Bazar seraitinde aqrar sektorun huquqi tenzimlenmesi meseleleri



Yüklə 7,85 Kb.
Pdf görüntüsü
səhifə16/48
tarix27.10.2017
ölçüsü7,85 Kb.
#6955
1   ...   12   13   14   15   16   17   18   19   ...   48

 
42 
edən  və  bu  sahədə  qəbul  ediləcək  normativ-hüquqi  aqtlar  üçün  əsas  sayılan  bu 
qanunun  1-ci  maddəsində  aparlacaq  aqrar  islahatların  məqsədləri  açıq  aydın  müəyyən 
edilmişdir: 
 
Aqrar  sektoru  böhrandan  çıxarmaq:  Məlum  olduğu  kimi  müstəqilliyin  ilk 
illərindən  başlayaraq  aqrar  sektorda  məhsul  istehsalı  kəskin  aşağı  düşərək  böhran 
vəziyyətinə  çatmışdır.  Belə  ki,  bu  sektorda  istehsal  olunan  məhsulun  ümumi  həcmi 
ə
vvəlki  ilə  müvafiq  olaraq  1992-ci  ildə  23,8%,  1993-cü  ildə  15,5%,  1994-cü  ildə 
12,8%, 1995-ci ildə isə 7% aşağı düşmüşdür; 
 
qtisadiyyatı  sabitləşdirmək:  Əsasən  kənd  təsərrüfatı  ölkəsi  olan  ölkəmizdə 
bütövlükdə  iqtisadiyyatın  digər  sektorları  ilə  sıx  bağlı  aqrar  sektordakı  bu  böhran 
həm digər sektorların tənəzzülünü sürətləndirmiş, həm ölkədə istehlak məhsullarının 
qıtlığına  şərait  yaradaraq  inflayasiyanı  artırmış,  həm  əhalinin  böyük  bir  hissəsini  iş 
yerlərindən  məhrum  edərək  işsizliyi  dərinləşdirmiş,  həm  də  bütövlükdə  mənfi 
iqtisadi artımın baş verməsində böyük paya sahib olmuşdur ki, bu da makroiqtisadi 
qeyri-sabitliyin  aradan  qaldırılmasında  bu  sektorda  aparılacaq  islahatların  nə  qədər 
zəruri olduğunu bir daha sübuta yetirir; 
 
Ə
halinin  sosial-iqtisadi  vəziyyətini  yaxşılaşdırmaq:  Aqrar  sektorda  aparılan 
islahatların  əsas  məqsədlərindən  biri  də  bu  sektorda  yaranan  böhranın  təsiri 
nəticəsində təxminən yarıya qədəri kənd yerlərində yaşayan və aqrar sektorda çalışan 
ə
halimizin  iş  yerlərini  itirməsi,  gəlirlərinin  azalması,  qiymətlərin  kəskin  artımı 
nəticəsində  minimum  istehlak  ehtiyaclarını  ödəyə  bilməyəcək  səviyyəyə  düşmələri 
və  bu  səbəbdən  də  qida  rasiyonunun  kəskin  pisləşməsi  və  bir  sıra  zəruri  sosial 
xidmətlərdən  məhrum  olmaları  nəticəsində  yaranmış  ağır  sosial-iqtisadi  vəziyyətini 
yaxşılaşdırmaq olmuşdur; 
qtisadiyyatın  istənilən  sahəsində  aparılan  radikal  reformaların  həyata  keçirilməsi 
iqtisadi  subyektlərin  böyük  bir  hissəsinin  mənafeləri  ilə  birbaşa  bağlı  olduğundan  və 
həmin sahənin xarakterik xüsusiyyətlərindən irəli gələrək, reformaları həyata keçirəcək 
hökumətlər  bu  sahədə  bir  sıra  prinsipləri  rəhbər  ttacaqlarını  qanunla  öz  üzərlərinə 
götürürlər ki, bu da həyata keçiriləcək islahatların etibarlılığını artırmaqla yanaşı böyük 
səmərə  əldə  etməyə  də  əlverişli  şərait  yaradır.  Bu  baxımdan  ölkəmizdə  aparılan  aqrar 


 
43 
islahatlar zamanı rəhbər tutulmalı olan prinsiplər də yuxarıda adı çəkilən Qanunun 3-
cü maddəsində öz əksini tapmışdır: 
 
Dövlətin  iqtisadi  siyasəti  ilə  aqrar  islahatın  uzlaşması:  Bu  prinsipin  mahiyyəti 
ondan  ibarətdir  ki,  aparılan  islahatlar  dövlətin  ümumi  iqtisadi  siyasətilə  ziddiyyət 
təşkil  etməməməli  və  digər  sahələrdə  aparılan  islahatlarla  bir-birilərini 
tamamlamalıdır. Başqa sözlə islahatlar sistemli olmalıdır; 
 
slahatlar  zamanı  sosial  ədalətin  və  könüllülüyün  təmini:  Xüsusilə  də  aqrar 
islahatların  həyata  keçirilməsində  dövlət  əmlakında  olan  ictimai  sərvətin  böyük  bir 
hissəsinin ölkə vətəndaşlarına pulsuz və digər güzəştlərlə paylanması məsələsi geniş 
yer  tutduğundan  bu  prinsip  özünü  daha  qabarıq  şəkildə  göstərməkdədir.  Məsələn, 
torpaq  bölüşdürülməsində  nə  qədər  sosial  ədalət  gözlənilirsə,  vətəndaşın  onun 
üzərində  hansı  formalı  təsərrüfat  quracağı  məsələsində  də  bir  o  qədər  könüllülük 
gözlənilməlidir; 
 
stehsalçılar  üçün  təsərrüfat  fəaliyyətinin  təşkilində  və  öz  məhsullarına 
sərəncam  verməkdə  tam  sərbəstliyin  təmini:  Bu  prinsip  əsasən  torpaq  üzərində 
müxtəlif əmlak hüququna əsaslanaraq istehsal fəaliyyətini həyata keçirən subyektlərə 
öz  təsərrüfat  formasını  və  ya  onun  təşkili  üsulunu  müəyyənləşdirməkdə,  istehsal 
etdiyi məhsulu qanuni dövlət məcburi ödənişlərini həyata keçirdikdən sonra istədiyi 
kimi  bölüşdürməkdə  və  istehsal  bazarlarını  seçməkdə  və  ya  bununla  bağlı  istənilən 
bazar  subyektləri  ilə  müqavilə  münasibətləri  qurmaqda  sərbəstlik  imkanının 
verilməsi nəzərdə tutulur; 
 
Respublikanın  kənd  təsərrüfatı  xüsusiyyətlərinin  nəzərə  alınması:  Buraya 
islahatların  aparılması  zamanı  ərazilərin  təbii-coğrafi  şəraiti,  əhalinin  sıxlığı, 
torpaqdan  istifadənin  yerli  xüsusiyyətləri,  torpaqların  keyfiyyəti,  ənənəvi 
ixtisaslaşma meyli, ekoloji şərtlər və.s nəzərə alınmasını göstərmək olar; 
 
Ə
traf  mühiti  mühafizə  tələblərinə  əməl  edilməsi:  Son  dövrlər  istər  qlobal 
səviyyədə,  istəsə  də  milli  səviyyədə  ekoloji  problemlər  özünü  daha  ciddi  şəkildə 
göstərməkdədir.  Bu  baxımdan  aqrar  sahə  təbiətlə  daha  çox  bağlı  olduğundan  bu 
sahədə  aparılan  islahatlar  zamanı  dövlət  orqanlarının,  hüquqi  və  fiziki  şəxslərin 
ekoloji tarazlığın pozulmasına yol verilməməsi ilə bağlı bir sıra qaydaları gözləməsi 
də nəzərdə tutulur; 


 
44 
 
Kəndin  sosial  inkişafı  və  əhalinin  sosial  müdafiəsi:  Aqrar  sektor  fəaliyyətləri 
ə
sasən  kəndlərdə  həyata  keçirildiyindən  bu  sektorda  aparılan  islahatların  kəndlərin 
sosial-iqtisadi  həyatında  böyük  dəyişiklik  yaradacağı  şübhəsizdir.  Bu  baxımdan 
aparılan  islahatlar  təkcə  kəndlinin  maddi  vəziyyətinin  yaxşılaşdırılmasına  xidmət 
etməməli,  paralel  olaraq  onun  bir  sıra  sosial  tələbatlarının  ödəndiyi  kəndin  sosial 
münasibətlər sferasını da əhatə etməlidir ki, inkişaf birtərəfli olmasın; 
Qanunu diqqətlə nəzərdən keçirdikdə görürük ki, ölkədə aparılacaq aqrar islahatlar 
aşağıdakı 3 istiqamti əhatə edəcəkdir: 
 
Aqrar sektorda yeni mülkiyyət münasibətlərinin qurulması; 
 
Aqrar sektorda çoxnövlü təsərrüfat formalarının yaradılması; 
 
Aqrar sektorda dövlət təminatı sisteminin yaradılması; 
Məhz  bu  istiqamətlərdə  islahatların  aparılması  məqsədilə  “Aqrar  islahatların 
ə
sasları haqqında” qanununun ardınca 18 fevral 1995-ci ildə “Sovxoz və kolxozların 
islahatı  haqqında”  və  16  iyul  1996-ci  ildə  “Torpaq  islahatı  haqqında”  islahatların 
ə
sas  sütunlarını  təşkil  edən  qanunların  qəbulu  ilə  yanaşı  “Dövlət  torpaq  kadastrı, 
torpaqların  monitorinqi  və  yerqurluşu  haqqında”(22  dekabr  1998),  “Kənd 
təsərrüfatında sığortanın stimullaşdırılması haqqında”(18 iyun 2002), “Meliorasiya 
və irriqasiya haqqında”(5 iyun 1996), “Sovxozlarn, kolxozların və kənd təsərrüfatı 
məhsullarının  istehsalı  ilə  məşğul  olan  digər  hüquqi  və  fiziki  şəxslərin(emal 
əssisələrindən  başqa)  vergi  borclrının  silinməsi  haqqında”  (26  mart  1999), 
Torpaq  bazarı  haqqında”(7  may    1999),  “Torpaq  icarəsi  haqqında”(11  dekabr 
1998),  “Balıqçılıq  haqqında”(27  mart  1998),  “Bitki  karantini  haqqında”(23  aprel 
1996),  “Bitki  mühafizəsi  haqqında”(3  dekabr  1996),  “Damazlıq  işi  haqqında”(26 
may  1996),  “Kənd  təsərrüfatı  məhsulları  istehsalçılarına  müddətli  vergi 
güzəştlərinin  verilməsi  haqqında”(27  noyabr  2001),  “Seleksiya  nailiyyətləri 
haqqında”(15  noyabr  1996),  “Taxıl  haqqında”  (16  iyun  2000),  “Tütün  və  tütün 
məmulatı  haqqında”(8  iyun  2001),  “Toxumçuluq  haqqında”(11  mart  1997), 
Üzümçülük  və  şərabçılıq  haqqında”(19  oktyabr  2001),  “Torpaqların  münbitliyi 
haqqında”(30 dekabr 1999), “Xüsusi mühafizə olunan təbiəəraziləri və obyektləri 
haqqında”(24  mart  2000),  “Su  Məcəlləsi”(26  dekabr  1997),  “Kənd  təsərrüfatı 


Yüklə 7,85 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə