B i b l i o q r a f i y a
19
Mustafa Çəmənlinin yaddaqalan sətirləri
… Əslində biz bu dünyaya Ģəkil çəkdirməyə gəlirik. Ġntəhası biz
gərək foto obyektivin yaddaĢında qalan əksimizlə dünyanın yadda-
Ģında qalan Ģəklimizi qarıĢıq salmayaq. Fotoqrafa biz ömrümüz
boyu Ģəkil çəkdirə bilərik, amma zaman hər kəsin Ģəklini bircə dəfə
çəkir. Biz gərək ömrümüzü elə yaĢayaq ki, dünyanın foto-yaddaĢına
Ģəklimiz eybəcər düĢməsin!
…Xəyalımda, ruhumda bir Xan yaĢayır. Elə bir gün yoxdur ona
qulaq asıb, baldan Ģirin səsini qətrə-qətrə ruhuma hopdurmayım.
Mənə o səs qədər doğma, o səs qədər əziz, lal duyğularımı onun qə-
dər həssas ifadə eləyən baĢqa heç nə yoxdur. Köksümdə Xanın səsiy-
lə dolu muğam adlı böyük bir dünya var və mən o dünyanın sonu
görünməyən ağappaq cığırıyla üz tutub gedirəm. Bu cığırla hələ nə
qədər yol gedəcəyimi bilmirəm. Bircə onu bilirəm ki, o məni Ģəfqətə,
məhəbbətə, ucalığa aparır…
Onu görən, qəlbində, ruhunda zərif duyğular, nəcib arzular,
ideallar daĢıdığının fərqində olan varmı görəsən? Əgər varsa, niyə
qoymurlar görüksün?!
Bahar gəldi. Ağaclar bir gecənin içində yaĢıl dona büründü,
torpaq yamyaĢıl libasını geyindi. Torpağın bu yamyaĢıl libası ilahi-
nin zövqü ilə rəngbərəng çiçəklərlə bəzədilmiĢdi. Mən ilahinin sığal
çəkdiyi bu əsrarəngiz Gözələ – bahar fəslinə baxmaqdan doymur-
dum.
Mən qollarımı geniĢ açıb baharı bağrıma basmaq istədim.
Mümkün olmadı. Bahar özü mən aciz bəndəni öz qoynuna aldı.
Ruhum baharlaĢdı.
M u s t a f a Ç ə m ə n l i
20
Bəzən bu gözəlim XXI əsrdə elə nataraz, əcaib-qəraib hadisə-
lərlə, əxlaqdan, mənəviyyatdan kənar dəblə, adamı odsuz-ocaqsız
yandıran nadanlıqlarla, biganəliklərlə rastlaĢıram ki, qabaqda daha
nələrlə rastlaĢacağımı bilmədiyim üçün uzaq keçmiĢə, məni duyacaq
tarixi bir Ģəxsiyyətin (düĢünüb-daĢınmadan üstümə hücum çəkmə-
yim) yanına qaçmaq istəyirəm. Əgər bu mümkün olsaydı, XIV əsrə
qayıdıb bir çocuq kimi Ġmadəddin Nəsiminin qucağına sığınardım.
ġübhə etmirəm ki, elə o andaca Nəsimi mənim üçün çox sevdiyim bu
qəzəlini oxuyardı:
Ey xəstə könül, dərdinə dərman tələb eylə.
Gər can dilər isən, yeri canan tələb eylə.
Ey bülbülü-qüdsi, nə giriftari-qəfəssən,
Sındır qəfəsin, tazə gülüstan tələb eylə?
Elə bu an üz tutduğum üfüqdə bir qaraltı göründü. Qaraltı
yaxınlaĢdıqca yerimdə donub qaldım, bədənim ürpəĢdi. Elə bil lal
olmuĢdum. Qımıldana da bilmirdim. Nəsimi soyulmuĢ dərisini çiy-
ninə atıb mənə doğru gəlirdi.
ƏĢi! Ġxtiyarım olsaydı, ana dilimizdən üç hərfdən ibarət olan bu
gözəl “ƏĢi” sözünü çıxarıb atardım. Tərslikdən bu söz xalqımızın
dilinin əzbəridir. Sizi bilmirəm, mən “ƏĢi”dən ilan vuran ala çatı-
dan qorxan sayaq qorxuram. Çünki bu sözdən dəhĢətli dərəcədə
biganəlik qoxusu gəlir.
Öz səviyyənə qaldıra bilmədiyin adamın səviyyəsinə enmək əza-
bından qurtarmağın yeganə yolu susmaqdır.
Allahın bizə bəxĢ etdiyi bu qısa ömrümüz “Filankəs nə deyər?”,
“Filankəs nə düĢünər?” fəlsəfəsi içində keçib gedir. Əgər buna fəl-
səfə demək olarsa.
B i b l i o q r a f i y a
21
Gözəgörünməz müxalif qüvvələr – daxilimizə genetik kodlarla
keçmiĢ, virus kimi damarlarımızda yaĢayan qadağalar, qabağa yox,
geriyə dartan dərketməzlərlə vuruĢmalarda keçir.
Çox-çox keçmiĢlərdə əhəmiyyət vermədiyimiz bir səhv böyüyə-
böyüyə gəlib XX əsrə çıxdı. Müqəddəs torpaqlarımız iĢğal olundu.
YaxĢılıq eləmə, əgər eləyibsənsə, ağacdələn kimi tez-tez o
adamın qapısını döyəcləmə.
YaĢanmıĢ günlər də axar su kimidir, dayanmadan axıb gedir. O
axıb gedən suda hansı günün bir anını tutub saxlamısansa, təkcə o
sənindir, yerdə qalanı axıb gedəcək.
HəmiĢə elə zənn edirdim ki, məni Qarabağın dərdi öldürəcək.
Amma belə görürəm ki, televiziyada hər gün icazəsiz-filansız evimizə
soxulan, Ģou əhlinin qarderobunda, evinin künc-bucağında, yataq
otağında “axtarıĢ” aparan, piĢiktək mətbəxlərdə dolaĢan, uca bina-
nın uca mərtəbəsindən Ģəhəri seyr edib təbliğ olunmağa layiq olma-
yanın birini göylərə qaldıran sırtıq, umacaqlı bəzi aparıcı-jurnalist-
lərin sayğısızlığından bu iĢıqlı dünyaya əlvida deyəcəyəm.
Qəribədir, içi zərif duyğularla, zəngin hislərlə dopdolu olan
birisi sahibkar önündə susmağı hər Ģeydən üstün tutur.
Hər gecənin səhəri, hər səhərin axĢamı var. Unutma ki, bir gün
gələr nə səhərin olar, nə axĢamın. Unutma! Ona görə də adamlar
içində adam ol, adam!
Dostları ilə paylaş: |