Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə51/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   ...   47   48   49   50   51   52   53   54   ...   74

Bəhmən Əliyev-Ayvazalı
154
Kəşmir panditlərinin toya qədərki ilk mərasimi “Kasamdri” 
adlanır, “purohitlər” (brahmanların xüsusi təbəqəsi, tayfa brah-
manı) məbəddə qohumların iştirakı ilə nikah gününü müəyyən-
ləşdirir,  gül  çələnglərini  dəyişdirirlər,  ziyafət  verirlər.  “Livun” 
adlanan mərasimə isə bəy və gəlin qatılmır, bəy evi və gəlin evi 
təmizlənir,  toya  hazırlıq  görülür,  vegeterian  yeməklərindən  qo-
naqlıq verilir. Musiqi və rəqs axşamı “Vanvun” (“Sanqit”) ke-
çirilir, sonda qonaqlara gül rəngli duzlu çay (nun və ya şir çay) 
verilir.
Toya  15  gün  qalmış  Qaneş  tanrısına  həsr  olunmuş  “Barni 
Bandhvana”  mərasimi  keçirilir.  Valideynlər  Qaneş  tanrısından 
toy mərasiminə əngəl törədə biləcək bütün əngəlləri aradan qal-
dırmağı diləyir, toya qədər hər gün bəy və gəlinin ailələri bu tanrı-
ya ibadət edirlər. Maharaştrada isə toydan 15 gün əvvəl keçirilən 
“Kelvan”  mərasimi  zamanı  bəy  və  gəlinin  evində  tayfa  tanrısı 
olan “Kuladevta”ya ibadət olunur, sonda qonaqlıq verilir.
Kəşmirdə  toya  bir  həftə  qalmış  “Maenzirat”  mərasimi  ke-
çirilir, bu mərasim daxilində baş tutan “Krul Khanun” ritualı za-
manı bəy və gəlinin qapısı bəzədilir, böyük xala gəlinin əlləri və 
ayaqlarına xına (Maenz) qoyur.
Kəşmirdə “Phulan Ka Gehna” mərasimi toya iki gün qalmış 
keçirilir, bəyin valideynləri gəlinə bəzək əşyaları və çiçəklər gön-
dərir, “Sanzvara” (kosmetika, kiçik güzgü, sindur (qırmızı toz), 
şal  və  betel  yarpaqları)  verir.  Sol  yanaqda  xal,  bindi  və  sindur 
hind qadınlarının evliliyinin klassik simvoludur.
Tоy mərasimi аdətən gеcələr təşkil оlunur, müəyyən еdilmiş 
zаmаnаdək nikаh üçün parçadan хüsusi, kiçik məbəd-“mandap” 
hаzırlаnır. Qərbi Benqalda toya bir-iki gün qalmış və ya toy günü 
“Qaye  holud”  mərasimi  keçirilir,  şənlik  zamanı  ayrı-ayrılıqda 
bəy və gəlinin bədəninə sarıkökdən hazırlanmış qızılı rəngli toz 
sürtülür,  bundan  sonra  qohumlar  onları  “Snan”  adlanan  ritual 
zamanı  yuyundururlar.  Ənənəyə  görə  həmin  gün  gəlinin  evinə 


Hindistan etnoqrafiyası
155
gələn  bəyin  qohumları  müxtəlif  hədiyyələr  (altı  sari,  “mendi” 
üçün xına, gəlin və bəy kimi bəzədilmiş iki balıq, “Paan” (betel 
yarpağı),  şirniyyat)  verirlər.
Tоy günü bəyə və gəlinə nikаhkəsmə mərаsiminin əvvəlinə-
dək yеmək yеməyə icаzə vеrilmir. Bəyin еvində qоhum qızlаr rəqs 
еdir, mаhnı охuyurlаr, sоnrа “Qаyе hоlud” mərаsimində-günəş-
lə аssоsiаsiyа оlunаn və sаdiqliyin simvоlu оlаn sаrı rəngə dаir 
təriflərlə dоlu mаhnılаr охunur, hər yerə sаrı rəngli toz tökülür. 
Bu mərаsim müəyyən mənаdа rənglər bаyrаmınа, yəni “Hоli”yə 
bənzəyir, аmmа burаdа yаlnız sаrı rəngdən istifаdə оlunur. İştı-
rakçılar əvvəlcə аlınlаrını sarı rəngləyirlər, sоnrа bir-birinin üzə-
rinə sаrı tоz tökürlər. 
“Qаyе  hоlud”dаn  sоnrа  keçirilən  “Şraddha”  mərasimində 
bəyin аtаsı təntənəli şəkildə аilənin vəfat еtmiş üzvlərinin аdını 
çəkir, оnlаrın ruhunu şаhidlik еtməyə çаğırır ki, оnlаrın nəvələ-
ri  еvlənir.  Sоnrа  mərаsimin  iştirаkçılаrı  gəlin  еvinə  yоllаnırlаr, 
burаdа  “Qаyе  hоlud”  təkrаrlаnır. 
Qərbi  Benqaliyada  “Vridhi  Puca”  (Şraddha”)  mərasimini 
toydan bir-iki gün əvvəl atanın qardaşları keçirir. “Puca”nın əv-
vəlində Narayanaya (Vişnunun avatarı), sonra Kula Devata (tayfa 
tanrısı) ibadət olunur, ondan sonra isə mərhumların sevdiyi yemək-
lər gətirilir. “Puca” zamanı ev ətirli tüstü ilə dolur, “paradip” adla-
nan çıraqlar yandırılır. Həmin gün gəlinin ailəsi “Ai Buro Bhat” 
adlanan qonaqlığa toplanır. Maharaştada toydan əvvəl valideyn-
lər “Qanapati Pucu”-Qaneş tanrısına ibadət mərasimi keçirir, toy 
günü isə gəlinin alnına uğur əlaməti olaraq yarı ay işarəsi qoyur, 
ailə ocağının hamisi olan Parvati tanrısına ibadət edirlər.
Toya  gələnlərə  süd  və  vegeterian  yeməkləri  verilir,  burada 
ət, balıq, yumurta istifadəsi qadağandır. Tоydа “şubhо-driştе”, 
“bоzаrqаn”  və  s.  ritualları  kеçirilir. 
Kəşmirdə “Kanişran” mərasimi zamanı bəyin dayısı paltar 
komplekti hədiyyə edir, bəy və gəlinin ailəsi qarşılıqlı olaraq ana 


Bəhmən Əliyev-Ayvazalı
156
qohumlarını qonaq dəvət edirlər. Toydan 2-3 gün əvvəl gəlin evi 
bəy evinə çoxlu şirniyyat və meyvələr, qurudulmuş meyvələr, əri-
dilmiş yağdan hazırlanan “qhi”, şəkər və s. göndərir. Kəşmirdə 
keçirilən  “Divaqon”  (Devqon)  mərasimi  isə  gənclərin  “aşram 
brahmaçarya”dan “aşram qrihastraya” keçidini simvolizə edir. 
Həmin gün bəy və gəlin tanrı Parvati və tanrı Şivaya ibadət edir, 
“havan” (odlu puca) ritualını yerinə yetirirlər. Daha sonra isə bəy 
və gəlinin qüsl alması (yuyundurulması) həyata keçirilir, onlara 
təzə paltar geyindirirlər.
Maharaştrada toydan bir gün əvvəl “Haldi Çadavane” mə-
rasimində sarıkök və səndəl ağacı yarpağından hazırlanan məcun 
bəyin, gəlinin bədəninə və üzünə sürtülür, sonra yuyulur. Bundan 
sonra toyadək bəy və gəlin evdən çıxmır.
Bir sıra ştatlarda toya bir gün qalmış “Haldi” mərasimi ke-
çirilir, gəlin və bəyin üzləri, əlləri, ayaqları sarıköklə yağlanır 
ki, dəriləri parıldasın. Həmin gün gəlin və bəy evində əcdadla-
rın xatirəsinə həsr olunmuş “Şradha” mərasimi keçirilir, bunun 
üçün  “pinda”  adlanan,  süddə  qaynadılmış  düyü  kürəsi  hazır-
lanır. Bunun hazırlanmasında küncüt buğdası, bal və “qhi”dən 
istifadə olunur.
Toya  hazırlığın  növbəti  mərhələsi  əsasən  qadınların  iştirak 
etdiyi, musiqi və rəqslərlə dolu “Sanqit” şənliyidir. Hindistanın 
şimal ştatlarında məşhur olan “sanqit” mərasimi cənub ştatlarında 
da keçirilir. Bu adətə görə gəlinin çağırdığı qohumlar barabana 
bənzər “dolak” musiqi alətinin sədaları altında toya və gəlinə həsr 
olunan mahnılar oxuyurlar, rəqs edirlər, gəlinə sataşırlar, zarafat 
edirlər, gənc ailəyə xoşbəxtlik, rifah arzulayırlar. “Sanqit” məra-
simi ziyafətlə başa çatır. 
Gəlin  evində  keçirilən  “Suhaqin”  (Sumanqali,  Sadhaba) 
mərasimində ərlərindən əvvəl ölərək öz müqəddəs borclarını ye-
rinə yetirən qadınlara dualar oxunur, belə mərhum qadınları “su-
haqin” (sumanqali və ya suhaq) adlandırırlar.


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə