Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə37/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   ...   33   34   35   36   37   38   39   40   ...   74

Hindistan etnoqrafiyası
111
məklə yuyula bilər. Buna görə də Qaneş gecəsi ayı görən kəslərə 
qonşular gülür, istehza, lağ edirlər. 
Rəvayətə görə, bir gün Qaneş Ayın ölkəsi olan Çandra-loku-
dan keçəndə yıxılır və Ay ona gülür. Qaneşin zahiri, davranışları 
gülüş doğursa da, tanrıların iradlarına səbəb olsa da, heç kəs ona 
gülməyə cəsarət etmirdi, lakin Çandra açıq şəkildə ona gülür və 
qaydaları pozur. Qaneş bundan qəzəblənir və deyir ki, indən son-
ra Çandraya baxan hər kəs alçaldılmaya məruz qalacaq. Bunun da 
nəticəsində üç dünyanın sevimlisi olan Çandra tanrısı bədbəxtlik 
simvoluna çevrilmiş və insanlar ondan vəba kimi qaçmışlar. Bu 
ayıba dözə bilməyən Çandra lotos çiçəyində gizlənir. Buna görə 
də tanrılar Qaneşin yanına gedirlər. Brahma Qaneş-puca mərasi-
mi keçirməyi təklif edir. Bu ritualı yerinə yetirən tanrıları görən 
Qaneş yumşalaraq deyir ki, Çandra özü bu mərasimi yerinə ye-
tirməlidir. Buna görə də pucanı öyrətmək üçün Brihaspati Çand-
ranın yanına göndərilir. Çandra bu ayini yerinə yetirdikdən sonra 
Qaneş onun qarşısında peyda olur və Çandra ondan bağışlanma-
ğını  istəyir.  Başqa  tanrılar  da  günahkarın  bağışlanmasını  xahiş 
edirlər. Qaneş tilsimin bütün birbaşa nəticələrini aradan qaldırır. 
Amma Çandranın ayıbını yaşatmaq üçün bildirir ki, Qaneş günü 
ayı görən kəs tilsimlənəcək, bilərəkdən və ya bilməyərəkdən ayı 
görən sonrakı gün lağa məruz qalacaq.
“Datta Cayantı” bayramı Dattatreinin (üç tanrı forması) ya-
ranmasına həsr olunmuşdur. Bu bayram marqaşirşa (noyabr-de-
kabr) ayının 15-ci günü keçirilir. Əfsanəyə görə , müdrik Narada 
heç bir yerdə mübahisə olmaması və hamının sülh içində yaşama-
sından narahat olur. Bu vəziyyəti düzəltmək üçün o, Parvatinin 
yanına yollanır və söhbət zamanı təsadüfən deyir ki, üç dünyada 
müdrik Atrinin  arvadı Anasunun  dindarlığı  və  xeyirxahlığı  heç 
kəslə müqayisə edilə bilməz. Parvati həmişə özünü ən xeyirxah 
saydığından  Naradanın  sözləri  ona  toxunur.  Narada  gedəndən 
sonra Parvati birbaşa Şivanın yanına gedir və ondan Anasunu yol-
dan çıxararaq dindarlığını əlindən almasını istəyir.


Bəhmən Əliyev-Ayvazalı
112
Kaylas dağından Narada Brahma-lokuya yola düşür və Sa-
rasvatidə də Anasuya qarşı kin yaradır. Ondan sonra Narada Vay-
kuntuya gedir və Lakşminin öz ərinə Anasunu yoldan çıxarmaq 
təklifini etməsinə nail olur.
Üç tanrı Brahma, Vişna, Şiva Atri adlanan məskənə gəlirlər, 
üç yol ayrıcında görüşərək öz səyahətlərinin məqsədi haqqında 
bir-birinə məlumat verir, birgə hərəkət etməyi razılaşdırırlar. On-
lar səyahət edən brahmanlar sifətində gəzərək sədəqə istəyirlər. 
Anasuya onlara buğda verir, ancaq onlar hazır yemək istəyirlər. 
Anasu onları yaxınlıqdakı bulağa dəstəmaz almağa göndərir və 
özü yemək bişirir. Brahmanlar süfrəyə yaxınlaşırlar, xahiş edir-
lər ki, Anasu tamam soyunsun və onlara qulluq etsin. Anasuya 
bir ləyəndə öz ərinin ayaqlarını yuyur, sonda həmin suyu brahman-
ların üstünə tökür, brahmanlar körpəyə çevrilir. Anasuya soyuna-
raq, onları döşündən əmizdirir, beşiyə qoyub yatızdırır. Tanrılar öz 
əsl simalarına dönmək gücünü itirirlər, Anasunun yurdunda, onun 
uşaqları  kimi  yaşayırlar.  Sarasvati,  Lakşmi  və  Parvati  ərlərinin 
belə gec gəlmələrindən narahat olaraq, onları axtarmaq üçün yola 
çıxırlar. Üç yolun ayrıcında onları görən Narahada tanrıların Atri 
yurduna doğru getdiklərini bildirir. Sarasvati, Lakşmi və Parvati 
öz ərlərini beşikdə görürlər, Anasuya yalvarırlar ki, ərlərini onla-
ra versin. Anasu deyir ki, hərə öz ərini beşikdən götürsün. Ancaq 
körpələr  bir-birlərinə  bənzəyirdilər,  Lakşminin  beşikdən  Şivanı 
götürməsi Anasu və tanrıların gülüşünə səbəb oldu. Narahat olan 
Sarasvati, Lakşmi və Paravatı ondan ərlərini öz sifətlərinə qayıt-
ması üçün yalvarırdılar. Anasu deyir ki, onun da uşaqlar üzərin-
də hüququ var, çünki o xeyli vaxt uşaqları əmizdirib, qayğılarına 
qalıb. Tanrılar onun yanında üç sifətli və altı qolu olan uşaq kimi 
qalmağa razı olurlar. Bundan sonra Anasu yenidən öz ərinin ayaq-
larını  yuyur,  suyunu  körpələrin  üstünə  tökür,  tanrılar  əz  əvvəlki 
formalarına qayıdırlar. Tanrılar öz vədlərinə sadiq qalaraq, bədən-
lərini birləşdirir, üç sifətli (üç başlı) Dattatrei yaranır. Ortadakı baş 
Vişnaya, sağdakı Şivaya, soldakı Brahmaya aiddir.


Hindistan etnoqrafiyası
113
“Ramanavami”  bаyrаmı  “çaytra”  (mart-aprel)  ayının  9-cu 
günündə  keçirilir.  Bu  bayram  Ramanın  anadan  olmasına  həsr 
olunmuşdur. Doqquz gün ərzində “Ramayana” dastanının oxun-
ması dindarların əsas işi sayılır. Bunun üçün məbədlərdən müqəd-
dəs mətnləri oxuyan pantidlər dəvət olunur, onlar dinləyicilərə əf-
sanələr danışır, onları əyləndirir. Bu mərasim “katha” adlandırılır. 
Bir sıra bölgələrdə Ramanavami bayramı Yeni il kimi qeyd edilir. 
Mart ayında qeyd edilən Ugadi bayramı isə Tulugunun Yeni ili 
sayılır. Pəncabda isə Yeni il birinci Vaisaik ilə başlayır, bu da “Ba-
isaki” (13 aprel) məhsul bayramı ilə üst-üstə düşür. Benqal Nava 
Varsha da bəzən bu dövrdə başlayır. Tamil Yeni ili də bu dövr 
də başlayır. Assamda Yeni il Goru və mal- qaraya həsr olunmuş 
Rahgoli Bihu bayramı sayılır. Kerali ştatında isə kani mərasimi 
ilə əlamətdar olan Vishu bayramı keçirilir. Kani mərasimi bayram 
günü gecə oyaq qalır, ibadət edirlər.
May ayında Keralanın Trichur əyalətində təşkil olunan “Po-
oram” festivalının ən maraqlı məqamı dəbdəbəli şəkildə bəzədil-
miş fillərin nümayişidir.
“Canmaştami”  bayramı  şravan  (iyul-avqust)  ayında,  Kriş-
nanın doğum günü münasibəti ilə şən əhval-ruhiyyədə keçirilir. 
Bu bayram bütün Hindistanda deyil, əsasən Krişna kultu yayılan 
bölgələrdə, xüsusi ilə Krişnanın doğum yeri sayılan Mathurada, 
еyni zаmаndа Aqra və Bombеydə böyük coşğuyla qeyd olunur.
“Vasant Panchami” bayramı “maqha” ayında Sarasvanın şə-
ninə keçirilir. Bu bayram xüsusi ilə Benqalda qeyd olunur. Həmin 
gün xüsusi ilə mirzələr, yazıçılar, müəllim və tələbələr bilik tan-
rısı Sarasvatiyə sitayiş etməlidirlər. İnama görə, həmin gün yazı 
yazmaq olmaz və bütün kitab, qələm, karandaş, mürəkkəb qabla-
rı və s. bir qutuda Sarasvatinin şəklinin qarşısına qoyurlar. Digər 
bir inanca görə isə bu gün vacib sənədlərin yazılması üçün uğur-
lu gündür. Bayram günü iştirakçılar əsasən yaşıl paltar geyinirlər. 
“Maqa” (yanvar-fevral) ayının yarısında Maharaşvati bayramı ke-
çirilir. Tanrı Şivaya həsr olunan bu gün oruc tutulur, ibadət edilir. 


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə