BağIŞlayan və mehriban allahin adi iLƏ



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə45/58
tarix15.01.2022
ölçüsü2 Mb.
#82881
1   ...   41   42   43   44   45   46   47   48   ...   58
azari-book-25246

 
YEDDİNCİ FƏSİL 
AİLƏ HƏYATI VƏ NİKAH 
 
İslam  şəriətində  kişi-qadın  münasibətləri  bu  münasibətlərin  həyati  önəm 
kəsb edən müxtəlif aspektlərini işıqlandıran, onları fərdi və ictimai həyata birbaşa 
təsirləri  olan  bir  ehtiyac  və  zərurət  kimi  qəbul  edərək  təfərrüatlarını  və 
xüsusiyyətlərini  əhatə  edən  özünəməxsus  şəriət  hökmləri  ilə  tənzimlənir. 
Sözügedən  şəriət  hökmləri  olduqca  müfəssəl  mövzuları  əhatə  edir.  Lakin  biz 
burada yalnız qeyri-müsəlman ölkələrində yaşayan müsəlmanları maraqlandıran və 
onların  bilməli  olduqları  praktik  əhəmiyyətli  şəriət  hökmlərini  qeyd  etməyi 
məqsədəuyğun görürük: 
 
Məsələ  384.  Ailə  həyatı  qurmaq  İslam  şəriətində  ən  təqdirəlayiq 
addımlardan biridir. Allahın elçisi (s) buyururdu: “Evlənən şəxs dininin (imanının) 


 
150 
yarısını  qoruyur”.
1
 Başqa  bir  kəlamında  isə  belə  buyururdu:  “Kim  mənim  həyat 
yolumu  mənimsəmək  istəyirsə,  bilsin  ki,  evlənmək  mənim  sünnəmdəndir”.
2
 
Sevimli  Peyğəmbərimizin  (ə)  başqa  bir  hədisində  oxuyuruq:  “Müsəlman  kişilər 
üçün  İslamdan  (müsəlman  olmaqdan)  sonra  üzünə  baxarkən  sevindiyi,  istək  və 
göstərişlərini  nəzərə  alan  və  yoxluğunda  onun  namusunu  qoruyan  həyat 
yoldaşından daha üstün bir uğur tanımıram”.
3
 
 
Məsələ  385.  Müsəlman  kişi  evlənmək  niyyətində  olduğu  qadının  şəxsi 
keyfiyyətlərinə diqqət yetirməli və yalnız ona dünya və axirət həyatında yoldaş ola 
biləcək  əxlaqlı,  əsil-nəcabətli  və  əməlisaleh  bir  qadınla  ailə  həyatı  qurmalıdır. 
Həyat  yoldaşı  seçimində  yalnız  zahiri  gözəlliyi  və  maddi  durumu  nəzərə  almaq 
müsəlman  kişiyə  yaraşmaz.  Sevimli  Peyğəmbərimiz  (s)  nəsihətlərindən  birində 
buyurmuşdu: “Ey insanlar! Bataqlıqda bitən güldən uzaq durun!” Səhabələri nəyi 
nəzərdə  tutduğunu  soruşduqda  isə  belə  cavab  vermişdi:  “Xoşagəlməz  mühitdə 
böyüyən gözəl qadını nəzərdə tuturam”.
4
 
 
Məsələ 386. Müsəlman qadın və onun vəlisi (himayəsində yaşadığı şəxs) də 
həmin  qadınla  ailə  həyatı  qurmaq  istəyən  kişinin  şəxsi  keyfiyyətlərini  nəzərə 
almalı  və  yalnız  imanlı,  əxlaqlı,  şərab  içməyən,  xoşagəlməz  işlərdən  və  böyük 
günahlardan uzaq olan bir kişi ilə evliliyə razılıq verməlidirlər. 
 
Məsələ 387. İmanlı və əxlaqlı (maddi durumu etibarı ilə zəngin olmasa belə, 
mənəviyyatı zəngin olan) elçiyə rədd cavabı verməmək təqdirəlayiq bir hərəkətdir. 
Allahın elçisi (s) buyurardı: “Qapınıza xarakteri və mənəviyyatı sizi qane edən bir 
şəxs  elçi  gələrsə,  ona  rədd  cavabı  verməyin.  Əks  təqdirdə  bunun  nəticəsi  olaraq 
cəmiyyətdə fitnə və ciddi fəsadlar yarana bilər”.
5
 
                                                           
1
 Vəsail əş-şiə, c.20, səh.17. 
2
 Vəsail əş-şiə, c.20, səh.18. 
3
 Minhac əs-salihin (Ayətullah əl-uzma Sistani), əl-Müamilat, II cild, səh.7. 
4
 Vəsail əş-şiə, c.20, səh.35. 
5
 Təhzib əl-əhkam, c.7, səh.395. 


 
151 
 
Məsələ 388. Bir cütlüyün ailə həyatı qurmasına yardım və vasitəçilik etmək, 
tərəfləri razı salmağa çalışmaq bəyənilən əməllərdəndir. 
 
Məsələ  389.  Kişinin  nişandan  öncə  evlənmək  niyyətində  olduğu  qadının 
gözəlliyinə  baxmağa  və  onunla  ünsiyyət  qurmağa  haqqı  çatır.  Bu  məqsədlə  ona 
ehtiraslanma  niyyəti  olmadan  həmin  qadının  üzünü,  saçını,  boynunu,  əllərini, 
qollarını  və  ayaqların  (budlarını)  və  bədəninin  digər  gözəl  hissələrini  görməyə 
icazə verilir. 
 
Məsələ  390.  İslam  şəriətində  iki  növ  izdivac  mövcuddur:  daimi  və 
müvəqqəti. 
Daimi  evlilik  müddətsiz  nikah  müqaviləsidir  və  bu  evlilikdə  qadın  daimi 
həyat yoldaşı adlanır.
1
 
Müvəqqəti  evlilik  isə  müddətli  (məsələn,  tərəflər  arasında  bir  il,  yaxud  bir 
qədər az və ya artıq müddətə razılaşdırılan) evlilikdir və bu evlilik münasibətində 
qadın müvəqqəti arvad adlandırılır.
2
 
 
Məsələ  391.  Daimi  evlilik  anlaşmasında  şəriət  şifahi  surətdə  qadının 
evlənməyə hazırlaşdığı şəxsə “... mehriyyə (nöqtələrin yerinə mehriyyənin
3
 dəyəri 
qeyd  edilməlidir)  ilə  səninlə  evliliyə  (nikaha)  razı  oldum”,  kişinin  isə  fasilə 
vermədən “bu evliliyə razı oldum” deməsini tələb edir. 
 
Müvəqqəti  evlilik  anlaşmasında  isə  qadın  “...  mehriyyə  ilə  səninlə  ... 
müddətə  (mehriyyənin  dəyəri  kimi  müvəqqəti  evlilikdə  müddət  də  şifahi 
anlaşmada dəqiq şəkildə ifadə olunmalıdır) evliliyə razı oldum”, kişi də dərhal “bu 
evliliyə razı oldum”  deməlidir. 
                                                           
1
 Ailə quruculuğu ilə bağlı məsələlər və evliliyin şəriət hökmləri ilə əlaqədar daha ətraflı məlumat almaq üçün Seyid 
İzzəddin Bəhrülulumun 

əz-Zəvac fil-Quran vəs-sünnə

(Quran və sünnədə evlilik) adlı əsərinə müraciət edin. 
2
 Müvəqqəti evliliyin xüsusiyətləri və onunla bağlı şəriət hökmləri ilə daha ətraflı tanış olmaq üçün Seyid 
Məhəmmədtəqi əl-Həkimin 

əz-Zəvac əl-muəqqət və davruhu fi həlli muşkilat əl-cins

(Müvəqqəti evlilik və onun 
cinsi problemlərin həllində rolu) adlı əsərinə müraciət edin. 
3
 Bir sıra əsər, məqalə və KİV səhifələrində öz əksini tapan və eləcə də cəmiyyətimizdə formalaşan təsəvvürə görə 
mehriyyə xalqımızın qədim adət-ənənələrindən olan 

başlıq pulu

və ya 

süd haqqı

 kimi anlayışlarla 
eyniləşdirilir. Lakin İslam şəriətində vacib hesab edilən mehriyyə ailə həyatı quran qadının valideynlərinə, ya da 
başqa bir şəxsə deyil, bilavasitə onun özünə verilir və şəxsi mülkiyyəti hesab edilir. Mehriyyəni həm də boşandığı və 
ya dul qaldığı halda qadının yeni evliliyə qədər özünün və övladlarının maddi ehtiyaclarını təmin edə bilmək üçün 
minimum kompensasiya kimi də qəbul etmək olar. 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə