Bazar seraitinde aqrar sektorun huquqi tenzimlenmesi meseleleri



Yüklə 7,85 Kb.
Pdf görüntüsü
səhifə11/48
tarix27.10.2017
ölçüsü7,85 Kb.
#6955
1   ...   7   8   9   10   11   12   13   14   ...   48

 
28 
iqtisadi sistem təbii və ya spontan sistemdən çıxaraq artifisyal sistemə doğru hərəkət 
edir.   
Qeyd  etdiklərimizi  bazar  iqtisadiyyatı  şəraitində  konkretləşdirsək  deyə  bilərik  ki, 
iqtisadi  sistemin  mükəmməl  şəkildə  işləməsinə  çalışan  dövlət  bu  sistemdə  yaranan 
iqtisadi  münasibətləri  tənzimləmək  üçün  aşağıdakı  istiqamətlərdə  hüquqi  tənzimləmə 
sistemini formalaşdırır: 
 
Bazarın  fromalaşmasını  təmin  edən  rəqabət,  mülkiyyət,  miras  və  ticarət 
münasibələrinə dair norma, qayda və qurumların yaradılması; 
 
Ə
mək münasibələri sisteminə dair hüquqi norma, qayda və qurumların yaradılması; 
 
Sosial müdafiə sisteminə dair hüquqi norma, qayda və qurumların yaradılması; 
 
Maliyyə sistemi ilə bağlı hüquqi norma, qayda və qurumların yaradılması; 
 
Pul - kredit  sistemi ilə bağlı hüquqi norma, qayda və qurumların yaradılması; 
 
Xarici ticarət sistemi ilə bağlı hüquqi norma, qayda və qurumların yaradılması; 
 
ntellektual  mülkiyyət  hüquqları  ilə  bağlı  hüquqi  norma,  qayda  və  qurumların 
yaradılması və.s; 
Bazar  iqtisadiyyatında  iqtisadi  münasibətlərin  hüquqi  tənzimlənməsinin  yuxarıda 
göstəriyimiz  çərçivəsi  daxilində  iqtisadiyyatın  ayrı-ayrı  sahələrində  yaranan 
münasibətlərin hüquqi tənzimlənməsi özünəməxsusluğu ilə seçilir ki, bunlardan biri də 
aqrar  sahədir.  Bu  sahədə  həyata  keçirilən  sahibkarlıq  fəaliyyəti  zamanı  yaranan 
münasibətlər  - li Əlavədə verilmişdir. 
Cədvəldən  göründüyü  kimi  aqrar  sahibkarlıqda  hüquqi  tənzimlənmənin  obyekti 
qismində  iki  qrup  münasibətlər  sistemi  çıxış  edir.  Çox  geniş  dairəni  əhatə  edən  bu 
münasibətlər  sistemi  hüququn  müxtəlif  sahələrinin,  torpaq,  mülki,  əmək,  inzibati, 
maliyyə,  cinayət  və.s  hüquq  sahələrinin    normaları  ilə  tənzimlənir  və  bu  zaman  azad 
bazar iqtisadiyyatından irəli gələn bir sıra prinsiplər gözlənilməlidir
23

 
Ölkə vətəndaşlarının mükəmməl qidalanma hüququnun təmin edilməsi; 
 
Aqrar münasibət subyektlərinin hüquq bərabərliyinin təmin edilməsi; 
 
Kəndlilərin əmək istiqamətləri və formalarını, təsərrüfat fəaliyyətini könüllü seçmək 
hüququnun təmin edilməsi; 
                                                 
23
L.T. Axundzadə, A.Ə. Əsədov, “Aqrar Hüququ”, Bakı, “Qanun”, 2003, səhfə: 16-17;  


 
29 
 
Çoxukladlı  mülkiyyət  formalarının  möhkəmləndirilməsi  və  onlara  əsaslanan 
təşkilati-hüquqi formaların hərtərəfli mühafizəsi; 
 
Aqrar sahibkarlığın sərbəstliyi üçün hüquqi zəmanət sisteminin genişləndirilməsi; 
 
Aqrar  sahibkarlıq  sferasında  dövlətin  təsbit  edilmiş  tənzimləyici  funksiyasının 
möhkəmləndirilməsi; 
 
Aqrar  sahibkarlığın  əmək  fəaliyyətinin  təbii  iqlim  şəraiti  ilə  üzvi  əlaqəsi  və  həmin 
fəaliyyətin ekoloji istiqamətinin nəzərə alınması; 
 
Təsərrüfat  və  hüquqi  müstəqillik,  sahibkarlıq  fəaliyyətinin  nəticələrinə  görə  kənd 
təsərrüfatı  kommersiya  təşkilatlarının  cavabdehliyi  və  maddi  maraqlılığının  təmin 
edilməsi; 
 
Aqrar  münasibətlərin  hüquqi  tənzimlənməsinin  tamlığı,  aqrar  qanunvericiliyin 
mütəmadi  yeniləşməsi,  aqrar  münasibətlərin  bütün  iştirakçılarının  fəaliyyətində 
qanunçuluğun təmin edilməsi; 
 
Aqrosənaye kompleksinin idarəçilik sisteminin demokratikləşdirilməsi; 
 
Aqrar  hüquq  münasibətləri  iştirakçılarının  subyektiv  hüquqlarının  reallığı  və 
zəruriliyinin gözlənilməsi və.s; 
Məhz bu prinsiplərə uyğun olaraq da aqrar sektorda hüquqi tənzimlənmənin icazə, 
göstəriş və qadağan xarakterli metodları müvafiq şəkildə seçilirək tətbiq edilir.  
Aqrar  münasibətlərin  hüquqi  tənzimlənməsində  icazə  xarakterli  metodlar  dedikdə 
qanunla  qadağan  olunmayan  istənilən  iqtisadi  fəaliyyət  və  əməliyyatın  yolverilənliliyi 
prinsipi  nəzərdə  tutulur.  Belə  ki,  bazar  iqtisadiyyatı  şəraitində  hər  bir  bazar  subyekti 
qanunla  qadağan  olunmayan  istənilən  fəaliyyətlə  məşğul  ola  bilər  və  istənilən 
ə
məliyyatın  iştirakçısına  çevrilə  bilər.  Başqa  sözlə  iqtisadi  subyekt  mövcud 
qanunvericiliklə  qadağan  olunmamış  heç  bir  fəaliyyət  və  əməliyyata  görə  müvafiq 
inzibati və ya cinayət məsuliyyəti  daşıya bilməz. Bəzi fəaliyyət və əməliyyatlarla bağlı 
isə xüsusi icazə (lisenziya) nəzərdə tutulur və bazar subyekti müvafiq rüsumu köçürərək 
aidiyyətli dövlət orqanlarından belə icazələri alır.  
Bazar iqtisadiyyatında qadağan xarakterli metodlara o qədər üstünlük verilməsə də 
bir  sıra  ictimai  təhlükəli  və  ictimai  mənafeyə  zərbə  vuran  fəaliyyət  və  əməliyyatlar 
qanunverici  tərəfindən  qadağan  edilərək  sanksiyalaşdırılır.  Məs,  aqrar  sektorda  əksər 


 
30 
bitkilərin əkib - becərilməsi sərbəst olduğu halda, narkotik maddə istehsalında istifadə 
edilən bir sıra bitkilər üzrə bu hüquq məhdudlaşdırıla və ya qadağan edilə bilər.    
Aqrar sahibkarlıqda hüquqi tənzimlənmənin göstəriş xarakterli metodları isə özünü 
ə
sasən 
təsərrüfatdaxili 
və 
dövlət 
orqanları 
ilə 
yaranan 
münasibətlərinin 
tənzimlənməsində göstərir. 
Beləliklə,  bütün  bu  prinsip  və  metodları  özündə  birləşdirməklə  daimi  və  fasiləsiz 
bir prosses olan hüquqi tənzimləmə normativ aktların ierarxiyası, bir-birini tamamlama 
və  konkretləşdirmə  prinsipinə  əsaslanaraq  3  -li  Əlavədə  göstərdiyimiz  model  üzrə 
ardıcıl həyata keçirilir. 
Aqrar  sahibkarlıqda  yaranmış  iqtisadi  münasibətlərin  əsas  və  zəruri  bir  hissəsini 
torpaqla  bağlı  münasibətlər  təşkil  edir.  Çünki  aqrar  sahibkarlıqda  həyata  keçirilən 
təsərrüfat  fəaliyyəti  birbaşa  torpaqla  bağlı  olduğundan  bu  fəaliyyətə  başlayan  hər  bir 
sahibkarın həll etməli olduğu ilk məsələlərdən biri torpaq resursunun təmin edilməsidir. 
Bu  zaman  torpaq  münasibətlərinin  tənzimlənməsi  ilə  bağlı  hüquqi  tənzimləmənin 
qarşısına  çıxan  vəzifələr  keçid  iqtisadiyyatı  və  sabit  iqtisadiyyat  şəraitində 
fərqlənir.Belə ki, keçid dövründə bütün sahələrdə olduğu kimi torpaq münasibətləri də 
islahatlara  məruz  qalaraq  yenidən  formalaşır  və  bu  zaman  mövcud  torpaqlar  üzərində 
yeni  mülkiyyət  hüququnun  formaları,  torpaqların  bölüşdürülməsi,  bölüşdürülmə 
mexanizmi,  bu  zaman  pay  almalı  olan  subyektlərin  əhatə  dairəsi  və.s  məsələlərin  həlli 
qarşıya  çıxdığı  halda,  sabit  iqtisadiyyat  şəraitində  əsasən  istehsal  münasibətlərinin 
təkmilləşdirilməsini,  istehsalın  məhsuldarlığının  artırılmasını  təmin  etmək  məqsədilə 
torpaqdan  istifadə  ilə  bağlı  münasibətlərdə  tənzimlənmənin  səmərələşdirilməsi 
məsələləri  aktuallaşır.  Bununla  yanaşı  hər  iki  şəraitdə  torpaq  sahələri  üzrə  icarə,  alqı-
satqı  münasibətləri,  bir  sözlə  torpaqların  dövriyyəsini  təmin  edən  torpaq  bazarının 
tənzimi  məsələləri  də  hüquqi  tənzimlənmənin  əsas  vəzifələri  hesab  olunur. 
Ümumiyyətlə  torpaqla  bağlı  münasibətlərin  hüquqi  tənzimlənməsində  istehsal 
münasibətlərini  daha  da  təkmilləşdirərək  aqrar  sektorda  məhsuldarlığın  artırılması, 
sosial  ədalətin  təmin  edilməsi  və  torpaqdan  təyinatı  üzrə  istifadə  edilməklə  onun 
səmərəliliyinin yüksəldilməsi prinsipləri əsas götürülür.     
Aqrar  təsərrüfatlarda  hüquqi  tənzimlənmənin  digər  bir  istiqaməti  maşın  və 
avadanlıqlar,  binalar,  qurğular  və.s  əmlak  obyektlərinin  yaradılması  və  onlardan 


Yüklə 7,85 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə