Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə33/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   ...   29   30   31   32   33   34   35   36   ...   74

Hindistan etnoqrafiyası
99
bayramı bir-birinin üzərinə bəzən qan çilənməsi ilə müşayiət olu-
nurdu, sonralar bu adət qan qırmızı toz və rəngli su ilə əvəz edil-
mişdir. Bayram zamanı bütün məhdudiyyətlər, sevgi qadağaları 
aradan qaldırılır. 
Hind yeni ilinin birinci ayında (“çaytra”, mart-aprel ayları) 
kənd sakinləri birinci şumlamanı bayram edirlər. Yaz günəşinin 
şərəfinə kəllər qoşulan, parlaq bəzədilən arabalar küçələrə çıxa-
rılır,  yürüşlər  təşkil  olunur.  Mərasim  alatoranda  başladığından 
məşəlçilər  arabaları  dövrəyə  alırlar,  mahnılar  oxunur,  arabarın 
üstünə çiçəklər və düyü səpilir, irəlidə təbilçilər çıxış edir, böyük 
balıqqulağından hazırlanmış şeypurun səsi eşidilir. Əkinçi şum-
lanmış tarlaya, kotanın üstünə müqəddəs su səpir, kotanı qoşqu 
qüvvəsindən açır, tarlada qoyaraq evə gedir. Növbəti gün rituallar 
keçirilir, insanlar şuma və onu qoruyan ruhlara qurban gətirirlər 
ki,  yaxşı  məhsul  olsun.  Usta  əkinçi  torpağı  yenidən  şumlayır, 
bundan sonra şuma öncə müqəddəs yağa salınmış üç ovuc buğda 
atır və səpinə başlayırlar. Ziyafətdən sonra yeməklərin qalıqlarını 
dən ilə birgə şuma atır və inanırlar ki, bu bol məhsul olmasını 
təmin edəcək. Ölkənin bəzi yerlərində qadınlar arasında yellən-
cəkdə yellənərək yüksəyə qalxmaq yarışları təşkil olunur. İnanca 
görə, kim yüksəyə qalxsa, onun məhsulu bol olacaq. Xırdabuy-
nuzlu, iribuynuzlu heyvanların məhsuldar olması üçün xəmirdən 
qoyun  və  quzu  fiquru  düzəldir,  onun  üstünü  yunla  örtürlər,  iki 
həftə  müddətində  xüsusi  mərasimlər  keçirir,  qurban  gətirirlər. 
Üstünə müqəddəs su səpilmiş (təqdis edilmiş) buğanı açıb çölə 
buraxırlar. May-iyun ayında birinci məhsul yığımı vaxtı inəklər 
də balaladığından kəndli daha diqqətli olmağa çalışır. Hind kənd-
lisi düşünür ki, pis ruhlar həm məhsula, həm də buzovlara zərər 
vura bilər. Buna görə də, “ruhlar anasının” şərəfinə “Bhutamatr” 
bayramı keçirilir. Bu bayramın əsas personajı kəndin yaxınlığın-
dakı çayda və ya göldə yaşayan ikicinsli varlıq sayılır. Ona görə 
də qadınlar kişi paltarı, kişilər də qadın paltarı geyinirlər, bu za-


Bəhmən Əliyev-Ayvazalı
100
man hər cür sevgi münasibətləri məhdudlaşdırılır. Magik rituallar 
əkinçilik  və  maldarlıq  təsərrüfatının  bütün  mərhələlərini  əhatə 
edir. Kəndlilər dualar oxuyaraq məhsulu heyvanlardan və həşə-
ratlardan qorumağa çalışır, məhsul yığımı və döyülməsi zamanı 
eyni  ritualları  təkrarlayır.  Göründüyü  kimi,  əkinçi  və  maldarın 
əmək fəaliyyətinin hər bir mərhələsi uğur gətirmək, pis ruhlardan 
qorunmaq üçün rituallarla zəngindir. 
Musson  yağışlarının  başlanması  bayram  və  mərasimlərlə 
müşayiət olunur. Əgər yağışlar ləngiyirsə, yağış çağırılması üçün 
dualar oxunur, 12 gün oruc tutulur. Yağış yağacağı bilinsə də, mə-
rasim  davam  etdirilir.  Evlərdə  ata  və  ananın  yatağı  döşəmədən 
yuxarı qaldırılır, tanrılara düyü və meyvə qurban gətirilir. Xüsusi 
ilə  ilanların  könlünü  almağa  çalışırlar,  çünki  sel  və  daşqınların 
başlanması  ilə  yuvalarından  çıxmağa  məcbur  olan  ilanlar  həd-
dindən  artıq  qəzəbli  və  aqressiv  olur,  insanlara  təhlükə  törədir. 
Sadə hindlilər selə, yağışa baxmayaraq, qurbanvermə, mahnı, dua 
oxunması  mərasimlərini  dayanmadan,  qaydalara  uyğun  davam 
etdirir, bununla da həyatın normal ritminin təmin edildiyi düşü-
nürlər. Mərasimlərin keçirilməsində hər hansı qaydanın pozulma-
sının insanlara bədbəxtlik və uğursuzluq gətirəcəyinə inanılır. 
Qupt  imperiyası  dövründən  Şiva  tanrısının  arvadı  Parvatinin 
təzahürlərindən olan Durqa tanrısına həsr olunan xüsusi bayram ke-
çirilmişdir. Tanrının şəkli zənglər və güzgü kimi parlaq metal löv-
hələrlə bəzədilmiş araba ilə gəzdirilirdi. Araba rənglənmiş evlərin 
yanından keçir, qızlar və qadınlar onun üstünə çiçəklər, düyü, rəngli 
su səpirlər, rənglənmiş düyülərlə yerdə rəsmlər çəkirdilər. 
Qədimdə  olduğu  kimi,  indi  də  yağışlar  mövsümü  qurtar-
dıqda  valideynlərin  yatağı  əvvəlki  yerinə  qaytarılır. Ailə  başçı-
sı döşəmədə oturaraq torpağa verdikləri qurbanları elan edir və 
bildirir  ki,  “yağışlar  yeri  tərk  etsələr  də  insanlar  tərk  etmir  və 
yağışların getməsini əvəz etməyə çalışır, yağışları vaxtında dön-
məyə çağırır”. Payızın əvvəlində mal-heyvanın məhsuldar olması 


Hindistan etnoqrafiyası
101
üçün qurban verilir, dualar oxunur. Məhsul yığımı zamanı isə bu 
prosesdə istifadə olunan əmək alətlərinə həsr olunan mərasimlər 
yerinə yetirilir. Soyuq havaların başlaması və sona çatması müna-
sibəti ilə də müxtəlif mərasimlər təşkil olunur. Yeni ilin başlaması 
ilə növbəti bayram və mərasimlər silsiləsi başlayır.
Göründüyü  kimi,  Hindistanda  hər  gün  bayramdır.  Burada 
bazar  günü  Günəş  (Surya),  birinci  gün Ay,  ikinci  gün  Mars, 
üçüncü gün Merkuri, dördüncü gün Yupiter (Dyaus), beşinci 
gün  Venera,  şənbə  günü  Saturn  günü  sayılır.  Hər  gün  üçün 
müəyyən mərasimlər və “puci” həyata keçirilir. Eyni zamanda 
hər bir gün Ay ilə bağlıdır və bütün mərasimlər çıxan və batan 
aya görə həyata keçirilir. Buna görə də ayın zodiakda hərəkəti və 
ayın başqa planetlərlə əlaqəsi nəzərə alınır. Bu kosmik obyekt-
lərin-planetlərin hərəkətlərinin insanlara təsiri haqqında miflərə 
uyğun olaraq, mərasimlərin, bayram və adətlər müəyyənləşir. Mif 
və əfsanələrdə planetlərin təsiri ilə yanaşı, qaydalara əməl etmə-
yin müsbət və mənfi nəticələri haqqında da danışılır. 
“Astroloji”  bayramlardan  başqa,  mühüm  tarixi  hadisələrə, 
qədim tarixi qələbələrə, xalqların köçünə, qəhrəmanlara, məşhur 
hökmdarların  taxta  çıxmasına  həsr  olunmuş  bayramlar  vardır. 
Hindistanda bir sıra bayram və mərasimlər bu və ya digər şəkildə 
“Ramayana” və “Mahabharata” dastanları ilə sıx bağlıdır. 
Qədim Hindistan tariхinin öyrənilməsində ədəbi mənbələrin 
mühüm əhəmiyyəti vardır. Bu mənbələr хalq yaradıcılığının nü-
munəsi kimi meydana gəlmiş, nəsildən-nəslə keçmişdir. Tariхən 
hindlilərin üç böyük dastanı vardır. Bunlar ilk növbədə Şimali 
Hindistana aid edilən “Ramayana”, “Marabharata” və “Hari-
vamşa” dastanlarıdır. 
 E.ə. VI əsr- b.e. II əsrlərində yazılan “Ramayana” dastanı 
24 min beytdən ibarətdir. Üç əsas variantı (Qərbi Hind, Benqal, 
Bombey)  olan  eposun  birinci  və  yeddinci  bölümləri  sonradan 
əlavə olunmuşdur. Əsas mətndə (2-6 bölümlər) ən böyük tanrı-


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə