Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə50/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   ...   46   47   48   49   50   51   52   53   ...   74

Hindistan etnoqrafiyası
151
(hind əsatirində müdriklik tanrısı, elmlər hamisi), Kartik (müha-
ribə tanrısı) və yaxud Parvati (yaratma və dağıtma tanrısı olan Şi-
vanın arvadıdır, ona Durqa da deyirlər) qoyardılar, daha Nirupo-
ma qoymazdılar. Vaxt gəldi, Nirupoma ərgən qız oldu. Qayğıkeş 
ata, qızına münasib adaxlı axtarmağa başladı, ancaq bir xeyli vaxt 
ürəyinə  yatan  adam  tapa  bilmədi.  Nəhayət,  adaxlı  tapıldı.  Bu, 
Raybahadurun (ingilis müstəmləkə höküməti tərəfindən verilən 
yüksək  rütbədir)  aman-zaman  bircə  oğlu  idi.  Oğlan  adlı-sanlı, 
lakin, indi yoxsullaşmış nəsildən idi. Oğlanın atası on min rupi 
cehiz  istədi.  Ramşundor  adlı-sanlı  adaxlını  əldən  çıxarmamaq 
xətrinə əməlli-başlı götür-qoy eləməmiş razılıq verdi. Ancaq bu 
pulu  toplamaq  çətin  oldu.  Ramşundor  pula  gedən  nəyi  vardısa 
hamısını satdı, girov qoydu, ancaq yenə də təyin olunmuş vaxta 
kimi pulun altı-yeddi minini hələ də tapa bilməmişdi. Toy günü 
isə getdikcə yaxınlaşırdı, nəhayət, toy günü çatdı”.
Hind toyu toyaqədərki mərasimlərdən, toy mərasimindən, 
toydan  sonrakı  rituallardan  ibarətdir.  Şimali  Hindistanın  toy 
mərasimləri  Cənubi  Hindistanın  toy  mərasimlərindən  müəy-
yən qədər fərqlənir. Cənuba doğru toylarda dravid elementləri 
diqqəti daha çox cəlb edir.
Vedalara uyğun olaraq, hindus toy adətləri müqəddəs qurban 
odunun yanında “vipra” (brahman kahini) və “purohitin” (sıravi 
brahman) iştirakı ilə keçirilir. Bəyin və gəlinin evi svastika ilə 
bəzədilir. Svasti –“su asti” qədim veda ayinləri də xoşbəxtliyi, 
uğuru, rifahı ifadə edir. Müqəddəs odun qarşısında keçirilən mə-
rasimin mənası budur ki, qadın ərini Tanrı kimi qəbul etməlidir 
və başa düşməlidir ki, əri olmadan onun həyatınln heç bir məna-
sı yoxdur. Əri olmadan qadının ruhani dünyaya yolu bağlıdır, ər 
qadın üçün tanrının özüdür. Qadın isə əri üçün tanrının qiymətli 
hədiyyəsidir. 
Toya qədər “tilak” (tilak, saqan və ya saqayi) adlanan nişan 
mərasimi baş tutur. Vedalarda təntənəli, şənlik içində keçən “ti-


Bəhmən Əliyev-Ayvazalı
152
lak” mərasimləri haqqında da məlumat verilir. Hindistanda ər və 
onun ailəsi mötəbər sayılır, kişi başlanğıc (puruşa) üstün tutul-
duğundan öz qızı üçün bütün ömrü boyu “dharma”ya əsaslanan 
həyat sürəcək nəcib ər tapmaq hər bir ailənin arzusudur. “Tilak” 
mərasimində məhz bu arzu əksini tapır. Adətən, “tilak” toya bir 
ay qalmış baş tutur. Mərasimin vaxtı hər iki ailənin arzusu və im-
kanları ilə müəyyənləşir. Bu mərasimdə hər iki ailədən kişilər iş-
tirak edir. Mərasim zamanı gəlinin atası qohumları ilə birgə bəy 
evinə gedərək bəyin alnına qırmızı şafran və sarıkök tozundan ha-
zırlanmış müqəddəs “tilak” işarəsi qoyur, bununla da bəyin ailəsi 
onu quda (qayınata) kimi qəbul edir.
Pəncabda  “tilak”  (Şaqan,  Şaqun,  Tikka)  mərasimi  toydan 
7-10 gün əvvəl baş tutur. Bu mərasim Pəncabda “Çunni Çadana” 
adlanan mərasim ilə birləşib, həmin gün bəy evi qız evinə qonaq 
gedir, bir-birilərinə hədiyyələr verirlər. Brahman odlu puca-“ha-
van” mərasimi keçirir, bundan sonra gəlinin atası bəyin alnına 
şafran pastası (məcunu), düyü unundan hazırlanmış “tilak” vurur. 
Brahman (iki dəfə doğulanların ən yaxşısı) tanrılara həsr olunan 
dini “mantra”lar (ilahi, dua) söyləyərək “puca”nı (tanrılara iba-
dət) yerinə yetirir, tanrılardan gənc evlənənlərə xeyir-dua istəyir. 
Gəlinin qardaşı, eləcə də kişi qohumları gələcək kürəkənə hörmət 
və rəğbət əlaməti olaraq onun alnına “tilak” işarəsi qoyurlar. Bu 
mərasimi bitirdikdən sonra ailələr ziyafətə başlayır. Bəyin ailəsi 
gəlinə hədiyyələr verir. Adətən, toyun vaxtı elə həmin gün müəy-
yənləşir. Üzüklərin taxılması mərasimi “tilak” mərasimi ilə yana-
şı keçirilir. “Mahabharata” dastanından da məlumdur ki, qədim 
adətlərə görə bacını ər evinə qardaşı köçürürdü. 
Ayrı-ayrı  ştatlarda  “tilak”  mərasimi  “Çunni  Çadana”, 
“Manqni”,  “Misri”  adı  ilə  tanınır.  Orissada  “Baracati”  (“Ba-
raat”) mərasimi zamanı bəyi gözdəymədən qorumaq üçün onun 
alnına  düyü  unundan  “çandan”  (tilaki,  tikki)  sürtürlər.  Qərbi 
Benqaliyada uzun, mürəkkəb toy mərasimində əsasən yaxın dost-


Hindistan etnoqrafiyası
153
lar və “qhotok” adlanan qohumlar iştirak edir, brahman evlənən 
gənclərin bir nəsildən (“qotra”) olmadığını müəyyənləşdirəndən 
(“Adan Pradan”) sonra toyun vaxtı dəqiqləşdirilir (“Peka Dek-
ha”), daha sonra, toya bir neçə gün qalmış “Aaşirvad” (“Patri 
Patra”)  mərasimi  keçirilir,  nikah  bağlanır. 
Hindistanın hər yerində olduğu kimi, Ərəb dənizi sahillərində 
yerləşən Maharaştra ştatında da gənc ailələrin qurulmasında əksər 
hallarda valideynlərin sözü əsas olur, ağsaqqallar gələcək bəyi və 
ya gəlini seçdikdən sonra toya hazırlıq başlayır. “Laqnaaç Bedi” 
ritualında qoroskopa baxıb oğlan və qızın taleləri üst-üstə düşür-
sə, toy günü müəyyənləşir, ilk olaraq nişan mərasimi –“Sakhar 
Puda” keçirilir, üzüklər taxılır, bəyin valideynləri qıza sari və ni-
şan simvolu olan bilərzik verirlər. Gəlin də öz növbəsində bəyin 
valideynlərinə şəkərlə dolu kisə (Sakhar Puda) verərək, özləri-
nin, qaynana və qaynatanın həyatlarının şirin keçəcəyini bildirir.
Qərbi  Bеnqаliyаdа  vаlidеynlər  аrаsındа  ilkin  rаzılаşmаdаn 
sоnrа gənclərin iki görüşünü “aаşirvаd” təşkil еdirlər. Bu görü-
şün birincisi gəlin, ikincisi bəy еvində kеçirilir. Pəncabda gəlin 
evində keçirilən “Roka” mərasimi zamanı tanrılara “puca” iba-
dətindən  sonra  qohumlar  bir-birlərinə  hədiyyə  verirlər.  Burada 
toya qədər bəyin və gəlinin evində “Rut Caqa” (“Sanqit”), “Me-
hehendi”  (Mehendi,  Mehandi),  “Çuda”,  “Vatna”  (“Ubtan”), 
“Qhara  Qhardoli”  mərasimləri  keçirilir.
Qucaratda toya hazırlıq “Saqai” (nişan) mərasimi ilə başla-
yır, gəlin qohum qadınların, rəfiqələri və musiqiçilərin müşayiəti 
ilə başında şirniyyat, hədiyyələrlə dolu metal “matli” xonçası ilə 
bəy evinə yola düşür.
Qucaratda toya bir neçə gün qalmış Qaneş tanrısına ibadət 
mərasimi-“Mandap Mahurat”, hər iki ailədə brahmanın iştirakı 
ilə “Qriha Şanti”, bəy və gəlinin dərisinin təmizlənməsi, parlaq-
lıq verilməsi üçün sarıkökdən hazırlanmış sarı rəngin vurulduğu 
“Pithi”,  gəlinin  qohumlarının  iştirak  etdiyi,  musiqili,  şən,  xına 
qoyulan “Mendi” mərasimləri keçirilir.


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə