Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə17/30
tarix20.09.2018
ölçüsü0,68 Mb.
#69435
1   ...   13   14   15   16   17   18   19   20   ...   30

46.7.  Azərbaycan  Respublikasında  vergi  nəzarətini  həyata  keçirən  müvafiq  icra  hakimiyyəti 

orqanı bankların və xarici bankların yerli filiallarının fəaliyyətini yalnız vergi ödəyiciləri qismində 

yoxlaya  bilər.  Yoxlamaların  keçirilməsi  zamanı  bank  müştərilərinin  hesabları  və  əməliyyatları  ilə 

bağlı  məlumatlar  və  sənədlər  yalnız  bank  sirrini  təşkil  edən  məlumatların  açıqlanması  üçün 

Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydalara uyğun əldə edilir.  

 

Maddə 46-1. Maliyyə bazarlarına nəzarət orqanına ödənilən haqlar 



 

     Banklar  maliyyə  bazarlarına  nəzarət  orqanına  həmin  orqan  tərəfindən  müəyyən  edilmiş 

məbləğdə və qaydada haqlar ödəyir.  

 

VI fəsil. Banklara təsir tədbirləri və sanksiyalar 

 

Maddə 47. Banklara təsir tədbirləri  

47.1. Bank tərəfindən prudensial normativlərin və tələblərin pozulmasına, onun fəaliyyətinin bu 

Qanunun, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və 

terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  mübarizə  haqqında”  Azərbaycan  Respublikası 

Qanununun  və  maliyyə  bazarlarına  nəzarət  orqanın  normativ  xarakterli  aktlarının  tələbləri 

pozulmaqla  həyata  keçirilməsinə,  maliyyə  bazarlarına  nəzarət  orqanın  verdiyi  lisenziyaya  və 

icazəyə daxil edilmiş  məhdudiyyətlərin pozulmasına  yol  verdiyini  müəyyən etdikdə,  yaxud  bu cür 

pozuntulara səbəb ola biləcək əsaslar aşkar etdikdə pozuntunun xarakterindən asılı olaraq, maliyyə 

bazarlarına nəzarət orqanın banka aşağıda göstərilən təsir tədbirlərini tətbiq etmək hüququ vardır: 

47.1.1. pozuntuların aradan qaldırılması haqqında bankdan öhdəlik məktubu tələb etmək;  

47.1.2. bankla razılaşma bağlamaq;  

47.1.3. banka sərəncam vermək;  

47.2.  Pozuntuların  və  ya  pozuntulara  səbəb  ola  biləcək  faktların  aradan  qaldırılması  haqqında 

maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  bankdan  öhdəlik  məktubu  tələb  edildikdə,  bankın 

maliyyə  bazarlarına  nəzarət orqanına  təqdim  etdiyi  məktubda  yol  verilmiş  çatışmazlıqların  aradan 

qaldırılması  üçün  bank  tərəfindən  görüləcək  tədbirlər  və  onların  həyata  keçirilməsi  müddətləri 

göstərilir.  

47.3. Maliyyə bazarlarına nəzarət orqanı ilə bank arasında bağlanmış razılaşmada aşkar edilmiş 

çatışmazlıqların  təxirəsalınmadan  aradan  qaldırılması  və  bununla  bağlı  ilk  növbədə  həyata 

keçirilməli tədbirlər müəyyən olunur.  

47.4. Maliyyə bazarlarına nəzarət orqanın banka icrası məcburi olan sərəncamında bu Qanunun 

48-ci  maddəsində  göstərilmiş  təshih  tədbirlərinin  həyata  keçirilməsi  və  çatışmazlıqların  aradan 

qaldırılması müddətləri barədə banka yazılı göstəriş verilir.  

Bankın  maliyyə  vəziyyətinin  sağlamlaşdırılmasına  yönəldilən  təshih  tədbirləri  tətbiq  edildikdə, 

bank  verilən  sərəncama  müvafiq  olaraq  tədbirin  həyata  keçirilməsi  planını  iki  həftə  müddətində 

maliyyə bazarlarına nəzarət orqanına təqdim edir.  

Maliyyə  bazarlarına  nəzarət  orqanın  icrası  məcburi  olan  sərəncamından  məhkəmə  qaydasında 

şikayət verilməsi həmin sərəncamın icrasını dayandırmır.  

47.5.  Bank  bu  Qanunun  47.2-ci,  47.3-cü  və  47.4-cü  maddələrində  göstərilmiş  müvafiq  öhdəlik 

məktubunun,  razılaşmanın  və  sərəncamın  icrası  barədə  həmin  sənədlərdə  göstərilmiş  müddətdə 

maliyyə bazarlarına nəzarət orqanına məlumat verməlidir.  

 

Maddə 48. Banklara təshih tədbirləri  

48.1.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  bu  Qanunun  47-ci  maddəsinə  müvafiq  olaraq,  banka 

aşağıdakı təshih tədbirlərini tətbiq edə bilər:  

48.1.1.  bank  fəaliyyətinin  ayrı-ayrı  növlərinin  həyata  keçirilməsinin  məhdudlşdırılması  və  ya 

dayandırılması;  

48.1.2. inzibatçıların vəzifələrindən müvəqqəti kənarlaşdırılması;  




48.1.3.  banka  aidiyyəti  olan  şəxslərlə  bank  əməliyyatlarının  və  əqdlərin  həyata  keçirilməsinin 

dayandırılması;  

48.1.4. depozitlərin qəbul edilməsinin məhdudlaşdırılması;  

48.1.5.  xarici  bankların  törəmə  banklarının  və  ya  yerli  filiallarının  təsisçi  banklardan  cəlb 

etdikləri  vəsaitlərdən  başqa  digər  mənbələrdən  vəsaitlərin  cəlb  edilməsinin  məhdudlaşdırılması  və 

ya dayandırılması;  

48.1.6.  digər  hüquqi  şəxslərin  kapitalında  payların  alınmasının  məhdudlaşdırılması, 

dayandırılması və ya ləğv edilməsi;  

48.1.7. yeni fililalların və şöbələrin açılmasının dayandırılması və ya fəaliyyət göstərən filial və 

şöbələrin işinin dayandırılması və ya fəaliyyətlərinə xitam verilməsi;  

48.1.8. maliyyə güzəştlərinin verilməsinin dayandırılması;  

48.1.9. kredit verilməsi və depozit cəlb edilməsi qaydasının və şərtlərinin dəyişdirilməsi;  

48.1.10. kapitalın artırılmasının tələb edilməsi;  

48.1.11. mənfəət hesabına kapital ehtiyatlarının yaradılmasının tələb edilməsi;  

48.1.12.  aktivlərin  keyfiyyətindən  asılı  olaraq,  xüsusi  ehtiyatların  yaradılmasının  və/və  ya 

nizamnamə kapitalının bankın zərəri məbləğində azaldılmasının tələb edilməsi;  

48.1.13.  başqa  şəxslərin  öhdəlikləri  üzrə  təminatların  (qarantiyaların)  verilməsinin 

dayandırılması;  

48.1.14. dividendlərin ödənilməsinin məhdudlaşdırılması və ya dayandırılması;  

48.1.15.  bankın  fəaliyyətinin  və  daxili  nəzarətinin  həyata  keçirilməsi  qaydasında  dəyişikliklər 

edilməsi;  

48.1.16. bank səhmdarlarının növbədənkənar ümumi yığıncağının keçirilməsinin tələb edilməsi.  

48.2. Bu Qanunun 48.1-ci maddəsində göstərilən təshih tədbirləri ayrılıqda və ya bir neçəsi eyni 

zamanda tətbiq edilir.  

48.3.  Bankın  fiziki  şəxslərdən  əmanətlərin  cəlb  edilməsi  hüququ  “Əmanətlərin  sığortalanması 

haqqında”  Azərbaycan  Respublikasının  Qanununda  nəzərdə  tutulmuş  əsaslar  olduqda  da 

dayandırılır.  

 

Maddə 49. Sanksiyalar  

49.1.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  bu  Qanunun  47.1-ci  maddəsində  nəzərdə  tutulan 

hallarda bu Qanunun 48.1-ci maddəsində nəzərdə tutulmuş təshih tədbirləri ilə yanaşı, banka qarşı 

aşağıdakı sanksiyaları tətbiq edə bilər:  

49.1.1.  bank,  habelə  bank  inzibatçıları  barəsində  Azərbaycan  Respublikasının  İnzibati  Xətalar 

Məcəlləsində nəzərdə tutulmuş cərimələrin tətbiq edilməsi;  

49.1.2. inzibatçıların tutduğu vəzifələrindən azad edilməsi.  

49.2. Maliyyə bazarlarına nəzarət orqanı banka qarşı bu Qanunun 49.1.2-ci maddəsində nəzərdə 

tutulmuş sanksiyanı tətbiq etdikdə, bank inzibatçılarının vəzifədən azad edilməsi bankın səlahiyyətli 

idarəetmə orqanının qərarı ilə təxirəsalınmadan həyata keçirilir.  

49.3. Bu Qanunun 16-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə maliyyə bazarlarına nəzarət 

orqanı bank lisenziyasının ləğv edilməsi barədə qərar qəbul edilməsi məsələsinə baxır.  

49.4.  Sanksiyaların  tətbiqi  bankı  kreditorlar,  o  cümlədən  bankın  müştəriləri  qarşısında 

öhdəliklərini, bankın inzibatçılarını isə (tutduğu vəzifədən azad edilmiş inzibatçılar istisna olmaqla) 

öz xidməti vəzifələrini yerinə yetirməkdən azad etmir.  

 

Maddə 50. Sanksiyaların tətbiq edilməsi qaydası  

50.1. Banklara  və bank  inzibatçılarına cərimə  sanksiyaları  Azərbaycan Respublikasının İnzibati 

Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada tətbiq edilir. Bu Qanunun 49.1.2-ci və 

49.3-cü maddələrində nəzərdə tutulmuş sanksiyaların tətbiqinə dair materiallara baxılması və onun 

nəticələrinin rəsmiləşdirilməsi qaydası maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir  

50.2.  Bu  Qanunun  49.1.2-ci  və  49.3-cü  maddələrində  nəzərdə  tutulmuş  sanksiyalar  maliyyə 

bazarlarına nəzarət orqanın qərarı ilə tətbiq edilir.  



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə