Baki dövlet universiteti



Yüklə 4,84 Mb.
Pdf görüntüsü
səhifə171/179
tarix11.07.2018
ölçüsü4,84 Mb.
#54822
1   ...   167   168   169   170   171   172   173   174   ...   179

Xalidə Faiq qızı İslamzadə 

420 


ibadətin  qəbul  ediləcəyini  zənn  edirlər.  Həccdəki  yolverilməz  əməllərə  daha  bir 

misal: Çox yüksək hərarət altında sayı 3 milyondan artıq zəvvarlar tərəfindən edilən 

bu ibadət zamanı insanlar yalnız özlərini düşünməməli, lazım gəldikdə ətrafdakılara 

kömək  etməyi  unutmamalıdırlar.  Amma  elələri  də  vardır  ki,  Kəbəni  təvaf  edərkən 

gəldikləri öz dəstəsindən olanlarla birlikdə bir-birinin qoluna girərək irəliləyirlər. Bu 

zaman  əgər  onların  önündən  gedənlərdən  kimsə  bayılıb  yerə  yıxılarsa,  bimarları 

qaldırıb o müdhiş basırıq mühitdən çıxartmaq əvəzinə, onları basdalayaraq üstündən 

keçirlər.  Belə  bivec  münasibət  üzündən  hər  il  həcc  zamanı  tapdaq  altında  qalaraq 

həyatını  itirənlər  olur.  Belələrinin  neqativ  əməllərini  gördükdə  sual  meydana  gəlir 

ki,  həqiqətənmi  onlar  belə  insaniyyətlikdən  uzaq  əməllərinin  “müqəddəs  ibadət” 

kimi Allah qatında qəbul ediləcəyinə inanırlar?! Qurani-Kərimdə həcclə bağlı bəyan 

edilir: 


 -  “....  .  Beytülhərama  üz  tutub  gələnlərə  hörmətsizlik  etməyin!  (Onlara  qarşı 

nalayiq  işlər  görməyi  özünüzə  halal  bilməyin!)  İhramdan  çıxdığınız  zaman 

(istəsəniz)  ov  edin!  Yaxşılıq  etməkdə  və  pis  əməllərdən  çəkinməkdə  əlbir  olun, 

günah  iş  görməkdə  və  düşmənçilik  etməkdə  bir-birinizə  kömək  göstərməyin! 

Allahdan qorxun! Həqiqətən Allahın əzabı şiddətlidir” (1, əl-Maidə, 5/2).  

Yuxarıda  qeyd  edilən  ayədən  bəlli  olduğu  kimi,  həcc  ziyarəti  yalnız  Kəbəni 

təvaf  edərək  namaz  qılmaqdan  ibarət  deyil.  Həcc  ziyarətinə  gəlmiş  müsəlmanların 

heç  kimə  hörmətsizlik  etməməsi,  yaxşılıq  edərək  pis  əməllərdən  uzaq  durması 

həccin önəmli ünsürlərindəndir. Sözügedən fərz ibadəti mənəvi dəyərlərə əhəmiyyət 

vermədən həcci sadəcə Kəbə ətrafında dolanaraq şeytan daşlamaq mərasiminə əməl 

etməsilə yetinmək dərəcədə bəsitləşdirən zəvvarların bu fikri islama ziddir. İslamda 

riayət  edilməsi  mütləq  olan  “yaxşılıq  etmək,  pislik  etməyi  özünə  rəva  bilməmək” 

məfhumlarını  önəmsəmədən  də  ibadətlərin  qəbul  edilməsi  səhv  düşüncəsini 

daşıyanların  Rəbbin  şiddətli  əzabına  düçar  olacaqlarını  bildirən  “əl-Maidə” 

surəsindən aydın olur ki, sözügedən prinsipə əməl etmədən ibadətlər Allah qatında 

məqbul deyildir.  



9.  Yanlış  dua  tərzi:  Bir  sıra  insanlar  mövcuddur  ki,  arzu  və  diləklərinə  nail 

olmaq  üçün  el  arasında  müqəddəs  sayılan  yerlərə:  pirlərə  gedir,  dağlara  qalxırlar. 

İstəklərinin çin olmasını Allahdan istəmək əvəzinə, övliyalardan gözləyirlər. Ancaq 

məyusedici haldır ki, onlar fərz ibadətlərini yerinə yetirməkdən boyun qaçırırlar. Hər 

gün 5 dəqiqəlik namaz qılmağı özlərinə ağır yük hesab edir, fərz ibadətləri ildə 1-2 

dəfə pirlərə getməklə əvəz edirlər. Qeyri-düzgün düşüncəyə malik bu şəxslər dağlara 

dırmaşıb  pirlərə  getməkdənsə,  fərz  ibadətlərə  riayət  etməyin  gərəkdiyini  qəbul 



İslam dininə gətirilmiş xurafatlar, bidətlət 

421 


etmək  istəmirlər.  Lakin  mütləq  olan  ibadətlərə  əməl  etməklə  insanlar  həm  Allah 

qarşısında  şükran  borcunu  yerinə  yetirir,  həm  də  bəzi  dualarının  qəbul  edilməsinə 

nail ola bilərlər. Belə ki, Qurani-Kərimdə mövzu ilə əlaqədar bəyan edilir: 

- “Səbirlə və namazla Allahdan diləyin……” (1, əl-Bəqərə, 2/45).  



10.  Dini  qiyafə  altında  aldadanlar:  Qeyd  etməliyik  ki,  Azərbaycanda 

xurafatlar yayanların ön sıralarında səlahiyyəti olmadığı halda özlərinə “müctəhid” 

adlandıranlar durur. Müqayisə üçün deyək ki, İranda müctəhid vəsfinə layiq olmaq 

üçün 20 illik dini təhsil almaq lazımdır (14, s. 150). Azərbaycanda isə 20 illik dini 

təhsil  ocağı  yoxdur.  Bu  zaman  sual  meydana  çıxır  ki,  Azərbaycanda  özlərini 

müctəhid adlandıranlara “müctəhid” adını kim verib?! Özlərinə yüksək dini rütbələr 

verən  bu  dırnaqarası  müctəhidlər  avam  əhali  arasında  yüksək  nüfuz  və  etibar 

qazanırlar.  Çox  acınacaqlı  haldır  ki,  onlar  dini  təhsili  olmayan  bir  çox  insanlar 

arasında  xurafatlar  yayır  və  bu  uydurmalara  geniş  insan  kütləsini  inandırmağa 

müvəffəq olurlar. Yetərli dini savaddan məhrum şəxslərin fəqihlik etməsi, yəni dini 

məsələlərdən  düzgün  hökm  çıxara  bilmələri  imkansızdır  və  buna  görə  də  teoloji 

maarifləndirmə  ilə  məşğul  olmalarına  mənəvi  haqqları  yoxdur.  Quranda  belələri 

haqda Rəbbimiz xəbərdarlıq edir: 

-  “……Allaha  qarşı  bilmədiyiniz  şeyləri  söyləmənizi  sizə  haram  etdik”  (1,  əl-

Əraf, 7/33).  

11. Saqqal saxlamaq və geyim tərzi: İslam şəriətindənmiş kimi təqdim edilən 

xurafatlardan növbətisi saqqal saxlamaqla əlaqədardır. Bəzi din xadimləri dindarlara 

saqqal saxlamağın mütləq, saxlamamağın isə haram olduğunu deyirlər. Mövcud olan 

bu ehtimal hədislərlə bağlıdır. Həmin hədislərdə buyurulur: 

-  “Bığları  qırxın,  çənə  sümüyünün  üstünü  qırxmayın  ki,  uzansın  və  yəhudilərə 

oxşamayın!” (15, s. 338).  

- “Bığları kəsin, saqqalları buraxın!” (16, s. 446).  

Yuxarıdakı  fikrin  həqiqətdən  uzaq  olduğunu  isbat  emək  üçün  deyək  ki, 

yuxarıdakı  hədislər  zəifdir.  Zəif  hədislər  isə  dini  dəlil  sayıla  bilməz.  Müctəhid 

seyyid  Mühəmməd  Hüseyn  Fəzlüllah  saqqal  saxlamağın  vacıb  olmadığını 

söyləyərək  sözügedən  hədisin  əgər  həqiqətən  də  Peyğəmbər  (s.ə.s.)  tərəfindən 

deyilmişsə də müəyyən bir dövr üçün nəzərdə tutulduğunu yazır. Belə ki, yuxarıda 

verilən  hədis zikr  edildiyi zaman  müsəlmanların sayı az idi və  ola bilsin ki, onları 

saqqal  saxlamayan  yəhudilərlə  qarışıq  salmamaları  üçün  Rəsulullah  (s.ə.s.)  belə 

buyurmuşdur. Lakin  müəyyən müddət  keçdikdən sonra müsəlmanların sayı artmış 

və onların yəhudilərlə səhv salınması ehtimalı aradan qalxmışdır (15, s. 338, 339). 




Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə