Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə24/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   ...   20   21   22   23   24   25   26   27   ...   74

Bəhmən Əliyev-Ayvazalı
72
“Ancuman”larda martın 31-də parsların “camşedi- novruz” ad-
lanan bayramı keçirilir, bunun üçün “caşah” (şükran mərasimi) 
təşkil olunur. Parslar Mumbayda çoxsaylı təhsil müəssisələrinə, 
xəstəxanalara, dini “sükut qalalarına” , od məbədi “aqiara” ma-
likdirlər. Bombeydə 13 ailə-“khandiyar”lar dəfn adətlərini yerinə 
yetirir, ölmüş parsların meyidlərini “sükut qüllələrinə” qoyurlar.
Od məbədləri arasında ən məşhuru Udvade şəhərində 1742-
ci ildə əsası qoyulmuş İranşo (Ataş behram) məbədidir, mərkəzi 
ziyarətgah sayılır. Hindistan hökuməti Udvadanı dinindən asılı ol-
mayaraq hindlilər üşün 9 əsas ziyarət yerindən biri elan etmişdir. 
Müasir  dünyagörüşlü  olmalarına  baxmayaraq,  kifayət  qədər 
qapalı icma sisteminə malik parslar başqalarını öz daxillərinə bu-
raxmamaqla yanaşı, heç bir başqa din mənsubu ilə nikah qurmurlar. 
Onların arasında gec evlənmə, qohumla evlənmə adəti yayılmışdır. 
Qarışıq nikah günah sayılır, belə nikahdan olan uşaqlar pars sayıl-
mır, belələri “navcot” mərasimini yerinə yetirə bilməzlər. Sayları 
sürətlə azalan parslar Avropa ölkələrinə köçməyə meyl edirlər.
Yəhudilik. Hindistanda yəhudilər üç dövrdə məskunlaşmışlar. 
İlk dəfə e.ə. 175-ci ildə Qalileyadan gələnlər Bombeydə məskun-
laşmışlar. Onlar özlərini “bene israil” və ya “ağ yəhudilər” adlan-
dırır, “təmizqanlı yəhudu” olduqlarını bildirirlər. Roma hökmdarı 
Tito  e.ə.  Qüds  şəhərindəki  yəhudi  məbədini  dağıtdıqdan  sonra 
daha bir qrup yəhudi qaçqınları Keralanın Malabar sahillərindəki 
Koçin şəhərində məskunlaşmış, yəhudi məhəlləsi qurmuşlar. On-
ların əsasını qoyduqları sinaqoqların bir çoxu hazırda fəaliyyət 
göstərmir. Bu qrup yerli əhali ilə qaynayıb-qarışmış, “koçini yə-
hudilər” və ya “qara yəhudilər” adını almışlar. Onlar özlərini İb-
rahim peyğəmbərin birbaşa nəsilləri sayırlar. Kəlküttə şəhərində 
XVIII əsrdə İraqdan köçmüş “bağdadi yəhudiləri” yaşayır, onlar 
digər  yəhudi  qruplarla  müqayisədə  daha  yüksək  statuslu  sayır-
lar. Hindistanda 1940-cı illərdə 40 mindən çox yəhudi yaşayırdı, 
1991-ci  il  siyahıyaalmasında  isə  5618  yəhudi  qeydə  alınmışdı, 


Hindistan etnoqrafiyası
73
hazırda  isə  onların  sayı  cəmi  iki  min  nəfərdir.  Saylarının  belə 
azalması yəhudilərin İsrailə köçməsi ilə əlaqədar idi. 
XX əsrin ikinci yarısında Hindistanın şimal şərqində iki yeni 
yəhudi qrupu ortaya çıxdı. Manipur və Mizoram ştatlarının qo-
vuşuğunda  yaşayan  “meytheylər”dən  4300  nəfər  1972-ci  ildə 
özlərinin İsrail oğullarının 10 qolundan biri olduqlarını açıqladı, 
bunun üçün Hindistan hökumətinə, Hind Yəhudi Şurasına müra-
ciət etdilər. Daha sonra Meqhala və Mizoram ştatlarında yaşayan, 
sayları iki milyon nəfər olan “çinkuki” tayfasının nümayəndələri 
özlərinin  yəhudi  olduqlarını  bildirdilər.  Hətta  Mizoram  ştatının 
paytaxtı Aycal şəhərində Sion küçəsi yarandı. Bu qrupun özünün 
ravvinləri, sinaqoqları vardır, Tora öyrədilir. “Çinkuki”lər özləri-
ni Manmasi və ya Manaşi (İosif Manassiyanın böyük oğlu) adlı 
yəhudi peyğəmbərinin nəslindən sayırlar. Monqoloid irqinə aid 
“çinkukilər” həyat tərzlərinə görə ətrafdakılardan fərqlənmirlər. 
İsrail hökuməti onları yəhidi saymır və ölkəyə gəlmələrinə icazə 
vermir. Lakin “çinkuki”lərin bəzi nümayəndələri Toranın öyrə-
dilməsi, yəhudilərin həyat tərzi ilə tanış olmaq üçün İsrailə dəvət 
olunmuşdur. Həm coğrafi şəraitin əlçatmazlığı, həm də bölgədə 
separatçı qrupların fəaliyyəti, Hindistan hökumətinin həssaslığı 
bu tayfalarla əlaqə qurmağı çətinləşdirir. 
Sual və tapşırıqlar:
1.Cənubi Hindistana ilk xristianlar I əsrdə gəlmişlər. 
2. Apostol Foma haqqında məlumat ver. 
3. Orta əsrlərdə Hindistanda xristianlığın yayılması portuqal 
və ingilis kolonializmi ilə sıx bağlı idi. 
4. Xristianların 70 %-i Kerala, Tamilnad, Andhre, Karnatak, 
Qoa və Maharaştrada yaşayır. 
5.  “Xristian  din  xadimləri  xristian  hindlilərin  eykümenist 
hərəkata  qoşulması  üçün  kilsənin  “hindliləşməsi”  ideyası  ilə 
çıxış  edirlər”-cümləsini  izah  edin.


Bəhmən Əliyev-Ayvazalı
74
II FƏSİL
HİNDİSTAN CƏMİYYƏTİNİN  
VARNA-CATİ QURULUŞU
M
odernləşmə baxımından əldə olunan uğurlarla 
yanaşı, mürəkkəb tərkibi ilə seçilən Hindistan 
cəmiyyəti  ənənəviliyini  qoruyub  saxlayır.  Bu 
ölkədə çoxsaylı etnolinqivistik, etno-ərazi, irqi, dini, lokal icma, 
korporativ, sosial-iqtisadi, status kateqoriyalar mürəkkəb şəkildə 
bir-birinə çulğalanmışdır. Sosiumda hər bir komponent bir neçə 
daxili  identifikasiya  göstəricisinə  malikdir.  Belə  hal  sosial  mü-
nasibətlərdə  çoxtərəfli  konfiqurasiya  ortaya  çıxarır.  Rəngarəng 
identiklik, icma qapalılığı sosial inkişafın dərin ənənəvi forma və 
modellərini əks etdirir. Maraqlıdır ki, hind cəmiyyətində dini-so-
sial  qrupların  qapalılığının  müəyyən  üstünlükləri  vardır.  Kasta 
qaydaları adətən, şəxsi və ictimai gigiyenanın kortəbii dərk edil-
məsi, bütövlükdə isə tropik iqlimə adaptasiya olunmuş strategiya 
kimi qəbul olunur.
Ənənəvi sosial münasibətlər özünü iyerarxik baxımdan sıra-
lanan, xarici əlaqələri sərt şəkildə məhdudlaşdıran endoqam ic-
malarda daha çox inkişaf etmişdir. Avropalı alimlər buna “kasta” 
(cins, növ) adını vermişdir və bu anlayış XIX əsrin ortalarından 
elmi baxımdam aktuallaşmışdır. Həmin dövrdə hind cəmiyyəti-
nin spesifik xüsusiyyətlərinin öyrənilməsi Böyük Britaniya kolo-
nial hakimiyyətinə praktiki baxımdan lazım idi. 


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə