Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə17/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   ...   13   14   15   16   17   18   19   20   ...   74

Hindistan etnoqrafiyası
51
Həmin  dövrdə  Hindistanda  islamın  möhkəmlənməsində 
“nəqşibəndi” Həccə Bakibillah Qəbulunun müridi İmami Rəbbani 
Əhməd əl Faruki əl Sirhindi (1564 – 1624) mühüm rol oynamış-
dır. Əhməd əl Faruki “nəqşibəndi” təriqətinin məcidiyyə qoluna 
aid olsa da, “qadiriyyə”, “çiştiyyə” kimi digər təriqətlər də оnа 
hörmətlə yаnаşmışlar. İmami Rəbbani şəriətsiz təsəvvüf anlayı-
şının ola bilməyəcəyini deyərək, əvvəl şəriət qaydalarının yerinə 
yetirilməsini tövsiyə etmişdir. O, Əkbər şahin dini islahatlarına, 
yeni bir din yaratması səyinə qarşı mübarizə аpаrmış, hökmdarı 
tənqid etmiş, dəfələrlə həbsə düşmüşdür. Orta əsrlərdə “Dini-i-
lahi”nin çox yayılmaması məhz İmam Rəbbaninin uğuru sаyılır.
Əkbər  şahdan  sonra  hakimiyyətə  gələn  oğlu  Cаhangir  şah 
da  orduda  “nəqşibəndi”  müridlərin  sayının  artması  səbəbindən 
İmam  Rəbbanini  həbsə  atmışdır.  Bir  il  həbsdə  qaldıqdan  sonra 
Cаhangir  şah  Rəbbanini  həbsdən  çıxarmışdır.  Şah  Cаhangirin 
təkrarən İslama bağlanması İmam Rəbbani ilə söhbətlərinin nəti-
cəsidir.“Risalət-üt-tehliliyyə”, “Rədd-i revafid”, “İsbat-ün-nübü-
vvə” adli əsərlər yazan Rəbbani onlarla mürşid yetişdirərək Hin-
distanın müxtəlif bölgələrinə göndərmiş, islamı yaymışdır. İslam 
hökmləri ilə Allahı anlama, tanıma və qovuşma olan təsəvvüfü 
birləşdirməsinə görə оnа “sila” adı verilmişdir.
Tarixən Hindistanda “çiştiyyə” (qurucusu türk Əbu İshak), 
“sührəvеrdiyyə, “qаdiri”, “rövşəniyyə”, “kеrаniyyə”, “qələndə-
riyyə”, “kübrəviyyə”, “kadiyanilik” sufi təriqətləri yayılmışdır.
İngilis işğalı Hindistanda müsəlmanların roluna ciddi zərbə 
vursa da, islam burada hinduizmdən sonra aparıcı din olaraq qal-
mışdır. Müsəlmanlar Hindistanın azadlığı uğrunda hindlilərlə bir 
cərgədə  mübarizə  aparmış,  Müsəlman  Liqası  və  s.  islam  təşki-
latları  bu  prosesdə  xüsusi  rol  oynamışlar.  Ölkənin  1947-ci  ildə 
Pakistan və Hindistana parçalanması da məhz hinduizm və islam 
müstəvisində baş vermiş, dini faktorun bu şəkildə siyasiləşməsi 
iki yeni yaranmış ölkə arasında, eləcə də müxtəlif inanclı insanlar 


Bəhmən Əliyev-Ayvazalı
52
arasında xüsusi ilə kənardan qızışdırılan qanlı qarşıdurmalara gə-
tirib çıxarmışdır. Müstəqilliyin ilk illərində milyonlarla hinduist 
Pakistandan Hindistana, milyonlarla müsəlman isə Hindistandan 
Pakistana köçmüş, “böyük köç” baş vermiş, bir milyondan çox 
insanın ölümü ilə nəticələnmiş yerdəyişmə dinin coğrafiyasına da 
ciddi təsir göstərmişdir. Hazırda Pakistan İslam Respublikasında 
əhalinin 90 %indən çoxu, Banqladeş Xalq Respublikasında əhali-
nin 85 %-i müsəlmandır. 
Müasir dövrdə Hindistanda müsəlman əhalinin sayı 150 mil-
yon  nəfərə  (13,8  %)  çatmışdır.  Müsəlmanlarin  əksəriyyəti  isə 
sünniliyin hənəfi məzhəbinə etiqad edir. Malabar sahilində şafilik 
yayılmışdır, Uttar-Pradeş və Qərbi Benqaliyada sünnilik özünün 
vahabi  tendensiyasi  ilə  müşahidə  olunur.  Burada  “Əhmədiyyə” 
təriqətinin ardıcıllarına da rast gəlmək mümkündür. Şiələr (Hin-
distan müsəlmanlarının 7 %-i) isə əsasən şəhərlərdə yaşayırlar, 
“işnaşari”, “araqani” (ismaililər), “bohra”, “hoca” və s. icmalara 
bölünürlər. 
Hindistanda müsəlman əhalinin az qala yarısı üç ştatda- Ut-
tar-Pradeş  (22,3  %),  Bihar  və  Qərbi  Benqal  (12,4  %)  yaşayır. 
Müsəlmanların məskunlaşmasında qeyri-bərabərlik özünü göstə-
rir. Məsələn, Rampur rayonunda müsəlmanlar əhalinin 45,8 %ini, 
Çhansi rayonunda (Uttar Pradeş ) 5 %-ni təşkil edir. Qərbi Benqa-
liyada da oxşar vəziyyətdir. Mürşibad rayonunda müsəlmanların 
sayı 56,3 %-ə, Rançı rayonunda isə 7 %ə çatır. Assam ştatında 
müsəlmanların 5,8 %-i, Kerala ştatında 6,8 %-i yaşayır. Müsəl-
manların sayca çox olduğu ştatlar da vardır. Lakkadiv və Minora 
adalarında 94,4 %, Cammu və Kəşmir ştatında 65,8 % müsəlman 
yaşayır. Kəşmir vadisində müsəlmanların sayı 89-96 % olduğu 
halda, Cammuda cəmi 7,9 % müsəlmandır. 
Müxtəlif  tarixi  proseslərin  gedişində,  fərqli  etnolinqvistik 
mühitdə formalaşan müsəlman əhali arasında həm üfiqi, həm də 
şaquli  bölünmələr  mövcuddur.  İlk  olaraq  müsəlmanlar  iki  qey-


Hindistan etnoqrafiyası
53
ri-bərabər  qrupa  bölünürlər.  Müsəlmanların  10  %ni  təşkil  edən 
“aşrafi” adlanan qrupa seyidlər, şeyxlər, moğollar, patanlar, qu-
reyşi ərəblərin nəsilləri, torpaq sahibləri, keçmiş hökmdar nəsillə-
ri, sahibkar və tacirlər, azad sənət sahibləri aid edilir. Daha böyük 
qrupa (“aclafi”) isə aşağı hindust kastalarından islamı qəbul edən-
lər, kəndlilər, sənətkarlar, muzdurlar aid edilir. Bu sosial bölgü 
dini pərdəyə bürünmüşdür. Hər bir milli rayonun özünəməxsus 
sosial-dini bölgüsü vardır. Məsələn, Keralada yaşayan “mopla” 
icması digər müsəlmanların gözündə vahid icma kimi görünsə də, 
onların arasında ciddi endoqam bölgü vardır, yalnız doğumdan bu 
kastanın üzvü olmaq mümkündür. Seyid “mopla thanqallar” öz-
lərini peyğəmbərin qızı Fatimənin soyundan sayırlar, ritual statu-
suna görə Keralada hindus brahman “nambudiri” catisinə bərabər 
statusa  malikdirlər.  Onlardan  sonra  ərəb  tacir  və  dənizçilərinin 
yerli  qadınlarla  evliliyindən  doğulanların  nəsilləri  gəlir.  “Mop-
la”ların  əksəriyyəti  “malabarlılara”  aid  olunur  və  iyerarxiyada 
orta  mövqedə  dayanırlar.  “Mopla”  müsəlman  icmasının  arasın-
da “aclafi”lərə “sular”( balıqçılar) və “ossanlar” (bərbərlər) aid 
edilirlər. Təkcə nikah münasibətlərində, gündəlik münasibətlərdə 
deyil, dini praktikada da status fərqi aydın görünür. Hər bir icma-
nın özünəməxsus məscidi, qəbristanlığı vardır. 
Tamilnad ştatında ticarətçi müsəlman icmaları “marakayar”, 
“rauthorlar”, “labbai”lər statuslarına görə bir-birinə yaxın sayıl-
salar da, aralarında nikahagirmə olmur. Ticarətci “kaylarlar” isə 
aşağı kastalara aid hesab edilir, onlar heyvan dərisi, müqəvvası ilə 
ticarət aparır, həm hindus, həm müsəlman dünyagörüşünə görə 
bu qeyri-təmiz işdir.
Şimali Hindistanda müsəlmanların sosial statusuna görə bö-
lünməsi hinduizmdəki kasta sisteminin oxşarıdır. Düzdür, müsəl-
manlar  arasında  kastalar  hinduizmdə  olduğu  kimi  “cati”  deyil, 
lakin “biradari” (qardaşlıq) və ya “biyahdari” (endoqam qrup) 
adlandırılsa  da  söz  fərqliliklərin  mahiyyətinə  təsir  göstərmir. 


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə