Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə52/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   ...   48   49   50   51   52   53   54   55   ...   74

Hindistan etnoqrafiyası
157
Orissada Diya-Manqala puca” mərasimi zamanı məbəddə 
Devi (Durqa) tanrısına ibadət olunur, gəlinə xeyir-dua verilir.
Qərbi Benqalda “Dodhi Manqal” mərasimi çərçivəsində 10 
nəfərədək evli bacı və xala ayrı-ayrılıqda bəyi, eləcə də gəlini 
yaxınlıqdakı bulağa aparır, Qanqa tanrıçasını xeyir-dua vermək 
üçün  toya  dəvət  edirlər.  Burada  bəyin  və  gəlinin  evində  xə-
zinələrin qoruyucusu Kuber (Kuver və ya Vayşravana) tanrısı-
na ibadət olunur, bunun üçün düyü və paxlalı bitkilərdən ibarət 
xonça  hazırlanır.
Toydan əvvəl Assamda “Curan” (toydan iki gün əvvəl gə-
linin anası bəyin anasını qəbul edir, qonaqlıq verir), “Tel Diya”, 
“Pani Tola”, “Nuani” mərasim və ritualları keçirilir. “Tel Dya” 
(“tel”-yağ, “diya”-gətirmək) mərasimində bəyin anası gəlinin sa-
çına üç dəfə ətirli yağ tökür, xonçaya üzük və betel qozu qoyur. 
“Pani Tola” mərasimində bəyin və gəlinin anaları saxsı qablarla 
gəlinin çimməsi (“Nuani”) üçün müqəddəs su gətirirlər.
Hindistanda toya hazırlıqda ən həyəcanlı mərhələ “Mendi” 
(Mehendi) mərasimidir. Bu zaman gəlinin əli və ayağına xına qo-
yulur. “Mendi” (Solah Şrinqar) gəlinin 16 bəzəyindən biri sayılır. 
Bu mərasim gəlinin evində qohumlarının və rəfiqələrinin iştirakı 
ilə keçirilir. Müəyyən qədər “Sanqit”ə bənzəyən “Mendi” məra-
simi böyük təntənə ilə keçirilir. İnanca görə, “mendi”nin naxış-
ları tünd olsa, gələcək ər öz arvadını çox sevəcək. Ənənəyə görə 
evlənəndən sonra gəlin mendinin naxışları pozuladək öz evində 
işləməməlidir. Mahnı və musiqi ilə müşayiət olunan “Mendi” mə-
rasimindən sonra gəlin toyadək evdən çölə çıxmır. 
Qucaratda  toydan  bir  gün  əvvəl  rəqs  və  əyləncələrlə  zən-
gin “Qarba” mərasimi keçirilir, “Raas” və ya “Raas Dandiya” 
rəqsində əllərində çubuq tutan rəqqaslar ritmə uyğun olaraq, çu-
buqları bir-birinə vururlar. Bəy evində baş tutan “Qhodi Çadna” 
ritualında “bhabi” (böyük qardaşın arvadı) bəyin gözünə sürmə 
çəkir, bəyin bacıları atı və ya avtomobili bəzəyirlər. Adətən, “sar-


Bəhmən Əliyev-Ayvazalı
158
bala” adlanan bəyin qardaşı oğlu bəy kimi geyinərək atın belində 
və ya avtomobildə toy evinə gedir.
Orissa ştatında başqalarından ən mühüm fərq odur ki, bəyin 
ailəsində yaşlı qadınlar, hətta anası toyda iştirak etmirlər. Orissa 
brahmanları digər varnalardan fərqli olaraq, mərasimi axşam, ge-
cəyə yaxın deyil, gündüz vaxtı keçirirlər.
Hindistanda  toy  mərasiminin  özü  müxtəlif  cür  tanınır, 
məsələn, Assamda toy mərasimi “biya” adlanır, qadınlar ilk növ-
bədə  “Biya  naam”  mahnısını  oxuyurlar. 
Toy  günü  əlverişli  vaxtda  “şervani”,  “çuridari”,  “paqdi” 
(paqri-toy türbanı) geyinmiş bəy bəzədilmiş at və filin üstündə 
mahnı oxuyan, rəqs edən qohum və dostlarının müşayiəti ilə toy 
keçirilən  yerə  yollanır.  “Barat  Nikasi”  adlanan  toy  yürüşündə 
müasir  dövrdə  adətən  avtomobillərdən  istifadə  olunur. 
Qucaratda toy günü “Barat” ritualı keçirilir, bəy at, faytonla, 
“baraat”ın-qohumlar və dostların müşayiəti ilə toyun keçirildiyi 
yerə gedirlər. 
Assamda toy günü “şraddha” ilə, yəni mərhumların anılması 
ilə  başlayır,  bu  mərasimi  ata  keçirir,  sonra  müqəddəs  suda  yu-
yunurlar,  bu  bəy  və  gəlinin  təmizlənməsi  anlamına  gəlir.  Bun-
dan  sonra  bəyin  adamları  gəlin  evinə  yollanırlar.  Bəyə  hörmət 
göstərən,  hədiyyələr  verən  qız  evi  birlikdə  toyun  keçirildiyi 
yerə-“mandap”a  gedirlər.  Mərasim  öncəsi  gəlin  “qhi”  (əridil-
miş yağ), qatıq, bal, şəkər və süddən ibarət qarışığı qəbul edir, 
müqəddəs ocağın qarşısında əyləşən bəy və gəlin “mantra” səda-
ları altında gül çələnglərini dəyişirlər, bəy gəlinə müxtəlif bəzək 
əşyalarından  ibarət  sindur  (parlaq  qırmızı)  gətirir.
Təzə bəyi gəlinin anası qarşılayır. Qaynana “arati”dən (baş 
əymə) sonra bəyi hər cür bədbəxtlikdən qorumaq üçün alnına “ti-
lak” işarəsi qoyur. Maharaştada gəlin evinə gələn bəyi qarşılayan 
gəlinin valideynləri gələcək ərin ayağını yuyaraq, “Siman Puca” 
mərasimini həyata keçirir, ona hədiyyələr verirlər.


Hindistan etnoqrafiyası
159
Gəlinin  anası  ilə  görüşən  bəy  ortasında  qurban  odu  yanan 
yerə bahalı parça, betel yarpaqları, mandapu (şatra) gülləri qoyur. 
Elə orada da “Var Mala” və ya “Cay Mala” adlanan, çələnglərin 
dəyşdirildiyi nikah mərasimini keçirmək üçün gəlini gözləyir. Bu 
mərasim haqqında Veda mətnlərində məlumat verilmişdir. 
Kəşmirdə Veda “mantra”larının (ilahi) oxunması ilə başla-
yan, “laqan” adlanan toy mərasimi zamanı bəy və gəlinin bir-bi-
rini güzgü vasitəsi ilə görməsi təmin olunur. 
İlahi “mantra”ların sədaları altında üz-üzə dayanan bəy və 
gəlin çələngləri dəyişərək bir-birilərinin boyunlarına taxırlar. Bu 
bir-birilərini  ər  və  arvad  kimi  qəbul  etmələrinin  göstəricisidir. 
Daha sonra hər bir sütunu bəy və gəlinin valideynlərini simvolizə 
edən, məbədə bənzər “mandap”da müxtəlif rituallar yerinə yetiri-
lir. Qucarat toyunda “Kanya Aqaman” ritualı zamanı dayı gəlini 
“mandap”a aparır, qohumlar “mandap”da bəy və gəlinin arasın-
da ağ parça tuturlar, brahman rituala başlayır, ağ parça endirilir, 
yeni evli cütlük müqəddəs odun başında çələnglərini dəyişirlər.
Maharaştada bu mərasim “Antarpaat” adlanır, ağ rəngli “an-
tarpaad” parçasının üstündə uğur, rifah, inkişafı simvolizə edən 
Veda svastikaları əksini tapır, bəyin üzü şərqə, gəlinin üzü qərbə 
doğru dayanır, brahman “mantra” oxuyur, parça aradan götürülür, 
“Var Mala” (çələnglərin dəyişdirilməsi) ritualı həyata keçirilir.
Qucaratda bəy gəldikdən (“Ponkva”) sonra “Cay Mala” ri-
tualı keçirilir, bəy və gəlin iki dəfə çələnglərini dəyişirlər. Gəli-
nin anası bəyi toy mərasiminin keçirildiyi “mandap”a dəvət edir, 
“Madhuparka” ritualı zamanı isə bəyin ayaqları yuyulur, süd və 
bal yedizdirilir. Bu zaman gəlinin bacıları bəyin ayaqqabısını giz-
lədir (“Cuta Çurai”), nəmər istəyirlər.
Kəşmirdə keçirilən “Athvas” ritualı bəy və gəlinin əlinin par-
ça ilə bağlanmasıdır. Bundan sonra onların alnına “Mananmal” 
adlanan qızılı rəngli ip bağlanır. Pəncabda olduğu kimi Kəşmir-
də də bəy və gəlin odun ətrafına yeddi dəfə fırlanırlar. Birinci 


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə