Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə32/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   ...   28   29   30   31   32   33   34   35   ...   74

Bəhmən Əliyev-Ayvazalı
96
yüksək dövlət vəzifələri tutsalar da, orta və qeydə alınmış kasta-
ların nümayəndələrinin dövlət və hökumət orqanlarında sayı artır. 
Məsələn, şimal ştatların qanunverici orqanlarında “geri qalmış si-
niflər”in nümayəndələrinin sayı 39 %-dən (1980), 47 %-ə (1999) 
qədər artdığı halda brahmanların sayı müvafiq olaraq 18 %-dən 11 
%ədək azalmışdır. Hindistanda ictimai vəzifələr əhalinin 50 %-dən 
çoxunu təşkil edən 3 fərqli aşağı kasta arasında- hind qəbilə kökən-
li “adivasilər” 10 %, “dalitlər” 12,5 %, “digər aşağı kastalar” 27 % 
olmaqla bölünmüşdür. Bəzi bölgələrdə yerli hökumətlərdə çalışan 
aşağı kasta mənsublarının sayı isə 65 %-i keçir.
Son  illərdə  brahmanlar  öz  mövqelərini  bərpa  etmək  üçün 
fəaliyyətlərini intensivləşdirmişlər. Bunun üçün əvvəllər rəqabət 
aparan brahman kastaları və alt-kastaları arasında əlaqələr quru-
lur.  Təkcə  Qucaratda  brahmanların  84  altkastası  vardır,  bunlar 
da  öz  növbəsində  növbəti  alt-kastalara  ayrılmışdır. Alt  kastalar 
arasında  birlik  yaranması  üçün  brahmanlar  arasında  endoqam 
nikahlar təbliğ olunur. Brahman altkastaları Ümumbrahman As-
sosasiyasına  daxildirlər,  bu  təşkilat çərçivəsində nikah  yarmar-
kaları  keçirilir,  burada  gənclər  valideynlərinin  razılaşmaları  ilə 
deyil, bir-birini sevərək nikaha girə bilərlər. Bu assosiasiya üzv 
brahmanlara  kreditlər  verir,  yardım  göstərir,  müxtəlif  brahman 
altkastalarının  yaxınlaşması  üçün  müxtəlif  tədbirlər  keçirirlər. 
Brahmanlar “yeni brahmanizm” təliminə üstünlük verməyə baş-
lamışlar. Burada əsas ideal Paraşurama (Baltalı Rama), ali tanrı 
Vişnunun altıncı təzahürü sayılır. Paraşurama brahmanlara məx-
sus mənəvi və sosial hakimiyyəti ələ keçirməyə çalışan özündən-
razı kşatrilər tərəfindən pozulan sosial nizamı bərpa etmək üçün 
göydən yerə enmişdir. Əfsanəyə görə, Paraşurama üç dövrdə yed-
di dəfə kşatriləri məhv edərək, Kurukşetre gölünü onların qanı ilə 
doldurmuşdur.  Sonra  hakimiyyəti  brahmanlara  vermişdir.
Brahmanlar sosial, iqtisadi və siyasi maraqlarını təmin etmək 
üçün Hindistan Assosiasıyası və Paraşurama Fondu yaratmışlar. 


Hindistan etnoqrafiyası
97
2005-ci ilin iyun-iyul aylarında bu assosasiya yürüş keçirərək 40 
gün ərzində müqəddəs kasanı-“Paraşurama kaylaş” Qucarat şta-
tının əsas şəhərlərində gəzdirmişdir. 
Müasir dövrdə təhsilin səviyyəsinin yüksəlməsi ilə əlaqədar 
olaraq kastalararası münasibətlərdə yaranan ən maraqlı cəhətlər-
dən biri “təmiz” və “natəmiz” anlayışlarının xeyli dəyişməsidir. 
İndi  cəmiyyət  insanın  hakimiyyət,  kommersiya  strukturlarında 
işləməsini daha çox qiymətləndirir, nəinki hər hansı kastaya aid 
olmasına  əhəmiyyət  verir.  Təhsil  almış  hindlilər  arasında  kas-
talararası,  dinlərarası,  beynəlxalq  nikahlara  tez-tez  rast  gəlinir. 
Məsələn, Brahman Assosiasiyası Tamilnad ştatında brahman qı-
zın nikahına ona görə razılıq verib ki, “dalit” oğlan ali təhsillidir 
və yaxşı işdə çalışır.
Son  60  ildə  Hindistanda  sosial  vəziyyət  orta  və  aşağı  kas-
taların  xeyrinə  ciddi  dəyişikliklərə  uğramışdır.  Bu,  dövlət  və 
hökumət orqanlarına işə qəbulda, ali təhsil müəssisələrində işlə 
təminatda, siyasi proseslərdə, xüsusi ilə qanunverici orqanlarda 
daha çox diqqəti cəlb edir. 
Sual və tapşırıqlar:
1.“Varna-cati” sisteminin dini-ideoloji əsaslarını izah edin.
2. “Varna-cati” sistemi hinduizmin “dharma”, “karma” və 
“sansara” (ruhun transmiqrasiyası) kimi əsas konsepsiyaları ilə 
sıx bağlıdır. 
3. İnsanın məqsədləri: “kama” - hissi həzz; “artha” - sərvət; 
“dharma” - əxlaqi borc; “mokşa” - maddi dünyanın əzabların-
dan xilas olma. 
4. “Çaturvarna” və ya “çrama-dharma” (dörd “varna”nın 
və həyatın dörd mərhələsi haqqında qanun) sosial təlimi 
5.“Mandala  komissiyası”nın  fəaliyyəti  və  müasir  dövrdə 
Hindistanda  kastaların  vəziyyəti  barədə  təqdimat  hazırla.


Bəhmən Əliyev-Ayvazalı
98
III FƏSİL
BAYRAMLARIN VƏ MUSİQİNİN HİND 
CƏMİYYƏTİNDƏ ROLU
3.1. Bаyrаmlаr
H
ind  yarımadasında  bаyrаmlаr,  mərasimlər,  ri-
tuallar böyük əhəmiyyət daşıyır. Onların qeyd 
olunması vaxtı o qədər üst-üstə düşür ki, onla-
rın  mənbəyini,  əhəmiyyətini  dəqiq  şəkildə  izah  etmək  çətindir. 
Müxtəlif  xalqların,  etnosların,  dinlərin,  təriqət  və  məzhəblərin 
cəmləşdiyi  Hindistanda  bayramların  çoxluğu  tarixən  burada 
bərqərar olmuş rəngarəngliyin nəticəsidir. Hətta ayrıca vilayətin, 
hər bir dini təriqətin, inancın bayramları vardır. Bəzən bir bayram 
başqaları  üçün  heç  bir  əhəmiyyət  daşımır,  yaxud  da  bayramlar 
bir-birinə qarışır. İlk baxışdan hamının eyni bayramı qeyd etdiyi-
ni  düşünürsən. 
 Hindistanda əksər bayramlar fəsillərin dəyişməsi, əkinçi-
lik, maldarlıq, sənətkarlıq və s. sahələrlə bağlı olsa da zaman 
keçdikcə  dini  motivlə  zənginləşmiş,  dini  mahiyyət  daşımağa 
başlamışdır. 
Bütün qədim dünyada olduğu kimi Hindistanda da fəsillərin 
bir-birini əvəz etməsi bayramlar və mərasimlərlə müşayiət olu-
nur. Sevgi tanrısı Kamanın şərəfinə keçirilən, indi “Holi” adı ilə 
tanınan yeni il bayramı (və ya məhsul bayramı) yaz gün bərabər-
ləşməsi zamanı başlayır, həmin gün evdə təmizlik aparılır, evin 
ətrafı təmizlənir. Bütün kənd icmasının qoşulduğu bayram zama-
nı  kasta  fərqləri  unudulur,  insanlar  küçələrə  çıxaraq  bir-birinin 
üstünə toz səpir, yaxud rəngli su tökürlər. Bir zamanlar bu məhsul 


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə