B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə11/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   7   8   9   10   11   12   13   14   ...   131

 

33 


həyata  keçirilməsi  kompleks  planlaşdırmanın  nəticəsi  kimi  təliminin 

zəruri vasitəsi rolunda çıxış edir. 

Fiziki  tərbiyə  təliminin  lazımi  səviyyədə  qurulması  şagirdlərin 

əsas  xüsusiyyətlərini  öyrənilməklə  dərsin  qarşısında  duran  başlıca 

vəzifələrin konkretləşdirilməsini də tələb edir. Vəzifələrin yaşa, cinsə, 

zehni  və  eləcə  də  fiziki  inkişafa,  fiziki  hazırlığa  uyğun  təşkili 

şagirdlərin  daha  da  fəallaşdırılmasına,  tədris  vəzifələrinin  vaxtında, 

düzgün olaraq və icrasına şərait yaradır.  

Müxtəlif  vasitə  və  üsullardan  yeri  gəldikcə  istifadə  şagirdlərin 

fəallığına və tədris imkanlarına əsaslanır ki, bu da onların inkişafına və 

tərbiyəsinə daha müsbət təsir göstərməsi imkanını artırır. Pedaqoji üsul 

və vəzifələrin tətbiqi zamanı qarşıda duran başlıca tədris vəzifələrinin 

yerinə  yetirilməsinə  xüsusi  diqqət  yetirilməlidir.  Tədris  vəzifələrinin 

birinci və ikinci dərəcəliliyinə də fikir vermək yerinə düşərdir. Bununla 

bərabər,  tədris  vəzifələrinin  icrasının  şagirdlərin  inkişafları 

çərçivəsində olması onun müvəffəqiyyətlə həyata keçirilməsinə önəmli 

imkan  verir  ki,  bu  da  şagirdlərin  fəallığına  və  tədrisə  olan  marağına 

səbəb olur.  

Tədrisin stimullaşdırılmasının ikinci vasitəsi dərsin mahiyyəti və 

başlıca 


məzmununa 

təlim 


vəzifələrinin 

müvafiq 


şəkildə 

uyğunlaşdırılmasıdır.  Təəssüf  ki,  bəzən  müəllimlər  dərsin  birinci  və 

ikinci  dərəcəli  vəzifələrini  bir-birindən  ayırmır  və  buna  məhəl 

qoymurlar.  Nəticə  etibarı  ilə  dərsin  başlıca  məqsədinə  kifayət  qədər 

əhəmiyyət  verilmir.  Şagirdlərin  diqqəti  konkret  tədris  vəzifələrinə 

yönəldilmir,  tədrislə  bağlı  ikinci  dərəcəli  işlərə  həddindən  artıq  geniş 

yer  verilir.  Bəzən  də  hərəkətlər  lüzumsuz  olaraq  həddən  artıq  təkrar 

edilir, hərəkət texnikası və taktiki hazırlıq diqqət mərkəzindən kənarda 

qalır. Bədən tərbiyəsinin tədrisi prosesində başlıca vəzifələrin icrasına 

çalışmalı,  tədris  materialları  ilə  şagirdlər  həddindən  artıq 

yüklənməməlidir.  

Bədən  tərbiyəsinin  tədrisi  layihələndirilərkən,  təkcə  şagirdlərə 

ənənəvi məlumatların mənimsədilməsi kifayət etmir. Şagirdlər ölkədə 

baş  verən  yeniliklərlə  tanış  olmalı,  idman  haqqında  geniş  surətdə 

məlumatlandırılmalıdır.  

Təlim  dövründə:  1)  yeni  tədris  materialının  başlıca 

elementlərinin  mənimsənilməsi;  2)  nəinki  xüsusi  bacarıqlara,  həm  də 

ümumtədris səmərələşdirici xarakterli bacarıqların mənimsənilməsi 3) 




 

34 


özünü  idarəetmə,  özünə  nəzarət,  ünsiyyət  və  digər  məsələlrə  də  yer 

ayrılmalıdır.  



Məqsəd  və  vəzifələrin,  fəaliyyət  növlərinin  sistemlə 

əlaqələndirilməsi  də  təlimin  stimullaşdırıcı  şərtlərindəndir.  Burada 

məqsədin 

düzgün 

qoyulması, 



vəzifələrin 

onun 


əsasında 

müəyyənləşdirilməsi təlimdə önəmli yerlərdən birini tutur.  

Eyni  zamanda  fəaliyyət  növlərinin  uzlaşdırılması  əsas  məqsədə 

və vəzifələrə yönəldilməsi də ümumtəlim nəticələrinə nail olmaqda az 

əhəmiyyət  kəsb  etmir.  Şagirdlərin  tədris-idman  fəaliyyətinin  düzgün 

təşkili  məqsəd  və  vəzifələrin  reallaşdırılmasında  zəruri  pedaqoji 

amillərdən biri kimi özünəməxsus yer tutur. Ümumtətəlim nəticələrinin 

yüksək  səviyyəyə  çatdırılmasında  uğurlu  dərs  strukturunun 



seçilməsi  və  tətbiqi  stimullaşdırıcı  şərtlərdən  sayıla  bilər.  Bura 

daxildir: müsahibənin ardıcıllığı, yeni materialların öyrənilməsi, zehni 

tapşırıqlar,  möhkəmləndirmə,  fiziki  və  oynun  ev  tapşırıqları, 

ümumiləşdirmə işləri və sair.  

Tədrisin təşkilində istifadə olunan bu üsullar təlimdə sistemli və 

ardıcıllığı  təmin  edən  prinsiplərə  əsaslanır.  Təlimdə  lazımi  stimul 

yaratmaqda  müəllimin  tədris-tərbiyə  üzrə  qarşıda  duran  vəzifələrin 

həlli  üçün  daha  səmərəli  metodlardan  və  təlim  vasitələrindən 

istifadə  etməsi  mühüm  yer  tutur.  Bunun  üçün  də  bədən  tərbiyəsi 

müəlliminin müxtəlif təlim metodlarının imkanlarını bilməsi zəruridir. 

Xüsusən,  söz  əyani,  praktik,  fəal,  interaktiv,  nroduktiv,  axtarıcılıq, 

müstəqil  işlər  metodları,  şagirdlərin  fəallığının  stimullaşdırılması, 

nəzarət, özynə nəzarət və sairə misal göstərmək olar.  

Fiziki 


tərbiyə  və  idman  üzrə  tədris  materiallarının 

mənimsənilməsi  çevikliyinin  və  surətliliyinin  artırılmasında  təlimdə 

şagirdlərə diferensial və fərdi yanaşmaq olduqca əhəmiyyətlidir. Bu 

təlimin  ümumsinif,  yarımqruplar  üzrə  və  fərdi  təlim  formalarının 

optimal  qurulmasının  mühüm  şərtlərindən  biridir.  Həmin  üsullar 

didaktik  prinsiplərin  tələblərinə  istinad  olunmaqla  həyata  keçirilir. 

Diferensial 

yanaşma 


şagirdlərin 

müxtəlif 

qabiliyyətlərinə, 

istedadlarına,  bir-birindən fərqlənməsinə, yaddaş tiplərinə, ətraf mühiti 

qavramalarına, yüksək təfəkkür keyfiyyətlərinə malik olmasına görə və 

həm  də  əvvəlki  təlim  təcrübəsi  zəruriliyindən  irəli  gəlir.  Doğrudur, 

təlim-tərbiyədə  bunlardan  istifadə  olunarkən  müəyyən  çətinliklərlə 

qarşılaşmalı  olursan.  Bu  çətinliklər,  hər  şeydən  əvvəl  uşaqların  sinif 

daxili  qruplara  bölünməsində  özünü  biruzə  verir.  Uşaqların  dərketmə 



 

35 


qabiliyyətinə  və  imkanlarına  görə  siniflərə  bölünməsi  tədris  ilinin 

əvvəlində, əsasən birinci sinifdən etibarən aparılır. Xarici ölkələrdə isə 

bu məsələyə başqa cür yanaşılır. Yəni şagirdləri adətən müvafiq testlər 

əsasında sınaqdan  keçirir, siniflərə  bölürlər. Məsələn  A,  B,  V,  və  i.a. 

Və  beləliklə,  şagirdlər  istedadlarına  və  qabiliyyətlərinə  görə  ayrı-ayrı 

siniflərə  bölünürlər.  Həmin  siniflərdə  zehni  və  fiziki  qabiliyyətlər 

nəzərə  alınaraq  mürəkkəbləşdirilmiş  və  ya  nisbətən  asanlaşdırılmış 

tədris  proqramları  tətbiq  olunur.  Bu  zaman  hətta  bəzi  şagirdlər  tam 

məqsədəuyğun  təhsil  almaq  imkanlarından  məhrum  olurlar.  Müəllim 

isə  proqram  materialının  şagirdlər  tərəfindən  lazımi  səviyyədə 

mənimsənilməsinə  zəruri  kömək  göstərmir.  Bu  cür  məktəbləri  bitirən 

şagirdlər  ali  məktəblərə  qəbul  olmaq  imkanlarını  itirirlər.  Bizim 

məktəblərdə belə diferensial təlimdən istifadə olunmur. Bütün şagirdlər 

eyni  proqram  üzrə  təhsil  alır.  Onların  ali  məktəblərə  daxil  olması 

məqsədi  ilə  eyni  məzmunu  və  həcmi  olan  proqramlar  əsasında 

hazırlanmış  test  banklarından  istifadə  olunur.  Bütün  şagirdlər 

ümumtəhsil və ali təhsil alma hüququna malik olurlar.  

Ümumtəhsil məktəblərində diferensial təlimə başqa cür yanaşılır. 

Diferensiyanın  başlıca  prinsipi  təhsilin  məzmununu  sadələşdirmək 

deyil  (birini  sadələşdirmək,  digərini  mürəkkəbləşdirmək),  müəllim 

tərəfindən  şagirdlərin  diferensiyasına  kömək  göstərməkdir.  Bəzi 

şagirdlərin  köməyə  böyük  ehtiyacı  var,  digərlərinin  adi  qayda  da 

(normada)  köməyə  ehtiyacı  var.  Üçüncü  qrup  şagirdlər  isə  köməyə 

ehtiyacı  minimumdur.  Köməyə  daha  çox  ehtiyacı  olanlarla  iş  daimi 

deyil, müəyyən vaxt ərzində aparılır.  

Şagirdlərin  imkanları  daxilində  tədris  işi  aparılarsa,  onların 

köməyə ehtiyacı az olur. Bu növ diferensiyada ən mürəkkəb tapşırıqlar 

müvəqqəti  olaraq  azaldıla  bilər.  O  vaxta  kimi  müəllim  tərəfindən 

göstərilən  köməyə  şagirdlər  adaptasiya  olmayıblar.  Müəyyən  vaxt 

keçdikdən  sonra  şagirdlərin  təlimdə  müstəqilliyini  genişləndirmək 

məqsədilə göstərilən kömək yavaş-yavaş azaldılır. 

Tədris  prosesində  daha  yüksək  hazırlıqlı  şagirdlərə  diferensial 

yanaşmaq  xüsusi  əhəmiyyət  kəsb  edir.  Bu  həmin  şagirdlərin  fərdi 

tapşırıqlar almaq vasitəsilə öz qabiliyyətlərini inkişaf etdirməyə xidmət 

edir.  İstedadlı  şagirdlər  üçün  fakültətiv  məşğələlərin,  şagird 

cəmiyyətinin  və  s.  təşkili  də  onların  təlimdə  daha  sürətlə 

mənimsəmələrinə  zəmin  yaradır.  Tədris  işlərinin  təşkilinin  kollektiv 

formaları da mövcuddur. Ümumsinif, qruplar və fərdi formada təlimin 




Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə