Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə35/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   ...   31   32   33   34   35   36   37   38   ...   74

Hindistan etnoqrafiyası
105
doqquz gecə) bayramının kulminasiyası sayılır. Navaratra aşvin 
ayının  (sentyabr-oktyabr)  ayının  birinci  gecəsində  başlayır  və 
doqquz  gün  davam  edir.  Hər  gündüz-gecə  Durqa  tanrısının  bir 
təzahürünə həsr olunur. Durqa tanrıçasını ərə getməmiş qız can-
landırmalıdır. Tanrıça rolunda olan qızın heç bir qüsuru olmama-
lı,  sağlam,  gözəl  olmalıdır.  Bir  qıza  doqquz  gün  ərzində  və  ya 
doqquz qıza bir gün ərzində ibadət edilir. Bu mərasim beşinci gün 
keçirilir, bu gün müqəddəs Durqaya həsr olunur və “Lalita Pan-
ça”  adlanır. 
Doqquz günlük Navaratra ərzində Devaya ibadət edənlər ya qi-
dadan kənar dururlar, ya da gündə cəmi bir dəfə yemək yeyirlər. Öz 
inancında zəif olan və ya mərasimə sonacan əməl edə bilməyənlər 
üç, beş və ya yeddinci gün ərzində ibadəti dayandıra bilərlər.
Kahin brahmanlar mərasimlər həyata keçirir, magik rituallar 
yerinə yetirirlər. Minnətdarlıq naminə onları yedizdirir, az miq-
darda pul və paltar verirlər. Navaratra Durqaya həsr olunduğun-
dan “Durqa-puca” və ya “Durqotsava” adlanır.
“Navatratra” orucu Ramanın Lanka döyüşü zamanı Durqanı 
bağışlamaq üçün tutduğu orucun şərəfinə tutulur. Ramanın cinlər 
hökmdarı Ravananı məğlub etməsi bayram günü Ravananın sim-
vollarının yandırılması ilə qeyd olunur. Orucun səkkizinci günü 
qəhrəman Rama təşəkkür qurbanı vermiş, onuncu gün Ayodhaya 
geri qayıtmışdır. Bütün bu hadisələrin şərəfinə Dasera bayramı 
keçirilir. 
Delhidə bu bayram Ram Lila adlandırılır, bayram günləri Ra-
mayana  dastanı  canlandırılır  və  havayа  fişənglər  atılır.  Mаysor 
və Əhmədabadda böyük bayram nümаyişləri kеçirilir. Qərbi Ben-
gal əyalətində bu bayram Ramanın Ravananı Durqanın köməyilə 
məğlub etdiyinə görə “Durqa Puca” adı ilə məşhurdur. 
Maharacalar bu bayramı əsl hökmdar təntənəsi ilə keçirirlər, 
səhər tezdən “qadi” ayini keçirilir, taca baş əyilir, bundan sonra 
fillərin,  atların,  arabaların  yürüşü  keçirilir.  Maharaca  mərasimə 


Bəhmən Əliyev-Ayvazalı
106
rəhbərlik  edir,  nümayişə  qatılanları  salamlayır.  Nümayiş  sonun-
da brahmanlara hədiyyələr verilir. Günorta isə knyazlığın ordusu 
(toplar, süvarilər, piyadalar və s.) yürüş keçirir, sonda qurbanver-
mə və “puca” mərasimi keçirilir, fillərin üstündə gedən maharaca 
və sərdarlar “şriman maharaca bidcai bhava” (Maharaca qalib gəl-
sin!) sədaları altında yürüşü davam etdirirlər, sonda əsgərlər mü-
kafatlandırılır. İnanca görə, hərbi yürüşlər “Dasera” bayramı günü 
başlamışdır. Hazırda Hindistanın bəzi bölgələrində dərslər bu gün 
başlayır, bu bayram “kitablara ibadət günü” kimi də qeyd edilir. 
“Divali”  (Dipavali)  bayramı  Vikrama  erasını  (təqvimini) 
qəbul edən hindusların keçirdiyi təntənəli gündür. Bayram okt-
yabr-noyabr aylarında başlayır. Beş gün davam edən bu bayra-
mın birinci günü yeni iş ilinin başlanğıcıdır. İkinci gün Krişnаyа, 
üçüncü gün Şivaya, dördüncü gün isə yoldaş kimi görünən, lakin 
şeytanı bir güc olan Baliyə həsr оlunmuşdur. Beşinci gün оğlаnlаr 
qızlara baş çəkir, qızlar və qadınlar ərlərinin, oğullarının, qardaş-
larının alınlarına “tikka” deyilən qırmızı boya ilə bir nöqtə qoyur, 
kişilərə ziyafət verirlər.
 Bayram haqqında müxtəlif əfsanələr vardır. Əfsanələrin bi-
rində qeyd olunur ki, bu gün Vikramaditya hakimiyyətə gəlmiş-
dir. Digər bir rəvayətə görə, məhz bu gün tanrı Vişna hakimiyyəti 
cin Balinin əlindən almışdır. Həmin gün Maharaştada qadınlar öz 
kastalarının adətlərinə uyğun olaraq düyü unundan Balinin təs-
virini hazırlayır, ona sitayiş edir, “Bütün şər məhv olsun, Balinin 
hakimiyyəti bərpa olsun”. Üçüncü rəvayətə görə, Divali günündə 
tanrı Vişna Şər qüvvə olan Narakasurunu öldürmüşdür. Ən geniş 
yayılmış əfsanəyə görə isə Divali günündə Lankadan geri qayı-
dan Rama hökmdar olmuşdur. Gecələr yandırılan saysız-hеsаbsız 
yağ şamı Ramanın sürgündən evinə dönüşünü canlandırır. 
Ehtimal  ki,  Divali  əvvəllər  Ramanın  hakimiyyətə  gəlməsi 
günü kimi qeyd olunmuşdur. Vikramatitya da özünün hakimiy-
yətə  gəlməsi,  taxt-taca  oturması  günü  kimi  Divali  bayramını 


Hindistan etnoqrafiyası
107
uğurlu gün kimi seçmişdir. Buna görə də iki tarixi hadisə üst-üstə 
düşmüşdür.  Bu  bayram  Bombеydə  Lakşmi  və  Kəlküttədə  Kali 
tanrısının  şərəfinə  keçirilir.  Hind  tacirləri  öz  hesab  kitablarını 
təzələyir, öz evlərini, iş yerlərini yuyub təmizləyirlər. Var-dövlət 
tanrısı sayılan Lakşmiyə ibadət xüsusi təntənə ilə keçirilir, həmin 
ilin uğurlu olacağına inanılır. Həmin gün qohumlara, dostlara, iş-
çilərə hədiyyə verilir. Bayram günü insanlar gözəl paltarları ilə 
yarmarkalara,  məbədlərə,  ictimai  parklara  baş  çəkirlər.  Uşaqlar 
bu bayramı “şamlar və şirniyyat” bayramı adlandırırlar.
Divali bayramı qumar oyunları üçün uğurlu gün sayılır. Əf-
sanəyə görə həmin gün tanrı Şiva öz arvadı Parvati ilə oynayır, 
hər şeyi uduzduqdan sonra Qanq çayı sahilində yaşamağa gedir. 
Atasının bu vəziyyətini görən Kartikeya oyunu öyrənir, anasını 
oyuna çağıraraq, hər şeyi udub atasına qaytarır. Anasının vəziy-
yətini, yoxsullaşdığını görən Qaneş oyunu öyrənir, öz qardaşını 
udur. Bu oyun bir neçə mərhələdə davam etmiş, ailədaxili ziddiy-
yətlərə gətirib çıxarmışdır. Sonda Şiva tanrısı sülh yaradır və bu 
günü oyun üçün uğurlu gün elan edir.
“Divali” sözü “dipavali” sözünün təhrif olunmuş formasıdır, 
“od xətti” deməkdir. Hindistanın bir sıra bölgələrində Narakasu-
ru və Ravananın şəkilləri yandırılır. Benqaliyada inanırlar ki, bu 
bayram günü gecəsi “pitra” (ruhun əcdadlar dünyasına getməsi) 
başlayır. Gecələr mayak funksiyasını yerinə yetirən lampalar yan-
dırılır. Bu gün Krişna tanrısına və Qovardhana dağına ibadət olu-
nur. Divаli bаyrаmı məhsul bаyrаmı da sаyılır. 
“Holi” hindu bayramları içində ən coşğulu olanıdır. İnama 
görə, qış qurtarır, yay başlayır. Bu bayramda, yazın gəlişini qeyd 
etmək üçün boyalı sularla və toz boyalarla rənglənmək lazımdır. 
Bu xoş və şirin arzuların ifadəsi deməkdir.
 Gecə yandırılan оcаqlаr şeytan ruhlu Holikanın yoх еdilmə-
sinin simvoludur. Bu günlərdə iştirаkçılаr köhnə paltarlаr geyi-
nirlər, bayram bitdikdən sonra təmizlənməsi qeyri-mümkün olan 


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə