Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə21/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   ...   17   18   19   20   21   22   23   24   ...   74

Hindistan etnoqrafiyası
63
paylaşmа, pulsuz yemək (“langar”), gəlirin 10 %-ni bəxş etmək 
(“dasvand”) zamanın 10 %-ni yaxşı işlərə xərcləmək.
 Pəncab əyalətində siqhlərin dövləti 1875-ci ildə dаğılmış, in-
gilis işğаlı аltınа düşmüşdür. Siqhlərin kolonializmə qarşı çıxışla-
rı ingilislərin himayəsinə sığınan, onlara xidmət göstərən, “qurd-
var”ların rəhbərləri olan “mahanta”lara qarşı çevrilmişdir. XX 
əsrin 20-ci illərində bu mübarizə daha da şiddətlənmiş, siqhlərin 
könüllü dəstələri “qurdvar”ları tutaraq “mahantaları” qovmuşlar. 
Bu könüllü qruplar arasında “Akali dal” (Ölümsüzlər) adlanan 
korpus təşkil edilmişdir. Sonralar bu təşkilat Pəncabın ictimai-si-
yasi həyatında mühüm rol oynayan siyasi partiyaya çevrilmişdir. 
1925-ci ildə kolonial hakimiyyət Pəncabda və qonşu vilayətlərdə 
siqh “qurdvarlar”ına nəzarəti Qurdvarların İdarəolunması Ko-
mitəsinə (QİK) verilmişdir. 
Hazırda QİK 750 “qurdvar”a nəzarət edir, bu təşkilat siqhlə-
rin mini –parlamenti sayılır. QİK rəhbəri siqhlərin dini və mülki 
təşkilatı olan “Akali taxt”ın rəhbərini-“cathedar” (rəhbər) təyin 
edir, o isə öz növbəsində “qurdvarlar”ın rəhbərlərini müəyyənləş-
dirir. Siqhlər üçün “Akali taxt”ın qərarı yekundur, ondan şikayət 
oluna bilməz. “Akali taxt” icmanin hər bir üzvünü cəzalandıra 
bilər,  ən  biabırçı  cəza  isə  Amritsara,  Qızıl  Məbədə  gələnlərin 
ayaqqabısını  təmizləməkdir.  Siqh  dövlətinin  hökmdarı  Rancit 
Sinqh, mərkəzi hökumətin keçmiş daxili işlər naziri Buta Sinqh 
bu  şəkildə  cəzalandırılmışdır. 
  Hindistanla  Pakistanın  1947-ci  ildə  ayrılmasından  sonra 
siqhlərin böyük hissəsi Pəncabdan Hindistanın müхtəlif bölgələ-
rinə  göndərildilər,  assimlyasiyaya  məruz  qaldılar.  Hindistan  və 
Pakistan arasında ərazi uğrunda müharibələr dini qarşıdurmaları 
gücləndirmişdir. Xüsusilə siqhlərin hindli və müsəlmаnlаrla qar-
şıdurmalarında on minlərlə insan həyatını itirmişdir. Hətta bu qar-
şıdurmalar 1984-cü ildə bir siqh mühafizəçinin Hindistanın baş 
naziri İndirа Qandini öldürməsinə qədər gеdib çıxmışdır. 


Bəhmən Əliyev-Ayvazalı
64
Müasir dövrdə siqhizmin islam və ya hinduizmdən yarandığı 
haqqında  iddiaları  qəbul  etməyən  siqh  dini  və  siyasi  xadimləri 
bildirirlər ki, siqhizm müstəqil dindir. Maraqlıdır ki, siqhizm hin-
duizmə qarşı deyil, hind ümummədəni vətəndaş ənənələrinə qar-
şı qoyulur. Bu da müəyyən mənada siqhlər arasında separatizm 
meyllərini gücləndirir. Siqhizmin ayrı bir dini təlim olması 1973-
cü ildə siqh liderlərinin şurasında rəsmən açıqlanan “Anandapur 
qətnaməsi”  ilə  təsdiqlənmişdir.  Qətnamədə  bildirilir  ki,  siqhlər 
təkcə dini icma deyil, öz ərazisi və müstəqil inkişafa haqqı olan 
“koum” (millət) sayılır. 
Siqhlər arasında rituallara görə bir-birindən fərqlənən icma-
lar mövcuddur. Məsələn, “amritdhari” və “çarni” siqhləri “hal-
sa”ya  daxil  olarkən  müxtəlif  ritualları  yerinə  yetirirlər.  1970-ci 
illərdə ortodoks “keşdhari” və “qırxıq sahacdhari” siqhlər ara-
sında ciddi ziddiyyətlər baş vermişdir. Fundamentalist əhval-ru-
hiyyə əsasında “sahacdhari” anlayışı ittihama çevrilmişdir. On-
ların saqqallarını qırxması siqh inancından uzaqlaşma kimi qəbul 
edilmişdir.
 Müasir “namdarlar” sadə həyat tərzi keçirir, onlar vegete-
rian yemək, siqaret və alkoqol içkilərə tam qadağa, sadə nikah 
adətləri və s. kimi qaydalara ciddi əməl edirlər. Ağ türban və ağ 
geyim  fikirlərdə  və  əməldə  təmizliyin simvoludur.  “Saqquru”-
nun rəhbərlik etdiyi “namdharlar ağ rəngli yundan kəmər taxırlar. 
Siqhlər arasında aşağı kastaların nəslindən olan “nihanq”lar xüsu-
si yer tutur. Onlar Qobind Sinqh və Rancit Sinqhin quru ordusun-
da intiharçı zərbə qüvvəsini təşkil etmişlər. Onlar “qurdvar”ların 
mühafizəsini, siqh adətlərinə əməl olunması funksiyasını yerinə 
yetirirlər. “Nihanqlar” QİK-lərə deyil, öz icmalarının rəhbərlərinə 
tabedirlər. Onlar ənənəvi qara türban, açıq yaşıl xalat geyinir, əyri 
qılınc gəzdirirlər. Əkinçi “catlar” və şəhər ticarətçi “khetri”lərdən 
başqa siqhlərin “ramdasi”, “mazhabi” və “ramqarhi” adlanan ic-
maları vardır.


Hindistan etnoqrafiyası
65
Bu gün siqhlər əsаsən şimal-qərbi Pəncab bölgəsində yaşa-
yırlar. Sayları 20 milyon nəfərə yaxındır, bu da Hindistan əha-
lisinin 2%-ni təşkil edir. Siqhlər kiçik qruplar halında İngiltərə, 
Kanada, ABŞ, Malayziya, İndоnеziyа və Şərqi Afrika ölkələrində 
yаşаyırlаr.
Siqhlər  Quru  Nanakın  doğumu,  Quru Arcanın  öldürülməsi 
kimi müxtəlif hadisələrin xatırlandığı “Gurpurb”, bаyrаmını, eyni 
zamanda Hindistanda məşhur оlаn “Vaisaki”, “Divali” bayramla-
rını qeyd еdirlər.
Sual və tapşırıqlar:
1.Siqhizmin yаrаdıcısı Quru Nanak haqqında danışın.
2. Siqhlərin müqəddəs kitabı: “Adi Qranth”.
3. Siqhizmin iki inanc əsası: Tək tanrıya inanmalı və 10 siqh 
qurusunun təlimlərinə əməl edilməli.
4. “Pahul” və “khalsa” (“keşa”, “kanqha”, “karha”, “kaç-
hehra” , “kırpan”) sistemi barədə təqdimat hazırlayın.
5.  Qurdvarların  İdarəolunması  Komitəsinin  rolu  nədən 
ibarətdir?
1.6. Xristianlıq
Hindistanda üçüncü böyük dini qrup xristianlardır (əhalinin 
3%-i).  Cənubi  Hindistana  ilk  xristianlar  hələ  I  əsrdə  gəlmişlər. 
Rəvayətə görə, 52-ci ildə Malabar sahillərinə (müasir Kerala şta-
tı) İsa peyğəmbərin şagirdlərindən biri olan apostol Foma gəlib 
çıxmış, burada xristianlığı yaymış, sahillərdə 7 məbəd tikmişdir. 
Apostol Fomanın Malabar sahillərinə gəlməsinin 1900 illiyi mü-
nasibəti ilə 1953-cü ildə Apostol Foma kilsəsi tikilmişdir, burada 
onun İsa peyğəmbərin yarasına toxunan əlinin qalıqları saxlanılır. 
Rəvayətə görə, apostol Foma Mahadevana hakiminin hökmü ilə 


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə