Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə25/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   ...   21   22   23   24   25   26   27   28   ...   74

Hindistan etnoqrafiyası
75
2.1.“Varna-cati” sisteminin dini-ideoloji əsasları. 
“Caste” ispan və portuqaliya mənşəli sözdür, “övlad” və ya 
“irq” deməkdir. Bu latın “castus” sözündən götürülmüşdür, “tə-
miz” anlamına gəlir. 
“Varna-cati”sistemi  hind  dini  dünyagörüşünün  əsaslarına 
uyğundur,  bu  sistem  hinduizm  ideologiyası  əsasında  formalaş-
mışdır.  Ən  azı  3  min  ildir  ki,  hind  cəmiyyətinin  dini  təlimlərə 
söykənən etik imperativləri qarşılıqlı sosial təsirin və ictimai dün-
yagörüşün  mühafizəkarlığına  xidmət  edir. 
Hindistanda olduğu kimi heç bir digər sivilizasiyada din bu 
qədər dərin rol oynamır, ictimai həyata bu qədər təsir göstərmir. 
Din sosiumun inkişafında, onun strukturunun müəyyənləşməsin-
də böyük əhəmiyyət daşıyır. Hind cəmiyyətinin əsasında anadan 
olandan  insanın  bərəbərsizliyi,  qeyri-bərabər  hüquq  durur.  Cə-
miyyətin hər bir təbəqəsinin vəzifələri sərt şəkildə müəyyənləşdi-
rilmiş, bu və ya digər təbəqənin nümayəndələri vəzifələrə bütün 
həyatı boyu əməl etməlidir. 
Hind cəmiyyətinin kasta quruluşu, yəni, dini-sosial təşkila-
tı e.ə. I minilliyin əvvəllərindən b.e. V əsrinə qədər formalaşma 
dövrü keçirmişdir. Kasta quruluşunun ideologiyasını hinduizmin 
dini təliminin təbii tərkib hissəsi kimi qəbul etmək lazımdır. Bu 
sistem  hinduizmin  “dharma”,_“karma”_və_“sansara”'>“dharma”,  “karma”  və  “sansara”  (ruhun 
transmiqrasiyası) kimi əsas konsepsiyaları və anlayışları ilə sıx 
bağlıdır. 
“Dharma”  sanskrit  dilində  “dhar”  və  ya  “dhri”  sözündən 
yaranmışdır.“Dharma”  və  ya  “dhamma”  termini  hinduizmdən 
başqa, buddizm, caynizm və siqhizm dini təlimlərində də istifadə 
edilir,  ümumiyyətlə,  10-dan  çox  fərqli  mənada  işlədilir. 
  Hinduzimdə  ən  önəmli  prinsip  sayılan  “dharma”  fəlsəfi 
olaraq “dünya iradəsi” mənasını daşıyır. Hind dini fəlsəfəsində 
insanın məqsədləri dörd mühüm anlayışla ifadə olunur: “kama” 


Bəhmən Əliyev-Ayvazalı
76
- hissi həzz; “artha” - sərvət; “dharma” - əxlaqi borc; “mokşa” 
- maddi dünyanın əzablarından xilas olma. “Upanişadalar”da da 
“dharma” – qanunauyğunluq sayılır. Nizam, vəzifə, düzgünlük, 
əxlaq, müdriklik, yüksək həqiqətlərə aparan yol olan “dharma”ya 
uyğun həyat sürən insanlar “mokşa”ya çatırlar. 
Hinduizmə görə, “varnalar” ilahi düzülüşdür. Bu dini təlimdə 
ilahi və ictimai vəzifələrlə (dharma təlimi) kasta sisteminə mən-
subluq arasında əlaqə vardır. “Varna” sisteminə görə, brahma-
nın  (brahmin)  vəzifəsi  “Vedaları”  öyrənmək  və  öyrətməkdir. 
İnanca görə, brahman başqa kasta üzvündən su alırsa, bu kasta 
təmiz hesab olunur. Yaxud brahman bir kastadan yağda bişiril-
miş yemək qəbul edərsə, onda kasta daha yaxşı sayılır. Brahman 
hər hansı kastadan suda bişirilmiş yemək qəbul edirsə, onda kasta 
hələ yaxşıdır. İnanca görə, bir kasta üzvü brahmana su verirsə, 
ya ona toxunursa, bu kasta olduqca yaxşıdır. Bir kasta üzvü suyu 
çirkləndirmədən brahman qadına verərsə, ya toxunarsa, bu kasta 
hələ  yaxşıdır.  Bir  kasta  üzvü  çirkləndirmədən  brahmin  dul  qa-
dına su verərsə, qadın ona toxunarsa, bu kasta ən yaxşıdır və s. 
“Kşatri”nin  vəzifəsi  isə  cəmiyyətə  liderlik,  hökmdarlıq  etmək, 
onu hərbçi kimi qorumaqdır. Kşatrilərin hamısı döyüşçü olmasa 
da, hərbi hazırlıq keçirdi, onlardan bəziləri tacir və sənətkar “ca-
ti”sinə daxil olurdu. Yüksək “varna” üçün əsas “dharma” ədalət-
li idarəetmə və döyüş meydanında igid davranmaqdır. Aşağılar 
üçün  isə  yüksək  varnalara  xidmət  və  ona  tapşırılan  işi  yerinə 
yetirmək  “dharma”  sayılır.  İlk  dövrlər  vayşilər  əkinçi,  torpaq 
sahibi olsalar da zaman keçdikcə varlanaraq, zəngin tacirlərə 
çevrilmiş, “gildiyalar” yaratmışlar. Məhz vayşilər buddizm və 
caynizmə  yardım  göstərmiş,  burjuaziya  rolunu  oynamış,  elmə, 
sənətə dəstək olmuşlar. Lakin onlara qarşı diskriminasiya özünü 
göstərmiş, vayşilər daha çox vergi ödəmiş, brahman və kşatrilərlə 
müqayisədə ictimai iyerarxiyada aşağı yer tutmuşlar. Varna inan-
cına görə, hər fərdin davranışı onun sonrakı həyatını müəyyənləş-


Hindistan etnoqrafiyası
77
dirir. İnsanın ruhu ölmür və ölümdən sonra hansısa canlıya keçir. 
Əgər insan xeyirxah əməllərlə məşğul olubsa, növbəti dəfə do-
ğulanda onun “varnası” yüksəlir. Əgər pis işlər görübsə, onda 
“varna” sisteminə daxil olmayan “toxunulmaz”a çevrilir, han-
sısa heyvan, bitki kimi doğulur. 
İki min il əvvəl olduğu kimi, indi də hinduizm səmərəli sosi-
al texnologiya sayılır, bu texnologiyanın əsas instrumenti sosial 
kollektivlərin kasta üsulu ilə təşkilatlanmasıdır. Ənənəvi elita di-
nin mənəvi imperativləri və dövlət institutları vasitəsi ilə sistemin 
aşağı səviyyələrinə nəzarət edir, etnoslararası problemlərin həlli, 
sosial təsir yollarıni tapır. Hinduizm dini təliminə görə, “sansa-
ra” və “karma” kainatın nizamını və ruhi inkişafı təmin edən 
qanunlarıdır. Bu təlimə əsasən, həyat – sadə təbiətdə maddələr 
mübadiləsindən, mövcudatdan  daha  yüksək  səviyyədə təkrarla-
nan yenidəndoğulma zənciridir, bu dövran “sansara çarxı” ad-
landırılır. İnanca görə, yalnız insan öz ağlı-dərrakəsi ilə bu dövrü 
qıra  və  maddi  dünyanın  qoyduğu  bütün  məhdudiyyətlər  torun-
dan azad ola bilər. “Karma” səbəb-nəticə qanunudur. İnsanın 
kеçmişi  onunla  qarşı-qarşıyadır.  Yaxşıdan  yaxşı,  pisdən  pis 
olacaqdır. Karma qanunu insanın taleyinə təsir еdir. Əgər in-
sanın vəziyyəti pisliyə doğru gеdirsə, bu onun vaxtilə еtdiyi pis 
əməllərin, yaxşılığa doğru gеdirsə, yaxşı əməllərinin qarşılığıdır. 
Ümumiyyətlə,  hind  dini  fəlsəfəsində  yenidən  doğulma  təlimi 
“karma” adlanır. Karma qanununa əsasən fərdin bütün yaxşı və 
pis əməlləri onun həyatında əks olunur. İnsan öz davranışı ilə 
özünün gələcək taleyini müəyyənləşdirir. “Karma” fəlsəfəsinin 
bu  ideyası  brahmanizmin  yenidən  dirilməsi  haqqında  təlimin 
əsasında  durur.
  “Karma”  hərəkət,  əməl  mənasını  verir,  reinkarnasiya,  ye-
nidən doğuluş inamı ilə, həm də əxlaqi səbəbiyyət inamı ilə sıx 
bağlıdır. Konkret vаrnаyа mənsub olma insanın yaxşı və ya pis 
olduğunu  müəyyənləşdirir.  İnsanlar  özlərinin  əvvəlki  həyatları 


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə