Bəhmən Əliyev-Ayvazalı
176
da bihar dilinin üç dialekti (bhroçpuri, maythili, maqadhi), Racas-
tanda racastani dilinin bir sıra dialektləri yayılmışdır.
Hind-ari dillərinə Qucaratın qucarati və pars, Şri-Lankanın
sinqal, Maharaştranın marathi, Qoanın kankani, Mərkəzi Hindis-
tanın bhil, tharu, khandeşi, Pəncabın pəncabi, cati, avani, khokha-
ri, eləcə də sindhi, nepali (qurkhi), kumakoni, qarhvali, Mərkəzi
Himalayın pahari dilləri aiddir. Kəşmiri, doqri, şina, kho, kohis-
tan, Cammu-Kəşmirin Nuristan dilləri xüsusi qrup təşkil edirlər.
Hind ari dillərinə Maldiv adalarının divehi dili, eləcə də qaraçı
dili aiddir.
Hindilər dini baxımdan əsasən hinduizmə sitayiş edirlər, bu
xalqın qədim mədəniyyət mərkəzləri Delhi, Lakhnau, Aqra, Alla-
habad, Varanasi sayılır.
Tarixən hindilər kənd təsərrüfatı (taxılçılıq, çəltikçilik, pam-
bıqçılıq, şəkər çuğunduru) ilə məşğul olmuşdur. XX əsrin ikincı
yarısından bu bölgədə sənaye sürətlə inkişaf edir, Bihar, Madh-
ya-Pradeşdə sənayedə işləyənlərin sayı sürətlə artır. Əsasən, hin-
dilərin yaşadığı Simal - Mərkəz Hindistan makrorayonu - böyük
Qanq düzənliyində yerləşir, Uttar Pradeş ştatını əhatə edir. Buğ-
da, şəkər qamışı, paxlalı və yağlı bitkilər, kartof, manqo, banan
becərilir, maldarlıq inkişaf etmişdir. Bu makrorayona nəhəng hid-
rotexniki qovşaq, Aliqarx Naror atom-sənaye kompleksi olmaqla
Kanpur, Aqra, Varanasi, Allahabad, Lakhnau və Delhi səhərlərinə
malikdir. Mərkəz makrorayonuna daxil olan Madhya Pradeş ştatı
zəngin təbii sərvətlərə, çəltik, buğda, qarğıdalı, paxlalılar, pambıq
becərilməsinə, yeyinti, tikinti, ağac emalı, metal emalı sahələrinə,
Bhilai metallurgiya kombinatına malikdir.
Benqallar əsasən Qərbi Benqaliyada və Banqladeş Respub-
likasında yaşayırlar, ümumi sayları 225 milyon nəfərə yaxındır.
Banqladeşdə 130 milyon, Hindistanda 95 milyon benqal yaşayır,
müxtəlif dövrlərdə Nepal, Butan, Sinqapur, ABŞ, Kanada, Bö-
yük Britaniya və başqa ölkələrdə də məskunlaşmışlar. “Banqa”
Hindistan etnoqrafiyası
177
etnonimi vedalarda əksini tapan, Hindistanın şərqində, Qanq çayı
vadisində mövcud olmuş Banqa dövlətinin adı ilə bağlıdır.
Benqal (benqal dilində Banqla) xalqı Qanq vadisində, Qanq
və Brahmaputra çaylarının deltasında yaşayırlar. Qədimdə bu əra-
zilər Anqa, Vanqa, Qauda adı ilə tanınmışdır.
E.ə. I minillikdə benqalların etnik ərazisində caynizm və
buddizm dinləri yayılmışdır. Benqal xalqının etnik tarixi çoxsaylı
heterogen qrupların qarışması, konsolidasiyası ilə zəngindir. Bu
ərazi X-XII əsrlərdən Benqal adlandırılmağa başlamışdır.
VIII-XIII əsrlərdə benqal dövlətçiliyi mövcud olmuşdur. XIII
əsrdə bura Delhi sultanlığının nəzarəti altına düşmüş, XIV əsrdə
müstəqil dövlət olmuşdur. Buddizmin inkişaf etdiyi, böyük mə-
bədlərin fəaliyyət göstərdiyi Pali dövləti XV əsrədək yaşamış-
dır. 1575-ci ildə Böyük Baburşahların hakimiyyəti altına keçən
benqallar XVIII əsrədək bu imperiyanın tərkibində qalmışdır.
XVIII əsrin başlanğıcında müstəqil dövlət yaranmışdır. XVIII
əsrdə Benqaliyada ingilis Ost-Hind şirkəti fəaliyyət göstərməyə
başlamış, 1757-ci ildə İngiltərənin işğalı altına düşmüşdür.
Britaniya adminstrasiyası 1905-ci ildə Benqaliyanı 2 yerə
ayırsa da, müqavimətlə üzləşmiş, 1911-ci ildə yenidən birləşdiril-
mişdir. 1947-ci ildə Benqaliya ikinci dəfə parçalanmış, hinduist
benqalların yaşadığı Qərbi Benqaliya Hindistana, müsəlmanla-
rın yaşadığı Şərqi Benqaliya Pakistana verilmişdir. 1971-ci ildə
milli-azadlıq hərəkatı nəticəsində Pakistan geri çəkilməyə məc-
bur olmuş və Banqladeş Respublikası yaradılmışdır. Benqallar
xalq olaraq avropoid irqinin hind-aralıq dənizi tipinə, əsasən me-
zo-hind antropoloji tipə aiddir. Bu xalq monqoloid (şimalda və
şərqdə) və dravid (cənubda) irqi əlamətlərinə malikdir. Benqali
(banqla-bhaşa) dili hind-avropa dil ailəsinin hind-ari qrupuna aid-
dir. Bu xalqın nümayəndələri hindi, urdu dillərində də danışır-
lar. Benqali dilinin qərbi-şərqi dialekləri, eləcə də iki ədəbi dil
–klassik (qərb dialektləri əsasında) və danışıq (Kəlküttə və müa-
Bəhmən Əliyev-Ayvazalı
178
sir qərbi dialektlər əsasında) dilləri formalaşmışdır. “Bonqakhor”
yazısı qədim hind brahmi qrafikası əsasında yaranmışdır. Banqla-
deşdə yaşayan benqallar əsasən sünni müsəlmanlardır, aralarında
hinduslar da vardır. Hindistanda yaşayan benqallar isə əsasən hin-
duslardır, aralarında müsəlman, caynist, xristian benqallar vardır.
Şivaist və vişnuit benqallar Durqu və Kali tanrılarına sitayiş edir,
payızda “Durqa-puca” bayramını keçirirlər.
Benqalların əsas məşğuliyyəti əkinçilik olmuş, düyü, cut,
paxlalılar, şəkər çuğunduru becərilməsi geniş yayılmışdır. Qərbi
Benqalın şimal vilayətlərində çay istehsal olunur. Burada sənət-
karlıq inkişaf etmiş, benqal parçaları (muslin, mürşidabad ipəyi),
metal emalı, dəriçilik, fil sümüyü işləməsi məşhurdur. Xüsusi ilə
Qərbi Benqaliyada toxuculuq və cut sənayesi inkişaf etmişdir.
Əhalinin əsas qidası düyü, paxlalılar, tərəvəz, balıqdır. Benqal
şirniyyatları (şondeş, roşqulla, doi) məşhurdur. Müsəlmanlar qo-
yun əti və aşağı kasta hinduistləri bəzən donuz əti, quş və göyər-
çin əti istehlak edirlər.
Benqaliyanın cənub rayonlarında yaşayış məskənləri əsasən
çayların sahili boyu yerləşmişdir, evlər (bari) bir-birinə yaxın yer-
ləşir. Şimal-qərbdə yaşayış məskənləri əsasən yollar boyu yerlə-
şir, evlər bir-birindən aralı olur, burada yağışlar mövsümündə ev-
lər arasında əlaqə qayıqlar vasitəsi ilə saxlanılır. Karkas dirəklər
üzərində yerləşən evlər gillə suvanır, dik damlar isə bambuk və
ya ağaclardan qurulur.
Benqal qadınlarının əsas geyimi “sari” sayılır, bəzəklər isə
geyimin vacib atributudur. Kişilər “dhoti” geyinir, “çadar” ad-
lanan şala bürünürlər. Müsəlman qadınları dəsmal, kişilər isə
“lunqi” adlanan dəsmal gəzdirir. Hinduistlərin baş geyimləri tür-
banlar, müsəlmanların baş geyimləri dairəvi papaqlardır. Burada
musiqi, rəqs, xalq teatrı (kukla, “catra” adlanan lirik dram), pro-
fessional kino sənəti geniş inkişaf etmişdir.
Assamlar. Hind-ari xalqlarından olan assamların əsas məş-
ğuliyyəti düyü, darı, qarğıdalı, paxlalı, araxis, banan, manqo,
Dostları ilə paylaş: |