Bakımızı tanıyaq



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə8/10
tarix19.07.2018
ölçüsü1,07 Mb.
#56631
1   2   3   4   5   6   7   8   9   10

27 

 

1941-ci  ildə  Sanqaçal  Dəniz  Qazma  İşləri  İdarəsində  buruq 



ustası  kimi  əmək  fəaliyyətinə  başlamış  Qəmbərov  Məmməd 

Mütəllim  oğlu  1974-cü  ildə  Sosialist  Əməyi  Qəhrəmanı,  1978-ci 

ildə  Azərbaycan  SSR  Dövlət  Mükafatı  laureatı  və  2  dəfə  Lenin 

ordeni və medalları ilə təltif olunmuş ilk neftçilərdəndir. 

Bu  tarixə  kimi  Xəzər  dənizində  istifadə  olunan  texniki  vəsait 

yalnız  dənizin  dərinlikləri  40  m-ə  qədər  olan  sahələrdə  işləməyə 

imkan  verirdi.  Həmin  dövrdə  Xəzərin  Azərbaycan  sektorunda  40 

m-ədək  dərinlikdəki  perspektivli  sahələrdə  demək  olar  ki,  bütün 

neft-qaz  yataqlarının  hamısı  aşkar  olunmuşdu.  Dənizdə  neft  və 

qazın hasilatının artırılması daha böyük dərinliklərdə yatan neft və 

qaz  yataqları  ilə  bağlı  idi.  Azərbaycan  xalqının  ümummilli  lideri 

Heydər  Əliyevin  təşəbbüsü  və  səyi  nəticəsində  70-80-ci  illərdə 

Azərbaycana 75 növdə 400-dən çox ağır yük qaldıran kran gəmisi, 

boruçəkən  gəmilər,  seysmik,  sərnişin  və  s.  gəmi  növləri  gətirildi. 

Xəzərdə  2500  t  gücündə  “Azərbaycan”  kran  gəmisi  işə  başladı. 

Bundan  başqa  ilk  vaxtlarda  dənizin  70  m  dərinliyində  olan 

sahələrdə  geoloji-kəşfiyyat  işləri  aparmaq  üçün  “Xəzər”  tipli 

özüqalxan,  sonralar  isə  dənizin  200  m  dərinliyindəki  sahələrdə 

işləməyə  imkan  verən  “Şelf”  tipli  yarımdalma  üzən  qazma 

qurğularının  alınması  nəticəsində  dənizin  daha  dərin  sahələrində 

zəngin  neft  və  qaz  yataqlarının  kəşf  olunmasına  imkan  yarandı. 

Nəticədə  60-cı  illərin  sonu  ilə  müqayisədə  yeni  8  neft  və  qaz 

yataqları kəşf edildi, neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə 

artırıldı.  1975-ci  ildə  neft  və  qazın  ümumi  hasilatı  27,1  mln.  t-a 

(şərti  yanacaq)  çatdırıldı.  80-ci  illərdə  üzən  qazma  qurğularının 

sayı  11-ə  çatdı  və  onlardan  istifadə  nəticəsində,  indi  Azərbaycan 

neftinin  əsas  hissəsini  təşkil  edən  dənizin  80-350  m  dərinlikdə 

yatan  zəngin  neft  ehtiyatlarına  malik  olan  yataqlar  kəşf  olundu 

(Günəşli, Çıraq, Azəri və b.). 

Bu  dövrdə  dünyada  analoqu  olmayan  Dərin  Dəniz  Özülləri 

zavodunun Azərbaycanda, Bakıda tikilməsi üçün o zaman Sovetlər 

məkanında 450 mln. ABŞ dollarının ayrılması, bunun üçün belə bir 

icazəni  alınmasına  nail  olunması  (bu  zavodun  Həştərxanda 



28 

 

tikilməsi  nəzərdə  tutulmuşdu)  cənab  Heydər  Əliyevin  möhkəm 



iradəsinin və cəsarətinin nəticəsi idi. 

V  mərhələ  SSRİ-nin  dağılması,  müstəqillik  dövrünün  və 

Azərbaycanın  yeni  tarixini  əhatə  etməklə  “Yeni  neft  strategiyası” 

nın yaranması ilə səciyyələnir. 

Azərbaycan  Respublikası  1991-ci  ildə  dövlət  müstəqilliyini 

bərpa  etdikdən  sonra  iqtisadi  sahədə  öz  suveren  hüquqlarını 

gerçəkləşdirməyə  və  müstəqil  siyasət  aparmağa  başlamışdır.  Bu 

siyasətin  başlıca  istiqamətlərini  müxtəlif  mülkiyyət  formaları 

əsasında  yaradılan  iqtisadi  sistem,  bazar  iqtisadiyyatına  keçid  və 

dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir.

  

Müstəqillik  dövründən  bu  günə  kimi  ölkədə  mövcud  iqtisadi 



inkişafı  iki  əsas  mərhələyə  ayırmaq  olar.  Birincisi,  1991-1995-ci 

illəri əhatə edən iqtisadi xaos və ya tənəzzül dövrü. İkincisi, 1996-

cı  ildən  başlayaraq  davam  edən  makroiqtisadi  sabitlik  və  dinamik 

iqtisadi inkişaf dövrü. 

Azərbaycan  Respublikasının  Prezidenti  Əbülfəz  Elçibəyin 

dövründə  dövlət  üçün  zəruri  olan  gömrük  sisteminin  yaradılması 

Azərbaycanın  təbii  ehtiyatlarının  xaricə  maneəsiz  daşınmasının 

qarşısını xeyli dərəcədə aldı. 

1992-ci  ildə  tamamilə  maliyyə  baxımından  taqətdən  salınmış, 

xəzinəsinə süpürgə çəkilmiş bir ölkədə Dövlət Ləl-Cəvahirat Fondu 

yaradıldı.  Bir  ildə  fonda  1.5  ton  qızıl  və  digər  qiymətli  metallar 

toplandı.  1993-cü  il  iyun  ayının  1-nə  qədər  Azərbaycan 

Respublikasının  Mərkəzi  Bankında  valyuta  ehtiyatı  1992-ci  ilin 

uyğun dövrünə nisbətən 100 dəfədən çox artaraq 156 milyon ABŞ 

dollarına çatdı. 

1992-ci  ildə  hakimiyyətə  gələn  Azərbaycanın  ikinci  prezidenti 

Əbülfəz  Elçibəyin  yürütdüyü  iqtisadi  siyasət  əsasən  iki  məqsədə 

yönəldilmişdi.  Birincisi,  köhnə  dövlət  təsərrüfatını  vaxtsız 

dağılmaqdan  qoruyub  saxlamaq  və  bunun  üçün  dövlət  əmlakının 

gündəlik  talan  edilməsinin  qarşısını  almaq,  əmək  intizamını, 

vəzifəli  şəxslərin  dövlət  qarşısında  məsuliyyətini,  ictimai  sərvətin 

mühafizəsini  gücləndirmək;  köhnə  iqtisadi  əlaqələri  bərpa  etmək 




29 

 

yolu  ilə  iqtisadiyyatda  nisbi  də  olsa  sabitliyə  nail  olmaq.  İkincisi, 



liberal  iqtisadi  islahatlara  başlamaqla  respublikada  bazar 

iqtisadiyyatının  formalaşmasına  nail  olmaq.  Bu  məqsədlə  Dövlət 

Əmlak  Komitəsi  (2009-cu  ildə  qurulan  Azərbaycan  Respublikası 

Əmlak  Məsələləri  Dövlət  Komitəsi  yerinə  keçdi),  Dövlət 

Antiinhisar  Siyasəti  və  Sahibkarlığa  Yardım  Komitəsi  və 

İqtisadiyyat  Nazirliyi  (2001-ci  ildə  Dövlət  Əmlakı  Nazirliyi, 

İqtisadiyyat Nazirliyi, Ticarət Nazirliyi, Dövlət Antiinhisar Siyasəti 

və Sahibkarlığa Kömək Komitəsi və Xarici İnvestisiyalar Agentliyi 

ləğv  edilmiş,  onların  bazasında  Azərbaycan  Respublikası  İqtisadi 

İnkişaf  Nazirliyi  yaradılmışdır),  Torpaq  Komitəsi  (2001-ci  ildə 

Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi

 

yerinə keçdi) dövlət orqanları yaradıldı.



  

Azərbaycan 

neftinin 

dünya  bazarlarına  çıxarıl-

ması  üçün  1996-cı  ildə 

Bakı-Novorossiysk,  1999-

cu ildə isə Bakı-Supsa ixrac 

neft  kəmərlərinin  istismara 

verilməsinə və Bakı-Tbilisi-

Ceyhan  əsas  ixrac  neft 

kəmərinin  inşası  ilə  bağlı 

sazişin 


imzalanmasına, 

beləliklə  də  ixrac  marşrut-

larının  diversifikasiyasına  nail  olundu.  Prezident  Heydər  Əliyevin 

1999-cu ildə imzaladığı fərmanla neft yataqlarının xarici şirkətlərlə 

birgə  işlənməsindən  əldə  edilən  mənfəət  neftinin  satışından  daxil 

olan vəsaitlərin səmərəli idarə edilməsi, həmin vəsaitlərin prioritet 

sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət 

kəsb  edən  layihələrin  həyata  keçirilməsinə  yönəldilməsini  təmin 

etmək  üçün  Azərbaycan  Respublikası  Dövlət  Neft  Fondu 

(ARDNF)  yaradıldı.  Lakin  beynəlxalq  maliyyə  təşkilatları 

tərəfindən  Fondun  fəaliyyəti  və  bu  sahədə  şəffaflığın  təmin 

edilməsi çox da yüksək qiymətləndirilmir. 




Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə