Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə53/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   ...   49   50   51   52   53   54   55   56   ...   74

Bəhmən Əliyev-Ayvazalı
160
dövrədə gəlin sağ ayağı ilə yeddi ədəd bir rupini tapdalayır. Toy 
mərasimindən sonra “Poş Puza” ritualı zamanı evlənənlərə xe-
yir-dua verilir.
Pəncabda “Var Mala” ( Cay Mala) mərasimində bəy və gə-
linin gül çələngləri dəyişən zaman gəlinin bacıları və rəfiqələri 
bəyin ayaqqabısını oğurlayır, sonra isə nəmər istəyirlər. Bu ritual 
“Cuta Çupai” adlanır. 
Toyda vacib ritualllardan biri “Kanya Daan” adlanır. “Kan-
ya” bakirə, “daan” isə hədiyyə, bəxşiş mənasındadır. Bu mərasim 
zamanı gəlinin atası qızının sağ əlini bəyin sağ əlinə qoyur, gənc-
lərin ovuclarına müqəddəs su tökülür. “Mantra”ların sədaları al-
tında həyata keçirilən bu mərasim atanın öz qızını bəyə verməsini 
simvolizə edir. Ata kürəkənindən qızına həyatda “trivarqa” adla-
nan üç əsas məqsədə (dəyərə) çatmaq üçün kömək göstərməsini 
istəyir: “dharma”, “arthi”, “kama”. “Dharma” dini, mənəvi etik 
vəzifəyə, ilahi qanuna əməl etməkdir; “artha”- maddi rifahı təmin 
edən xeyir, məqsəd, gəlir deməkdir; “kama” emosional-hissi ləz-
zət, istək, sevgiyə işarədir. Qucaratda “Kanya Daan” mərasimi 
zamanı gəlinin valideynləri bəyi tanrı Vişnuya bənzədərək bəyin 
ayağını yuyur. Tanrı Lakşmini təcəssüm edən gəlin öz ərini tanrı 
Vişnunun təcəssümü olaraq qəbul edir.
 “Paniqrahana Hatleva” ritualında bəyin və gəlinin birgə-
liyin əlaməti olaraq əli parça və ya iplə bağlanır, brahman (vip-
ra) “Qaneş puca” mərasimi keçirir. Müqəddəs nikah heç zaman 
pozulmamalıdır,  buna  görə  də  “Qathabandhan”  ritualı  keçirilir, 
brahman bəy və gəlinin paltarlarının uclarını bir-birinə düyünlə-
yir, bu düyünlər hətta toydan sonra açılmır. Bəyin şərfinin (uzun 
dəsmalının) ucunun gəlinin sarisinə bağlanması Qucaratda “Has-
ta Milap” adlanır, onların boğazlarına müqəddəs ip asırlar, “var-
mala” adlanan bu ip iki qəlbin birləşməsini simvolizə edir. 
Toy “mandapı”nda keçirilən ən maraqlı mərasimlərdən biri 
“Laca  Homa”  adlanır.  Bu  mərasim  zamanı  bəy  və  gəlin  düyü 


Hindistan etnoqrafiyası
161
dənini oda qurban olaraq atırlar. Gəlin ovcunu bəyin ovcuna qo-
yur,  gəlinin  qardaşı  onların  ovcunun  üstünə  düyü  (adətən  yün-
gül düyü- “layya”, “laca”, “muri”) səpir, düyünün yarısı gəlinin 
ovcundan keçərək bəyin ovcuna tökülür. Gəlin düyünü oda atır, 
ölüm tanrısı, mərhumların himayədarı olan tanrı Yamaya (Yama-
raca) dua edir, ərinə xoşbəxtlik, uzun ömür, sağlamlıq və rifah 
arzulayır.
Hind toylarının kulminasiyası “Aqni Parinaya” (Manqalp-
hera,  Manqalfera)  ritualı  sayılır.  Mərasim  zamanı  bəy  və  gəlin 
saat əqrəbi istiqamətində üç dəfə müqəddəs odun (“phere”) ba-
şına fırlanırlar. Bu insanın çatmaq istədiyi üç dəyəri- “dharma”, 
“artha”  və  “kama”nı  ifadə  edir.  Qucaratda  brahman  “mantra” 
oxuyaraq Lakşmi və Parvati tanrılarını gənc aləyə xeyir-dua ver-
məyə çağırır. Sonra bəy və gəlin müqəddəs odun başına fırlana-
raq “Manqal Phera”nı yerinə yetirirlər. Bəy sağ əli ilə gəlinin 
sağ əlindən tutur, odun başına dolanır. Son dövrədə gəlin birinci 
gedə bilər. Bu o deməkdir ki, qadın “kama”nın (ləzzət, şəhvət) 
yerinə yetirilməsinə cavabdehdir. Hərdən bu rituala “mokşa”nı 
(maddi dünyadan uzaqlaşmaq) ifadə etmək üçün dördüncü döv-
rəni də əlavə edirlər. 
Bundan sonra “Santapadi” mərasimi gəlir: bəy və gəlin şi-
mala doğru hər dəfə sağ ayaqla başlayaraq yeddi addım ataraq 
dua edir, tanrıları onlara xeyir-dua vermələrini, “dharma”ya əməl 
etmək üçün sağlamlıq, rifah, uşaq bəxş etmələrini istəyir, uzun 
ailə həyatında xoşbəxtlik arzulayırlar. Əksər mərasimlərdə oldu-
ğu kimi burada da “Drаhоmа” (оğlаn uşаqlаrının оlmаsı üçün 
еdilən duа) oxunur. Bəzi yerlərdə “Aqni Parinaya” və “Saptapa-
di” mərasimləri qarışıq keçirilir, bu zaman bəy və gəlin müqəd-
dəs odun ətrafına yeddi dəfə fırlanırlar.
Hind  toyunda  son  ritual  “Sundurdana”  (“Sahaaq”  və  ya 
“Subhaqya Çinya”) adlanır. Bu mərasim zamanı bəy gəlinə onu 
öz arvadı kimi qəbul etməsinin işarəsi olaraq “kinovari”dən ha-


Bəhmən Əliyev-Ayvazalı
162
zırlanmış  qırmızı  toz  verir.  Bundan  başqa,  gəlinə  sevgini  ifadə 
edən “Manqalsutra” adlanan qızıl boyunbağı hədiyyə edir. Bəy 
və gəlin bir-birinə şirniyyat verirlər, bir-birinin qayğısını çəkmək 
anlamında olan bu ritual “Anna Praşana” adlanır. Toy mərasimi-
nin sonunda gənc ailəyə “purohit” (tayfa brahmanı), valideynlər, 
yaxın qohumlar xeyir-dua verir, bu mərasim isə “Aşirvaad” kimi 
tanınır. Toy ritualları başa çatdıqdan sonra qonaqlıq başlayır.
Sonda  ən  emosional  mərhələ-gəlinin  ər  evinə  getməsi,  öz 
valideynləri  ilə  sağollaşması  (“Vidaii”  və  ya  “Ruhsati”)  olur. 
Ənənəyə  görə  valideynlərin,  qohumların  xeyir-duasını  qazanan 
bəy və gəlin kəcavədə, müasir dövrdə isə avtomobil karvanı ilə ər 
evinə  yollanırlar.
 “Dvar-rokai” ritualında isə evə gələn gənc ailəni əlində sax-
sı qab tutan bəyin xalası və ya bacısı qarşılayır. Bütün şər qüv-
vələri qovmaq mənasını daşıyan duzlu su ilə dolu saxsı qab evin 
astanasında sındırıldıqdan sonra bəy və gəlin evə daxil olur. 
Sonrakı vacib mərhələ isə “Qriha Praveş” adlanır. Bu zaman 
öz evinə gələn gəlini qaynanası qarşılayır, “arati” ritualı keçirilir. 
Evə girərkən gəlin düyü və metal pullarla dolu saxsı küpü sağ 
ayağı ilə vurub sındırır. Səpələnmiş taxıl və pullar rifah və bolluq 
əlamətidir. Sonra gəlin qırmızı tozla (kinovar, su və süd ilə qarış-
dırılmış) doldurulmuş böyük podnosun içində yalın ayaq dayanır. 
Ayaqların rəngləyən gəlin evə daxil olaraq döşəməyə sərilmiş ağ 
parçanın üzərində addımlayır, bu isə uğuru simvolizə edir. Onun 
topuqlarında evliliyin göstəricilərindən biri olan “alta” izləri qalır.
Kəşmirdə toydan sonra keçirilən “Satraat” mərasimi zama-
nı gəlin ərinin və ya ərinin qardaşı oğlanlarının müşayiəti ilə ata 
evinə  gedir,  burada  valideynləri  ona  paltar,  duz,  pul,  “paşmin” 
(Kəşmir ipəyindən şal) hədiyyə edirlər.
Qucaratda  “Saubhaqyavati  Bhava”  ritualında  yeddi  nəfər 
ərli qadın gəlinin qılağına xeyir-dua pıçıldayır. “Çero Pakario” 
ritualında  isə  toydan  sonra  hamı  “mandap”dan  çıxır,  kürəkən 


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə