Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə39/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   ...   35   36   37   38   39   40   41   42   ...   74

Hindistan etnoqrafiyası
117
“Dasera”, vayşalar “Divali”, şudralar “Holi” bayramını qeyd 
etməlidirlər.
6.“Mahaşiva Ratra”, “Qaneşa-Çaturthi”, “Datta Cayantı”, 
“Ramanavami” , “Canmaştami” , “Vasant Panchami”.
3.2. Musiqi 
Hind  musiqisi  dünyanın  ən  qədim  musiqilərindən  biridir. 
Fərqli mədəniyyət, din və dilə sahib insan birliklərinin Hindis-
tanda məskən salması, mədəniyyət və incəsənətin bütün sahələ-
rində olduğu kimi, musiqi və rəqslərdə də əksini tapmışdır. Dini 
inanclar  bayramlar,  mərasimlər,  adət-ənənələrdə  olduğu  kimi, 
hind musiqisinin, rəqslərinin yaranmasına, inkişafına əsaslı təsir 
göstərmişdir. Qədimdə olduğu kimi, müasir dövrdə də hind mu-
siqisi və rəqsləri dini rituallar, bayramlar, toy şənlikləri, oyun və 
əyləncələrlə vəhdət təşkil edir. 
Hindistanın ən qədim əhalisi neqroid irqi xalqlarına aid edilsə 
də, sonrakı dönəmlərin mədəni təbəqələri dravidlər, monqoloid-
lər, arilərlə əlaqələndirilir. Müxtəlif mədəniyyətlərin qovuşması 
Hindistan musiqisi üçün də xarakterikdir. 
“Sаnqitа”  sözü  əksər  hindi  dillərində  “musiqi”  kimi  bаşа 
düşülür,  hərfi  bахımdаn  “hər  şеyin  birləşməsi  və  ifаdəsi”  kimi 
tərcümə оlunur. “Hər şеy” dedikdə isə bədən, аğıl və ruh başa 
düşülür. Şimаli Hindistаnın musiqisində “şаcаcа” və yа əsаs tоn 
əbədiliyi, tanrını simvоlizə еdir. “Şаcаcа” tеrmini hərfi mənаdа 
“6 nоtdаn ibаrət sırа” mənаsını vеrir. Musiqi sırаlаmаsının əsа-
sı, musiqinin mаhiyyətinin аçаrı qаmmаnın birinci nоtu “sа”dаn 
аsılı  оlur,  Аvrоpа  musiqisində  bu  “dо”  qаmmаsıdır.  İfаçı  üçün 
şаcаcа səsinin imkаn vеrdiyi tоndа və yа musiqi аlətinin imkаn 
vеrdiyi tоndа qоyulа bilər.
Ölkənin müxtəlif ştatlarında məskunlaşan “pulayana”, “ora-
on”, “santal”, “savara”, “çençu”, “bhil” və s. tayfaların spesifik 


Bəhmən Əliyev-Ayvazalı
118
musiqi və rəqsləri vardır. Belə etnik musiqi hind musiqi mədəniy-
yətinin ümumi xüsusiyyətlərinin formalaşmasında xüsusi rol oy-
namışdır. Digər qədim mənbə tamil və qohum xalqların musiqisi-
dir, bu musiqi melodikdir, özünəməxsus xüsusiyyətləri vardır. Bu 
musiqi veda ilahilərinin oxunmasında ari musiqisi ilə müəyyən 
qədər uyğun gəlmişdir. 
Veda mətnlərinin (“Riq Veda”, Sama Veda”, “Yacur Veda”, 
Artharve Veda”), hamısı musiqi üstündə köklənmişdir. Vedaların 
yayılmasında, brahmanizmin, hinduizmin formalaşmasında, hind 
cəmiyyətində möhkəmlənməsində musiqi, mahnı və nəğmələrin 
mühüm rolu olmuşdur. Müxtəlif formalı, üslublu musiqilər, nəğ-
mələr, rəqslər dini məzmunlu ideyaların geniş əhali kütləsinə çat-
dırılmasında vasitə, ünsiyyət rolunu oynamışdır.
Vedalar arasında qurban əsnasında oxunan ilahiləri əhatə edən 
“Sama Veda” xüsusi yer tutur. Müqəddəslik, ayinlər baxımından 
sonra  “Riq  Veda”dan  sonrakı  yerdə  duran  “Sama  Veda”  bəzən 
“rituallar  vedası”  və  ya  “melodiyalar  vedası”  kimi  tanınır.  Qur-
ban mərasimlərində, dini rituallar zamanı “Sama Veda” ilahiləri 
yüksək səslə oxunur. Sonuncu veda olan “Artharve Veda” (yaxud 
“Acur Veda”) da dini ilahilər, mahnı və nəğmələr əksini tapmışdır. 
Yüzillərlə davam edən qarşılıqlı dini-etnik təsir nəticəsində 
Hindistanda “hindustani” və “karnatak” klassik musiqi incənəti 
yaranmışdır.. Bu musiqi ənənələri oxşar melodik və qanunlara uy-
ğun əsasa malikdirlər, bu da “raqa” və “tala” üçün xarakterikdir. 
Qədim hind musiqi və rəqsləri haqqında ilk əsər dram sənə-
tinin yaradıcısı müdrik Bharataya məxsusdur. O, “Bharatanatya-
şastra” əsərində dövrünün musiqi sənəti haqqında geniş məlumat 
vermişdir. Bu qədim traktatdan aydın olur ki, qədim hind musiqi-
si  müasir  “klassik”  hind  musiqisindən  müəyyən  qədər  fərqlən-
mişdir.
Veda  musiqisi  ilk  dövrlər  üç  tondan  ibarət  olsa  da,  inkişaf 
nəticəsində tədricən yeddi tonadək artmışdır. Məbəd və “matha”-


Hindistan etnoqrafiyası
119
larda (monastr) musiqi dini xidmət və duaların ayrılmaz hissəsi 
idi. Veda dönəmində brahmanların monoton dini ilahilər oxuma-
sı məlum idi, brahmanların təxminən 2500 illik ilahilər oxuması 
təcrübəsi praktiki baxımdan dəyişməz qalaraq davam edir. Sadə 
dini nəğmələr (“bhacan”, “abhanq”, “kirtan” və s.) vasitəsi ilə 
əhali arasında dini təlimlər yayılmışdır. 
Brahma  tanrısının  arvadı  və  ya  qadın  başlanğıcı  Sarasvati 
musiqinin himayədarı sayılır, hətta müasir dövrdə belə məktəb-
lilər, tələbələr, musiqiçilər ildə bir gün Sarasvatiyə ibadət edirlər, 
həmin gün “Sarasvati puca” adlanır. Sarasvatinin heykəli və ya 
şəklinin qarşısına kitab və musiqi alətləri düzürlər. Dini əfsanəyə 
görə, Sarasvatinin oğlu, “rişi” Narada istedadlı musiqiçi olmuş-
dur, adətən o, əlində musiqi aləti “vina” ilə təsvir olunur. 
Hökmdar Samudra Qupta elm və incəsənətin himayədarı ol-
muş, şair və musiqiçi olmuşdur, bəzi sikkələrdə o əlində musiqi 
aləti ilə təsvir edilmişdir. 
“Varna-cati” sistemi sənətkar, tacirlər və s. ilə məhdudlaşma-
mış, bura ayrıca cati təşkil edən musiqiçilər, aktyorlar, mirzələr də 
daxil idi. “Maytri-upanişad”da brahmana rəqqas və aktyorla ün-
siyyətin qadağan edilməsi bu sənət sahəsinin yarandığını göstərir, 
aktyorların sosial statusu aşağı olmuşdur. 
Bir sıra qədim mənbələrdə musiqiçilər, xanəndələr, müxtəlif 
musiqi  alətləri  haqqında  məlumatlar  vardır.  Panininin  əsərində 
instrumental musiqi, mahnı oxumaq, rəqs sənət kateqoriyalarına 
(“şilpa”) aid edilir. Panini orkestr, musiqi qrupu haqqında məlu-
mat verir, belə qruplar Bharhuta heykəllərində təsvir edilmişdir. 
Müəllifi Muni Bharata (e.ə.II əsr) olan ən qədim musiqi və 
rəqs bilgisi kitabı əfsanəvi şair və musiqiçilərin adını (“Qandhar-
va”vedaları)  daşıyır.  Matanqinin  “Brihaddeşi”  (VI-VII  əsrlər) 
adlanan əsərində yeddi əsas mahnı, nəğmə növü “qiti” haqqın-
da məlumat verilir, “raqa”, ya da “qiti”lərdən biri kimi baxılır. 
Naradanın “Sanqitamakarande” (VII-IX əsrlər) əsərində cinslərə 


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə