B.Ə. Bağırov Neft-qaz mədən geologiyası bakı-2010 Bağırov Bağır Əli oğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Bağır Əli oğlu Bağırov Neft-qaz mədən geologiyası bakı-2010



Yüklə 10,22 Mb.
səhifə59/90
tarix05.10.2023
ölçüsü10,22 Mb.
#125826
1   ...   55   56   57   58   59   60   61   62   ...   90
B. . Ba rov Neft-qaz m d n geologiyas bak -2010 Ba rov Ba r

2. Quyu şəbəkəsinin sıxlığı. Məlum olduğu kimi bu göstərici yataqların işlənilmə prosesinə əsaslı təsir edir. Dəniz yataqlarında da quyuların sayının artırılması işlənilmənin iqtisadi göstəricilərinə mənfi təsir göstərməyinə baxmayaraq, burada quyu şəbəkəsi mümkün qədər sıx olmalıdır ki, bu da işlənilmənin son nəticəsinə müsbət təsir edir. Odur ki, dəniz yataqlarında quyu şəbəkəsinin seçilməsində optimal variantlar tapılmalıdır ki, bu da geoloji-iqtisadi modellərlə təyin edilir.
3. Yataqlarda suvurma prosesi. Məlum olduğu kimi, quruda olan yataqlarda bu üsuldan geniş istifadə edilir. Lakin dənizdə bu tədbirin həyata keçirilməsi tələbatı çox vaxt kəskin xarakter daşıyır. Belə ki, bəzi hallarda quru yataqların işlənilməsinin ilk mərhələləri neftçıxarma prosesi layın təbii enerji mənbənin (ətraf suların, neftə həll olunmuş qaz və s.) təsiri ilə aparılır. Dəniz yataqlarında isə işlənilmənin ilk anından suvurmadan geniş istifadə edilməlidir. Suvurmanın modifikasiyası xüsusi layihələrə istinad etməli və suvurma əmsalının Ks1,0 səviyyəsini təmin etməlidir.
4. Yataqların neftverimini artıran üsullar. Dəniz yataqlarında layların neftverimini artıran (LNA) üsullar geniş tətbiq edilməlidir ki, bu da onların işlənilmə tempini yüksəldə bilər. Burada bu üsulların tətbiq sahələrini aşkar edən təsnifat modelindən istifadə edilməsi məqsədəuyğundur. Onun strukturunda işlənilmədə olan yatağın dörd əsas parametrləri (lay şəraitində neftin özlülüyü, istismar obyektlərinin yatım dərinliyi, kollektor süxurlarının keçiriciliyi və ehtiyatlardan istifadə dərəcəsi) iştirak etdiyindən 24 qrupun ayrılması mümkün olmuşdur. Bu model LNA üsulların istifadəsi üçün perspektiv planların hazırlanmasında əsas götürülə bilər (B.Ə.Bağırov, Ə.M.Salmanov, S.Ə.Nəzərova, 2007).
5. Horizontal quyular. Məlum olduğu kimi, yataqların işlənilmə prosesində horizontal quyuların şaquli quyulara nisbətən böyük üstünlüyü vardır. Odur ki, onlardan dəniz yataqların işlənilməsində də geniş istifadə edilməlidir. Belə quyularla bir platformadan yataq sahəsinin böyük hissəsini işlənilmə ilə əhatə etmək olar. Nəticədə yataqların işlənilmə tempi yüksəlir, neftçıxarma müddəti isə azalmış olur.

Yüklə 10,22 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə