Hindistan etnoqrafiyası
63
paylaşmа, pulsuz yemək (“langar”), gəlirin 10 %-ni bəxş etmək
(“dasvand”) zamanın 10 %-ni yaxşı işlərə xərcləmək.
Pəncab əyalətində siqhlərin dövləti 1875-ci ildə dаğılmış, in-
gilis işğаlı аltınа düşmüşdür. Siqhlərin kolonializmə qarşı çıxışla-
rı ingilislərin himayəsinə sığınan, onlara xidmət göstərən, “qurd-
var”ların rəhbərləri olan “mahanta”lara qarşı çevrilmişdir. XX
əsrin 20-ci illərində bu mübarizə daha da şiddətlənmiş, siqhlərin
könüllü dəstələri “qurdvar”ları tutaraq “mahantaları” qovmuşlar.
Bu könüllü qruplar arasında “Akali dal” (Ölümsüzlər) adlanan
korpus təşkil edilmişdir. Sonralar bu təşkilat Pəncabın ictimai-si-
yasi həyatında mühüm rol oynayan siyasi partiyaya çevrilmişdir.
1925-ci ildə kolonial hakimiyyət Pəncabda və qonşu vilayətlərdə
siqh “qurdvarlar”ına nəzarəti Qurdvarların İdarəolunması Ko-
mitəsinə (QİK) verilmişdir.
Hazırda QİK 750 “qurdvar”a nəzarət edir, bu təşkilat siqhlə-
rin mini –parlamenti sayılır. QİK rəhbəri siqhlərin dini və mülki
təşkilatı olan “Akali taxt”ın rəhbərini-“cathedar” (rəhbər) təyin
edir, o isə öz növbəsində “qurdvarlar”ın rəhbərlərini müəyyənləş-
dirir. Siqhlər üçün “Akali taxt”ın qərarı yekundur, ondan şikayət
oluna bilməz. “Akali taxt” icmanin hər bir üzvünü cəzalandıra
bilər, ən biabırçı cəza isə Amritsara, Qızıl Məbədə gələnlərin
ayaqqabısını təmizləməkdir. Siqh dövlətinin hökmdarı Rancit
Sinqh, mərkəzi hökumətin keçmiş daxili işlər naziri Buta Sinqh
bu şəkildə cəzalandırılmışdır.
Hindistanla Pakistanın 1947-ci ildə ayrılmasından sonra
siqhlərin böyük hissəsi Pəncabdan Hindistanın müхtəlif bölgələ-
rinə göndərildilər, assimlyasiyaya məruz qaldılar. Hindistan və
Pakistan arasında ərazi uğrunda müharibələr dini qarşıdurmaları
gücləndirmişdir. Xüsusilə siqhlərin hindli və müsəlmаnlаrla qar-
şıdurmalarında on minlərlə insan həyatını itirmişdir. Hətta bu qar-
şıdurmalar 1984-cü ildə bir siqh mühafizəçinin Hindistanın baş
naziri İndirа Qandini öldürməsinə qədər gеdib çıxmışdır.
Bəhmən Əliyev-Ayvazalı
64
Müasir dövrdə siqhizmin islam və ya hinduizmdən yarandığı
haqqında iddiaları qəbul etməyən siqh dini və siyasi xadimləri
bildirirlər ki, siqhizm müstəqil dindir. Maraqlıdır ki, siqhizm hin-
duizmə qarşı deyil, hind ümummədəni vətəndaş ənənələrinə qar-
şı qoyulur. Bu da müəyyən mənada siqhlər arasında separatizm
meyllərini gücləndirir. Siqhizmin ayrı bir dini təlim olması 1973-
cü ildə siqh liderlərinin şurasında rəsmən açıqlanan “Anandapur
qətnaməsi” ilə təsdiqlənmişdir. Qətnamədə bildirilir ki, siqhlər
təkcə dini icma deyil, öz ərazisi və müstəqil inkişafa haqqı olan
“koum” (millət) sayılır.
Siqhlər arasında rituallara görə bir-birindən fərqlənən icma-
lar mövcuddur. Məsələn, “amritdhari” və “çarni” siqhləri “hal-
sa”ya daxil olarkən müxtəlif ritualları yerinə yetirirlər. 1970-ci
illərdə ortodoks “keşdhari” və “qırxıq sahacdhari” siqhlər ara-
sında ciddi ziddiyyətlər baş vermişdir. Fundamentalist əhval-ru-
hiyyə əsasında “sahacdhari” anlayışı ittihama çevrilmişdir. On-
ların saqqallarını qırxması siqh inancından uzaqlaşma kimi qəbul
edilmişdir.
Müasir “namdarlar” sadə həyat tərzi keçirir, onlar vegete-
rian yemək, siqaret və alkoqol içkilərə tam qadağa, sadə nikah
adətləri və s. kimi qaydalara ciddi əməl edirlər. Ağ türban və ağ
geyim fikirlərdə və əməldə təmizliyin simvoludur. “Saqquru”-
nun rəhbərlik etdiyi “namdharlar ağ rəngli yundan kəmər taxırlar.
Siqhlər arasında aşağı kastaların nəslindən olan “nihanq”lar xüsu-
si yer tutur. Onlar Qobind Sinqh və Rancit Sinqhin quru ordusun-
da intiharçı zərbə qüvvəsini təşkil etmişlər. Onlar “qurdvar”ların
mühafizəsini, siqh adətlərinə əməl olunması funksiyasını yerinə
yetirirlər. “Nihanqlar” QİK-lərə deyil, öz icmalarının rəhbərlərinə
tabedirlər. Onlar ənənəvi qara türban, açıq yaşıl xalat geyinir, əyri
qılınc gəzdirirlər. Əkinçi “catlar” və şəhər ticarətçi “khetri”lərdən
başqa siqhlərin “ramdasi”, “mazhabi” və “ramqarhi” adlanan ic-
maları vardır.
Hindistan etnoqrafiyası
65
Bu gün siqhlər əsаsən şimal-qərbi Pəncab bölgəsində yaşa-
yırlar. Sayları 20 milyon nəfərə yaxındır, bu da Hindistan əha-
lisinin 2%-ni təşkil edir. Siqhlər kiçik qruplar halında İngiltərə,
Kanada, ABŞ, Malayziya, İndоnеziyа və Şərqi Afrika ölkələrində
yаşаyırlаr.
Siqhlər Quru Nanakın doğumu, Quru Arcanın öldürülməsi
kimi müxtəlif hadisələrin xatırlandığı “Gurpurb”, bаyrаmını, eyni
zamanda Hindistanda məşhur оlаn “Vaisaki”, “Divali” bayramla-
rını qeyd еdirlər.
Sual və tapşırıqlar:
1.Siqhizmin yаrаdıcısı Quru Nanak haqqında danışın.
2. Siqhlərin müqəddəs kitabı: “Adi Qranth”.
3. Siqhizmin iki inanc əsası: Tək tanrıya inanmalı və 10 siqh
qurusunun təlimlərinə əməl edilməli.
4. “Pahul” və “khalsa” (“keşa”, “kanqha”, “karha”, “kaç-
hehra” , “kırpan”) sistemi barədə təqdimat hazırlayın.
5. Qurdvarların İdarəolunması Komitəsinin rolu nədən
ibarətdir?
1.6. Xristianlıq
Hindistanda üçüncü böyük dini qrup xristianlardır (əhalinin
3%-i). Cənubi Hindistana ilk xristianlar hələ I əsrdə gəlmişlər.
Rəvayətə görə, 52-ci ildə Malabar sahillərinə (müasir Kerala şta-
tı) İsa peyğəmbərin şagirdlərindən biri olan apostol Foma gəlib
çıxmış, burada xristianlığı yaymış, sahillərdə 7 məbəd tikmişdir.
Apostol Fomanın Malabar sahillərinə gəlməsinin 1900 illiyi mü-
nasibəti ilə 1953-cü ildə Apostol Foma kilsəsi tikilmişdir, burada
onun İsa peyğəmbərin yarasına toxunan əlinin qalıqları saxlanılır.
Rəvayətə görə, apostol Foma Mahadevana hakiminin hökmü ilə
Dostları ilə paylaş: |