Bazar seraitinde aqrar sektorun huquqi tenzimlenmesi meseleleri



Yüklə 7,85 Kb.
Pdf görüntüsü
səhifə22/48
tarix27.10.2017
ölçüsü7,85 Kb.
#6955
1   ...   18   19   20   21   22   23   24   25   ...   48

 
58 
subyektlərə  münasibətdə  məhdudlaşdırıldığının  şahidi  oluruq.  Belə  ki,  əcnəbi  və 
vətəndaşlığı  olmayan  şəxslər,  xarici  hüquqi  şəxslər,  beynəlxalq  birliklər  və  təşkilatlar, 
habelə  xarici  dövlətlər  ölkəmizdə  torpaq  sahələrini  yalnız  icarə  hüququ  əsasında  əldə 
edə bilərlər.      
Bazar  prinsipləri  baxımından  torpaq  islahatı  prossesini  qiymətləndirən  zaman 
nəzərə  alınmalı  olan  kriteriyalardan  biri  torpaqların  bölüşdürmə  strategiyasıdır.  Bu 
baxımdan  keçid  iqtisadiyyatlı  ölkələrdə  pay  bölgüsü  formasında(the  form  of  share 
distribution)  və  fiziki  formada(the  form  of  physical  plots)  bölgü  strategiyalarının 
fərqləndiyini görürük.  
Pay  bölgüsü  sisteminə  görə  torpaqların  özəlləşdirilməsi  bir-birindən  elə  də 
ayrılmayan  iki  mərhələdə  həyata  keçirilir.  Birinci  mərhələdə  torpaqlar  vahid  dövlət 
mülkiyyətindən kollektiv təsərrüfatlarda çalışan və həmin ərazilərdə yaşayan kəndlilərin 
kollektiv  mülkiyyətinə  verilir.  Başqa  sözlə  torpaqlar  fərdi  qaydada  deyil,  kollektiv 
formada  “özəlləşdirilir”.  kinci  mərhələdə  isə  fərdlər  həmin  kollektiv  mülkiyyətdə 
özlərinin  payını  əks  etdirən  şəhadətnamələr  əldə  edirlər.  Adətən  “torpaq  payları”(land 
shares)  kimi  ifadə  olunan  bu  şəhadətnamələr  torpaqları  fiziki  baxımdan  əks 
etdirmədiyindən  professor  Zvi  Lerman  tərəfindən  “sənəd  payları”(paper  shares) 
adlandırılmışdır
32
.  Tam  şəkildə  Rusiya,  Ukrayna,  Qırğızıstan,  Qazaxıstan  və 
Tacikstanda  tətbiq  olunan  bu  sistem  mütəxxəsislər  tərəfindən  mülkiyyətçilərin  öz 
torpaqları  üzərində  mülkiyyət  və  istifadə  hüquqlarını  ötürə  bilmə  imkanlarını 
məhdudlaşdırdığından bazar prinsiplərinə tam uyğun hesab olunmur. 
Fiziki formada bölgü sistemində isə torpaqlar birbaşa fiziki şəkildə mülkiyyətçilərə 
paylanır.  Mərkəzi  və  Şərqi  Avropa,  Baltikyanı  ölkələr,  Ermənistan  və  Gürcüstan 
tərəfindən  tətbiq  olunan  bu  sistemi  mütəxxəsislər  əvvəlki  sistemə  nisbətən  bazar 
prinsiplərinə  daha  uyğun  hesab  edirlər.  Çünki  bu  zaman  torpaq  sahibi  öz  torpağını 
praktiki olaraq istənilən bazar əməliyyatlarına cəlb etmək imkanlarına malikdir. 
Moldova  və  Azərbaycanda  isə  başlanğıcada  Rusiya  və  Ukraynadakı  kimi  pay 
bölgüsü  sistemi  qəbul  edilsə  də,  sonralar  kütləvi  şəkildə  həmin  pay  sənədlərinin  fiziki 
                                                 
32
Johan  Swinnen  and  Ayo  Heinegg,  “On  the  Political  Economy  of  Land  Reforms  in  the  Former  Soviet  Union”, 
Katholieke Universiteit Leuven, LICOS Centre for Transition Economics, 
http://www.econ.kuleuven.ac.be/licos
, Belgium, 
Discussion Paper 115/2002, səhfə: 4-5;  


 
59 
ə
razilərə çevrilməsi prossesi aparıldı
33
. Bu baxımdan ölkəmizdə tətbiq olunan sistemi 
qarışıq  bölüşdürmə  strategiyası  adlandırsaq  daha  doğru  olar.  Məhz  pay  torpaqlarının 
bölüşdürülməsinin bu qədər uzanmasının əsas səbəblərindən biri də bu sistem olmuşdur. 
Keçid ölkələrində torpaqların özəlləşdirilməsi zamanı qarşıya çıxan əsas prinsipial 
məsələlərdən  biri  torpaq  payı  alacaq  subyektlərin  təyin  edilməsi  olmuşdur.  Bu  zaman 
təzminat(restitution)  və  bölüşdürmə(distribution)  adlı  iki  fərqli  sistem  ortaya 
çıxmışdır. 
Ə
sasən  Mərkəzi  və  Şərqi  Avropa  və  Baltikyanı  ölkələrdə  tətbiq  olunan  təzminat 
sisteminə əsasən torpaqlar milliləşdirmə və kollektivləşdirmə nəticəsində torpaqlarından 
məhrum olunmuş subyektlər və ya onların varisləri arasında bölüşdürülmüşdür. 
Sovetlər  Birliyinin  əksər  ölkələrinə  xas  olan  bölüşdürmə  sistemində  isə  torpaqlar 
kəndlilər və təsərrüfat işçiləri arasında bölüşdürülmüşdür. 
Rumuniya  və  Macarıstanda  isə  bu  sistemlərin  hər  ikisindən  istifadə  edilmişdir  ki, 
bu da ədalətliliyin təmin edilməsi baxımından mütəxxəsislər tərəfindən ən yaxşı variant 
hesab olunur.          
Bu  baxımdan  ölkəmizdə  təzminat  sistemindən  istifadə  edilməmiş,  bölüşdürmə 
sisteminə  üstünlük  verimişdir.  Belə  ki,  “Torpaq  islahatı  haqqında”  Qanunun  12-ci 
maddəsinə  əsasən  sovxoz  və  kolxozların  özəlləşdirilməsi  zamanı  pay  almaq  hüququ 
olan subyektlər belə təyin edilmişdir: 
 
Sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 
 
Torpaq  islahatı  haqqında”  Qanun  qüvvəyə  mindiyi  günədək  daimi  yaşayış  yeri 
sovxozun və kolxozun ərazisində olan şəxslər; 
 
Sovxoz  və  kolxozdan  təqaüdə  çıxmış  və  müvafiq  rayonun(şəhərin)  ərazisində 
yaşayan şəxslər; 
 
Sovxoz  və  ya  kolxozun  ərazisindən  həqiqi  müddətli  hərbi  qulluğa  çağırılmış  və 
müvəqqəti qaib olmuş şəxslər; 
 
Torpaq  islahatı  haqqında”  Qanun  qüvvəyə  mindiyi  günədək  sovxoz  və  ya 
kolxozun  ərazisində  yaradılmış  və  təyinatına  uyğun  fəaliyyət  göstərən 
təsərrüfatlararası  müəssisələrin,  kooperativlərin,  kiçik  müəssisələrin,  kəndli(fermer) 
                                                 
33
Zvi  Lerman,  Csaba  Csaki,  and  Gershon  Feder,  “Land  Policies  and  Evolving  Farm  Structures  in  Transition 
Countries”, World Bank, January, 2002,səhfə: 77;  
  


 
60 
təsərrüfatlarının  və  digər  kənd  təsərrüfatı  istehsalı  müəssisələrinin  təsisçiləri  və 
ə
sas iş yeri həmin müəssisələr olan şəxslər; 
Adı  çəkilən  Qanunun  14-cü  maddəsinə  əsasən  AR-nin  ərazi  bütövlüyü  uğrunda 
döyüşlərdə  həlak  olanların  ailələrinə,  əlil  olmuş  müharibə  veteranlarına  və  Çernobıl 
qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə əlavə 
bir torpaq payının verilməsi də nəzərdə tutulmuşdur ki, bu da özəlləşdirmə prossesinin 
sosial tərəfinə misal ola bilər. 
Göründüyü  kimi  ölkəmizdə  aparılan  torpaq  özəlləşdirilməsi  prossesində 
milliləşdirmə  və  kollektivləşdirmə  nəticəsində  öz  torpaqlarını  itirmiş  şəxslər  və  ya 
onların  varislərinin  nəzərə  alınmaması  aparılan  islahatların  çatışmayan  cəhəti  kimi 
qiymətləndirilə bilər. 
Aqrar  sektorda  aparılan  özəlləşdirmə  prossesinin  digər  mühüm  bir  istiqaməti  də 
sovxoz  və  kolxozların  resturkturizasiyası  sahəsindədir.  Ölkəmizdə  bu  məsələlərin 
həllinin  hüquqi  bazası  18  fevral  1995-ci  ildə  sovxoz  və  kolxozların  istifadəsindəki 
torpaqdan və əmlakdan pay almaq hüququ olan şəxslər tərəfindən təsərrüfatın hər hansı 
təşkilati-hüquqi  formasının  könüllü  seçilməsinə  və  yaradılmasına  təminat  vermək 
məqsədilə  qəbul  olunmuş  “Sovxoz  və  kolxozların  islahatı  haqqında”  qanundur. 
Sovxoz  və  kolxozların  islahatı  prossesində  islahatın  obyekti  kimi  onların  istifadəsində 
olan torpaq və əmlak çıxış edir. Bu zaman torpaq islahatı “Torpaq islahatı haqqında” 
qanunla  tənzimlənsə  də,  əmlakın  bölgüsü  bu  qanunla  tənzimlənir.  Qanunun  2-ci 
maddəsinə  əsasən  sovxoz  və  kolxozun  əmlakından  pay  almalı  olan  subyektlər 
aşağıdakılardır: 
 
Sovxoz və kolxozların daimi işçiləri və üzvləri; 
 
Sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər; 
 
Sovxoz və kolxozdan müddətli hərbi xidmətə çağrılmış şəxslər; 
 
Sovxoz və kolxozdan seçkili dövlət orqanlarına seçilmiş şəxslər; 
slahat  zamanı  dövlət  kənd  təsərrüfatı  istehsalı  müəssisələri  əmlakı  özəlləşdirilən 
və  əmlakı  dövlət  mülkiyyətində  saxlanılan  müssisələrə  bölünmüşdür.  Belə  ki, 
toxumçuluq, cins mal-qara və damazlıq təsərrüfatları, atçılıq zavodları, elmi-tədqiqat və 
tədris  müəssisələrinin  təcrübə  bazaları,  vəhşi  heyvandarlıq  sovxozları  və  dövlət 
ə
həmiyyətli  digər  müəssisələrin  yalnız  əsas  istehsal  məqsədlərini  təmin  etmək  üçün 


Yüklə 7,85 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə