Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə29/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   ...   25   26   27   28   29   30   31   32   ...   74

Hindistan etnoqrafiyası
87
kompleksləri”nin  maraqları  ciddi  şəkildə  nəzərə  alınır.  “Cati” 
səviyyəsində ənənəvi hind cəmiyyətinin bütün əsas xüsusiyyət-
ləri ortaya çıxır. Catilər arasında münasibətlərdə əlaqələr kifayət 
qədər az, reqlamentləşdirilmiş, rituallaşdırılmış olur, bu ünsiyyət 
üsulunun dini əsaslarını isə hinduzim dünyagörüşü, təlimi təşkil 
edir. 
Son 150 il ərzində Hindistanda kasta quruluşunun modi-
fikasiyası “varna”lara (status qrupları) bir neçə “cati”-altkas-
tanın daxil olması ilə xarakterizə edilir. Bu “cati”- “altkasta” 
sənət sahəsi, etnik mənşə, dini mənsubiyyət və s. xüsusiyyətlərə 
görə seçilir. 
2.3. Kasta sisteminin müasir vəziyyəti
Hindistanda  “varna-cati”  sisteminin  formalaşması  VIII-X 
əsrlərdə  yekunlaşmışdır.  Tədricən  dəyişikliklərə  uğrayan  sosi-
al  sistem  nəinki  aradan  qalxmamış,  əksinə,  müasir  Hindistanın 
sosial-iqtisadi  və  siyasi  həyatında  mühüm  rol  oynayır.  Hind 
kastalarında ən ciddi dəyişikliklər XIX əsr və XX əsrin birinci 
yarısında  milli-azadlıq  hərəkatının  gedişində  ortaya  çıxan  dini 
islahatçı hərəkatların fəaliyyəti nəticəsində baş vermişdir. Hind 
dini islahatçılarının tələbi ilə Britaniya kolonial hakimiyyəti kas-
ta qaydalarını zəiflədən qanunlar qəbul etmişdir. Belə qanunlar 
müxtəlif kasta, icmalar arasında nikahları, qızın evlənmə yaşının 
dəyişdirilməsi,  təhsili  və  s.  məsələlərlə  bağlı  olmuşdur.  “Ost-
Hind” şirkəti 1833-cü ildə işə götürülmədə anadan olduğu yer, 
dini,  məzhəbi,  etnik  mənşəyi,  dərisinin  rəngi  və  s.  məsələlərin 
nəzərə  alınmadığı  qaydalar  hazırladı.  İngilis  hökuməti  1844-cü 
ildə rəsmi şəkildə açıqladı ki, dövlət xidmətinə işə götürülmədə 
ingilis dilində təhsil alanlara üstünlük veriləcək. Bu da ilk növbə-
də brahmanlar idi. Beləliklə, formal da olsa, bütün kasta və din 
nümayəndələrinin qarşısında  təhsilalma, işə  düzəlmədə  bərabər 


Bəhmən Əliyev-Ayvazalı
88
imkanlar yaradılmış və bu imkanlardan XX əsrin əvvəllərinədək 
yalnız yuxarı kastaların nümayəndələri yararlana bilmişdilər. Di-
gər kastalar (varnalar), eləcə də “toxunulmazlar” sosial və iqtisa-
di bərabərlik tələbləri ilə çıxış edirdilər.
Hindistanın  qərbində,  Bombey  prezidentliyində  qeyri-brah-
man  hərəkatının  lideri  “şudra”  varnasından  çıxan,  “bağbanlar” 
catisinə aid olan Dzotiba Phule (1827-1890) idi. O, brahman mə-
dəniyyətinə qarşı çıxaraq, “xalq mədəniyyəti” və bütün hindlilər 
üçün  universal  olan  din  yaradılması,  bərabər  üzvlərdən  ibarət 
“qeyri-ari”  kənd  icmalarının  təşkili  uğrunda  mübarizə  aparırdı. 
Bərabərlik əldə etmək üçün sadə xalqın təhsilli olması, öz dilində 
təhsil alması, anti-kasta düşüncəsinin inkişafı, brahmanların in-
hisarçı hakimiyyətinin aradan qaldırılması və s. əldə edilməsini 
vacib sayırdı. 
XIX  əsrin  sonunda  Hindistanın  cənubunda  narazılıq  tək-
cə  qeyri-brahman  deyil,  anti-brahman  forması  da  almışdı.  An-
ti-brahman əhval-ruhiyyənin gücləndiyi bir zamanda britaniya-
lılar brahmanların “ari mənşəyi” barədə tezis irəli sürdülər. Bu 
“ari  tezisi”ni  ölkənin  cənub  rayonlarındakı  brahmanlar  həvəslə 
mənimsədilər və bununla da özlərinin yüksək vəziyyətlərini, av-
ropalılarla yaxınlıqlarını əsaslandırmağa çalışdılar. Phule ölkənin 
cənubuna “gəlmə” saydığı brahmanlardan başqa bütün digər kas-
taları “qeyri –ari” kastası sayırdı. Madras prezidentliyində qey-
ri-brahman kastalarının lideri Ramasami Naiker (1879–1973) 
və  ya  Periyar,  ümumiyyətlə,  brahmanları  dravid  etnosundan 
silərək, “ari brahmanları” tənqid atəşinə tutmuş, onlara şimal-
dan  olan  “gəlmə”,  hətta  düşmən  kimi  yanaşmışdır.  Brahman 
ideologiyasından  narazılıq  isə  “ari  şimalı”  ilə  “dravid  cənubu” 
arasında konflikt kimi təqdim edilmişdir. Periyarın rəhbərlik etdi-
yi “Özünəhörmət hərəkatı” (1920-1940) geniş kütlələrin maraq-
larını təmin edən sosial islahatlar keçirməyi qarşıya məqsəd qoy-
muşdur.  Periyar  kasta  sistemini,  ritual-dini  iyerarxiyanı  tənqid 


Hindistan etnoqrafiyası
89
etmiş,  bütlərə  sitayişləri  rədd  etmişdir.  O,  aşağı  kastaların  geri 
qalması, yüksək kastaların üstünlüyü haqqında konsepsiyanı, hin-
dus kasta sistemini rədd etmiş, 1924-cü ildə Travankur knyazlı-
ğında  (Kerala  ştatı)  “toxunulmazlar”ın  hindus  məbədlərinə  bu-
raxılması üçün kampaniya təşkil etmiş, bu məsələdə milli-azadlıq 
hərəkatının  lideri  Mohandas  Karamçand  Qandi  ilə  əməkdaşlıq 
etmişdir. Periyar bildirirdi ki, az sayda brahmanın yaratdığı hin-
duizm “toxunulmazlar”ın savadsızlığına, istismarına, onlara qarşı 
hörmətsizliyə haqq qazandırır, dar maraqları, eqoist yanaşmaları 
təmin edir. Hindus aşağı kastaların insan hüququ və azadlıqları-
nı irəli sürən Periyar “toxunulmazlar”ın başqa varnaların istifadə 
etdikləri  su  mənbələrinə  buraxılmasına,  qadınların  azadlığına, 
müxtəlif kastalara məxsus insanlar arasında ünsiyyətə nail olmağa 
çalışırdı. Onun iştirakı ilə keçirilən mitinqlər “toxunulmazlar”ın 
aşağılandığı hindus kitablarının yandırılması ilə yekunlaşırdı. Bu 
hərəkatın siyasi arenaya çıxması Hindistanın cənubunda Andhre, 
Kerala, Karnatak və s. oxşar proseslərə səbəb olmuş, orta və aşağı 
kastaların  sosial-mədəni  vəziyyətinin  yaxşılaşdırılması  tələbləri 
önə çıxmışdır. 
Tədricən  brahmanlar  əleyhinə  hərəkat  onların  sosial-iqtisa-
di və siyasi mövqelərinə ciddi təsir göstərərək onları zəiflətmiş, 
ölkənin demoktatik inkişafına mühüm təsir göstərmişdir. Nəticə-
də qeyri-brahman kastaların konsolidasiyası, onlar arasında ün-
siyyətə mane olan bəzi ənənəvi qadağalar aradan qaldırılmışdır. 
Bu hərəkatların liderləri kolonial hakimiyyət orqanlarından siyasi 
institutlarda təmsil olunmaq, məktəb və kolleclərdə, dövlət xid-
mətlərində onlara yer ayrılmasına nail olmuşlar. 
İngilis hakimiyyəti Andhra-Pradeş, Karnataka, Kerala, Ta-
milnad, Maharaştrada Hind Vətəndaş Xidmətində (HVX) qey-
ri-brahman və “toxunulmazlar” üçün yer (kvota) müəyyənləş-
dirmişdi. İngilis hakimiyyəti bununla dövlət idarəçiliyində yuxarı 
varnalar üçün üstünlük yaradan kasta sistemi ənənələrini aradan 


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə