Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə31/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   ...   27   28   29   30   31   32   33   34   ...   74

Hindistan etnoqrafiyası
93
distanda rəsmən əhalinin yarısı aşağı kastalara aiddir. Bu kastalar 
öz haqq və hüquqlarını tanıtmaq üçün uzun illər mübarizə apar-
mışlar, lakin indi əhalinin çoxluğu səbəbindən hər kəsdən üstün 
gücə malikdirlər. Aşağı kastaya mənsub əhalinin sayının çox ol-
ması parlament demokratiyasında həlledici faktora çevrilmişdir.
Yuxarı  və  aşağı  kastalar  arasında  münasibətlər  sosial  gər-
ginliklə müşayiət olunmuşdur. Hindistan dövləti cəmiyyətdə baş 
verən bu dəyişikliklərə reaksiya verərək təhlükəli sosial problem-
lərin həlli üçün güzəştlər, əhalinin əksəriyyətini təşkil edən aşağı 
kastalara münasibətdə mülayimləşməsi yolunu tutmuşdur. Məhz 
bu müstəvidə aqrar islahatlar keçirilmiş, ali məktəblərdə, dövlət 
və yerli özünü idarəetmə orqanlarında “geri qalmış siniflər” üçün 
kvotalar  müəyyənləşdirilmişdir.  Bununla  da  iki  məqsədə  nail 
olunmuşdur: Birincisi, sosial partlayışa imkan verilməmiş, ikin-
cisi isə hind cəmiyyətinin əsaslarına zərbə vurmadan aşağı kas-
taların təhsilə, dövlət idarəçiliyinə cəlb olunması baş tutmuşdur. 
Hindistanda 1977-ci il parlament seçkilərində şimalda “hin-
didilli  qurşaqda”  və  qərbdə  (Qucarat)  çoxsaylı  kəndli  kastaları 
“Canata Parti” (Xalq Partiyası) koalisiyasının Hind Milli Konq-
resi üzərində qələbəsini təmin etdilər. Bu kastalar təkcə iqtisadi 
tələblər irəli sürmür, indiyədək yuxarı kastaların nəzarətində qal-
mış sosial həyatın bütün sahələrində təmsil olunmağa çalışırdılar. 
Parlament üzvü B.P.Mandalanın rəhbərlik etdiyi komissiya “geri 
qalmış siniflər” (qeydə alınmış kastalar), “qeydə alınmış tayfa-
lar” və “digər geri qalmış kastalar”ı öyrənərək 1980-ci ildə parla-
mentə təklif etdi ki, onların dövlət orqanlarında, ali məktəblərdə 
təmsil olunması üçün kvotalar müəyyənləşdirilsin. Öz hesabatın-
da (1980) Mandala komissiyası bildirdi ki, 1955-ci ildə yaradıl-
mış oxşar komissiyanın gəldiyi rəy hələ öz qüvvəsində qalır, yəni 
kasta faktoru hind cəmiyyətinin inkişafına mühüm təsir göstərir. 
“Mandala komissiyası” bildirirdi ki, yuxarı kastalar ölkə əhali-
sinin 17,6 %-ni təşkil etməsinə baxmayaraq dövlət orqanlarında 


Bəhmən Əliyev-Ayvazalı
94
işləyənlərin 68,8 %-i onlardandır. Əksəriyyəti kəndlilər və sənət-
karlar olan “geri qalmış siniflər” əhalinin 52 %-ni təşkil etmələ-
rinə  baxmayaraq,  onlar  dövlət  orqanlarında  cəmi  12,5  %  yerlə 
təmin olunurlar. “Qeydə alınmış kasta və tayfalar” isə ölkə əhali-
sinin 22,5 %-ni təşkil etmələrinə baxmayaraq dövlər orqanlarında 
ən aşağı vəzifələrdə 18,7 % kvotaya malikdirlər. Beləliklə, ölkə 
əhalisinin dörddə üçü dövlət idarəetməsindən kənarlaşdırılmışdır. 
“Mandala komissiyası” “geri qalan siniflər” üçün 27 %-lik kvo-
ta müəyyənləşməsini təklif etsə də bu təklif parlamentdə qəbul 
olunmadı. Yalnız 1990-cı ildə Milli Cəbhə hökumətinin baş naziri 
Vişvanath Pratap Sinqh parlamentdə dövlət müəssisələrində, ali 
məktəblərdə 27 %-lik kvotanın parlamentdə qəbul edildiyini bil-
dirdi. Bu yuxarı kastaların ciddi etirazına, hətta toqquşmalara sə-
bəb oldu. Kvotaların tətbiqi hakimiyyətə yolu açırdı. Delhi və di-
gər “hinddilli qurşaq” şəhərlərində bu qərarın əleyhinə aksiyalar 
keçirildi, hətta etiraz olaraq 63 tələbə özünü yandırdı. Bu əks re-
aksiya doğurmuş, kəndli kastaları şimalda kvota qərarını dəstək-
ləmək məqsədi ilə, brahmanların əleyhinə çoxsaylı mitinqlər təş-
kil etmişlər. Ali Məhkəmənin kvotanın əleyhinə qərarı baş nazir 
Sikhi istefa verməyə məcbur etsə də, bu məsələ sonrakı illərdə də 
siyasi mübarizənin əsas istinad nöqtələrindən biri oldu. Hindistan 
Ali Məhkəməsi 1992-ci ilin dekabr ayında hökumətin “Mandala 
komissiyası”nın “digər geri qalmış kastalar” üçün 27 %-lik kvo-
tanın tətbiqi təklifinin həyata keçirməsi barədə qərar çıxardı. Ali 
Məhkəmənin bu qərarı “geri qalmış siniflərin” siyasi identifika-
siyasının formalaşmasına xidmət etdi. Bu siyasi nomenklaturaya 
“geri  qalmış  kasta  və  icmalar”,  yəni  əksəriyyəti  keçmiş  kəndli 
əkinçi kastalar, eləcə də qeydə alınmış kasta və tayfalar aid edilir. 
Onlar hamısı bir yerdə yuxarı kastalara qarşı qoyulurdu, hətta va-
hid cəbhədə çıxış edirdilər. Siyasi həyata əvvəllər dövlətin idarə 
olunmasına  iddia  etməyən  sosial  qruplar  cəlb  olundu.  Həmin 
dövrdə Bihar və Uttar-Pradeş ştatlarında hökumətə “geri qalmış 


Hindistan etnoqrafiyası
95
siniflərin” nümayəndələri seçildilər: Bihar ştatında Lalu Yadovo, 
Kalyan Sinqh, Uttar-Pradeş ştatında Mayavati, Mulayam Sınqh 
Yadovo hökumətə rəhbərlik edirdilər. Hindistan səviyyəsində isə 
“dalitlərin” (“toxunulmazlar”) nümayəndəsinin dövlətdə ən yük-
sək postlara seçilməsi tarixi fakt idi. K.R.Narayanan 1997-2002-
ci illərdə Hindistanın prezidenti, Q.M.Balayoqi 1998-2002-ci il-
lərdə parlamentin aşağı palatasının sədri olmuşdur. 
Sosial-iqtisadi  bərabərlik  uğrunda  mübarizə  aparan  kəndli 
kastalarından fərqli olaraq, ən aşağı kasta sayılan “dalitlər” özləri 
çoxsaylı kastalara və alt-kastalara ayrılır, heç bir ştatda çoxluğu 
təşkil etməyərək zəif təşkil olunmuş əhali qrupu sayılır. Maha-
raştrada “dalit” hərəkatı diqqəti cəlb etsə də onların maraqların-
dan  çıxış  edən  Hind  Respublika  Partiyası  çoxsaylı,  bir-biri  ilə 
mübarizə aparan  fraksiyalara  parçalanmışdır.  Şimali  Hindistan-
da “dalitlər” daha təşkilatlanmış vəziyyətdədirlər. “Çamara” və 
“catava” dalitləri “Bahucan Samac Parti”nin (Xalqın Partiyası) 
əsasını təşkil edirlər, bu partiya bir neçə dəfə Uttar-Pradeşdə haki-
miyyətə gəlmişdir. Saylarının çox olmasına baxmayaraq, zəif iq-
tisadi güc, hakimiyyət uğrunda mübarizədə resursların olmaması 
səbəbindən dalitlər həmişə başqa partiyalarla ittifaqa girməyə üs-
tünlük verirlər. 
Kəndli  kastalarının  güclənməsi  Hindistanda  brahmanların 
ənənəvi hakimiyyətinin rolunu azaltmışdır. Hələ 1920-1940-cı il-
lərdə çox sayda brahman ölkənin cənubundan şimalına köçmüşdür. 
Mahatma Qandinin 1948-ci ildə brahman Qodse tərəfindən öldü-
rülməsindən sonra isə xüsusi ilə Maharaştrada brahmanlar kənd-
ləri tərk etmiş, hətta xaricə köçmüşlər. Aqrar islahatlardan sonra 
isə kəndlərdə yaşayan brahmanlar öz iqtisadi vəziyyətlərinə görə, 
“digər geri qalmış siniflər”lə bərabər idi. Şəhərlərdə də brahmanlar 
öz təsirlərini itirmişlər, onlar xidmətçi, aşpaz, mexanik, avtobus 
sürücüsü, poçtalyon, dənizçi və s. işləyirlər. Ümumiyyətlə, Hin-
distanda brahmanların sayı əhalinin 5,5 %-ni keçmir. Brahmanlar 


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə