Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə49/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   45   46   47   48   49   50   51   52   ...   132

191

   


        

Teatr-dekorasiya s n ti

çəkləşdirərkən  o  belə  deyərmiş:  “Mən  elə 

edəcəyəm ki, Xızır göydən yerə ensin. O, ağ 

paltarda olacaqdır. Başdan ayağa qədər o, in-

sana xoş təsir edən ağ rəngdə olacaqdır. Hətta 

onun  ayaqqabısı  da  ağ  olacaqdır.  Mən  Xızı-

rı  belə  təsəvvür  edirəm.  O,  həmişə  xeyir  və 

yaxşılığı  təmsil  edir.  Ona  görə  o  qüdsiyyəti 

ifadə edən ağ rəngdə olmalıdır. Onun ətrafın-

da rəngarəng çiçəklər, yaşıl ağaclar və gözəl 

təbii  mənzərələr  yaradacağam.  Şamama-Ca-

dunu  isə  yerdən  çıxardacağam.  O,  qorxunc 

və qara paltarda olacaqdır. Onun üzünün rən-

gi  də  qara  olacaqdır.  Burnu  əyri  yırtıcı 

quşların  dimdiyinə  bənzəyəcək,  yumru 

parlayan  gözləri  olacaqdır.  Ətrafında 

insani  kədərləndirən  mənzərələr  yara-

dacağam.  Onun  bu  qiymətli  ikirlərinə 

istinad  edərək  demək  olar  ki,  gənc  fır-

ça  ustası    bütün  varlığı  ilə  teatrı  teatr 

rəssamlığını  sevmiş  və  səhnə  tərtibatı 

işinə  hədsiz  dərəcədə  ciddi  ikir  ver-

mişdir.  Ona  görə  də  tamaşaya  qoyulan 

hər  bir  əsərin  məzmununa  uyğun  ola-

raq obrazların xarakterik daxili aləmini 

açıb  tamaşaçıya  göstərmək  üçün  iste-

dadlı  bir  rəssam  kimi  əlindən  gələnləri 

əsirgəməmişdir. 1912-ci ildən ömrünün 

axırına kimi Naxçıvan Teatrında çalışan 

Bəhruz  bəy  Kəngərli  burada  Rza  Təh-

masiblə yanaşı, Böyükxan Naxçıvanski 

və  Həsən  Səfərlinin  hazırladıqları    təxminən                

15-dən artıq tamaşaya səhnə tərtibatı vermiş-

dir.  Onun  Naxçıvan  Teatrında  ilk  rəssamlıq 

işi görkəmli sənətkar Rza Təhmasibin 1912-

ci  ildə  tamaşaya  hazırladığı  Zülfüqar  Ha-

cıbəyovun  ruscadan  tərcümə  etdiyi  Yevqeni 

Şvartsın “Qırmızı papaq” (“Qırmızı araqçın”) 

əsəri  olmuşdur.  Onun  ardınca  Zülfüqar  Ha-

cıbəyovun  “Evliikən  subay”  (1912)  və  “Əlli 

yaşında  cavan”  (1915),  Əbdürrəhim  bəy 

Haqverdiyevin “Pəri-Cadu” (1913) və “Dağı-

lan tifaq” (1914), Cəlil Məmmədquluzadənin 

“Ölülər”  (1915;  1917),  Üzeyir  Hacıbəylinin 

“Ər  və  arvad”  (1916)  və  “Arşın  mal  alan” 

(1917),  Nəriman  Nərimanovun  “Nadanlıq” 

(1916),  Namiq  Kamalın  “Vətən,  yaxud  Si-

listrə”  (1918)  və  “Zavallı  çocuq”  (1918) 

Əbdülhaqq  Hamidin  “Hind  qızı”  (1918)  və 

“Əşbər”  (1919),  Mirzə  Fətəli  Axundovun 

“Hacı Qara” (1920) kimi əsərlərin və bir neçə 

birpərdəli  pyesin  ideya  və  məzmununu  açan 

peşəkar səhnə tərtibatı vermiş, obrazların xa-

rakterik  xüsusiyyətlərini  əks  etdirən  geyim 

eskizləri çəkmiş, tamaşaların reallığını artıran 

irihəcmli  pannolar  hazırlamışdır.  Təəssülər 

olsun  ki,  Bəhruz  Kəngərlinin  Naxçıvan  Te-

atrında fəaliyyəti zamanı yaratdığı bu dəyərli 

sənət inciləri günümüzədək  gəlib çatmamış-

dır...



 

192


Son söz  v zi...

Bəhruz bəy Kəngərli yurdu – Naxçıvan şəhəri.


193

   


        

Son söz  v zi...

R

əssamın  təzadlarla  dolu 



ömür yoluna – əhatələndiyi 

mühitə,  təhsil  illərinə  və 

çox  da  uzun  çəkməyən  yaradıcılığına 

tutduğumuz  gerçəkçi  “bədii  güzgü” 

qənaətimizcə,  kitabı  oxuyanların  gözü 

qarşısında  milli  sənət  fədaimizin  dolğun 

obrazını  yaratmağa  imkan  verdi. 

Təbii  ki,  bilmədiklərimiz,  sizə 

çatdıra  bilmədiyimiz  həqiqətlər 

də  oldu.  İnanın  ki,  bu  bizdən 

daha  çox,  itirilmiş  imkanlarla, 

zamanında  tədqiqatçıların  yaşlı 

nəslinin  rəssamın bədii irsinə soyuq 

münasibətilə bağlıdır. 

Bəhruz bəyin  rəsmi faktlarla elə 

də  zəngin  olmayan  bioqraiyasında 

yer  almış  iki  faktı  vurğulamaqla 

şura  hökumətinin  ona  münasibətinə 

aydınlıq  gətirmək  istərdik.  Bir 

tərəfdən  bu hökumətin C.Talıbzadə 

familiyalı məmuru uşaq evinə yardım 

etmək  məqsədilə  əsərlərini  lotoreya 

oyununa  çıxaran  xəstəhal  rəssamın 

pullarını  mənimsəyir,  digər  tərəfdən  isə 

Naxçıvan Ölkə Xalq Maarif Komissarlığı 

onu  bu  qurumun  bədii  şöbəsinə  müdir 

təyin  edirdi.  Hər  iki  hadisə  1921-ci  ildə 

baş  vermişdi.  Biri  iyun,  digər  isə  iyul 

ayında...  Belə  bir  cəmiyyətdə  –  siyasi 

sistemdə  yaşayıb-yaratmaq  doğrudan 

da  çox  çətin  idi.  Uşaqlığından  xəstəliyə 

“meylli” olan gənc rəssam üçün bu ikiqat 

ağırdı.  Belə  bir  vəziyyətdə  onun  “olum 

qatarı”ndan “ölüm qatarı”na keçidi labüd 

idi və bu az sonra baş verdi...

Azərbaycan  təsviri  sənət  tarixində 

adı  həm də tez-tez çox məhsuldar rəssam 

kimi    xatırlanan  Bəhruz  bəy  Kəngərli 

1922-ci ilin  7 fevralında dünyaya əlvida 

dedi. Başqalarından fərqlənmək üçün ona 

bu  qədər  yaratmaq  istedadı  verən Allah-

təala  rəssamı təbiətin bir soyuq günündə 

başqalarından ayırdı. Bəlkə də Yaradan bu 

“niyyətli gəlişi”ni qışa salmaqda həmişəki 

kimi  yenə  də  məntiqli  idi.  Yəqin  ki, 

təzadlı  Naxçıvan  təbiətinin  bu  “yuxulu” 

vaxtında onun çox yaxşı tanıdığı, onu vəsf 

etməkdən usanmayan  rəssamı aparmaqda 

bəlkə də  baharı incitmək istəməmişdi... 

Əslində  gələcəkdə  Naxçıvanın  fəxri 

olacaq rəssamı lap uşaqlığından müxtəlif 

xəstəliklər izləməyə başlamışdı və Bəhruz 

bəy də   çox vaxt yalnız özünə bəlli olan 

bu əzablara qatlaşa – qatlaşa sanki anbaan 

ölümünə  doğru  gedirdi.  Onun  barəsində 

bildiklərimiz  arzulanan    qədər  zəngin 

olmasa da, elə məlum olanlardan da sakit 

təbiətli, az danışan gənc rəssamın bədbin 

olmadığı hiss edilməkdədir. Baxmayaraq 

ki, bədəncə zəif olan Bəhruz bəy həyatda 

əvəzi  olmayan  ana  nəvazişindən  çox 

erkən  məhrum  olmuşdu.  Bunun  ardınca 

onun səsə həsrət qalmasının və məktəbdən 

uzaqlaşmağa  məcbur  olmasının  hələ 

yenicə  formalaşmağa  başlayan  uşaq 

psixikasına hansı təsir qoyduğu izahsız da 

məlum məsələdir. Bunun özünün həm də 

orqanizmin möhkəmlənməsi əvəzinə, onu 

zəilətməyə xidmət etməsi də danılmazdır. 

Son  sºz ¬v¬zi...



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə