Bazar seraitinde aqrar sektorun huquqi tenzimlenmesi meseleleri



Yüklə 7,85 Kb.
Pdf görüntüsü
səhifə13/48
tarix27.10.2017
ölçüsü7,85 Kb.
#6955
1   ...   9   10   11   12   13   14   15   16   ...   48

 
34 
dövlət  mülkiyyətinə  aiddir  və  bu  təsərrüfatın  işçiləri  eyni  ilə  sosialist  sənaye 
müəssisələrində  olduğu  kimi  sadəcə  əmək  haqqı  alırdılar.  Kollektiv  mülkiyyətli 
kolxozlarda  isə  istehsal  vasitələri  üzvlərin  mülkiyyəti  idi  və  onlar  təqdim  etdikləri 
istehsal  vasitəsinə  uyğun  olaraq  kolxozun  yaranan  izafi  gəlirinin  bölüşdürülməsində 
iştirak edirdilər. 
Məsələn, kolxozda öz əməyi ilə iştirak edən bir növ bu gəlirdən əmək haqqı alırdı. 
Bununla yanaşı 1960-cı illərədək kollektiv təsərrüfat üzvləri reallıqda təsərrüfatın qeyri-
sabit  gəlirlərindən  asılı  olduqları  halda,  həmin  dövrlərdən  başlayaraq  onlara  Xruşov 
tərəfindən  minimum  əmək  haqqı  qarantı  verildi.  Yəni  əgər  təsərrüfatın  gəlirləri 
minimum  əmək  haqqı  səviyyəsini  təmin  etməzdisə  çatışmayan  fondlar  dövlət 
büdcəsindən  təmin  edilirdi.  Lakin  sosialist  kollektiv  təsərrüfat  strukturları  Qərb 
ölkələrində  mövcud  olan  kooperativ  modellərindən  fərqlənirdi.  Çünki  Qərb  kooperativ 
sisteminin  əsas  atributu  olan  “ortaq  mənafe  uğrunda  könüllü  birləşmə  prinsipi”  1929-
30-cu  illərdə  .  Stalin  tərəfindən  həyata  keçirilən  kollektivizm  kompaniyasında 
tamamilə  nəzərə  alınmamışdı  və  əksinə  yaranan  bütün  kollektiv  təsərrüfatlar  siyasi  və 
psixoloji  təzyiqlərə  əsaslanırdı.  Bu  zaman  Qərb  kooperativ  təsərrüfatlarının  digər  bir 
prinsipi də, “kooperativdən istənilən vaxt çıxmaq azadlığı”(freedom of exit) da praktiki 
olaraq aradan qalxmışdır.    
Bununla  belə  sosialist  kənd  təsərrüfatında  kolxoz  və  sovxozlarla  yanaşı  digər  bir 
təsərrüfatçılıq  forması  kimi  də  həmin  təsərrüfat  işçilərinin  boş  vaxtlarında  məşğul 
olduqları  ev  təsərrüfatları  çıxış  edə  bilər.  Bir  növ  kommersiya  prinsipləri  əsasında 
fəaliyyət göstərən ev təsərrüfatları istehsal olunan məhsulların şəxsi tələbatı ödədikdən 
sonra qalan hissəsinin bazarlara çıxarılması və ya tədarük müəssisələrinə verilməsi yolu 
ilə kolxoz və sovxoz işçilərinin əlavə gəlir mənbəyi kimi çıxış edirdi.  
Sovet  aqrar  təsərrüfatları  kənd  yerlərində  sosial  xidmətlər  və  digər  infrastruktur 
sahələrinə  də  məsuliyyət  daşıyırdı  və  bu  sosialist  aqrar  təsərrüfatlarının  əsas 
vəzifələridən  hesab  olunurdu
24
.  Belə  ki,  təsərrüfatlar  yerlərdə  yaşayış  və  məktəb 
binaları,  klinikalar,  mağazalar  inşa  edir,  pulsuz  enerji,  su  və  istilik  xidmətlərini  təmin 
edirdilər. Əslində dövlətin funksiyaları hesab olunan bu xidmətlərin həyata keçirilməsi 
                                                 
24
Zvi  Lerman,  Csaba  Csaki,  and  Gershon  Feder,  “Land  Policies  and  Evolving  Farm  Structures  in  Transition 
Countries”, World Bank, January, 2002, səhfə: 26-27;  


 
35 
sosialist  təsərrüfatına  xas  olan  qarışıq  mənbələr  hesabına  maliyyələşdirilirdi.  şin 
kökündə  dayanan  əsas  məsələ  ondan  ibarətdir  ki,  sosialist  təsərrüfatlarında  heç  vaxt 
xalis  biznes  əməliyyatları  olmamış,  onlar  sadəcə  dövlətin  buyruqlarını  yerinə  yetirmiş 
və  nəticədə  də  göstərilən  sosial  xidmətlər  çox  vaxt  təsərrüfatın  ümumistehsal  və 
ə
məliyyat  xərclərinə  daxil  edilmiş  və  bəzən  də  müxtəlif  yollarla  dövlət  tərəfindən 
təsərrüfata  qaytarılmışdır.  Məsələn,  müəllimlərin,  doktorların,  poçt  işçilərinin  maaşları 
dövlət  tərəfindən  ödənilirdi,  ancaq  ödəmə  çatışmazlığı  yarandığı  zaman  bu  yerli 
təsərrüfatlar tərəfindən təmin edilirdi ki, sonradan da həmin məbləğ dövlət büdcəsindən 
onlara qaytarılırdı. Bununla yanaşı, dövlət məhsul və faktor qiymətlərinə subsidiya, zəif 
və zərərə uğrayan təsərrüfatlara maliyyə transfertləri tətbiq edir, rentabelli və rentabelsiz 
işləyən təsərrüfatların fondlarını mərkəzi qaydada yenidən bölüşdürür və uzunmüddətli 
dövlət  kreditlərini  səxavətlə  paylayırdı  ki,  bunlar  da  dövlətdən  həmin  təsərrüfatlara  öz 
missiyalarını yerinə yetirmək üçün həyata keçirilən bir növ kapital transferti kimi çıxış 
edirdi.   
Ümumiyyətlə  sosialist  aqrar  təsərrüfatları  mərkəzi  planlaşdırma  mühitində  idarə 
olunduğundan  onların  məqsədləri  mərkəzi  plan  orqanları  tərəfindən  təyin  edilir  və 
təsərrüfatlar  da  çalışırdı  onların  qarşısında  qoyulan  istehsal  vəzifələrini  həyata 
keçirsinlər.  Nəticədə  təsərrüfat  qərarları  da  bazar  iqtisadiyyatlı  təsərrüfatlarda 
mövcud olandan kəskin fərqlənirdi (bax: Əlavə  5).  
Beləliklə,  yuxarıda  əsas  xarakteristikasını  verdiyimiz  sosialist  aqrar  təsərrüfatı 
özünün spesifik xüsusiyyətlərindən irəli gələrək bir sıra neqativ nəticələri özündə ehtiva 
edirdi ki, onları da -li Əlavədə göstərdiyimiz şəkildə ümumiləşdirə bilərik. 
Göstərdiyimiz  neqativ  nəticələr  təkcə  aqrar  sektoru  deyil,  butövlükdə  sosialist 
iqtisadiyyatını əhatə edirdi və bu iqtisadi sistemin özünün yeganə alternativi olan bazar 
iqtisadi sistemi ilə girişdiyi rəqabətdə uduzmasının əsas səbəbləri kimi çıxış edirlər. 
Bütün  bu  göstərilən  spesifik  xüsusiyyətləri  və  çatışmazlıqları  fonunda  Sovetlər 
Birliyi  aqrar  sektor  göstəricilərini  kapitalist  ölkələrindəki  müvafiq  göstəricilərlə 
müqayisə etdikdə M. Qorboçovun da o vaxtkı çıxışlarında tez-tez səsləndirdiyi sosialist 
aqrar  sektorun  səmərəsizliyi(return  on  investment)  fikrini  açıq-aydın  görmüş  oluruq. 
Belə  ki,  sosialist  iqtisadiyyatının  son  illərinin  bəzi  məlumatlarını  özündə  əks  etdirən  

-li  Əlavəyə  nəzər  salsaq  görürük  ki,    1980  -  cı    illərdə    Sovetlər    Birliyində    orta  


Yüklə 7,85 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə