Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə26/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   ...   22   23   24   25   26   27   28   29   ...   74

Bəhmən Əliyev-Ayvazalı
78
“müqabilində” bu və ya digər vаrnаyа məxsus olurlar. “Mahab-
harata və ya Bharata övladlarının böyük vuruşları haqqında das-
tan”da Şakuntala hökmdar Duşyantaya deyir: “-İndi ki bilə-bilə 
həqiqəti inkar edirsən, deməli, təkcə məni və xalqını aldatmırsan, 
doğma  oğlunu  danmaqla  hən  də  böyük  bir  sərvətdən  məhrum 
olursan. Elə bilmə ki, sənin bu haqsızlığından heç kim xəbər tut-
mayacaq. Nahaq deməyiblər ki, heç bir günah cəzasız qalmır:
Bizim naqis əməllərimiz
Sanma bir gün yaddaşlardan 
Öz-özünə çıxasıdır!
Həqiqətin adıyla
Könüllərdə yaz olur!-
Unutma ki, həqiqət
Günəşin, Yerin, Göyün
Ayın, Odun, Küləyin
Bir də ki, bu ürəyin
Yaddaşına yazılır!
 Qədimdən hind cəmiyyəti təbəqələşmiş sistem əsasında in-
kişaf etmişdir. Bu vəziyyət “çaturvarna” və ya “çrama-dharma” 
(dörd  “varna”nın  və  həyatın  dörd  mərhələsi  haqqında  qanun) 
adlanan sosial təlimdə əksini tapır. Çoxsaylı “cati”lərdən ibarət 
“varna”ların  strukturunun  mürəkkəbləşməsi,  “kula”  və  “cati” 
adlanan, sənət sahələrinə görə icma-tayfa strukturlarının yaran-
ması kasta cəmiyyəti tərəfindən yerli icma və tayfaların udulması 
(absorbisiyasiya) prosesini əks etdirirdi. Eksterritorial varna sis-
teminə lokal icmaların “qəbulu” kasta quruluşunun formalaşma-
sının əsas mexanizmi idi. Ehtimal ki, arilərlə üz-üzə gələnədək 
yerli icmalar kastayabənzər cəmiyyətə malik idilər və kasta böl-
güsü ariyaqədərki mədəniyyət ənənələrinə aid edilir. 
“Dharmaşastra”larda  kasta  quruluşunun  vacibliyi  Hindis-
tanda etnik rəngarəngliklə əlaqələndirilir, hind-arilərin “mədəni” 
obrazı brahmanların hakimiyyəti altında olmayan “qeyri-mədə-


Hindistan etnoqrafiyası
79
ni” xalqlara (mleççha, nişada, kirata və s.) qarşı qoyulur. Hətta 
yuxarı “varna”ya mənsub insanların aşağı “varna” nümayəndələri 
ilə birlikdə yemək yemələri qadağan idi, çünki yuxarı “varna”-
lar bunu xoş qarşılamırdılar, özlərini “çirklətmə” qorxuları vardı. 
E.ə. I əsrdə kasta cəmiyyəti bir sıra özünəməxsus xüsusiyyətlə-
ri mənimsəmişdi: İlk üç hind-ari “varna”ya dördüncü şudra 
“varna”sı əlavə olunmuş və “varna”ya daxil olmayan “avar-
na” yaranmışdır. Dörd “varna”ya aid şəxslər “təmiz”, “var-
na”ya daxil olmayanlar isə “çirkli” sayılırlar. “Varna”lar çox-
saylı “kapsul” formalı kastaya bənzər “cati”lərdən ibarət idi. 
“Dharmaşastra”ya  görə,  varna  sisteminə  daxil  olmayanlar 
beşinci ”avarna”nı təşkil edirlər, saylarına görə hazırda ölkə əha-
lisinin  beşdə  birini  təşkil  edirlər.  Dini  baxımdan  “qeyri-təmiz” 
sayılan  “avarna”lara  Hindistanda  müsbət  diskriminasiya  tətbiq 
olunur.  “Avarna”  özünün  iyerarxik  sistemini  yaradır,  hökumət 
onlara qarşı təhsil, dövlət xidmətinə qəbulda kvotalar tətbiq edir. 
Bu digər kasta qruplarının qısqanclığına gətirib çıxarır.
Tarixən “hinduizm ərazisi”nin genişlənməsi və brahmanizm 
təliminin hind əhalisi arasında yayılması nəticəsində hind cəmiy-
yəti  bölümlü  (seqmentli)  xarakter  daşımış,  kasta  cəmiyyətində 
sosiallaşma baş vermişdir. Bu xüsusi assimlyativ variantın təsviri 
üçün “sanskritləşdirmə” (hərfən mədəniləşdirmə) anlayışı uyğun 
gəlir. Sistemli sanskritləşmə hinduizmin sosial texnologiyasının 
əsas aspektlərindən biri, etnoslararası qarşılıqlı təsir üsullarından 
biridir. Brahman nəzəri və praktiki cəhətdən etnik icmaların mə-
dəni muxtariyyatını hər bir “cati”nin “öz həyat qanunları” əsasın-
da tanıyır, bu da “cati”lərin etnik özüməxsusluqlarının qorunub 
saxlanılmasına imkan vermişdir. Bu yanaşmanın nəticəsi belədir 
ki, sanskritləşməsinin obyekti və ənənəvi cəmiyyətin struktur va-
hidi olan “cati”lər etnik konsolidasiyanın əsas formasına çevril-
mişdir. “Svadharma” prinsipi və bu prinsipdə əksini tapan, “cati” 
və kula sosial seqmentləri üçün nəzərdə tutulan dini göstərişlər 


Bəhmən Əliyev-Ayvazalı
80
sanskritləşmə yolu ilə etnoslararası qarşılıqlı münasibətlərin qu-
rulması üçün ideoloji təminata çevrilir. Maraqlı odur ki, ənənəvi 
magik-animist dünyagörüşlərin təsiri altında sərhədlər müəyyən-
ləşir, brahmanizmin “cati” naturfəlsəfəsi daxilində qəbul olunur. 
“Cati” ona ünvanlanan “Cati-daharma” (“cati”nin həyatı haqqın-
da qanun”) dini göstərişləri əsasında inkişaf edir. Sanskritləşmə 
yad  qrupların  hind  cəmiyyətində  sosiallaşmasını  nəzərdə  tutan 
unikal,  universal  üsuldur.  Beləliklə,  institusional  transformasi-
ya-sanskritizasiya prosesi nəticəsində etnokasta icması formala-
şır. “Cati”lərin statusu və etnokasta icma “varna” terminlərində 
əks olunur, təsərrüfat-mədəni tipləri ilə əlaqələndirilir. İsti qurşaq 
əkinçilərinin təsərrüfat-mədəni tipi (şudra), köçəri və yarımköçə-
ri maldarların təsərrüfat-mədəniyyət tipi (kşatri), tropik qurşağın 
yığıcılar və balıqçıların təsərrüfat-mədəniyyət tipi fərqləndirilir.
 
2.2.“Cati”lər hind cəmiyyətinin sosial əsası kimi
“Cati”nin  mövcudluğu  haqqında  arxaik  təsəvvürə  əsasən, 
yalnız qapalı və qohumlardan ibarət kollektiv (“cati” tayfa icmala-
rı birliyi) “ümumi taleyi” bölüşmək üçün ortaq həyat tərzi sürməli 
və həyat üçün vasitələri birgə əldə etməli, bu həyati bacarıqları 
başqaları  ilə  bölüşməməlidirlər.  İbtidai  cəmiyyətlərin  “cati”lərə 
bölünməsi bu qapalı formalı icmalarda özünəməxsus etnomədəni 
xüsusiyyətlərin  cəmləşməsinə,  dəqiq  şəkildə  sərhədlərin  müəy-
yənləşməsinə  gətirib  çıxarmışdır.  Bu  vəziyyət  magik-animist 
inanclarla, yadlarla münasibətlərdə özlərinə qarşı hörmətsizliyin 
qarşısını almaq cəhdi ilə əlaqədar idi. Mədəniyyətə və həyat tər-
zinə  görə  müxtəlif  “cati”lərin  fərqi  aydın  şəkildə  bilinir.  Kasta 
həyatının qaydaları arxaik tabu ilə assosasiya olunur. Bu tabular, 
inanclar Hindistanın təbiəti, flora və faunası ilə, ilk əkinçilər, ov-
çular və yığıcılar dünyası ilə bağlı idi.


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə