Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə40/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   ...   36   37   38   39   40   41   42   43   ...   74

Bəhmən Əliyev-Ayvazalı
120
(kişi, qadın, orta) görə raqaların təsnifatı verilir. Şarnqadevanın 
(XIII əsr) “Sanqitaratnakara” əsərində isə təsnifat mürəkkəblə-
şir, müxtəliv növlər, səviyyələr müəyyənləşdirilir. 
Hindistanın  musiqi  nəzəriyyəsinin  inkişafında  hind-müsəl-
man mədəni sintezi də mühüm rol oynamış, orta əsrlərdə Əmir 
Xosrov Dəhləvi (Amır Husro) “Saranqadhara paddhati” (1363), 
Tomar Mansinqhanın “Mankutucalu” (XV əsr), Miyanu Tansenu 
“Raqamalu” (1549) adlı musiqi əsərləri yazmışlar.
Cayadeva  (XII  əsr),  Kabir  və  Tiruvvaluvar,  Purandarada-
sa  (1486-1564)  ,  Kşetrayn  (1600-1680),  Muttusvami  Dikşitara 
(1775-1835), Tyaqaraca (1775-1835), tanrı Krişnaya məhəbbət-
dən ağlını itirən hökmdar qadın Mira hind dini-lirik musiqisinin 
inkişafında mühüm rol oynamışlar. Hind musiqisinin inkişafında 
yazıçı,  şair,  Nobel  mükafatı  laureatı  Rabindranat  Taqor  (1861-
1941), Digambar Paluskar (1872-1931), Vişnu Narayana Bhatk-
hande (1860-1936) bəstəkar, musiqiçi kimi xüsusi rol oynamışlar.
Hindistanda  müsəlman-türk  hökmdarlarının  hakimiyyətləri 
dövründə  musiqi  və  rəqs  inkişaf  etmişdir.  Baburşahlar  dövləti-
nin qurucusu Baburşah şair və hökmdar olaraq əyləncə məclisləri 
qurmuşdur.  İncə  ruhlu  Babur  musiqi  alətlərində  ifa  etməyi  ba-
carmış, musiqi bəstələmiş, hətta oxumuş, “Musiqi elmi” haqqın-
da  risalə  yazmışdır.  O,  “Baburnamə”  əsərində  Xoca  Abdullah 
Mərvari, Qul Məhəmməd Udi, Mir Seyid Bədr, Müzəffər Mirzə, 
Yusif Əli Göyəldaş kimi musiqişünas və rəqqaslar haqqında mə-
lumat vermişdir. Baburşah “çahargah nəqşi”, “əməl”, “pəncgah 
nəqşi”, “pişrov” kimi musiqi növləri“çəng”, “gicək”, “rübab” 
kimi simli musiqi alətləri barədə maraqlı faktları əks etdirmişdir. 
Hind musiqisinin iki ayrı ənənəsi vаrdır: “Hindustani” mu-
siqi ənənəsi (Şimali Hindistan), Karnatak musiqi ənənəsi (Cə-
nubi Hindistanın Tamilnad, Kerala, Andhra, Karnatak ştatları). 
Hər iki musiqi ənənəsi təməldə eyni əsaslara söykənsə də de-
tallarda  bəzi  dəyişikliklər  vardır.  Şimali  Hindistan  musiqisi  isə 


Hindistan etnoqrafiyası
121
digər mədəniyyətlərdən təsirlənmiş, xüsusilə müsəlman və hindi 
ənənələrinin  qarşılıqlı  təsiri  ilə  zənginləşmiş,  amma  sistematik 
cəhətdən zəif bir musiqi olmuşdur. “Hindustani” musiqidə mаh-
nı аzdır, “karnatak” musiqinin təməlində isə vokal musiqi durur. 
Hər ikisində də sözsüz və vokal musiqi növləri vаrdır.
Cənubi  Hindistan  musiqisi  sistеmli  nəzəriyyə  əsаsındа  in-
kişаf  etmişdir.  “Karnatak”  musiqi  hinduizm  ilə  çox  yaxından 
əlaqəlidir,  bu  ənənənin  əsаs  mahnı  növünə  “varnam”  deyilir. 
Adətən, Cənubi Hindistanda konsertlər “varnam” ilə başlayır. Cə-
nubi Hindistanda digər mahnı növü üç hissədən ibarət “kriti”dir. 
Bu növdə mətnlər izahlı olur. “Kriti” üç hissədən ibаrətdir: “pal-
lavi” bir, ya da iki sətirlik sözlərdən ibarət ilk hissədir, ikinci 
hissə “аnupallavi”dir. Son hissə olan “çaranam” digərlərindən 
daha uzundur, çox vaxt “pallavi” ilə bitir. “Karnatak” musiqi-
nin “raqam”, “tanam”, “pallavi”, “tillana” və s. növləri vardır. 
 Hind musiqisi mikrointervalları (“şruti”), melodik modeli 
(“raqa”), ritmik incəliyi ilə (“tala”) dünya mədəniyyətinin zən-
ginlikləri sırasındadır. Bu yüksək inkişaf etmiş, incə musiqi ifa-
dəsi qədim dini və dünyəvi musiqilərin çulğalaşması nəticəsində 
ortaya çıxmışdır.
Ənənəvi hind musiqisi olan “raqa” sanskritcə “rəng” demək-
dir. İlk mənası “duyğunu ifadə edən” mənasını daşıyır. Musiqidə-
ki mənası isə “raqa” mövqe, melodiya deməkdir. 
“Ramayana”  dastanında  (e.ə.IV  əsr)  və  Muni  Bharatanın 
“Natyaşastra”  (e.ə.II  əsr)  “raqa”nın  “qrama”sı  haqqında  məlu-
matlar  əksini  tapmışdır. 
“Hindustani” musiqisində adətən “raqa”nın ən çox 7 tonu 
olsa da, bəzən 9, qarışıq “raqa”larda 12 səsə qədər artır. “Kar-
natak” musiqisində yeddi səsdən çox “raqa”ya çox nadir hal-
larda rast gəlinir. Bharata altı “raqa” (“Bhairava”, “kauşika”, 
“hindola”, “dipaka”, “şri-raga”, “megha”) sadalayır. Bəzi ya-
zarlar isə 26 “raqa”nın olduğunu bildirirlər.


Bəhmən Əliyev-Ayvazalı
122
Ən geniş yayılmış “raqa”da beş və daha çox səs vasitəsi ilə 
melodiya yaranır. Musiqiçilər 6 “raqanı” şəxsləndirərək 5-6 “dişi 
raqa” ilə birləşdirərək yeni musiqi tonları yaradırlar. Ənənəvi ola-
raq altı “raqa” kişi başlanğıclı, “raqaynami” adlanan melodiya-
lar isə “raqa”ların “qadınları” sayılır. Hər bir cüt “raqa” sutkanın 
vaxtları (dan yeri, səhər, günorta, axşam) ilə assosiasiya olunur. 
Digər melodiyalar isə sevinc, qorxu və məhəbbəti ifadə edir. 
Hind  musiqisi  üçün  harmoniyadan  daha  çox  bir-birini  iz-
ləyən müxtəlif ritmlər xarakterikdir, ritmik struktur kifayət qədər 
mürəkkəbdir. Bu çərçivədə hind musiqiçisi daim müəyyən məna-
da improvizator olaraq qalır. “Raqa”nı və taktı seçən musiqiçisi 
bundan  sonra  müxtəlif  variasiyalara  keçir,  sadədən  mürəkkəbə 
doğru gedir. “Raqa” notları solfej şəklində oxunur, Qərb musiqi-
sindəki “do-re-mi-fa-sol-la-si” ekvivalenti hind musiqisində “sa-
re-qa-ma-pa-dha-ni”dir. Bu yeddi notdаn bаşqа səslər də vardır. 
Hər ikisində 7 not olsa da, Qərb səs sistemində 12 ton, hind mu-
siqisində 22 fərqli ton olur. 
“Hindustani” musiqi ənənəsinə görə, 7 tondan ibarət “raqa” 
(“sam” və “urna”) “Yaman”(sa, ri, qa, ma, pa, dha, ni) və “mayya-
malavaqo-ula” (sa, ri, qa, ma, pa, dha, ni), “Yamani-Bilaval” raqa-
sında 9 səs nizamından (sa, ri,qa, ma, ma, pa, dha, ni, ni) , “Ba-
sant-Bahar” raqasında isə 12 səs tonundan istifadə olunur. Hin-
distanda əsas “raqa”lar aşağıdakılar sayılır: “bilaval (hərəkətli, 
sevincli), “lalit (şəffaf, duyğulu sabah melodiyası), “todi” (yum-
şaq sabah raqası), “saranq” (günorta raqası), “bhup (yumşaq 
aksam raqası), “des (eşq dolu gecə raqası), “malkauns” (gecə 
yarısı raqası), “bhairavi” (dan yeri), “megh malhar (yağmur və 
göy gurultusu), “dipak”. Sonuncu, yəni “dipak” raqasından is-
tifadə edən ölür, ona görə də istifadə olunmur. 
Etnik, ənənəvi və qarışıq ənənələr müstəvisində formalaşan 
hind musiqi ənənəsindəki bir başqa əhəmiyyətli qаmmа “tala”-
dır. “Tala” iki mənanı verir: Birincisi, Hindistan musiqi sistemlə-
rindəki ritm, ikincisi isə xüsusi “musiqi ölçüləri”dir. Tala zamanın 


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə