Bazar seraitinde aqrar sektorun huquqi tenzimlenmesi meseleleri



Yüklə 7,85 Kb.
Pdf görüntüsü
səhifə21/48
tarix27.10.2017
ölçüsü7,85 Kb.
#6955
1   ...   17   18   19   20   21   22   23   24   ...   48

 
55 
ə
sasında  mülkiyyət  hüququnun  qeydiyyatını  həyata  keçirən  dövlət  orqanı 
tərəfindən verilir; 
 
Sovxoz  və  kolxoz  torpaqlarının  özəlləşdirilməsi:  Kolxoz  və  sovxoz  torpaqlarının 
özəlləşdirilməsi ilə bağlı məsələlər “Torpaq islahatı haqqında” Qanunun 11-16-cı 
maddələrində  ətraflı  şəkildə  öz  əksini  tapmışdır.  Həmin  normalara  əsasən  sovxoz 
(dövlət  mülkiyyətində  saxlanan  müəssisələr  istisna  olmaqla)  və  kolxozların 
özəlləşdirilən  torpaqları  onların  daimi  istifadəsindəki  torpaqlarından  bələdiyyənin 
ehtiyat  fonduna  ayrılan  torpaqlar  çıxılmaqla  müəyyən  edilir.  Əgər  sovxozların 
bazasında  dövlət  kənd  təsərrüfatı  istehsalı  müəssisəsi  yaradılırsa,  bu  zaman  həmin 
ə
razidə  özəlləşdirilən  torpaqlar  yeni  müəssisənin  istehsal  məqsədləri  üçün  tələb 
olunan  və  bələdiyyənin  ehtiyat  fonduna  verilən  torpaqlar  çıxılmaqla  müəyyən 
edilməlidir.  slahat zamanı bələdiyyənin ehtiyat fonduna sovxoz və kolxozların kənd 
təsərrüfatına yararlı torpaqlarının 5 faizindən çox olmayan hissəsi, kənd təsərrüfatına 
az  yararlı  və  yararsız  torpaqları  isə  bütövlükdə  ayrılır.  Bu  zaman  bələdiyyə  ehtiyat 
fonduna  ayrılan  kənd  təsərrüfatına  yararlı  torpaqların  ölçüsü  və  yeri  yerli  islahat 
komissiyaları  ilə  birlikdə  rayon  aqrar  islahat  komissiyaları  tərəfindən  sovxozun  və 
kolxozun  torpaq  ehtiyatlarından,  torpaq  payı  almaq  hüququ  olanların  sayından  və 
rayon üzrə adambaşına düşən orta torpaq payından asılı olaraq müəyyən edilir.  
  slahat  zamanı  həll  edilməli  olan  məsələlərdən  biri  nazirlik,  komitə,  şirkət, 
birlik,  müəssisə,  idarə  və  təşkilatlara  yardımçı  kənd  təsərrüfatı  üçün  verilmiş 
torpaqların  statusu  ilə  bağlıdır.  Qanuna  əsasən  bu  torpaqlar  AR  Prezidentinin 
müəyyən etdiyi qaydada ya onların istifadəsində saxlanılır, yaxud da bütövlükdə və 
ya qismən əvvəlki istifadəçilərinə qaytarılır. 
Ölkəmizdə  həmçinin  “Torpaq  islahatı  haqqında”  Qanun  qəbul  olunanadək 
sovxoz və kolxoz torpaqlarında bir sıra təsərrüfatlararası müəssisələr, kooperativlər, 
kiçik  müəssisələr,  kəndli-fermer  təsərrüfatı  müəssisələri  yaradılmışdı  və  bu  zaman 
onların  istifadəsində  olan  torpaqların  hüquqi  statusu  da  həll  edilməsi  zəruri  olan 
məsələlərdən  idi.  Qanuna  əsasən  bu  təsərrüfatların  istifadəsində  olan  torpaqların 
həmin ərazi üçün müəyyən edilmiş pay normasından çox olan hissəsi özəlləşdirilən 
torpaqlara  qatılır  və  bu  zaman  yalnız  təsərrüfatlararası  müəssisələrdə  bu  torpaqlar 


 
56 
payçı  təsərrüfatların  torpaqlarına  daxil  edilirdi.  Həmçinin  müəssisələrin  torpaq 
sahəsi  torpaq  payından  az  olduqda  onlara  əlavə  torpaq  verilməsi  də  nəzərdə 
tutulmuşdur. 
Beləliklə,  torpaq  payları  təyin edilərkən  onların ölçüsü  sovxoz  və  ya  kolxozun 
özəlləşdirilən torpaqlarının sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ 
olan  subyektlərin  sayından  asılı  olaraq  ümumi  özəlləşdirilən  torpaq  sahəsinin 
subyektlərin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir; 
Yuxarıdakı  cədvəldən  də  gördüyümüz  kimi  2004-cü  il  1  yanvarına  olan 
məlumatlara  əsasən  torpaq  islahatı  demək  olar  ki  başa  çatmış  və  torpaq  payı  alacaq 
şə
xslərin artıq 97%-ə qədəri öz paylarına sahib olmuşdur.  
Artıq  başa  çatmış  bu  prossesin  konseptual  baxımdan  qıymətləndirilməsi  çox 
mühüm  əhəmiyyət  kəsb  etdiyindən  burada  həmin  qiymətləndirməni  Dünya  Bankının 
iqtisadçıları  olan  Zvi  Lerman,  Csaba  Csaki  və  Gershon  Feder  tərfindən  istifadə  edilən 
metodologiyaya  uyğun  həyata  keçirməyə  çalışacağıq
31
.  Həmin  iqtisadçılar  keçid 
iqtisadiyyatı  ölkələrində  torpaq  islahatı  prossesinin  bazar  iqtisadiyyatı  prinsiplərinə 
uyğunluğu baxımından aşağıdakı kriteriyalar üzrə qiymətləndirilməsini tövsiyə edirlər: 
 
Torpaq üzərində xüsusi mülkiyyətin qəbul edilməsi səviyyəsi (the attitude toward 
private ownership of land); 
 
Torpaq  üzərində  mülkiyyət  və  istifadə  hüquqlarının  ötürülə  bilmə 
səviyyəsi(transferability of property and use rights); 
 
Torpaqların bölüşdürülməsi strategiyası(land allocation strategy); 
 
Torpaq  özəlləşdirməsində  təzminat  və  ya  bölüşdürmə  formalarına  üstünlük 
verilməsi səviyyəsi(privatization by restitution or distribution); 
Torpaq  üzərində  xüsusi  mülkiyyət  hüququnun  qəbul  edilməsi  aqrar  sektorda 
bazar  iqtisadiyyatının  qurulmasının  vacib  elementlərindən  biridir.  Lakin  keçid 
iqtisadiyyatı  ölkələrinin  təcrübəsinə  nəzər  saldıqda  görürük  ki,  onların  bəziləri  bu 
hüququ  tam  şəkildə  tanımış(Mərkəzi  və  Şərqi  Avropanın  bütün  ölkələri,  Baltikyanı 
ölkələr, Transqafqaz ölkələri, Rusiya, Ukrayna, Moldova,Türkmənistan və Qırğızıstan), 
bəziləri  qismən  tanımış          (Qazaxstan  və  Belarusda  yalnız  ev  təsərrüfatı  torpaqlarının 
                                                 
31
Daha  ətraflı  bax:  Zvi  Lerman,  Csaba  Csaki,  and  Gershon  Feder,  “Land  Policies  and  Evolving  Farm  Structures  in 
Transition Countries”, World Bank, January, 2002;  


 
57 
xüsusi 
mülkiyyət 
altında 
olmasına 
icazə 
verilir), 
bəziləri 
isə 
heç 
tanınmamışdır(Tacikstan  və  Özbəkistanda  torpaq  üzərində  xüsusi  mülkiyyətə  icazə 
verilmir).  Göründüyü  kimi  bir  Transqafqaz  ölkəsi  kimi  Azərbaycanda  islahatlar 
nəticəsində  bütün  torpaqların  potensial  olaraq  xüsusi  mülkiyyətdə  ola  biləcəyi  təsbit 
edilmişdir ki, bu da bazar prinsiplərinə tam uyğun hesab olunur. 
Lakin  torpaq  üzərində  xüsusi  mülkiyyət  hüququnun  tanınması  hələ  mülkiyyət 
hüququnun  tam  olaraq  bazar  prinsiplərinə  uyğun  qurulması  demək  deyildir.  Bunun 
davamı  olaraq  torpaq  üzərində  mülkiyyət  və  istifadə  hüquqlarının  ötürülə 
bilməsinin  də  təmin  edilməsi  zəruridir.  Alqı-satqı,  icarə,  lizinq  və.s  kimi  bazar 
ə
məliyyatları  ilə  ötürülən  bu  hüquqlar  imkan  verir  ki,  torpaqlar  ondan  daha  səmərəli 
istifadə  edənlərin  əllərində  olsun,  onun  istifadə  edilməyən  hissələrinin  başqaları 
tərəfindən  becəriləməsi  təmin  edilsin,  biznesini  genişləndirmək  istəyənlər  yeni  torpaq 
sahələrini  asanlıqla  əldə  edə  bilsin  və  bütövlükdə  mülkiyyətçi  öz  torpağından  bir 
daşınmaz əmlak kimi digər iqtisadi əməliyyatlarda da istifadə edə bilsin. Nəticədə aqrar 
sektorda yüksək bir məhsuladarlığın əldə edilməsinə də xidmət edilmiş olunar. Təcrübə 
göstərir  ki,  bu  sahədə  də  keçid  ölkələrinin  torpaq  islahatı  prossesində  fərqli  yollar 
seçilmişdir.  Belə  ki,  islahat  prossesində  bəzi  ölkələr  bu  hüquqlarının  ötürülməsini  tam 
şə
kildə  (Mərkəzi  və  Şərqi  Avropa,  Baltikyanı  və  Transqafqaz  ölkələri),  bəzi  ölkələr 
qismən(Rusiya,  Ukrayna  və  Qazaxıstanda  icarə  hüququ  tam,  alqı-satqı  hüququ  isə 
məhdud  şəkildə  tanınmış,  Türkmənistanda  alqı-satqı  hüququ  tam  tanınsa  da  icarə 
hüquqları  tanınmamış,  Tacikistanda  torpaq  üzərində  xüsusi  mülkiyyət  olmadığından 
alqı-satqı  hüququ  da  olmamış,  icarə  hüququ  isə  tam  tanınmış,  Belarusda  isə  icarə 
hüquqları tanınmamış və alqı-satqı hüququ isə məhdud şəkildə tanınmışdır), bəzilərində 
isə heç tanınmamışdır (Qırğızısatnda bu hüquqlar 1998-də tanınsa da 5 illik moratorium 
qoyulmuş, Özbəkistanda həm torpaq üzərində xüsusi mülkiyyət yoxdur və həm də icarə 
hüququ qadağan edilmişdir). Ölkəmizin torpaq islahatı prossesində bu hüquqlar da tam 
şə
kildə  tanınmışdır.  Belə  ki,  “Torpaq  islahatı  haqqında”  Qanunun  17-ci  maddəsinə 
görə  torpaq  mülkiyyətçisi  ona  sahiblik,  ondan  təyinatına  görə  istifadə  etmək,  icarəyə 
vermək,  satmaq,  bağışlamaq,  dəyişmək,  girov  qoymaq,  vərəsəlik  üzrə  və  irsən  vermək 
kimi bütün hüquqlara malikdir ki, bu da bazar iqtisadiyyatının prinsiplərinə tam uyğun 
gəlir.  Adı  çəkilən  Qanunun  4-cü  maddəsinə  əsasən  isə  bu  hüquqların  yalnız  xarici 


Yüklə 7,85 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə