Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə36/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   ...   32   33   34   35   36   37   38   39   ...   74

Bəhmən Əliyev-Ayvazalı
108
paltar аtılır. Əsasən aşağı kastaların bayramı sayılan Holi məhsul-
darlıq bayramıdır, phalqun (fevral-mart) ayında keçirilir. Bayram 
haqqında çoxlu əfsanələr vardır. Bu bayram Krişnanın demon Pu-
tananı məhv etməsinə həsr olunur və qışı simvolizə edir.
Başqa bir əfsanəyə görə, “Holi” bayramı Şivanın sevgi tan-
rısı Kamunu yandırmasına həsr olunmuşdur. Cənubi Hindistanda 
bu bayram günü oxunan mahnıların bəziləri Ratinin öz xanımı 
haqqında ağılardır. Bayramın əsas xüsusiyyətlərindən biri ədəbsiz 
mahnıların oxunması, rəngli su ilə bir-birini islatmaq, hay-küylü 
kütləvi izdihamın hərəkətidir.
Holi  günlərində  küçələr  rəqs  edən,  müxtəlif  mahnılar  oxu-
yanlarla dolub daşır. Belə bayram üsulu Pəncab üçün daha xarak-
terikdir. Bayram iştirakçılarının paltarları göy qurşağı kimi rəng-
lənir. Bu günlərdə qadınlar evdə oturmağa çalışırsa da, onlar da 
bayramda iştirak edir, öz qardaşlarını, yaxın kişi qohumlarını su 
ilə isladırlar. Holi bayramında qocalar əylənirlər, uşaq və qadınla-
rın su hücumlarına itaətkarlıqla tab gətirirlər. Həmin gün müxtəlif 
oyunlar oynanılır, sadəlövhlər kələksiz yalanla aldadılır.
Madrasın bəzi vilayətlərində kişi və qadınlar arasında zarafat-
yana döyüş təşkil olunur. Qadınlar bir dəstə sünbül götürüb ağaca 
çıxırlar. Kişilər bu dəstəni almaq üçün çalışırlar, qadınlar kişilərə 
qarşı  dururlar.  İndorada  tacirlər  Nathuramanın  (yerli  tanrı)  12 
metrlik böyük heykəlini gil və küləşlə bəzəyirlər. Təsvirin utandı-
rıcı açıqlığına görə, hökumət şurası onu qadağan etmiş, lakin çox-
lu müraciətlərdən sonra, imzatoplamadan sonra müəyyən şərtlərlə 
Nathuramanın təsvirinin gəzdirilməsinə icazə verilmişdir.
Bayramın beşinci günü odla bağlı qışın basdırılması anlamına 
gələn əsas mərasimdən sonra milli knyazlıqlarda sərdarlar, məmur-
lar rəngli toz atır, meydanları rəngli su ilə sulayırlar. Ranqpançami 
adlanan bu adət ailələrdə bayramın sonuncu mərasimi sayılır.
“Mahaşiva Ratra” bayramı “maqha” (yanvar-fevral) ayında 
keçirilir. Bayramla eyni zamanda Şivanın şərəfinə oyaq qalma və 


Hindistan etnoqrafiyası
109
oructutma gecəsi başlayır. Buna görə də bayram Şivaratra (ma-
ha-böyük deməkdir) adlanır. Oruc tutanlar gündüz vaxtı özlərini 
yeməklə “mükafatlandırırlar”, çünki bundan sonra oruc mərasimi 
başlayır. Əfsanəyə görə Şivaratra (Şivaratri) bayramının keçiril-
məsi ovçunun orucunu və oyaq qalma bilmədən pozması ilə bağ-
lıdır. Bundan sonra ovçu heyvanları sevmiş və Şivaya ibadət edən 
müqəddəsə çevrilmişdir. Bu çevrilmənin əsas tarixi isə aşağıdakı 
kimidir: Lubhdhaka adlı bir avam ovçunu borc sahibləri tutaraq 
Şivanln  məbədinə  həbs  edirlər.  Məbəddə  bağlı  qapılar  arxasın-
da qalanda o eşidir ki, Şivanın pərəstişkarları tanrının adını tək-
rar edirlər, o, bu ilahinin mənasını başa düşməyə çalışır. Şivaya 
ibadət edənlər ovçunun borcunu verdiklərindən onu azad edirlər. 
Azadlığa çıxan ovçu yenidən ov dalınca meşəyə gedir. Yarpaqları 
Şivaya qurban verilən bel ağacının yarpaqları arasında gizlənir. 
Ovçu tərpəndikcə yarpaqlar linqaların (fallos) üstünə tökülür. Bu 
isə çox dindar əməl sayılır. Bundan başqa həyəcanlanan ovçu bir 
neçə  dəfə  Şiva  tanrısının  adını  çəkir.  Özü  başa  düşməsə  də  bu 
onun böyük mənəvi xidməti olur. Axşam vaxtı ağaca dişi, boğaz 
maral yaxınlaşır. Ovçu nişan alanda maral ona yalvarır, deyir ki, 
ondan sonra daha bir maral gəlir, onu öldürə bilər. Əgər buna razı 
deyilsə, o, yuvasına getsin, körpəsini doğub, yoldaşlarına tapşı-
rıb, geri qayıtsın və bundan sonra ovçu onu öldürsün. Dişi ma-
ral onu da deyir ki, Şivanın təsviri önündə rəqs etməyə laqeyd 
yanaşdığına görə, tilsimlənib, bunun nəticəsində marala çevrilib 
və qara marala çevrilmiş asurla yaşamağa məcbur olub. Şivanın 
adının təkrarlanması nəticəsində ovçu heyvanlara qarşı məhəb-
bətlə yanaşır və maral geri qayıdacağına and içdikdən sonra onu 
buraxır.  Lubdhaka  Şivanın  adını  çəkərək  yenidən  bel  ağacına 
çıxır, gündüz və gecə heç nə yemir. Gecəyarısı, acından vəziyyəti 
pisləşəndə ona bir erkək maral yanaşır. Bu maral da öz yoldaşını 
axtarırmış. Ovçunun onu nişan aldığını görüb yoldaşını görmə-
miş onu öldürməməsi üçün yalvarır. Ovçu onu da buraxır. Birinci 


Bəhmən Əliyev-Ayvazalı
110
maral yuvasına dönür, balalayır. İkinci dişi maral və qara maral 
görüşürlər. Bundan sonra qara maral dişi maralları yuvada qoya-
raq,  öldürülmək  üçün  ovçunun  yanına  qayıtmaq  istəyir. Amma 
marallar buna razı olmurlar. Hər üçü ovçunun yanına gələrək ilk 
olaraq  hansının  öldürülməli  olduğunu  soruşurlar.  Şivanın  adını 
zikr etməklə, onun şərəfinə oyaq qalmaqla ovçunun günahları yu-
yulduğundan o, yemək naminə canlıları öldürməyin günah oldu-
ğunu dərk edir. Ovçu vəz oxuyaraq maralları buraxır. Həmin anda 
müqədds arabada Şivanın elçiləri gəlirlər və ovçunu Şiva-lokuya 
(Şiva ölkəsi) aparırlar. 
“Şivaratra”  hindilərin  ən  vacib  bayramlarından  biridir.  Bu 
bayram  günü  çayların  sahillərində  yarmarkalar  təşkil  olunur, 
minlərlə  insan  bu  yarmarkalara  gəlirlər.  Yarmarkalarda  mahnı 
oxunur,  rəqs  edilir.
“Qaneşa-Çaturti”  bayramı  Bhadparad  ayının  (avqust-sent-
yabr) dördüncü (çaturthi) günü keçirilir. Həmin gün gildən Qa-
neşin fiqurları hazırlanır, onlara sitayiş olunur. Hər evdə Qaneş 
heykəlinin yanına su qоyulur. Puna, Madras və Bombеy “Qaneşa 
Çaturti”  bаyrаmın  mərkəzləri  sаyılır.  Məbədlər  bəzənir  və  ev-
lərdə Qaneş heykəllərinin qarşısında ibadət edirlər. Gün boyun-
ca havayа fişənglər atılır. Bayram günü Qaneş heykəlləri çayda, 
çöldə  və  ya  dənizdə  batırılır.  Gil  heykəlləri  çiçəklərlə  bəzəyir, 
başlarının üstündə musiqi sədaları altında, rəqslərin müşayiəti ilə 
aparırlar. Sahildə gil fiquru yerə qoyur, ayinlər keçirir, sonra onu 
suya buraxırlar. Gil fiquru suda axıtdıqdan sonra həmin yerdən 
gil  və  ya  qumu  sinilərdə,  yaxud  Qaneşin  heykəlini  gətirdikləri 
qutularda apararaq taxıl anbarlarında, ərzaq saxlanılan otaqlarda 
saxlayırlar  ki,  növbəti  ildə  bol  məhsul  olsun.  “Qaneşa-Çaturti” 
günündə ayın görünməsi uğursuz əlamət sayılır, həmin gün ayı 
görən  tilsimləndiyini  düşünür.
Əfsanəyə  görə,  Krişna  nahaqdan  Prasenanın  ölümündə  gü-
nahkar  bilinmiş,  eyni  zamanda  ayı  gördüyü  gün  Sımantakunu 
oğurlamışdır. Bu günah (ayı görmək) yalnız növbəti gün and iç-


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə