Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə42/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   ...   38   39   40   41   42   43   44   45   ...   74

Bəhmən Əliyev-Ayvazalı
126
“bansuri” (“venu” və ya “kuzhal”), “şehnayi” (“naqasvaram”) 
və s. alətlərdən istifadə edir. 
Orta Asiyadan gələn əsas alətlərdən biri “rübab” sayılır. Qo-
boy  tipli  “şenai”  isə  Orta  Asiyada  yayılmış  “surnayi”  (zurna) 
alətinin oxşarıdır. Hind ənənəvi musiqisində geniş istifadə olunan 
“kinnari” aləti Bibliyada adı çəkilən “kinnor” və Çin “khinyu” 
alətinə bənzəyir. Gitaraya bənzəyən “sitar” akkord pərdələrə ma-
likdir, təxminən otuzа qədər teli оlur. Bunlar melodiya telləri, bas 
teli, titrəşmə və ya dəm səsləri çıxaran ahəng telləridir. Hind skrip-
kası müasir skripka ilə eyni xüsusiyyətlərə malik olsa da, yerli mu-
siqiçilər bardaş quraraq, skripkanı çiyin xəttindən aşağıda çalırlar. 
“Harmonium” XIX əsrdə Hindistanda yayılmışdır, bir qutu 
içində olan, pianino dilləri kimi ağ-qara dillərdən ibarət, arxasın-
dakı körüyün havası ilə səs çıxaran musiqi alətidir. Musiqiçilərin 
sevimli aləti olan “harmonium”da akkorda ehtiyac olmur, çünki 
daim eyni, yumşaq səs çıxarır. 
“Saranqi” yayla çalınan 4 telli (simli) xalq musiqi alətidir, 60 
sm uzunluğunda taxtadan ibarətdir, çökək yeri genişdir, aşağıya 
doğru bir az daralır. Barmaqları tellərə sıxıb, yayı tellər üzərində 
gəzdirmək yoli ilə ifa olunur. Şimali Hindistanda “saranqi”nin bir 
neçə növü vardır. 
“Sarod” taxta gövdəli, sap qismi isə dəmirlə örtülü alətdir, 4 
əsas, 4 yardımçı simdən ibarətdir. Bu alət Orta Asiyadan gətirilən 
“ud” alətinin dəyişdirilməsi, təkmilləşdirilməsi ilə yaradılmışdır. 
“Tanpura” dörd metal simli, uzun saplı, balqabaq gövdəli bir 
musiqi alətidir. Bu gövdə uzun illər davam edən bu qurutma yolu 
ilə əldə edilir. Adətən bu alət digər musiqi alətləri ilə birlikdə ifa 
olunur. Cənubi Hindistanda balqabaq yerinə ağacdan istifadə edilir. 
“Sitar” aləti su balqabağı kimi gövdəli, uzun saplı taxtadır, 
qabarıq mis pərdələri isə ştatlara görə fərqli şəkildə düzənlənir. 
Beş əsas metal teli vardır, bundan başqa, ikisi bas, 12-17-si zil 
(soprano) olmaqla başqa simləri də vardır. 


Hindistan etnoqrafiyası
127
“Tabla” iki hissədən ibarət, vurmaqla çalınan çalğı alətidir, ki-
çik hissəyə “tabla”, digərinə “daqqa” adı verilsə də, hər ikisi birlik-
də “tabla” adlandırılır. “Daqqa” taxta, “tabla” isə metaldır, hər iki-
sinin üzəri dəri ilə örtülür. “Tabla” sağ, “daqqa” isə sol əllə çalınır.
Bu musiqi alətlərinin ustad ifaçıları ilə məşhurdur. Məsələn, 
“şehnayi”nin ən böyük ustadı Bismillah Han, “tabla”nın ustadı 
Alla Rakha, Zakir Hüseyn, “sitar”ın ən böyük ustadı Pandit Ravi 
Şankar və s. sayılır.
Sual və tapşırıqlar:
1.Bharatanın “Natyaşastra” (e.ə.II-b.e.II əsr) əsərində əksini 
tapan “tata” (simli), “avan” (örtülmüş, baraban), “qhana”(çu-
buqlar, dəmir lövhələr), “suşira” (nəfəs) terminlərini izah edin.
2.Hindistanda musiqi alətləri (“vadya”) dörd qrupa ayrılır: 
“taqavadya” (simli), “suşiravadya” (nəfəs), “avanaddhavadya” 
(barabanlar), “qhanavadya” (zınqrovlar, dəmir lövhələr, çubuq-
lar və s.). Bu haqda təqdimat hazırlayın.
3.“Vina”  ,  “şankha”  ,“dholak”,  “sarod”,  “sandır”,  “sa-
ranqi”ni  təsvir  edin. 
3.4. Hind rəqsləri. 
Şimаldа Kəşmirdən cənubdа Kаnyi-Kumаsı burnunа, qərbdə 
Kаçаv, şərqdə Mаnipurа qədər rəqslər geniş yayılmışdır. Həyаt 
şərtlərinin fərqliliyi, dil və ətrаf mühitin müхtəlifliyi rəqs fоrmа 
və  üsullаrının,  gеyimlərinin,  musiqi  аlətlərinin  rəngаrəngliyinə 
gətirib  çıхаrmışdır.
Hind  rəqsləri  хаlqın  həyаtı,  dini  dünyagörüşü,  yеrli  аdət 
ənənələri ilə sıх bаğlıdır. Cəmiyyətin mahiyyətində duran müha-
fizəkarlıq rəqslərə də sirayət etmişdir, belə ki, qədim və müasir 
hind  rəqsləri  ciddi  şəkildə  fərqlənməmişdir. 
Hind  rəqslərinin  qədimliyi  bir  sıra  maddi  mədəniyyət  nü-
munələri ilə təsdiqlənir. Mohenco-Daro arxeoloji qazıntıları za-


Bəhmən Əliyev-Ayvazalı
128
manı tapılan rəqs edən qız heykəlinin e.ə.II minilliyə aid olduğu 
ehtimal edilir. Madhya-Pradeş ştatında Bhimabetaka mağarala-
rındakı qaya rəsmlərində rəqs edənlərin təsviri, Sanchinin girişin-
də rəqs edən “Apsaralar”ın təsviri, Acanta və Ellora divar rəsm-
ləri, Khacuraho daşişləmələrində rəqqasların heykəlləri, Hoysala 
sülaləsinə aid məbədlərdəki divar rəsmləri Hindistanda rəqslərin 
qədimdən populyar olduğunu göstərir.
 Hind rəqsləri daim qaynağını toplumun dini dünyagörüşün-
dən almışdır. Məsələn, rəqs edən tanrı Şiva (Nataraca) heykəli 
hind  rəqsinin  ən  məşhur  simvoludur.  Onun  başının  üstündəki 
ay  duyğulara  nəzarətin,  bədəninə  dolanmış  ilanlar  həyat  verən 
yaşam gücləri üzərində hökmün, şeytanın üzərinə doğru qalxmış 
ayağı isə eqonu məhv etməsinin göstəricisidir. 
Hind  rəqsləri  bədən  hərəkətlərinin  dinamikliyi,  dramatikli-
yi ilə diqqəti cəlb edir. Bu rəqslərin əksəriyyəti haqqında qədim 
“Bharatanatyaşastra” traktatında məlumat verilmiş, boyun, göz, 
baş, gövdə və s. ilə bağlı rəqs hərəkətləri izah olunmuşdur. “Nat-
yaşastra”da isə rəqs zamanı başın 10, gözün 36, əlin 37, bədə-
nin 10 vəziyyəti təsvir edilmişdir. 
Hind rəqsləri zamanı əllər, qollar ilə bağlı çoxsaylı hərəkət-
lər təkcə hər hansı hissi ifadə etmir, hansısa tanrının, müqəddəs 
qurunun, müqəddəs heyvanın, çiçəyin, ağacın və s. simvolu sa-
yılır. Belə bir sənət uzun illər hazırlığı tələb etdiyindən qədim-
dən rəqslə professionallar məşğul olmuş, hətta rəqqas “cati”ləri 
yaranmışdır.  Hindlilərin  teatr  tamaşalarına,  musiqi  və  rəqslərə 
böyük sevgisinə baxmayaraq, rəqqas “catiləri” statuslarına görə 
aşağı kastalara aid edilmişlər.
Hind dini əfsanələrindən məlumdur ki, rəqslə şahzadələr, elə-
cə də yuxarı kastanın digər nümayəndələri də məşğul olmuşlar. 
“Kamasutra”da  qeyd  olunur  ki,  rəqs  etməyi  bacarmaq  mədəni, 
tərbiyəli şəxsin vacib xüsusiyyətidir.
 Hind rəqslərinin 3 fərqli növü vardır: “Nritta” bədən, qol 
və ayaqların hərəkətlərindən ibarət sadə rəqs; “Nritya” smvolik 


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə