BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№3
Humanitar elmlər seriyası
2015
UOT 94 (478)
XIX
ƏSRİN ƏVVƏLLƏRİNDƏ RUSİYA DİPLOMATİYASI
A.M.
MƏMMƏDOVA
Bakı Dövlət Universiteti
16aynurm@rambler.ru
Məqalədə XIX əsrin əvvəllərində beynəlxalq vəziyyətin son dərəcə mürəkəb olmasından
bəhs edilir. Rusiya imperiyasi XVIII əsrin axırlarından etibarən Fransaya qarşı mübarizəyə
qoşulmuşdu. Bu mübarizəyə Rusiya ilə birgə İngiltərə, Prussiya və Avstriya imperiyaları da
başçılıq edirdi. Həmçinin məqalədə XIX əsrin əvvəllərində beynəlxalq münasibətlərin başlıca
məzmunu, bu imperiyalar arasında olan rəqabət və mübarizə göstərilir.
Açar
sözlər: tarix, diplomatiya, Rusiya, xarici siyasət
Tarixən ekspansionist siyasət həyata keçirməsi ilə seçilən Rusiyanın xa-
rici siyasətinin müxtəlif məqamları həmişə maraq doğurmuşdur və onlar müx-
təlif aspektlərdən öz tədqiqini tələb edir. Belə maraq doğuran məsələlərdən biri
də XIX əsrin əvvəllərində Rusiyanın həyata keçirdiyi xarici siyasətlə əlaqədar
idi.
XIX
əsrin əvvəllərində Avropada beynəlxalq vəziyyət xeyli gərgin idi.
XIX
əsrin I yarısında siyasətin ardıcıl olmamağı sosial-iqtisadi vəziyyətin,
feodal sisteminin
və yeni burjua münasibətləri ilə izah olunurdu.
Xarici
siyasətin I hissəsini Qərbçilik adlandırmaq olar (1801-1815). Bu,
bir
tərəfdən Avropada Napoleon işğalı, digər tərəfdən isə çarizmin öz qayda-
qanunlarını bərpa etməklə bağlı idi. Rusiyanın Napoleon işğalına qarşı müba-
rizəsi onu Avropanın antifransız koalisiyasına qoşulmağa vadar etdi.
XIX əsrin əvvəllərində beynəlxalq vəziyyət iki nəhəng dövlətin – İn-
giltərə və Fransanın Avropa üzərində hökmranlıq üçün gedən mübarizəsində
müəyyən olunurdu. İndi məlum oldu ki, ingilis-fransız mübarizəsi ümumav-
ropa əhəmiyyəti almış və İngiltərə məğlub olarsa, Fransa işğalı mərkəzi, Cə-
nubi və Şərqi Avropaya qarşı yönəldəcəkdir. Bu zaman Rusiya İngiltərə ilə
mübarizədə idi, bu da Fransanı ümumdünya hökmranlığına gətirməyə kömək
edir və Rusiyanı zəiflədirdi (2, 97).
Bu müddətdə Rusiya imperatoru I Pavel Fransanın Avropanı işğal
85
etməyini təmin edir və hərbi diktaturanın köməyi ilə inqilabı darmadağın et-
məklə Yaxın Şərqdə azad hərəkət etməyə can atırdı. Bu Pavelin xarici siya-
sətinin səhv olmasını bildirir və Rusiyanı İngiltərə, Avstriya və Prussiya kimi
nəhəng dövlətlərə qarşı qoyurdu. Rusiya imperatoru I Aleksandr isə ha-
kimiyyətinin birinci ilindən yeni xarici siyasət proqramı ilə çıxış edərək Na-
poleonu siyasi müqavilələrlə susdurmaq istəyir. Yeni tipli müqaviləyə əsasən
Fransa bir tərəfdən, nəhəng dövlətlərin ittifaqı isə digər tərəfdən çıxış etməli
idilər. Rusiyaya lazım olan vaxtda antifransız koalisiyasına imkan yaratmaq
üçün sülh müqavilələri lazım idi. Bunun üçün Fransa ilə danışıqları yekun-
laşdırmaq, Avstriya və Prussiya ilə sülh müqaviləsi imzalamaq və nəhayət,
İngiltərə ilə diplomatik əlaqələrə girmək lazım idi.
Avropada İngilis-Rus (III koalisiya) və Rus-Prussiya (IV koalisiya) ide-
yalarının yaranmasını təsadüfi hal kimi qeyd etmək olmaz. Yeni sahələrin
bölüşdürülməsində əsas kurs saxlanılmışdır və I Aleksandr öz hakimiyyətinin
Şimalda (Finlandiya), cənubda (Balotsk vilayəti) və qərbdə (şərqi Qalitsiya)
saxlanılması məsələsindən də yan keçməmişdir.
Rusiya çalışırdı ki, İngiltərə ilə əlaqələri tezliklə tənzimləsin, çünki
ingilis gəmiləri Zunddan keçərək Baltik dənizindən Kopenhageni bombardman
etmişdir. Tezliklə 6 mayda ingilis mallarının daşınması dayandırıldı və 1801-ci
ildə 5 iyunda Peterburqda ingilis-rus dəniz konvensiyası imzalandı. Bu kon-
vensiya İngilis-Rus əlaqələrinin aydınlaşdırılması xarakteri daşıyırdı (1, 112).
XVIII əsrin sonu - XIX əsrin əvvəllərində ingilis diplomatiyası Fransaya
qarşı mübarizədə təkbaşına hərəkət etmirdi, antifransız koalisiyasının tərki-
bində onun müttəfiqləri ona silah, pul, hərbi gəmilərlə köməklik edirdilər.
XIX əsrin əvvəllərində Rusiya əsasən qərb (Polşa-Litva) və cənub tor-
paqları ilə maraqlanmağa başladı. Bu yeni sərhədlər beynəlxalq sazişdə təsdiq
olunmuşdu. Rus diplomatiyasının əsas məqsədi ondan ibarət idi ki, bu sazişi
müvəqqəti saxlasın. İngiltərə və Fransa bu sazişə açıq müdaxilə etmədilər və öz
hərbi gücləri ilə onları qorxutmurdular. Rus-İngilis müqaviləsi bağlandıqdan
sonra I Aleksandr atasi Pavelin fransızlarla bağladığı diplomatik əlaqələri
davam etdirdi (3, 201).
1801-
ci il 26 sentyabrda Rusiya ilə Fransa arasında sülh müqaviləsi im-
zalandı. Bu müqaviləyə əsasən sülhün qorunması hər 2 dövlətin borcu idi. Ru-
siya ilə Fransa arasında əvvəlki ticarət əlaqələri təsdiqləndi. 28 sentyabrda isə
onlar arasında düşmən dövlətlərin əleyhinə çevrilmiş məxvi saziş imzalandı.
Rusiya ilə Fransa arasında bağlanmış sazişin I bəndinə əsasən Reynin sol
sahilinin Fransaya keçməsi ilə əlaqədar olaraq Almaniya müavinəti məsələsi öz
əksini tapırdı.
Əgər əvvəllər Napoleonun fikrincə, rus diplomatiyası irəli gedirdisə və
Fransa qabaqcılları Avropa rayonlarına nəzəri artırırdısa, yaxın gələcəkdə Ya-
xın Şərq məsələsi öz qüvvəsini saxlamış olurdu.
Bu planın tamamlanması üçün "potensial Avstriya və Prussiya koalisi-
yasının bölgüyə daxil edilməsi çətinləşirdi, bu da Napoleonun Mərkəzi Avro-
86
pada nüfuzunun
artması ilə əlaqədar idi.
Rusiya ilə Fransa arasında bağlanan sazişə əsasən Rusiya Mərkəzi
Avropadakı işlərə qarışa bilməzdi. Rusiyanı Fransaya yaxınlaşdıran və əksinə,
İngiltərədən uzaqlaşdıran yeganə məsələ Yaxın Şərq məsələsi idi ki, burada da
Napoleonu
n Türkiyədə apardığı siyasət Rusiya üçün əlverişli addım atmağa
imkan vermirdi.
1804-
cü ildə Serbiyada serblərin üsyanı zamanı Serbiya hökuməti bil-
dirdi ki, Rusiya ilə Fransa arasındakı əlaqələrin xarakterinə görə, Türkiyə üzə-
rindəki hər hansı bir hökmranlıq Yaxın Şərq məsələsinə müdaxiləyə imkan
vermirdi.
1801-1803-
cü ildə olan sülh fasilələri Rusiyanın xarici siyasətinin müəy-
yən edilməsinə imkan yaratdı. Buradan 2 nöqteyi-nəzər yaranır; Birincilər
Fran
sadakı daxili-siyasi dəyişmələrə qiymət verərək onunla ittifaqı üstün tutur-
dular; İkincilər Avropada bərabərliyi müdafiə etmək üçün – İngiltərə ilə Fran-
sa, Avstriya ilə Prussiya-ümumiyyətlə, Avropa dövlətlərinin bərabərhüquqlu
olub, əksinə Şərqə kəskin siyasətlə müdaxilə etməsini təklif edirdilər.
Digər cərəyanın nümayəndələri Napoleonun dövlət çevrilişi ilə inqilabı
boğmasını ya görmür, ya da görmək istəmirlər. Onlar Rusiya ilə İngiltərənin
bir
likdə Fransaya qarşı silahlı mübarizə etmək prinsipini üstün tuturdular. (12,
357)
I Aleksandrın dövründə Rusiya-Türkiyə münasibətlərindəki əsas cəhət-
lərdən biri Rusiyanın Türkiyəni qorumaq və gərginliyi aradan qaldırmaqla bu
münasibətlərdəki gərginliyi də aradan qaldırmaq idi (6, 18).
II
koalisiyanın dağılması ərəfəsindən sülhün tam bərqərar olmasına qədər
(1801-
1802) olan vaxt Aralıq dənizi hövzəsində Rusiyanın yeritdiyi siyasətə
keçid dövrü idi.
Əgər Mərkəzi Avropada Fransaya qarşı hücuma İngiltərə Rusiyanı cəlb
edirdisə, Rusiya öz növbəsində Şərq məsələsində rus-ingilis birgə aksiyasını
irəli sürürdü. Artıq İngiltərə-Rusiya münasibətlərində 2 cərəyan meydana gəlir:
hər iki rəqib dövlətin Aralıq dənizi hövzəsində birgə əməkdaşlığı və Napoleon
Fransasına qarşı birgə mübarizə tərəfdarları.
1802-
ci ilin axırında Rus-Fransa münasibətlərində soyuqluq yarandı.
Rusiya
hökuməti səylə Sordiniya krallığından Neapol və İsveçrənin fransız
ordusundan azad edilməsini tələb edirdi və Bonapartın işğalçılıq aktını
tanımağı rədd edirdi.
Artıq 1802-ci ilin iyulundan Rusiya Malta məsələsinə müdaxilə etmək
siyasətindən uzaqlaşırdı. Hələ 1801-ci ildə İngiltərə təklif edirdi ki, adanın
müstəqilliyinə söz verir, hətta ora rus qoşunlarının gətirilməsini təklif edirdi.
Lakin İngiltərənin bu təklifi 3 məsələyə görə nəzərə alınmadı:
1)
m
əqsədəuyğun olmayan maliyyə və insan çatışmazlığı;
2)
Fransa
ilə münaqişənin arzuolunmazlığı;
3)
ingilis-f
ransız münaqişəsini yaratmamaq arzusu.
1801-ci ilin
oktyabrından və 1802-ci ilin oktyabrına kimi Rusiya Dövlət
87
Soveti
və Nazirlər Kabineti 6 dəfə Malta məsələsini müzakirə etdilər. Rusiyaya
müraciət edərkən İngiltərə Fransaya qarşı rus-ingilis ittifaqının yaradılması
üçün
əsas axtarırdı. "Azad əl" siyasətinə əsasən Rusiya İngiltərəyə öz etirazını
bildirdi. A.R.Vorontsovun
İngiltərə səfiri Uorrena göndərdiyi 1803-cü il 9 mart
tarixli etiraz
notasında aşağıdakıları qeyd edirdi:
1) Rusiya Maltaya
görə ingilis-fransız münasibətlərini sülh yolu ilə həll
etmək istəyir;
2) ingilis-
fransız razılaşmasına əsasən Malta statusu məsələsinə Rusiya
zəmanət verirdi;
3) ingilis-rus kon
vensiyasının sonunda Türkiyə və Neopolitan krallığına
əvvəlki kimi zəmanət vermirdi (7, 42).
1803-cü ilin
yazında Fransa ilə İngiltərə arasında yenidən bərpa olunan
hərbi əməliyyatlar əsasən müstəmləkə bazarlarına doğru aparan dəniz yolları
üzərində davam edir. Müttəfiqlər barədə Rusiyaya təkliflər Fransa tərəfindən
edilsə də, nəticəsi olmurdu.
1802-ci il 16 sentyabrda Rusiya
Senatının verdiyi qərar 1787-ci il rus-
fransız ticarət müqaviləsinin yenidən qüvvəyə minməsi barədə idi. Beləliklə,
1802-ci
ildə Fransa tacirləri formal olaraq ingilis tacirləri ilə bərabər hüquqa
malik olurlar. Qara
dənizdə Fransa tacirləri üstünlük əldə edirlər. Beynəlxalq
vəziyyətin kəskinləşməsi Yaxın Şərqdə özünəməxsus ingilis-rus cəbhəsinin
forma
laşması prosesini sürətləndirir (9, 226).
I Aleksandr
hökuməti hələ nə hərbi, nə də diplomatik cəhətdən hazırlığı
başa çatdırmamışdı. Fəaliyyətsiz dayanmaq mümkün deyildi.
Artıq Rusiya-Fransa konfliktində Aralıq dənizi problemi ön plana keçir.
1803-cü il iyun
ayında Fransa İonik adalarına və Materik Yunanıstanına hücum
təhlükəsi yaradır. Rusiya Neapolda neytrallığa riayət etməyi tələb edir. Fransa
da cavab
tələbləri göndərir. Sentyabr ayında münasibətlər tam kəsilir.
Fransaya
qarşı münasibətdə Rusiyanın gələcək xarici siyasətinin müəy-
yən edilməsində iki nöqteyi-nəzərin yeni toqquşması 1804-cü ilin aprelində
Dövlət Şurasının müşavirəsində baş verir. Burada söhbət genişlənməkdə olan
İngiltərə-Fransa müharibəsi ilə əlaqədar Rusiyanın yeni xarici siyasət kursun-
dan
və Fransanın Balkanlara, Yaxın Şərqə, İtaliyaya, Yunanıstana artan
id
dialarından gedirdi.
Bundan
başqa, Rusiya Fransa ilə ümumi sərhədlərə malik deyildi, ona
görə Mərkəzi Avropa ölkələri ilə razılığa gəlməlidir. Bu şəraitdə Rusiya üçün
Prussiya
və Avstriya ilə ittifaq vacib idi. Rus diplomatlarının nəzəri məhz hə-
min
tərəfə yönəlirdi.
Prussiya
ilə hələ 1804-cü ilin mayında Rusiya ilə Fransanın şimali Qara
dəniz mülklərinə iddiası meydana çıxarsa, qarşılıqlı kömək barədə müqavilə
imzalayar.
Lakin Prussiya
digər tərəfdən həmin ilin iyun ayında Fransa ilə müqavilə
imzalayır ki, bu müqaviləyə əsasən Fransaya qarşı öz ərazisindən qoşun keç-
məsinə icazə verməyəcəkdi. İndi Rusiya Prussiyanın qarşısında Fransa ilə bü-
88
tün
münasibətləri kəsmək və koalisiyaya daxil olmaq məsələsini qoyur. Prussi-
ya
və Avstriya eyni zamanda Napoleonla ittifaqı saxlamağa çalışırdılar. III
Fridrix-Vilhelm bildirdi ki, Prussiya Napoleonun hücumuna birinci
məruz qa-
lacaq.
Rusiyanın və Avstriyanın köməyinə III Fridrix-Vilhelm ümid etmir,
ingilislərin köməyinə isə heç inanmırdı (1,198).
Rusiyanın koalisiyaya daxil olmaq haqqındakı təklifinə Prussiya cavab
verir ki,
Avstriyasız koalisiyaya daxil olmaq fikrində deyildir. Avstriya da eyni
zamanda bildirdi ki,
Prussiyanın koalisiyaya birinci daxil olmasını gözləyir.
Nəhayət, 1804-cü il 25 oktyabrda Rusiya Avstriya ilə müttəfiqlik barədə müqa-
vilə bağlamağa nail olur. Lakin bu müqavilə qeyri-müəyyən xarakter daşıyırdı.
Müqavilə yalnız Fransanın həmin sənədləri imzalayan tərəflərə hücum edəcəyi
zaman
Avstriyanın hərbi fəaliyyətini nəzərdə tuturdu. Elə 1804-cü ildə Rusiya
Danimarka
ilə müdafiə xarakterli müqavilə imzalayır. İngiltərə və Rusiya
arasında Fransaya qarşı birgə hərəkət barədə müqavilə 1805-ci il 30 martda
bağlanır. İngiltərə ilə ittifaq Rusiyanı yalnız maddi cəhətdən təmin edirdi. İn-
gilis
hökuməti düşmənə qarşı müharibə üçün qoşun vermək istəmirdi (11, 167).
Avstriya
ilə müqavilənin əksinə olaraq ingilis-rus müqaviləsi Fransanın
hücum
edəcəyi zaman hərbi əməliyyatların başlanmasını nəzərdə tuturdu.
Fransa
təcavüzünə qarşı daha bir addım Avstriyanın ingilis-rus ittifaqına
daxil
olmağa məcbur etmək zərurəti idi. Yalnız 1805-ci ilin martında Napoleo-
nun
İtaliya kralı elan edilməsi Genuya və Luknini işğal etməsi və Avstriya hö-
kumətini Fransa ilə əlaqədən imtina etməyə və 1805-ci ilin avqustunda rus-
ingilis
ittifaqında birləşməyə məcbur edir.
Hələ bir qədər əvvəl 1805-ci ilin yanvarında Rusiya Napoleona qarşı
İsveçrəni də dəvət edir və İsveçrənin təhlükəsizliyini təmin edir.
1805-ci ilin
sentyabrında Napoleona qarşı yönəldilmiş planlarından nara-
hat olan
Türkiyə Rusiya ilə saziş imzaladı. Bu sazişə görə hər iki tərəf Qara
dəniz hövzəsinin qorunması üçün məsuliyyət daşıyırdı. Türkiyənin koalisiyaya
birləşməsi rus diplomatiyasının qələbəsi idi. Bununla da III Antinapoleon koa-
lisiyası yarandı.
Napoleon Prussiyaya Qannoveri
vəd etdi. Prussiya hökuməti onu Fransa
və müttəfiqlərinin hücumlarından qoruya biləcək ikitərəfli siyasət yeritməyə
ça
lışırdı.
Beləliklə, müttəfiqlər Fransa ilə müharibəyə başladılar və bu müharibəni
Prussiyasız sona yetirdilər. Müttəfiqlər müharibəyə pis hazırlaşmışdılar, Avst-
riya ordusunun
qüvvəsi isə tükənmişdi. Ən yaxşı Avstriya korpusu Fransa tərə-
findən zəbt olunmuş torpaqları qaytarmaq üçün Şimali İtaliyaya göndərilmişdi.
Digər hərbi hissə İsveçrədə yerləşirdi. General Makanın komandanlığı altında
olan III qrup
isə Bavariyanı tutmaqla məşğul idi və Ulma rayonunda yerləşirdi
(4, 311).
Napoleonun
İngiltərə ərazisinə hücum planından imtina etməsi mühari-
bəyə qoşulan Rusiya üçün əlverişli deyildi. Qeyd etmək lazımdır ki, rus ordusu
öz
müttəfiqinə köməyinə gələndə artıq Avstriya ordusu süquta uğramışdı.
89
Avstriyalılar 1805-ci il oktyabr ayında Ulma yaxınlığında məğlub olmuşdular.
Buna baxmayaraq, 1805-ci il 30 oktyabrda Kremsom
şəhəri yaxınlığın-
dakı vuruşda ruslar bütün fransız korpusunu darmadağın etdilər.
Müttəfiqlər ordusunun hücumu 1805-ci ilin 20 noyabrında başlandı. Müt-
təfiq orduları yavaş-yavaş irəliləyirdi və 3 gündən sonra Vyananın 120 km
şimalında Austerlits kəndinin qərbində yerləşən Pratsen yüksəkliyindəki möv-
qeyini
möhkəmlətdilər.
I
Aleksandrın göstərişi ilə bu yüksəkliyin alınması ləğv olundu və fran-
sızlar müqavimətsiz onu ələ keçirdilər. Bu zaman vəziyyət kəskin şəkildə də-
yişdi. "Onların döyüşü rus qoşunlarının hücumu ilə başladığı halda, indi ayrı-
ayrı müdafiə epizodu xarakteri daşıyırdı".
Austerlits
döyüşündə müttəfiqlərin 27 minə yaxın adamı həlak oldu və
əsir düşdü. Bu döyüş rus ordusunun və Prussiya taktikasının məğlubiyyəti kimi
qələmə verilə bilər. I Aleksandr bütün məğlubiyyətdə Kutuzovu günahlandı-
raraq onu ordudan
kənarlaşdırır və Kiyevə qubernator təyin edir (8, 338).
Austerlits
döyüşü Napoleonun adını ucaltmaq üçün gözəl vasitə oldu və
qüvvələrin bərabərsizliyi baş verdi. Avstriya Fransanın rəqibi kimi sıradan
çıxdı; Prussiya isə bu döyüşdən sonra Napoleonla qoruyucu müqavilə bağladı
və Prussiya bunun üçün Qannoveri alır. 1805-ci il 26 dekabrda Presburqda
Fransa-Avstriya
müqaviləsi imzalandı, bu müqaviləyə əsasən Avstriya faktiki
olaraq
İtaliya və Almaniya ittifaqından çıxarıldı. Bunun nəticəsində də Habs-
burq
imperiyasına daxil olan əhalinin 1/6-ni itirdi. Avstriya hökuməti Napo-
leonu
İtaliya kralı kimi tanıdı. Tezliklə Presburq sülh müqaviləsindən sonra
1806-
cı ildə birinci Müqəddəs Roma imperatorluğunun imperatoru titulundan
imtina etdi.
Beləliklə, Rusiya tərəfi müttəfiqsiz qaldı. III koalisiya dağıldı.
Beləliklə, çarizmin siyasəti 1805-ci ildə Austerlits faciəsi ilə başa çatdı.
III
Antifransız koalisiyası dağıldı (2, 309).
Napoleonun
rəhbərliyi altında 16 alman dövləti Reyn ittifaqını yaratdı.
Reyn
ittifaqının yaradılması alman dövlətlərinin birləşməsinə zəmin yaratdı-
ğından, bu, Prussiya üçün güclü zərbə idi. Fransa imperatoru Qərbi və Mərkəzi
Av
ropanın hakiminə çevrilir. Napoleonun ordusu Yaxın Şərqdə möhkəmlənir.
Osmanlı sultanı Fransanın düşməni olduğu halda, indi artıq Napoleonun tə-
rəfdarına çevrilir.
Avstriya
işğal edildikdən sonra Rusiya xarici siyasət kursunu təzədən
neytral Prussiya
və Fransaya qarşı yönəldir. I Aleksandr 1806-cı ilin yanva-
rında Dövlət Sovetinin yeni iclasını çağırır.
İclasın gedişində Rusiyanın Fransaya qarşı siyasətində 3 cəhəti əsas
götürülmüşdür. Hələ əvvəlki 2 metodda olduğu kimi – yəni "ingilis-fin siyasə-
ti"
və "azad əllər" siyasətində heç bir təzəlik yox idi.
III yeni metodla Kurakin
çıxış edirdi. O, belə nəticəyə gəlir ki, III koali-
siya
əvvəlki hissədə olduğu kimi daimiləşir. Avstriya isə oyundan artıq çoxdan
çıxmışdır. Avstriyanın işğalı Prussiyanın səlahiyyətini gücləndirir, ancaq son-
rakı gedişində ittifaq Prussiyanın qoruyucusu ola bilər, ona görə ki, Prussiya
90
Fransadan qorxurdu. Napoleon onunla
müharibəyə başladıqdan sonra Prussiya
ona
müharibə elan edə bilərdi. Bu ittifaqı Danimarka və İsveçrə ilə də bağ-
lamaq
lazım idi.
İngilis-rus əlaqələrinə Kurakin yenidən baxır. Kurakinə görə Fransaya
qarşı İngiltərə ilə əlaqəni kəsmək lazımdır, ingilis-rus ittifaqı isə saxlanmalıdır
(4, 312).
1806-
cı ilin əvvəllərində Fransa Rusiya ilə separat müqavilə bağlamağa
çalışır, ancaq Rusiya onu sülh danışıqlarına çəkirdi. 1806-cı il 6 iyulda Rus
nümayəndəsi Ubri Parisə yola düşür. Burada məlum olur ki, Rusiyanın sülh
müqaviləsini qoruyub saxlamaq üçün heç bir ümidi yoxdur. Fransa ilə sülh
ancaq bu
təkliflərlə ola bilərdi:
I. Korfu
adasında hərbi-dəniz bazasının saxlanılması və İonik arxipela-
qında nəzarət.
II. Bütöv, yaxud
hissə-hissə fransız sərhədlərinin Dalmasiyadan evakul-
yasiyası.
III.
İtaliya və Osmanlı imperiyası arasında bir, yaxud bir neçə azad dövlət
yaratmalı.
Fransız diplomatiyası artıq Austerlisdə qalib gəlmişdir və Avstriya ilə
sülh
danışıqları aparmaq ona asan idi. 1806-cı il 20 iyulda fransız-rus sülh mü-
qaviləsi imzalanır. Bu müqaviləyə görə Rusiya Neopolitan və Sardiniya kral-
lığına, həmçinin alman dövlətlərinə başçılıq etmək səlahiyyətini itirirdi. Napo-
leon
isə 3 ay müddətində öz ordusunu Almaniya ərazisindən çıxartmağa söz
verir.
Rus-
fransız müqaviləsi I Aleksandr üçün indi heç bir maraq oyatmırdı.
İndi Peterburq üçün əsas məsələ Prussiya və Türkiyə ilə əlaqə yaratmaq idi.
1806-
cı ildə Prussiya siyasəti fransız və rus diplomatiyası üçün birinci
nəticə olmuşdur.
"Rusiya üçün
Prussiyanın bir dövlət kimi qorunması və rus-pruss əla-
qələrinin yaranması onun Almaniyanın işlərinə qarışmasını, Balkan ticarətini
qoruyub
saxlamağı və ən əsası da Napoleonun Rusiyaya müharibə elan et-
məsinə mane olmaq demək idi" (11, 168).
1806-
cı ilin əvvəlində Fransa Prussiya məsələsində böyük qələbə qazanır.
Fransa Prussiyaya söz
vermişdir ki, o, ingilis krallığına – Qannoverə Prussi-
yanın sahib olmasına şərait yaradacaq. 1806-cı il 15 fevralda Prussiya ilə Fran-
sa
arasında Prussiya ordusunun Qannoveri tutması haqqında müqavilə imza-
landı.
Bu
müqavilədən sonra, martda İngiltərə Prussiyaya müharibə elan edə-
rək, öz gəmilərinin Prussiya limanlarına girməyini qadağan etdi və Prussiya
gəmilərinə embarqo qoydu. 1806-cı il 12 mayda İsveçrə krallığı Pomeraniyada
Prussiyaya
dəniz blokadası elan etdi.
Prussiya-Rusiya
müqaviləsində ancaq siyasi tərəfi deyil, Rusiya onun iq-
tisadi
tərəfini də götürürdü. İngilis-Pruss müharibəsi Rusiyanın Baltik tica-
rətinə mənfi təsir göstərirdi.
91
Lakin sonralar Prussi
yanın dövlət başçıları anladılar ki, Fransa onlardan
Rusiyaya
və İngiltərəyə qarşı oyunda bir "piyada" kimi istifadə etmək istəyir.
Bu da
Rusiyanı Prussiyaya daha da yaxınlaşdırır. 1806-cı il 1 iyulda rus-pruss
müqaviləsini təsdiq edən gizli deklorasiya imzalanmışdır. Prussiya Fransa ilə
əlaqədən imtina edərək onunla müharibə aparmaq fikrində idi və İngiltərə ilə
barışmaq istəyirdi. I Aleksandr qeyd edirdi ki, ancaq bu müqavilələr IV koali-
siyanın əsasını qoymuşdur. Rusiyanın Prussiyaya qarşı yeni müharibəsi Na-
poleon
koalisiyası çərçivəsində baş verməli idi, çünki bunun əsası Rusiya-
Prussiya
əlaqəsi olmalı idi (9, 381).
1806-
cı ilin avqust-sentyabr aylarında Rusiya Prussiyanın rəhbərliyi al-
tında Şimali Atlantika konfransını yaradır. Kiçik alman dövlətləri və Avstriya
bu
konfransın Rusiyanın başçılığı altında keçirilməsini istəyirdilər, çünki Av-
striya daha çox
Şimali Atlantika dövlətlərinə Prussiyanın təzyiqinin güclən-
məsindən qorxurdu.
Rusiya
İspaniya ilə yeni antinapoleon koalisiyası yaratmağa çalışırdı.
Diplomatik
işlərlə birgə IV koalisiyanın yaranması ilə Rusiyada Fransaya
qarşı müharibəyə hazırlıq gedirdi.
Lakin I
Aleksandrın hərbi və diplomatik planları Prussiyanın hücumu ilə
məhv edildi. 1806-cı il 1 oktyabrda o (Prussiya səfiri) Parisə Taleyrana ultima-
tum
göndərdi: Ultimatum aşağıdakılardan ibarət idi: 1) Fransa öz ordusunu
Almaniyadan Reynin
arxasına aparmalıydı; 2) O, Prussiyanın başçılığı altında
Şimali Almaniya ilə əlaqə yaratmaqdan imtina etməlidir. Napoleon bu ulti-
matumu
rədd edir və Prussiyaya hücum edir.
Müharibənin başlanması Napoleon üçün gözlənilməz deyildi. Oktyabrın
əvvəlində Parisdə Rusiyanın Prussiyaya köməyi məsələsinə baxılır. Fransız ko-
mandanlığının əsas məqsədi 1806-1807-ci il kompaniyasında bir neçə əsas
döyüşdə Polşa və Prussiya ərazisində rus ordusunu məhv etmək və I Alek-
sandrı Fransa ilə sülh yaratmağa məcbur etmək idi.
Bu
səbəbdən bütün hərbi və diplomatik planlarında Napoleon 1806-cı
ildə İngiltərə ilə münaqişəni unutdu.
9 noyabr 1806-
cı ildə Napoleon Britaniya adalarında blokada elan etdi.
İngiltərə ilə müharibə yeni forma – ticarət müharibəsi formasını almışdır. Ru-
siyanın iqtisadi blokadada iştirak etməməsi bunun keyfiyyətini aşağı salmışdır.
İngiltərə gəmiləri Avropa limanlarına buraxılmırdı. Trafalqda fransız or-
dusu
dağıldıqdan sonra Napoleon bir müddət İngiltərə ilə açıq döyüşdən imtina
edir.
1807-ci ilin
noyabrında Londonda İngiltərəyə qarşı qərar qəbul edil-
mişdir. Ancaq bunu Fransa təkbaşına edə bilməz. Ona görə də, Napoleon hələ
1806-
cı ildə Rusiyaya qarşı gizli proqramını həyata keçirmək istəyir.
Bu
sənəd Fransanın siyasətini təkcə 1806-cı ildə deyil, 1807-1812-ci ilə
kimi
müəyyən edirdi.
Fransız diplomatiyası Portla, Rusiya və İngiltərə ilə əlaqəni pozur.
Tezliklə Türkiyə Rusiya və İngiltərəyə müharibə elan edir. Fransa hətta
92
çalışmırdı ki, növbəti şərait üçün Portla belə bir ittifaq bağlasın:
1)
Rusiya
ilə onun fikri olmadan təkbaşına sülh yaratmamaq;
2)
Fransa,
əgər Türkiyə təkbaşına bunu bacarmazsa, Krıma sahib ol-
mağa söz verir;
3)
Fransa
Türkiyəyə Moldaviya və Voloxiyaya sahib olmağa söz verir;
4)
Fransa
Türkiyə imperiyasının bütövlüyünə söz verir.
Ancaq bütün bu
cəhdlərə baxmayaraq Fransa diplomatiyası Türkiyə ilə
ittifaq yarada
bilməmişdir (12, 446).
İttifaq qoşunlarının Austerlitsdə məğlubiyyətindən sonra Fransanın nü-
fuzu
təkcə Avropada deyil, həmçinin Şərqdə də yüksəlir. Sonra fransız diplo-
ma
tiyası antirus əməliyyatını İstanbulda gücləndirərək, Osmanlı sultanını əmin
edir ki, Rusiya Austerlits
döyüşündə çox zəiflədiyindən onun bir daha gücü
qal
mamışdır. Napoleon Rus-türk müharibəsini qızışdırmaqla Rusiyanı Av-
ropanın işlərindən uzaqlaşdırmaq və bununla da Avropanı ələ almağa çalışırdı.
O,
Osmanlı sultanına söz verir ki, Krımı və Gürcüstanı Rusiyadan ayırmağa
icazə verəcək.
Napoleonun
təkidi ilə Osmanlı sultanı Rusiya ilə əlaqələri pozur.
Türkiyə hökuməti rus ticarət gəmilərinin boğazlardan azad keçməsinə
icazə vermir və insanları həbs edir, yükləri tutub saxlayırdı. Bütün bunlar
Türkiyə ilə müharibəyə şərait yaradırdı.
Rusiyanın vəziyyəti ağır idi. Rusiya üç cəbhədə – Fransa, İran və Türkiyə
ilə müharibə apırırdı.
Rus ordusu 1807-ci ilin yanvar-fevral
aylarında türklər üzərində bir neçə
qələbə çaldı. O, Yassı, Bendera, Akkerman, Qalaz və Buxarest qalalarını almış,
Dunay
sahillərinə çıxmışdır. Sinyavinin eskadrası şagirdi Uşakovun rəhbərliyi
altında türk ordusunu məhv etmiş, Dardaneli mühasirəyə almışdır. Balkan xal-
qının, əsasən də serblərin ruslara böyük köməyi olmuşdur. 1804-cü ilin yan-
varında serblərin milli azadlıq hərəkatı baş vermişdir.
Rus-türk mühari
bəsi başladıqdan sonra ruslar serblərlə əlaqə qurmağa
başlamışlar. General İsayevin rəhbərliyi altında olan dəstə Osmanlı imperiyası
üzərində serblərin bir sıra qələbə çalmasına nail olmuşdur. Osmanlı sultanı
Serbiya ilə barışmalı olur və serblərə muxtariyyət verir (2, 257).
1807-
ci ilin yayında Rusiya Dunaydan türklərin qarşısını almışdır. Qara
dənizdə ruslar Anapa qalasını zəbt etmişlər.
1807-
ci il 2 iyunda Fridlandda baş verən döyüş müharibənin nəticəsini
həll etdi. Napoleon Qərbdə müharibənin uzun çəkəcəyini gördükdə Rusiya ilə
danışıqlar yolu axtarmağa başlayır.
Artıq 1807-ci ilin yanvarında Prussiya diplomatları rus-fransız sülh danı-
şıqlarına başlamağa razılıq verirlər. Rusiya hökuməti İngiltərənin və Prussiya-
nın iştirakı ilə bu danışıqlara razılıq verdilər. Ancaq Napoleonun məqsədi anti-
napoleon
koalisiyasını dağıtmaq olduğundan bu danışıqlar heç bir nəticə ver-
mədi.
1807-
ci il 28 apreldə Bartenşteyndə I Aleksandr ilə Prussiya kralı ara-
93
sında gizli müqavilə imzalanır. Bu müqaviləyə əsasən VI koalisiyanın Napo-
leon
a qarşı həlledici döyüşü olmalı idi.
Fransanın Almaniyadan Reynin arxasına qovulması məsələsi Şimali Al-
maniya konfransında (Prussiyanın başçılığı ilə) I Aleksandrı, İsveçrəni, İngiltə-
rəni və Avstriyanı özünə çəkmək idi. Lakin 1807-ci ilin payızındakı millətlər
arasındakı vəziyyət Fransaya qarşı bu planın gedişini dayandırdı.
Ancaq İngiltərə razılıq verməklə elə bir təklif irəli sürdü ki, bu, Prussiya-
nı onlardan uzaqlaşdıraraq Fransaya birləşdirirdi, eyni zamanda Avstriyanı da
öz
lərindən uzaqlaşdırırdı. Bununla bu plan heç bir nəticə verməmişdir (6, 486).
Rusiyanın 1801-1807-ci ildəki xarici siyasəti bir neçə mərhələdən keç-
mişdir. Mübahisəli məsələlərin diplomatik surətdə müəyyən edilməsi (1801-ci
ildə Paris razılaşmasına əsasən ingilis-rus dənizçilik konvensiyası).
1801-1803-cü il
lərdə Rusiya "neytral" siyasət mövqeyi tuturdu. İngiltərə
və Fransa bir-birinə rəqib mövqedə idilər, Rusiya isə əvvəlcə İngiltərə ilə
müna
sibətləri qaydaya salmışdı. Bütün münasibətlərdə Rusiya ilə İngiltərə
a
rasındakı əlaqələr əlverişli idi. Rusiya-Fransa münasibətləri hersoq Eşenskinin
ölü
mündən sonra daha da pisləşmişdi. Onda çar hökuməti Napoleona etiraz no-
tası göndərir. Napoleon isə notaya kəskin cavab vermişdir. Nəticədə də, Fransa
ilə Rusiya arasındakı münasibətlər kəsilir. Fransa səfiri geri göndərilmişdir.
Rusiya və İngiltərənin dövlət başçıları fransız işğalının əleyhinə idilər.
Ona görə də, 1805-ci ildə III antifransız koalisiyası yarandı. Onun əsas iştirak-
çıları Rusiya, İngiltərə və Avstriya idi və onlara Danimarka, Türkiyə və İsveçrə
də qoşuldu.
Müttəfiqlər Fransaya qarşı müharibəyə başladılar. Prussiya isə III, ən
böyük antifransız koalisiyasına qoşulmadı (1, 204).
8 noyabr 1805-
ci ildəki Ulma döyüşündən sonra Avstriya ordusu təslim
oldu. Həmçinin 1805-ci ildəki Austerlits yaxınlığındakı döyüşdən sonra rus və
Avstriya qoşunları məğlub olmuşdu. Bu döyüşdə Avstriyanın məğlubiyyətin-
dən sonra Rusiya müttəfiqsiz qalır, III koalisiya dağılır. Rusiya Napoleonla
sülh danışıqlarına başlayır. Lakin sülh müqaviləsi baş tutmadı. Yeni müharibə
yaxınlaşmışdı. Belə bir şəraitdə IV antifransız koalisiyası yarandı. Onun tərki-
binə Rusiya, İngiltərə, Prussiya və İsveçrə daxil idi. 1806-1807-ci illərdə yeni
koalisiya müharibəsi başladı.
1807-ci il iyunda Napoleon
Fridland döyüşündə qələbə çaldıqdan sonra
Rusiya qoşunlarını Nemanın arxasına sıxışdırır. Rusiyaya hücum etməyə
özünün
tam hazır olmadığını gördükdə sülh danışıqlarına başlayır. I Aleksandr
da müttəfiqsiz qaldığından müharibəni davam etdirmək istəmir. İngiltərə də
ona heç bir yardım göndərmir. Rusiya İngiltərə ilə olan əlaqələrdə Fransa tərə-
fin
ə keçir. 1807-ci il iyunun 7-də Tilzitdə sülh müqaviləsi imzalanır. Prussiya
Elbadan qərbə olan torpaqlarını itirir. Əvvəllər ələ keçirdiyi Polşa torpaqlarında
V
arşava hersoqluğu yaranır. Rusiya ingilis-rus danışıqlarını, Fransa isə Rusiya
ilə Türkiyə arasındakı sülh müqaviləsini imzalamağı öz üzərlərinə götürürlər.
Rusiya üçün çətin şərt kontinental blokadada birləşmək idi. Əsas məqsəd
94
İngiltərəni xarici ticarət bazarlarından təcrid etmək idi.
Tilzit sülhü müvəqqəti ziddiyyət xarakteri daşıyırdı. Bu sülh Napoleonun
əl-qolunu yeni işğallar üçün bağlayırdı (İspaniya, Portuqaliya). I Aleksandrın
əsas məqsədi daxili siyasət məsələlərini həll etmək və 1812-ci il müharibəsinə
hazırlaşmaq idi.
I Aleksandrın Fransanın əli ilə "Şərqi almaq" cəhdi baş tutmadı. Napo-
leon
isə Rusiyanı İngiltərə və Avstriya ilə fəal müharibəyə cəlb edə bilmədi.
Rusiya Fransanın köməyi ilə İngiltərəyə qarşı mübarizə ilə bərabər öz
imperiyasının sərhədlərində işğalçılıq siyasətini davam etdirirdi (Finlandiyanın
və Şərqi Qalitsiyanın birləşdirilməsi, Bessarabiya, Moldaviya və Valaxiyanın
birləşdirilməsi və s.).
Möhkəmlənmiş kontinental mühasirə şəraitindən imtina etmiş rus hökm-
ranlığının yaratdığı neytral mövqe ingilis-fransız müharibəsində yeni fransız-
rus münasibətlərinin qəti kəskinləşməsinə və 1812-ci il müharibəsinə gətirib
çıxarırdı. Bu müharibədə Fransa imperatorunun əsas məqsədi rus dövlətini
məhv etmək və onun Fransadan asılılığını təmin etmək idi (12, 491).
ƏDƏBİYYAT
1.Байзакова К.И. История международных отношений в новое время, М.: Просвещение,
2007, 463
с.
2.Боханов А.Н., Горинов М.М. История России с начала XVIII до конца XIX веков, Кни-
га II, М.: Аст, 2001, 377 с.
3.Бовыкин В.И. Очерки истории внешней политики России. М.: Наука,1960, 442 с.
4.История дипломатии. М.: Просвещение, 2005, 519 c.
5
.История России с древнейших времен до наших дней. Под ред. А.Н.Сахарова. М.:
Проспект, 2009, 720 с.
6
.История внешней политики России. Первая половина XIX века. М.: Наука, 1985, 499 с.
7
.Киняпина Н.С. Внешняя политика России в первой половине XIX в. М.: Наука,1976,
216
с.
8
.Лысак И.В. История России с древнейших времен до конца XIX века. Таганрог: 2001,
ТРТУ, 360 с.
9.
Милов Л., Цимбаев Н. История России XVIII-XIX веков. М.: Просвещение, 2006, 409 с.
10
.Павленко Н.И. История России с древнейших времен до 1861 г. М.: Высшая школа,
2004, 371
с.
11
.Протопопов А.С. История международных отношений и внешней политики России в
1648-
2000 гг. М.: Аспект-пресс, 2001, 344 с.
12
.Троицкий Н.А. Россия в XIX веке: Курс лекций. М.: Просвещение,1997, 504 с.
РОССИЙСКАЯ ДИПЛОМАТИЯ В НАЧАЛЕ ХIХ ВЕКА
А.М.МАМЕДОВА
РЕЗЮМЕ
В статье показаны сложные переплетения и взаимовлияния направлений внешней
политики как европейской, так и азиатской. В сферу внимания попадает не только ди-
пломатическая история, но и военный аспект российской политики, государственный
95
механизм принятия и осуществления внешнеполитических решений. Также проанализи-
рованы связи и конкретные внешнеполитические цели и амбиции России, методов и
средств их достижения и удовлетворения с менявшимся обликом и самой страны и ок-
ружавшего ее мира, с экономическими и политическими интересами различных сосло-
вий и групп империи; и наконец, показаны механизмы и реальные плоды воздействия
России на исторические судьбы ее соседей на Западе, Востоке и Юге, на мировую поли-
тику в целом.
Ключевые слова: история, дипломатия, Россия, внешняя политика
RUSSIAN DIPLOMACY IN EARLY XIX CENTURY
A.M.MAMMADOVA
SUMMARY
The article depicts complicated interlacement and mutual influence of the political strat-
egies in both European and Asian external politics. The diplomatic history of the Russian poli-
tics, military aspects, the state mechanism of making decisions in external politics as well as
their realization are under the focus. We have analyzed the connections and particular purposes
and ambitions of Russia in the external politics of the country, methods and means of their
achievement and adaptability to the changes of the country and the surrounding environment,
with the economic and political interests of different social estates and groups in the Empire.
Finally, the mechanisms and true outcomes of the Russian influence on its neighbours in the
East, West and South, as well as the world politics in general are demonstrated.
Key words: history, diplomacy, Russian, external politics
96
Dostları ilə paylaş: |