Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə56/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   ...   52   53   54   55   56   57   58   59   ...   74

Bəhmən Əliyev-Ayvazalı
170
aid,  Qanq  vadisinin  qərbində  olan  “boz  naxışlı  keramika”  (bu 
mədəniyyəti  Hindistana  gəlmə  hind-arilərlə  bağlayırdılar)  daha 
qədim boz və qırmızı keramika ilə əlaqəlidir və i.a.”(Qasımov P. 
2011, s. 38-39).
Hələlik  Qərb  tarix  elmində  hind-arilərin  miladdan  1500  il 
əvvəl İran yaylalarından Hindistana köçməsi haqqında nəzəriy-
yə üstünlük təşkil edir. Həmin nəzəriyyəyə görə, neqroid irqinə 
mənsub yerli dravidlərlə müharibə aparan arilər Hindistan yarı-
madasının şimal hissələrini ələ keçirdilər, Vendiya sıra dağlarına, 
daha sonra isə Dekan məntəqəsinə qədər cənuba doğru yayıldılar, 
öz mədəniyyət və etiqadlarını yaymağa başladılar.
Harappa  sivilizasiyasının  məhv  olduğu  tarixdən  (e.ə.1750) 
təxminən  150  il  sonra  Sarasvati  vadisində,  eləcə  də  Hind  çayı 
ilə paralel, qərbdə Qanq çayı vadisində hind-ari mədəniyyətinin 
meydana gəlməsi Corc Erdosin “dravid elementlərinin mövcud-
luğu” haqqında fikrini təsdiqləyir. Yəni, Qanq vadisində, Hindis-
tanın mərkəzi hissələrində çiçəklənən hind-ari mədəniyyəti Ha-
rappa sivilizasiyasının davamı idi və hind-ari mədəniyyəti daha 
çox yerli köklərə malik olmuşdur.
Tarixin  gedişatı  Hindistan  coğrafiyasını  etnik-dini  baxım-
dan daha da zənginləşdirmişdir. Maqadha-Mauri imperiyası, Ku-
şan-Qupt dövrü, Harşi imperiyası, Vicayanaqar imperiyası, Delhi 
sultanlığı, Baburşahlar imperiyası burada etnik-dini rəngarəngliyi 
daha  da  artırmışdır.  Böyük  coğrafi  kəşflər,  XVII  əsrdən  ingilis, 
fransız işğalları, beynəlxalq ticarətin inkişafı və s. proseslərin Hin-
distanın etnik tərkibinin formalaşmasında xüsusi rolu olmuşdur.
İlk növbədə qeyd etmək lazımdır ki, dünyanın ən çox əhali-
si olan ölkələrindən biri olan Hindistanda milli məsələ mühüm 
rol  oynasa  da  dini  konfessional  fərqliliklər,  dini  mənsubiyyət 
daha çox önə çıxır. Bir çox hallarda Hindistanda dini kimlik, 
kasta mənsubiyyəti etnik kimliyin üzərində olur, daha həlledici 
amil sayılır.


Hindistan etnoqrafiyası
171
Müasir dövrdə Hindistаnın еtnik tərkibi bir nеçə yüz хаlq-
dаn ibarətdir. Bu ölkədə аdivаsi, аkhа, аnqаm, аdаmаn, аpаtаni, 
аssаm, bаdаqа, bаyqа, bаlti, bеnqаl, bihаri, bоndо, burişi, bhi-
li, bhоtiyа, bhutiyа, qоnd, qucаrаti, qucаri, dаrdı, cаrаvаrа, cаt, 
cuаnq, dоqrа, kаnnаrа, kristаnqi, khаsi, khаsı, khоndi, lаdаkhi, 
lеpçа,  lisu,  lоbа,  mаqаri,  mаlаyаli,  mаlеr,  mаnipuri,  mаrаthi, 
minаrо, mоnpа, nаqа, оnqе, оrаоn, оriyа, pəncаbi, pаrs, pаhаri, 
rаcаstаni, rаcputi, rаi, sаvаrа, sаntаli, sеntinеli, sеrаiki, siddi, 
siqhi, sindhi, tаmаnqi, tаmil, tеluqu, tоdа, tripurа, hindustаni, hо, 
çаkmа, şеrp və s. хаlqlаr, tayfalar yаşаyır.
Hindistan  xalqları  arasında  sаycа  ən  çохu  hindi,  tеluqi, 
mаrаthа, bеnqаl, qucаrаt, kаnnаrа, pəncаblаr və bаşqа xalq-
lardır. Hindlilərin bir еtnоs kimi fоrmаlаşmаsındа farslar, ərəblər, 
türklər, əfqаnlаr, ingilislər iştirak etmişlər.
Hindistan  xalqlarının  və  irqi  elementlərinin  təsviri  kifayət 
qədər mürəkkəb məsələdir. Bura daim dünyanın müxtəlif yerlə-
rindən  gələn  fərqli  etnosların  qovuşduğu,  qarşılaşdığı  ərazi  ol-
muş,  bu  prosesdə  müharibələr,  təqib,  iqtisadi  faktorlar  mühüm 
rol oynamışdır. Fərqli irqi xüsusiyyətlərə malik etnoslar burada 
məskunlaşmış,  qaynayıb-qarışmış,  bu  qarışıqlardan  lokal  xüsu-
siyyətlərə malik xalqlar yaranmış, Hindistanda rəngarəng insan 
cəmiyyətinin  formalaşmasına  gətirib  çıxarmışdır.
XIX  əsrin  əvvəllərində  Hindistana  səyahət  etmiş,  məşhur 
azərbaycanlı səyyah Hacı Zeynalabdin Şirvani bu ölkədə yaşa-
yan xalqlar haqqında yazır: “...Əhalinin bəzisi göyümtül, bə-
zisi qəhvəyi, bəzisi ağ üzlüdür…Dilləri hind dilləridir. Dillə-
rində ərəb, fars sözlərinin qarışığı vardır. Yeyib-içib gəzməyi 
çox sevəndirlər. Mövhumata çox inanırlar. Bəziləri illər boyu 
bir küncdə oturub sehrbazlıqla məşğul olur. Ümumiyyətlə, qo-
naqsevəndirlər,  xüsusilə  səyyahlara  böyük  hörmət  bəsləyirlər. 
Zülm və əziyyətdən uzaq gəzirlər. Əslində, eyş-işrətdə, musiqi-
də  heç  kim  onlara  çata  bilməz  (“Bustanüs  səyahə”).  Şirvani 


Bəhmən Əliyev-Ayvazalı
172
hind xalqının musiqisinə də yüksək qiymət vermişdir. Məşhur 
səyyah Hindistanın tarixindən də çox geniş bəhs edir və burada 
əsasən padşahlar haqqında danışır. 
Şirvani Hindistanda müxtəlif xalq və tayfanın yaşadıqları əra-
zilər barədə məlumat verir: 1. Əfqan tayfaları Kabildə və Sinddə, 
2. Bəluclar Sind şəhəri ətrafında. 3. Sənqan tayfası Lahur, Kəşmir 
və Pəncabda. 4. Rocputlular Mal və başqa yerlərdə. 5. Benqal 
Dəkən, Küçərat və Hindistanın başqa bu kimi böyük, səfalı, döv-
lətli yerlərində isə xaricilər hökmranlıq edir. 6. Mərhətə tayfası 
Bürhanpur  və  Dövlətabadda  hökmranlıq  edir.  7.  Heydərabad-
da Nizamülkün övladı hakimdir. Əyrəkabad, Bidro və Təlnək də 
oraya tabedir. Şirvani sonra yazır ki, yuxarıda göstərilənlərdən 
başqa, 10-a qədər tayfa heç bir hökumətə tabe olmadan köçəri 
həyat sürür. 
Hacı  Zeynalabdin  Şirvani  bildirir  ki,  hazırda  Hindistanda 
“hindi” adlı bir tayfa yaşayır. Onların xüsusi adət və ənənələri 
vardır. Həmin tayfa Kəlkəttənin bir-iki ağac mənzilliyində olan 
limanın  ətrafında  yaşayır.  Qanq  çayı  da  oradan  keçir,  buradakı 
liman  şəhərdə  4  min  ev  vardır.  Hind  çayının  sahillərində  “hu” 
adlanan tayfa yaşayır, orada həmin adda liman da vardır. Səyya-
hın fikrincə, “hind” sözü bu iki tayfanın adlarının birləşməsin-
dən əmələ gəlmişdir. Sonralar bu tayfaların ayrılması nəticəsində 
hoquli tayfası, sonrakı parçalanmalarda isə hütək, həyatələ, hil-
mən (hirmən) tayfaları yaranmışdır. Hacı Zeynalabdinin qeydlə-
rinə  görə  Əfqanıstanın  böyük  çaylarından  olan  Hilmənd  (kiçik 
bir hissəsi İran sərhədi boyunca axır) adı da hilmənd tayfasının 
adından  götürülmüşdür.
Hindistan irqləri, etnosları daim həm şərq, həm də qərb tə-
dqiqatçılarının diqqətini cəlb etmişdir. İngilis alimi Risley 1890-
cı  ildə  elmi  əsasda,  yəni  antropolometrik  texnika  ilə  Hindistan 
xalqlarının irqi təsnifatını aparmışdır. O, 1901-ci ildə ingilis kolo-
nial hökuməti tərəfindən əhalinin siyahıya alınması komissiyası-


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə