10
qüdrətli Şirvanşahlar dövlətinin paytaxtıdır. İçərişəhər müasir
Bakının mərkəzində qala divarları ilə əhatələnmiş qədim şəhər,
yaşayış massivləri və özünəməxsus infrastrukturu ilə canlı tarixdir.
Şirvanşahlar saray kompleksi orta əsrlərin şəhərsalma
tələblərinə uyğun olaraq qədim Bakı – indiki İçərişəhər relyefinin
ən hündür yerində - içqalada yerləşir. Kompleksin əsas tikililəri
olan saray binası və Divanxana Bakı təpəsinin tam zirvəsində
ucaldılmışdır. Şirvanşahlar sarayından bəhs edən səyyahlar, yaxud
da onun memarlıq təhlilini verən mütəxəssislər, bir qayda olaraq,
kompleksin tərkibindəki Divanxana binasına üstünlük vermişlər.
Gerçəkdən də Şirvanşahlar saray kompleksi yuxarıda Bakı
qalasının tacı kimi yüksəlirdisə, Divanxana bu tacın ən dəyərli daş-
qaşı idi.
Bakı ətrafı kənd və qəsəbələr, ümumilikdə Abşeron yarımadası
tarixin müxtəlif dövrlərinə şahidlik edən abidələrlə zəngindir. Bu
sırada qalalar xüsusilə diqqəti cəlb edir. Əzəmət, vüqar,
yenilməzlik rəmzi olan qalalar xalqımızın öz torpağına necə bağlı
olduğunun bir göstəricisi olmaqla yanaşı, həm də milli memarlıq
ənənələrimizi özündə yaşadır.
11
GİRİŞ
Bakı-Azərbaycan
Respublikasının
paytaxtıdır.
Abşeron
yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşir.
Şəhərin mərkəzi hissəsi Bakı buxtasına pilləli enən amfiteatrda
yerləşir. Bakının dəniz sahili hissəsi okean səviyyəsindən təqribən
28 m aşağıdır. Bakı rayonu ərazisində faydalı qazıntılardan neft,
qaz, tikinti materialları hasil edilir, müalicə əhəmiyyətli mineral
sular çıxır. Çoxlu palçıq vulkanı var. İqlimi quru subtropikdir. Orta
temperatur yanvarda 3-4°C, iyulda isə 25-26°C-dır. İllik yağıntı
300 mm-dir. Bakı üçün güclü şimal küləyi -xəzri və cənub küləyi -
gilavar səciyyəvidir.
Abşeron ərazisində tapılmış arxeoloji materiallar Bakının qədim
yaşayış məskəni olduğunu sübut edir. Pirallahı, Zığ gölü ətrafı,
Şüvəlan, Mərdəkan, Əmircan və s. yerlərdə e. ə. III-I minilliklərə
aid arxeoloji materiallar tapılmışdır. Bakının salındığı tarix dəqiq
məlum deyildir.
Bakı Qafqazda ən əhəmiyyətli turistik məkanlardan biri sayılır.
2014-cü ildə Bakı Forbes jurnalının rusiyalılar üçün biznes
qurulması sahəsində ən cəlbedici keçmiş SSRİ şəhərlərinin
reytinqində top onluğa düşüb. 2015-ci ildə Bakı Lonely Planet
nəşrinin səyahət edilməli ən maraqlı məkanların reytinqində 7-ci
sırada, New York Times qəzetinin “2015-ci ildə səfər etmək üçün
dünyanın ən yaxşı yerləri” reytinqində isə 51-ci yerdə qərarlaşıb.
Bakı adının mənşəyi haqqında müxtəlif fikirlər vardır. Bakı
toponiminin qədimliyi haqqında ilk məlumata İvan Meşaninovun
1927-ci ildə Bakıda nəşr olunmuş "Eqipet i Kavkaz" adlı
məqaləsində rast gəlmək olar. Fərziyyəyə görə, e.ə. III minilliyin
sonlarına aid edilən “Ölülər kitabı” Misir mifologiyası toplusunda
əksini tapmış “Bakhav” toponiminin Qafqazda formalaşmasıdır.
Sözün kökü olan “Baka” – “Günəşin doğulduğu yer” və ya “Səhər
şəfəqi” kimi iddia edilir. Bu toponim Böyük Qafqazın şərqində
yerləşən Bakı ilə eyniləşdirilir.
12
Bəzi mənbələrə görə, Bakı adına isə ilk dəfə V-VIII əsr
mənbələrində “Baqavan” və ya “Baquan”, “Atşi Baqavan” və ya
“Atşi Baqvan”, yəni “Atəşi Baquan” kimi rast gəlinib. “Baqa”
sözün kökü, “an” və “van” isə məkan bildirir. Toponim eramızın
VII yüzilliyində bu ərazidə yaşamış “bakan” tayfası ilə
əlaqələndirilir, bəzilərinin fikrincə isə “Bakuyə” sözündən
götürülüb.
Bakının adlarından biri də fars dilindən yaranan “Badi Kubə”
sözünün birləşməsindən yaranması ehtimal olunur. Fars dilindən
tərcümədə “Küləklər şəhəri” mənası verən bu sözün məhz Bakının
əsl adının olmasını bir çox tarixçilər iddia edir.
Professor Sara Aşurbəyli Bakının ən qədim adının “Xunsar”
olduğunu yazır. Bu yazılışda olan toponimin tərtibi onun 3 min
ildən artıq bir dövr ərzində mövcud olduğunu göstərir. “Xunsar”ın
mənası “Günəşə doğru çevrilmiş” deməkdir.
Qafqazşünas Kerop Patkanov iddia edir ki, şəhərin adı lak sözü
“Baki”dən (təpə deməkdir) əmələ gəlir. Bu hipotezə görə, Bakı
təpələr üstündə salındığından, şəhərin də adı bu sözdən
götürülmüşdür. Bu fikri coğrafiya elmləri doktoru Budaq Budaqov
da iddia etmişdir
.
Mədəniyyəti
Musiqi: XIX əsrin sonlarında Bakı ziyalılarının musiqi
əyləncəsinin əsas forması evlərdə təşkil olunan musiqi axşamları
çərçivəsindən kənara çıxmış həvəskar musiqi idi. Musiqi
həvəskarları yerli musiqiçilərin, hərbi kapelmeysterlərin, musiqi
müəllimlərinin iştirakı ilə kütləvi konsertlər (çox vaxt xeyriyyəçilik
məqsədi ilə) təşkil edirdilər.
Bakılıların eşitdiyi ilk opera Aleksey Verstovkinin 1889-cu ilin
mayında D.Aqryonov-Slavyanskinin kapellasının konsert ifasında
təqdim etdiyi “Askoldun məzarı” operası olmuşdur. Həmin il
dekabrın 5-də qastrola gəlmiş Tiflis opera truppasının ifasında