Bakixanovun



Yüklə 279,25 Kb.
Pdf görüntüsü
səhifə38/49
tarix24.12.2017
ölçüsü279,25 Kb.
#17907
1   ...   34   35   36   37   38   39   40   41   ...   49

119 
 
«Riyazül-qüds»də də eynilə bu epizodun təsviri zamanı 
oxşar məzmunlu bir şeir parçası verilmişdir: 
 
Dövri-sipehri-kinə çü dutdi təriqeyi-cəfa, 
Qoydi bəni-bəlakeşi düşmən əlində binəva. 
Halimi gör, nə növdür, badi-səba, bəyan et, 
Səbti-Rəsulə mən' qıl, ta edə tərki-müddəa. 
Qılsa İraqə əzm əgər, bikəsü bimədəd qalur, 
Bəsteyi-dami-cövr olur bən kimi zarü mübtəla... (40b)  
 
Bu şeir parçalarının məzmunları arasında da 
müəyyən bir oxşarlıq müşahidə olunur. Hər iki nümunədə 
Müslim səbaya (səhər küləyinə) üz tutaraq xahiş edir ki, onun 
halını imama (ə.) çatdırsın və imamın (ə.) Kufəyə gəlməsinə 
mane olsun. 
Daha bir nümunəyə müraciət edək. «Hədiqətüs-süəda»nın 
beşinci babında imam Hüseyn (ə.) babasının məzarını ziyarət 
edərkən Füzuli onun dilindən aşağıdakı misralarla başlayan şeir 
parçasını verir: 
 
Əssalam, ey asitanın rəşki-firdovsi-bərin,  
Xakrubi-dərgəhin müjgani-çeşmi hurü eyn...  
Ümməti-zalim baŋa izhari-bidad etdilər,  
Bikəsəm, biçarəyəm, sənsən 
baŋa
 ancaq müin. (29, 
172) 
 
«Riyazül-qüds»də də eyni məqamda bu misralarla başlayan 
şeir parçası vardır: 
 
Əssəlam, ey tacidari-mülki-iman, əssalam,  
Əssəlam, ey müqtədayi-əhli-imkan, əssəlam...  
Əssalam, ey zübdeyi-kövnü məkan, gör halımı,  
Daği-bidad eyləyübdür bağrımı qan, əssəlam... 
(34b) 


120 
 
 
Bu şeir parçalarının hər ikisinin eyni məqamda işlənməsi
eləcə də eyni sözlərlə başlanması və sonuncu 
beytlərin
 
məzmun baxımından da müəyyən dərəcədə yaxınlığı (hər 
ikisində imama (ə.) zülm edilməsindən danışılır) yenə də 
«Riyazül-qüds»da «Hədiqətüs-süəda»nın təsirinin nəticəsi kimi 
qəbul edilə bilər. 
Füzuli ilə Bakıxanovun sözügedən əsərlərinin bu 
hissəsində olan daha bir şeir parçası istər 
quruluşca
, istərsə də 
onlarda işlənmiş ifadələr 
baxımından
 bir-biri ilə yaxından 
səsləşir: 
 
«Hədiqətüs-süəda»da: 
 
Əlvida, ey sərvi-gülzari-imamət, əlvida!  
Əlvida, ey şəm'i-bəzmi-istiqamət, əlvida!  
Əlvida, ey zəhr təsirilə rəngin səbzfam,  
Əlvida, ey səbzeyi-baği-qiyamət, əlvida! (29, 173) 
 
 «Riyazül-qüds»də: 
 
Əlvida, ey gövhəri-dürci-risalət, əlvida! 
Əlvida, ey əxtəri-bürci-cəlalət, əlvida!  
Əlvida, ey qönçeyi-əclali-zatim gülbüni,  
Əlvida, ey laleyi-gülzari-ismət, əlvida... (35b) 
 
Bu şeir parçalarının hər ikisi imam Hüseynin (ə.) 
dilindəndir, lakin  onlardan   birincisi (Füzulidəki) imam 
Həsənə (ə.) müraciətlə deyilmiş, ikincisi isə (A.Bakı-
xanovdakı) həzrət Fatiməyə (ə.) ünvanlanmışdır. Bununla belə, 
onlarda bir-biri ilə səsləşən məqamlar az deyildir. Belə ki, 
onların hər ikisi «əlvida»  sözləri ilə başlanır və üçüncü misra 
istisna olmaqla, həmin sözlə də bitir. Bundan əlavə, «əlvida» 
sözündən qabaq işlənmiş və qafiyə təşkil edən sözlər, 


121 
 
birincidə:  «imamət», «istiqamət», «qiyamət»; ikincidə isə: 
«risalət», «cəlalət», «ismət» səslənmə  baxımından bir-birinə 
yaxın sözlərdir və onlar arasında müəyyən bir uyğunluq, səsləşmə 
yaradır. Deməli, bu şeir parçaları arasında da açıq-aşkar səsləşmə 
və uyarlıq xüsusiyyətləri özünü göstərir ki, bu da «Riyazül-
qüds»də «Hədiqətüs-süəda»nın təsirini sübut edən dəlillərdən biri 
kimi qəbul edilə bilər.  
Hər iki əsərdə olan daha bir eyni epizodda - imam 
Hüseynin (ə.) Kərbəlada düşmənlə döyüşə getməzdən öncə 
səhrada olan ailə üzvləri ilə vidalaşması səhnəsində imamın 
(ə.) dilindən verilən aşağıdakı şeir parçaları arasında da 
müəyyən səsləşmələr özünü göstərir: 
 
«Hədiqətüs-süəda»da: 
 
Gəldi ol dəm ki, dili-qəmnakımı şad eyləyəm,  
Mürği-ruhi damgahi-təndən azad eyləyəm.  
Gəldi ol dəm ki, bu möhnətxanəyi viran edüb,  
Qüds mülkinə binayi-işrət abad eyləyəm... (29, 277)  
 
«Riyazül-qüds»də: 
 
Yetdi ol dəm kim, şəhadət zövqün idrak eyləyəm,  
Ruzigar alayişindən damənim pak eyləyəm.  
Yetdi ol dəm kim, keçüb möhnətsərayi-dəhrdən,  
Müttəsəl məhzun olan könlüm fərəhnak eyləyəm. 
(63b) 
 
Füzulinin bu şeir 
parçasındakı
 birinci və üçüncü misralar 
«gəldi ol dəm ki» sözləri ilə başlanır. Bu baxımdan 
A.Bakıxanovun şeir parçasının da həmin misraları Füzulinin 
misraları ilə eyniyyət təşkil edir: onlar da «yetdi ol dəm 
kim» sözləri ilə başlanır. Aydındır ki, bu ifadələr eyni məna 
daşıyır. Bu iki nümunənin üçüncü misradan başqa, digər 


122 
 
misralarında  «eyləyəm»  sözünün rədif yerində işlənməsi də 
onlar arasında müəyyən səsləşmə yaradır. Bundan əlavə, 
yuxarıdakı şeir praçalarının ümumi məzmunları da bir-birinə 
uyğun gəlir. Hər iki nümunədə imam Hüseyn bu dünyanı 
«möhnət evi» (Füzulidə: 
«möhnətxanə», 
Bakıxanovda: 
«möhnətsəray») adlandıraraq onu tərk etmək vaxtının yetişdiyini 
bildirir və bu səbəbdən də 
qəlbindəki fərəh və
 sevinc hislərini 
ifadə edir.  
Beləliklə, bu və bu kimi digər nümunələr A.Bakı-
xanovun nəsrdə olduğu kimi, nəzmdə də Füzulinin 
«Hədiqətüs-süəda» əsərindən ustalıqla və yaradıcılıqla 
bəhrələndiyini və «Riyazül-qüds»ü qələmə alarkən sələfinin 
güclü təsiri altında olduğunu açıq-aşkar şəkildə sübut edir. 
Nəhayət, «Riyazül-qüds»də «Hədiqətüs-süəda»nın təsiri 
məsələsi
 A.Bakıxanovun bu əsərinə ad seçimi məsləsində də 
özünü göstərir. İlk baxışda bu məsələ bir qədər qəribə görünsə 
də , amma bu, danılmaz bir həqiqətdir. Məsələ burasındadır ki, 
bu iki əsərin adlarındakı birinci tərəflər sinonimdir, hər ikisnin 
mənası “bağ”, “cənnət bağı” deməkdir. A.Bakıxanov bu 
əsərinə olduqca uğurlu bir ad seçmiş və burada həm ustadı 
Füzulinin əsərinin adındakı birinci tərəfin sinonimini işlətmiş, 
həm də öz 
təxəllüsündən (Qüdsi) istifadə etmişdir.
 Bu 
baxımdan yuxarıda da qeyd olunduğu kimi, A.Bakıxanovun 
əsəri ilə Məclisinin “Cəlaül-üyun”u arasında elə bir bağlılıq 
nəzərə çarpmır. 
«Riyazül-qüds»də «Hədiqətüs-süəda»nın təsiri məsələ-
sinin yekunu olaraq bir məsələyə də münasibətimizi 
bildirmək istəyirik. Araşdırmamızın  əvvəlində  qeyd et-
diyimiz kimi, Azərbaycan  ədəbiyyatşünaslığında  indiyədək 
belə 
fikirlər
 səslənmişdir ki, A.
Bakıxanovun 
«Riyazül-qüds»ü 
M.Füzulinin «Hədiqətüs-süəda»
sına
 yazılmış nəzirədir (bax: 23, 
84; 34, 129). «Riyazül-qüds»də olan və yuxarıda qeyd etdiyimiz 
mühüm bir fakt - A.Bakıxanovun birmənalı şəkildə bu əsərini 
«Cəlaül-üyun»un 
tərcüməsi
 adlandırması bu fikrin yalnış 


Yüklə 279,25 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə