərbiyənin 

məzmunu  konkretləşdirilməlidir.  Təlimin  məzmununa  aydınlıq 

gətirmək  üçün  birinci  olaraq  ictimai  həyatla  əlaqələndirmə,  eyni 

zamanda 

müvafiq 


əlverişlilik 

prinsipinə 

verilən 

tələblərə 

uyğunlaşdırılmalıdır.  Bütün  situasiyalarda  təlim  və  tərbiyə  işlərinin  

məzmununda elmiliyin də nəzərə alınması vacibdir.  

Bədən  tərbiyəsi  dərslərinin  tədrisi  prosesində  sinifdənkənar  və 

məktəbdənxaric  kütləvi  idman-sağlamlıq  tədbirlərinin  mahiyyəti, 

məzmunu və bu sahədə qarşıda qoyulmuş təlim-tərbiyəvi, psixomotor 

vəzifələr izah edilməli və anladılmalıdır. Həmin tədbirlərin digər yaxın 

fənlərlə  xüsusən,  anatomiya-fiziologiya,  biologiya  fənlərinin  tədrisi 

üzrə  keçirilən  işlərlə  daha  sıx  birgə  təşkilinin  vacibliyi  şagirdlərin 

nəzərinə  çatdırılmalı,  coğrafiya,  tarix  və  təbiətşünaslıq  fənləri  üzrə 

keçirilən  gəzintilər,  yürüş  və  ekskursiyalara  birgə  hərəkətetmənin 

vacibliyi  mənimsədilməlidir.  Təbiətlə  tanışlıq  və  tarixi  yerlərə 

ekskursiyalar    zamanı  asudə  vaxtlarda,  fasilələrdə  fəal  istirahət  etmək 

üçün müxtəlif yarışların təşkili, oyunların, qaçışların keçirilməsi tədris 

və həm də tərbiyəvi mahiyyət daşıyır.  

Yuxarıda  göstərilənlərdən  və  ümumtəhsil  məktəblərində 

aparılmış  təcrübədən  belə  qənaətə  gəlmək  olur  ki,  gümrahlıq,  yüksək 

əhval-ruhiyyə,  şənlik,  cəldlik,  çeviklik,  dözümlülük,  qarşıya  çıxan 

mürəkkəb və çətin təbii manelərin aradan qaldırılmasından, şagirdlərin 

hərtərəfli 

fiziki 


və 

zehni 


inkişafından, 

şəxsiyyət 

kimi 

formalaşmasından  ötrü  fəaliyyətlərin  tənzimlənməsini  təmin  edən 



komponentlərin  səmərəli tətbiqinə,  təhsil  mühtinin  yeniləşməsinə  nail 

olmalıdır.  Bütün  bunlar  fiziki  tərbiyənin  təlimində  öyrədən  və 




 

28 


öyrənənlərin  fəaliyyətinin  uyğunlaşdırılmasında  başlıca  amil  olmaqla, 

həm də mühüm stimullardandır. 



 

 

1.2.Fiziki tərbiyə üzrə ümumitəlim nəticələrinin 

reallaşdırılmasının başlıca meyarları 

 

Fiziki  tərbiyə  təliminin  lazımi  səviyyədə  təşkili  və  keçirilməsi 



elmi,  pedaqoji-metodik  proses  olmaqla  onun  reallaşdırılması  yüksək 

məsuliyyət və vacib hazırlıq işləri görülməsini tələb edir. Bu baxımdan 

fiziki 

tərbiyə  prosesi  elə  təşkil  olunmalıdır  ki,  təlimin 



intensivləşdirilməsi  üçün  vacib  olan  reallıqlar  həqiqi  mənada  onun 

əlamətləri  və  ünsürləri  öz  əksini  tapmış  olsun.  Bu  isə  müasir  təhsil 

sisteminin  həyata  keçirildiyi  bir  dövrdə  müəllim  və  şagirdlərin 

fəaliyyətlərinin  tənzimlənməsinin  real  imkanlarının  nəzərə  alınmasını 

və tədris şəraitinin yaradılmasını tələb edir. Bütün bunlar isə müvafiq 

meyarlara  əsaslanmalıdır.  Tədris  prosesində  tətbiq  olunan  bu 

meyarlarlar  konkret  olmalı,  sadədən  mürəkkəbə  doğru  iş  prinsiplərinə 

riayət  edilməlidir.  Yəni  müəllim  və  şagirdlərin  öyrətmə  və  öyrənmə 

qabiliyyətləri, ikincinin dərketmə, qavrama imkanları nəzərə alınmaqla 

fiziki 


tərbiyədən  tədris  materialları  tədricən  çətinləşdirilərək 

öyrədilməlidir. 

Təlimdə  nailiyyətlər  qazanılmasının  özü  tədrisin  intensiv 

təşkilinin  meyarlarından  sayıla  bilər.  Mənimsəmənin  ilk  baxışda 

müvəffəq olmasını təlimin başlanğıc dövrü üçün məğbul hesab etmək 

olar.  Təlmin  sonrakı  mərhələlərində  isə  fiziki  tərbiyədən  bilik  və 

bacarıqlara  yiyələnmək  və  bu  sahədə  lazımi  vərdişlərin  aşılanması 

tələbatı  nisbətən  artırılır,  mənimsəmə  keyfiyyətinin  yüksəldilməsinə 

diqqət yetirilir. Həmin dövrdən başlayaraq şagirdlər bilik səviyyələrinə 

görə əla, yaxşı, kafi oxuyanlara və qeyri-kafi alanlara bölünürlər.  

Şagirdlərin  müvəffəqiyyəti  yalnız  bununla  tamamlanmır,  tədris 

prosesində  şagirdlərin  qarşısında  daha  ciddi  və  məsuliyyətli  tələblər 

qoyulur.  Xüsusən,  fiziki  tərbiyə  prosesində  şagirdlərin  tərbiyə 

olunması,  fiziki  baxımdan  inkişaf  etdirilməsi  mühüm  vəzifə  kimi 

qarşıda durur və bu işə tələbat yüksəldilir. 

Şagirdlərin 

mənimsəmə 

müvəffəqiyyətləri, 

onların 

tərbiyələndirilməsi  və  şəxsiyyətyönümlü  inkişafı  fənn  müəllimi,  sinif 

rəhbəri,  məktəb  direktoru  tərəfindən  öyrənilir.  Şagirdlərin 



 

29 


nailiyyətlərinin öyrənilməsi müşahidə, müvafiq sorğular keçirilməsi və 

s.  yollarla  aparılır.  Onların  bədən  tərbiyəsi  və  idman  sahəsindəki 

nailiyyətləri  isə  kütləvi  bədən  tərbiyəsi  sağlamlıq  tədbirlərinin 

keçirilməsi,  müxtəlif  masştablı  yarışların,  oyunların  və  əyləncələrin, 

«Vətənin  müdafiəsinə  hazıram»  bədən  tərbiyəsi  kompleks 

hərəkətlərinin  normativlərinin  qəbulu  zamanı  yoxlanılır  eləcə  də  üzə 

çıxır. Göründüyü kimi, tədris prosesinin intensivliyinin təşkilində real 

tədris  imkanlarının  öyrənilməsi,  şagirdlərin  tərbiyə  olunması  və 

inkişafından  ötrü  müəllimlər  tərəfindən  sadə  və  əlverişli  formaların 

seçilməsi  və  məqsədyönlü  tətbiqi  həll  edici  əhəmiyyət  kəsb  etməklə 

özünü biruzə verir.  

Bütün bunlardan belə bir qənaətə gəlmək olur ki, bədən tərbiyəsi 

təliminin  intensivləşdirilməsinin  nəticəsi  olaraq  onun  ilk  meyarı  hər 

bir  şagirdin  həmin  dövr  üçün  real  tədris  imkanları  əsasında 

mənimsəmə,  tərbiyə  olunma,  inkişaf  etmə  səviyyəsi  hesab  edilir.  Bu 

şərtlə  ki,  şagirdin  ümumtəlim  nəticəsinin  səviyyəsi  qiymətləndirilmə 

standartından  aşağı  olmasın,  təhsil  alanların  nailiyyət  səviyyəsinə 

qoyulan  dövlət  tələblərinə-normativlərinə  uyğun  gəlsin  və  həyata 

keçirilsin.  

Tədris  prosesində  şagirdlər  və  istərsə  də  müəllimlər  müvafiq 

vaxtda  məqsədəmüvafiq  zehni  və  fiziki  yük  alması  da  ümumtəlimin 

nəticələrinin reallaşması üçün stimul yaradan amillərdəndir. Müəyyən 

vaxt  ərzində  şagirdlərin  həddindən  artıq  yüklənməsi,  yəni  tədris 

yükünün vaxt üzrə düzgün bölünməməsi tədrisin səmərəliliyinə mütləq 

öz  mənfi  təsirini  göstərəcək,  nailiyyətlərin  stimulunu  xeyli 

zəiflədəcəkdir.  

Bədən  tərbiyəsi  dərslərinin  3  hissədən  ibarət  təşkili  həmin 

baxımdan xüsusi əhəmiyyət kəsb edir. Dərsin səmərəli keçirilməsində 

onun  hissələri  (hazırlıq,  əsas,  tamamlayıcı)  arasında  vaxt  düzgün 

bölünməli və buna ciddi diqqət yetirməlidir. Burada söhbət yalnız 45 

dəqiqəlik vaxtın dərsin 3 hissəsi arasında düzgün bölgüsündən getmir, 

söhbət  eyni  zamanda  dərsin  hazırlıq,  əsas  və  tamamlayıcı  hissələri 

arasında  tədris  yükünün  düzgün  paylaşdırılmasından,  şagirdlərin  real 

fiziki, zehni imkanlarının nəzərə alınmasından gedir. 

Şagirdlərin fiziki inkişafının və fiziki hazırlığının artırılmasında 

mühüm  əhəmiyyət  kəsb  edən  sinifdənxaric  və  məktəbdənkənar  işlərə 

vaxtın  və  fiziki  yükün  düzgün  ayrılması  da  optimal  nəticələrin 

alınmasına  kömək  göstərir.  Bu  baxımdan  şagirdlərin  gün  rejimində 




Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə