BəXTİyar tuncay alban (qafqaz) TÜrkcəSİ SÖZLÜYÜ ÷ (Əlyazma hüququnda) II bölüm (B – büzül ~) baki 2012 b ba


baştax ism. – sözəbaxmayan, dəcəl, xuliqan, azğın baştaxlıx



Yüklə 0,93 Mb.
səhifə3/7
tarix06.10.2018
ölçüsü0,93 Mb.
#72992
1   2   3   4   5   6   7

baştax ism. – sözəbaxmayan, dəcəl, xuliqan, azğın

baştaxlıx ism. – dəcəllik, şuluqluq, xuliqanlıq: Körkəyt meni, Biy, ulu xorxunq bilə seninq da xaytar baştaxlxtan toğruluxqa. Körk ver mənə, ey Rəbb, ulu dəhşətinlə və məni azğınlıqdan doğru yola qaytar.

baştan zrf. – başdan, əvvəldən, əvvəl

baştar ~ // baştart ~ Bax: baş ~ (-tart ~)

baş-teban zrf. – baş-ayaq, tərsinə, alt-üst: Butaxlarından aşağa asılıptırlar baş-teban adamilər da xatınlar. Budaqlardan aşağı, baş-ayaq asılıblar kişilər və qadınlar. Biy Tenqri kendinə boluşqay da dusymanların baş-teban etkəy! Qoy Rəbbimiz Tanrı düşmənləri alt-üst etməyə kömək olsun!

bat ~ (-sınlar, -masın, -tım, -tılar. –ıyırmen, -qay, -mağaymen, -qan, -qannnq, -maxı, -qınça) fel. – batmaq: Battılar dinsizlər buzulmaxlarında kendilarininq ki, ettilər sirtmax, xaysı ki yaşırdılar, tutqay ayaxların alarnınq (Məz. 9: 16). Kafirlər öz pisliklərində batdılar, qurduqlar tələ də öz ayaqlarına dolaşdı (qurduqları tələyə də özləri düşdülər).

batal ism. (ər) – kütlə, izdiham, yığın, topa, toplu

batış (-tan, -ı, -ına, -ında, -ından) zrf. – qərb, günbatan, gün batışı, gecəyə yaxın: Keçə ya kün batışı. Gecə və gün batışı (gün batdıqdan sonra).

battal et ~ (-ər) // batal // batəl et ~ (-mə, -ər, -iyirmen) fel. (ər) – batil etmək, məhv etmək, boşa çıxarmaq: Vaxttır xulux etmə Biygə: batal etmə örenkinqni seninq (Məz. 118/119: 126). Rəbbə qulluq etmək vaxtıdır: Öz qanunlarını batil etmə. Biy, batal et alarnı tirliklərindən kendilarininq (Məz. 16/17: 14). Ya Rəbb, onların həyatlarını (səylrini) boşa çıxart.

bay (-nı, -lar, -larnı) ism – varlı adam, pulu çox olan şəxs: Yığıştırma baylarnı ki, baxqaylar seninq xurbanınqnı. Varlıları toplama ki, Sənə verilmiş qurbanlara göz qoymasnlar (Sənin qurbanlarına gözləri düşər).

bayahı sif. – bayağı, adi

bayat et ~ bayatı qoşmaq, uydurmaq

Bayazit x. ism. – Bəyazit. Sultan Bəyazit (1449-1512): Tvğ. 933. Gilini da Axkermannı aldı sultan Bayazit. Tvağan 933 (1484-cü il). Siltan Bəyazit kilikiyanı və Ağkerman şəhərini aldı.

bayburtlu x. ism və sif. – Bayburt şəhərinin sakini (XVl əsrə qədər Azərbaycan şəhəri olan Bayburt həmin dövrdən Türkiyəyə keçmişdir): Xaragöz bayburtlu. Bayburtlu Qaragöz. Minas xızılbaşlı bayburtlu. Qızılbaşlardan (azərbaycanlılardan) bayburtlu Minas.

bayla ~ (-ma. –sınlar, -dım, -dınq, -dı, -dılar, -ptır, -r, -mağaysen, -sa, -ğan, -ğandır, -ğannı, -ğanlar, -ğanların, -max, -maq, -maxnı, -p) fel. –bağlamaq, bağ vurmaq, düyünləmək, toxumaq, birləşdirmək

baylan ~ (-dı, -ıptır, -ır, -ıyır, -ğaylar, -ğan, -ğandır, -ğannı, -mağan) fel. – bağlanmaq, düyünlənmək: Barça köz xamaşıyır ki, köriyirlər ağzın Krisdosnunq alğışına da baylanıyır alarnınq tili. Möminləri Məsihə alqış söyləyən ağızlarını görən bütün gözlər qamaşır və onların dillər bağlanır.

baylavuçı ism. – bağlayıcı, bir şeyi digərinə bağlayan adam, qrammatik anlamda bağlayıcı (nitq hissəsi)

baylı (-men, -dır, -nı, -larnınq, -larnı) sif. – bağlı

bayram (-nınq, -nınqdır, -ğa, -nı, -da, -dan, -ı, -ımız, -ları, -ların) ism. – bayram: Türklərninq Xurban bayramları bolur mihirləm ayına. Türklərin qurban bayramı Məhərrəm ayında olur.

Bayram (-nınq, -nınqdır, -ğa, -nı, -da, -dan, -ı, -ımız, -ları, -ların) ism. - Xristianların Pasxa bayramı. Bu bayramın əsasında yəhudilərin Misir əsirliyindən qurtulması hadisəsinin qeyd edilməsi durur. Lakin sonradan bayramn məzmunu dəyişdirilərək, Həzrət İsanın guya ölülər dünyasından qayıdışı, yəni ölüb-dirilməsinin qeyd edilməsinə çevrilmişdir. “Bayram” kəlməsinə gəlincə əski türklər bu kəlməni yalnızca İlbaşnda (Novruz) bayramına şamil etmişlər. Lakin türklərin islamı qəbul edən hissəsi sonradan Qurban və Ramazan (orucluq) bayramlarını, xristianlığı və yəhudiliyi qəbul edənlər isə Pasxanı bu adla adlandrmağa başladılar. Xristian albanlar da bu sözü “Pasxa”nın sinonimi kimi işlətməkdəydilər: Surp Xaçta, Bayramdan sonqra, küzün. Bayramdan (Pasxadan) sonra, payızda, müqəddəs Xaç günündə.

baytal I (-ınqnı) ism. – madyan, dişi at

baytal II Bax batal

baytalmaçı ism. – madyan soyundan olan. Söyüş, təhqir söylənilən söz.

baz (-nınq, -da, -ı) // paz ism. (< bazis yun.)

baz ~ (-ğın, -ıyırmen, -mağay, -ıp) fel. – cəsarət etmək, cəsarət göstərmək, səy etmək, səy göstrmək, risq etmək

bazar I (-nınq, -nı, -da, -ı, -ına, -nda, -larnı) ism. – bazar: Menim bazarım bazardır. Mənim bazarım bazardır (Ticarətdə mənə güvənə bilərsən). Buzdu bazarımnı. Bazarımı öldürdü.

bazar II Bax balar // bağar

bazarlaş ~ fel. – bazarlaşmaq, sövdə etmək, al-ver, sövdələşmək: Xaçan ki bazarlaşıy edilər. Onlar sövdələşdiyi zaman.

bazıx (-nınq, -qa) sif. – kök, dolu, ətli-qanlı, gombul: Bazıx da ağır. Gombul və ağır. Bazıx ya tolu. Kök və ya dolu.

bazıxlan ~ (-ıyırmen) fel. – kökəlmək

bazıxlat ~ (-tım, -tınq, -tı, -sar) fel. – kökəltmək

bazıxlıx ism. – köklük

bazlıx ism. – sülh, dinclik, hüzur, ilahi dərgah: Haybat biyikliktə Tenqrigə da dünyağa eminlik, adamlarğa bazlıx! (Luk. 2: 14). Ən ucalarda olan Tanrıya izzət, Yer üzünə əminlik, insanlara sülh olsun! Inanirmen Oğul Tenqrigə, kendi köktən Atanınq bazlıxından Ari Can bilə keldi, ten aldi, ari ğoys Mariamdan toğdu adam tarbiyatı bilə da anasınınq xızlıxın tepratmədi neçik Tenqri. Oğul-Tanrıya inanıram, O Özü göydən Atanın dərgahından Müqəddəs Ruhla gəldi, bədən aldı, Öz anasından – müqəddəs, bakirə Məryəmdən, Tanrıya xas olan bir şəkildə, onun qızlığına xələl gətirmədən, doğuldu.

bazuçı sif. – cəsur, qorxmaz:

be ism. -(be). Kilikiyalı xristian missioner Mesrop Maştotsun icad edərək ayrı-ayrılıqda erməni (hay), alban (qarqar – qıpçaq) və iberlərin (gürcülərin) dillərinə uyğunlaşdırdığı əlifbanın hərflərindən biri. Bu hərf V əsrdən sonra arami mənşəli yerli əski yazı sistemini əvəz edən yeni alban yazı sistemində “B” səsini ifadə etməkdəydi: -Açıxıç yazov. “Be” açar hərf.

Qeyd: Bu gün gürcülər bu faktı inkar etməyə çalşsalar da dövrümüzədək Maştotsun icad etdiyi əlifba ilə qələmə alnmış çox sayda gürcü yazıları da yetişib. Fəqət gürcülər boş və mənasız qürurları üzündən xristianlğın ortodoks (pravoslav) qolunu qəbul edənə qədər (əvvəllər onlar da alban və ermənilər kimi monofizit məzhəbindən idilər) istifadə etdikləri bu yazı sistemindən imtina edirlər. Bu isə alban (qarqar-qıpçaq) mətnlərini dünyaya “erməni-qıpçaq mətnləri” kimi tanıdaraq, onları qıpçaqlaşmış ermənilərin zehninin məhsulu kimi təbliğ edən ermənilərə (haylara) həmin yazıları da gürcü dilində “yazıb-yaratmış ermənilərin əsərləri” kimi tanıtmağa imkan verir. Mesrob Maştotsa gəlincə, ermənilər (haylar) onu da dünyaya erməni (hay) kimi təqdim edirlər. Əldə olan faktlar isə onun Kilikiyalı bir suryani olduğunu göstərir.



Erməni (hay) əlifbasından fərqli olaraq, alban əlifbasında 36 (bu gün 38) deyil, 34 hərf olmuşdur və onların bir neçəsi erməni (hay) əlifbasının hərflərindən fərqlənməkdədir. Aşağıdakı cədvəldə alban hərflərini və albanlara məxsus bəzi rəqəmlərin işarələrini yanaşı görmək olar:



beçal sif. (< beçare frs.) – biçarə, zavallı, çarəsiz: Becyal, axsax da cyarəsiz. Biçarə, axsaq və çarəsiz.

bedənə (-lər) ism. – sığrçın: Xoldular da keldi bedənələr da ötməki bilə köknünq toldurdu alarnı (Məz. 104/105: 40).İstədiklərinə görə O, bildirçin gətirdi, onlara göydən doyunca çörək verdi.

bedənlən ~ Bax: gövdələn ~

Bedros (-nunq, -qa, -nu, -nı, -ta, -tan) x. ism. (< Petros yun.) – Pyotr. Həzrət İsanın (ə) həvvarilərindən biri. Bedros adı albanlar içrisində də çox yayğın olmuşdur: Bedros Tabaxçı.

beg I (ninq, -ləri) ism. – bəy. Alban dilində bəy anlamında “biy” kəlməsi işlənsə də, bu formaya da rast gəlinməkdədir. Fəqət bu forma mühacir albanlar tərəfindən Osmanlı sultanlarının adına qoşulan titul-ad kimi işlənmişdir: Mahmud beg, Murad beg, Süləyman beg.

beg II Bax: bek

begçi Bax: bekçi

Begi ism. – albanlar arasında çox işlənən şxs adlarından biri: Toxatlı Xıdır Spender oğlu da Mısır Begi oğlu. Tokatlı Xıdır İsfəndiyar oğlu və Mısr Begi oğlu.

beglik Bax: beklik

beğam (-larğa) sif. (< azərb. biqəm < frs) – biqəm, qayğısız, bivec, əhli-kef: Ögütçi beğamlarğa (Rom. 2: 20) Əhli-keflərin öyüdçüsü.

beğuzur sif. (< azərb. bihüzur < frs) – bihüzur, hüzursuz, narahat Bax tinçsizlix

beh (-ni, -in) ism. (< azərb. < ər.) – beh, avans. Bütün sifarişin yerinə yetirilməsini təmin etmək üçün işi icra edənə veriləcək məbləğin öncədən verilən kiçik hissəsi: Ol behni, xaysın ki menim xardaşım berip edi tabaxçıya... Qardaşımn tabaqçıya verdiyi o behi...

behbah Bax: belbağ

behlə ~ fel. – beh vermək: Kimesə ki nemə satun alğay da behlagəy anı kümüş bilə. Kimsə bir şey alanda gümüş pulla beh verər.

bek (-tir, -tirlər, -ni, -lər, -lərgə) // beg sif. və zrf. – qəddar, zalım, güclü, bərk, möhkəm, olduqca, həddən artıq: Çıxara berdinq bizni xoluna duşmanlarımıznınq bizim, törəsizlərninq, beklərgə da baştaxlarğa (Dan. 3: 32). Sən bizi qanun tanımaz, qəddar və şərəfsiz düşmənlərin əlinə verdin. Tenqrilik bektir da beg ağır. Tanrılılq güclülükdür və olduqca ağır (gücdür). Bek açığlanğan. Bərk qəzəblənmiş. Beg aldağan. Həddən artıq yalançı. Oğlanları Efremninq, toldurup atqanlar da bek atqanlar, kününə uruşnunq xolların sadaxlarına xaytardılar (Məz. 77/78: 9). Efrayim övladları - ox atanlarlar və möhkəm atanlar döyüş günü əllərini sallayb geriyə qayıtdılar. Dağın bek berkaytkən. Daha möhkəm bərkimiş. Oğlanları adamnınq, negə dinçə siz bek yürəkli? Nek sövərsiz boşluxnu da izdarsız yalğanlıxnı? (Məz. 4: 3). Ey insan övladları, nə vaxtadək daş (bərk) ürəkli olacaqsınz? Nə vaxtadək boş şeylərə meyl göstərib yalan axtaracaqsınız? 50 yıl padşahlıx etti, əvəl beg igi, da sonqra beg yaman. 50 il padşahlıq etdi, əvvəl olduqca yaxşı, sonra isə həddən artıq pis. Bek küçsüzləngən. Olduqca gücdən düşmüş. Ol beg xayğurma başladı xızı üçün padşahnınq. O, padşahın qızı üçün həddən artıq narahatçılıq (qayğılılıq) keçirməyə başladı. Beg xızdırğansen öçəşməx bilə dusymanınq üsnə. Sən düşmənə (düşmənin üzərinə) həddin artıq qəzəblisən Beg xolay anı tanısarsen. Onu həddən artıq asan tanıyarsan.

beka ~ Bax: bekəy ~

bekağızlı sif. – ipə-sapa yatmayan

bekəy ~ (-ıyırmen) fel. – bərkimək, möhkəmlənmək Müq et: bekəy ~

bekəyt ~ (-mənqiz, -tinq, -ti) Bax: beklə ~

bekçi // begçi ism. – gözətçi, keşikçi

Bekeş x. ism. – albanlar arasında yayğın olan şəxs adlarından

beklə ~ (-di, -dilər, -gəy edi, -gən) fel. – bərkitmək, möhkəmlətmək

bekləvüç // bekləvüçi // beklöv (-ün, -lərin) // beklövüç (-ün) ism. – kilid, cəftə

bekli sif. – möhkəmləndirilmiş: Yarağsız, neçik bekli şəhər içinə. Möhkəmləndirilmiş (möhkəm qorunan) şəhər içindəki kimi silahsız.

beklik (-tir, -tə, -i, -idir, -lər) // beklix (-ı) // beglik (-tə) ism. – möhkəmlədilmiş qala, yaxşı müdafiə edilən qala divarları, hökm: Bekliki tibinə burungi yazovnunq. Birinci hərfin hökmü (təsiri) ilə.

bekliklix ism. – möhkəmlədilmiş qala, yaxşı müdafiə edilən yer, dayanıqlı, sabitlik

beklöv (-ün, -lərin) Bax: bekləvüç

beklövüç (-ün) Bax: bekləvüç

bel (-imə, -inq, -inqə, -inqni, -i, -ininq, -inə, -in, -indən, -imiz, -imizni, -inqizni, -inqizdə) ism. – bel, bədənin tasla kürək arasındakı hissəsi: Üç oxnu beli artına suxup edir. Üç oxunu belinin ardna soxdu.

belə ~ fel. – bələmək Beşik beliyirmen. Beşiyin içindəki körpəni bələyirəm.

bela // bəla ism. (ər.) –bəla, müsibət, fəlakət: Köp türlü belalardan xutxarıpmen. (Onu) çox cür bəladan qurtarmışam. Bolmasanq onqaltma, ulu bəlağa tüşərsen. Sağlamlq olmasa (onu sağaltmasan) böyük bəlaya düçar olarsan.

belbağ (-dan, -ınqnı, -ı, -ın, -ından, -ınqız, -larnı) // belbah // belbax ism. – belbağı, qurşaq: Bolğay anqar neçik ton ki, kiyar, neçik belbağ ki, bağlar hər kez belinə kensininq (Məz. 108/109: 19). (Qarğışı) onu əyninin libası kimi bürüsün, hər gün belinə kəmər tək dolansın!

belbağsız sif. – belbağısız, kəmərsiz, qurşaqsız

belbah Bax: belbağ

belbax Bax: belbağ

belgili (-dir, -dirlər, -ninq, -gə, -si) // bergili sif. – tanınmış, məşhur, məlum, aydın: Da belgili, uludur sağışı Tenqri xuluxununq ki, köründi ten bilə, könüldü Can bilə, belgirdi friştələrgə, karozel boldu gurkçilərgə, inamlı boldu dunyağa da ağındı haybat bilə (1Тiм. 3: 16). Möminliyin sirri məlumdur: Tanrı cismən zühur etdi, Müqəddəs Ruh tərəfindən təsdiq olundu, mələklərə göründü, millətlərə vəz olundu, dünyada Ona iman edildi, izzətlə göyə çəkildi. Kerək törəçilər belgili bilip tügəl yoluxqan işni (Mxitar Qoşun “Törə bitiqi”ndən) Hakimlər gərək bütün hadisəni aydın təsəvvür etsinlər.

belgilik // belgilix ism. - əlamət, işarə, açıqlanma: Asrı ulu suv... alıp 2 tiyirmannı xala tibinə ... ketti, alay ki yerləri da belgilix bolmadi. Aşırı sel ... qala dibindəki 2 dəyirmanı (ağuşuna) alıb... apardı, yerlərində əlamət belə qalmadı.Bergəy sizgə Canın eslilikninq da belgilikninq bilməxi bilə kensininq (Ef. 1: 17). Çünki sizə müdriklik Ruhu və onu drk etmək üçün əlamət verdi. Belgili etmaxi sozlərinqninq yarxlı da axıllı etər oğlanlarnı (Məz. 118/119: 130). Kəlamının açıqlanması nur saçır, hər nadanı ağıllandırır.

belgir ~ (-mə, -di, -dix, -iptir, -ir. -iyir, -miyir edi, -gəysen, -gəy, -gəysiz. –sə, -sər, -sərbiz, -məlidir, ~məli edi. –gəndir, -gənninq, -gəninə, -gənin, -gənində, -məxkə, -məxi, -məxinə) fel. – məlumat vermək, məlumatlandırmaq, bilgiləndirmək, açqlamaq, izah etmək: Biy, kimdir adam ki, belgirğaysen sen anqar ya oğlu adamnınq ki, heseplarsen nemə anı nemə? (Məz. 143/144: 3). Ya Rəbb, insan kimdir ki, qayğısına qalırsan, bəşər övladı kimdir ki, onu bilgiləndirirsən?

belgiri Bax: belgili

belgirt ~ (-mə, -inqiz, -tim, -tinq, -ti, -tix, -tilər. ~mədi, -irlər, -iyir, -kəy, -kəylər. –məsənqiz, ~məx, -məxninq, -məxkə, -məxtən, -məxi, -məxindən, -məxlərinə) // bilgirt ~ fel. – bəlirtmək, məlumatlandırmaq, açıqlamaq: Tapununquz Eyəmizgə da sarnanqız atın anınq, belgirtinqiz gurkçilər arasına işin anınq (Məz. 104/105: 1). Rəbbə ibadət edin, ismini səsləyin, əməllərini bütpərəstlər arasında elan edin! Yoxsa “ekinçi” aytmax bilə belgirtiyir teprətmə anı, neçik yaratılğanlarnınq teşkirilməxin ki, toxtalğan bolğaylar teprənməgənlar (İbr. 12: 27). «Bir dəfə də» sözü bunu göstərir: sarsıla bilən, yəni yaradılmış şeylər aradan qaldırılacaq ki, sarsıla bilməyənlər daim var olsunlar.

belgirtməx ism. – elan, bildiriş, bəyanat: Alaysa, til tek belgirtmax üçündür dügül inanğanlar üçün, yoxsa inamsızlar üçün; evet markarelik dügül inamsızlar üçün, yoxsa inamlılar üçün (1Коr. 14: 22). Beləliklə, naməlum dillər iman edənlər üçün deyil, imansızlar üçün bir bəyanatdır. Peyğəmbərlik isə iman etməyənlər üçün deyil, imanlılar üçündür.

belgirtmaxlix ism. – açıqlama, aşkar: Hər birinə başxa beriliptir belgirtmaxlixi Cannınq hər birisininq faydasına (1Коr. 12: 7). Lakin Ruh hər kəsə xeyri üçün aşkar olunur.

belgirtüçi ism. – bəlirtici, məlumatlandırıcı, aşkarlayıcı, aydınladıcı: Zera tiridir sözi Tenqrininq da belgirtüçi da iti barça ekiyanlı xılıçtan (İbr. 4: 12). Çünki Tanrının sözü həmişəyaşardır, aydınladıcıdır və ikiağızlı qılıncdan daha itidir.

belgisiz (-dir, -ninq, -gə, -ni, -də, -lər, -lərgə, ~lərni, -lərdə, -lərin) sif. - əlamətsiz, işarəsiz, izsiz: Ol çaxta ol əmanətkar andan ant bilə xutulur ki, aninqkibik ziyan xoyulğan nemə üçün belgisiz da keçikilməgən sabap bolmadı. Həmin vaxt əmanətçi ondan and içməklə qurtular və bildirər ki, əmanətə verilmiş əşyalara ziyan dəydiyi barədə heç bir işarə (dəlil) yoxdur və nun tərəfindən heç bir bağışlanılmaz xətaya yol verilməmişdir.

belgisizlən ~ (-iyir) fel. – diqqətdən kənarda qalmaq, heç nə ilə diqqət çəkməyən duruma düşmək, unudulmaq

belki bağ. (frs.) – bəlkə

uruş ism. – vuruş, savaş, müharibə

beltəg sif. – pəltək

Benediq Bax: Venediq

Beneş x. ism. – albanlar atasında yayğın şəxs adlarından biri: Uçmaxlı canlı Kirkor Beneş oğlu. Rəhmətlik (cənnətlik) Qriqori Beneş oğlu.

benqzə ~ (-r, -gənninq, -məx, -məxnınq) – bənzəmək, oxşamaq Bax: oxşa ~

benqzəməx sm. – bənzərlik, oxşarlq

ber ~ (-mə, -məgə, -məmə, -iyim, -gin, -sin, -iyix, -əlix, -əlik, -inqiz, -sinlər, -miyim, -mə, -məgin, -məsin, -mənqiz, -dim, -dinq, -di, -dix, -dinqiz, -dilər, -mədim, -mədinq, -mədi, -mədix, -mədinqiz, -mədilər, -dinq esənq, -di esə, -mədinq esə, -ipmen, -ipsen, -iptir, -iptirlər, -ip edi, -ip edir, -ip edix, -ip edi esə, -irmen, -irsen, -ir, -ər, -irsiz, -irlər, -mən, -məndir, -məmdir, -məssen, -məs, -məstir, -məsbiz, -məslər, -ir edim, -ir edinq, -ür edim, -ər edinq, -ir edi, -ir edix, -irlər edi, -məs edi, -məslər edi, -iymen, -imen, -isen, -iy, -ibiz, -isiz, -ilər, -məy, -məylər, -iy edinq, -iy edi, -iy edilər, -iyirmen, -iyirsen, -iyermen, -iyir, -iyirbiz, -iyirsiz, -iyirlər, -miyirmen, -miyir, -iyir edinq, -iyir edi, -iyir edilər, -iyirlər edi, -əcəklər, -gəymen, -gəysen, -gəy, -gəybiz, -gəysiz, -gəylər, -məgəysen, -məgəy, -məgəysiz, -məgəylər, -gəy edi, -giy edi, -gəy edix, -gəy edinqiz, -məgiy edim, -məgəy edi, -səm, -sənq, -sə, -səx, -sənqiz, -sələr, -məsəm, -məsənq, -məsə, -məsələr. –səm edi, -sə edi, -sələr edi. –məsə edi, -məsə edilər, -sərmen, -sərsen, -sər, -sərbiz, -sərsiz, -sərlər. –misərsen, -misər, -məli edim, -məli edirlər, -ip, -ginçə, -gən, -gəndir, -gənninq, -gəngə, -gəndə, -gəndən, -gənimə, -gəninq, -gəninqninq, -gəninqninq –gəni, -gəninə, -gənin, -gənində, -gənindən, -gənlər, -gənlərgə, -gənləri, -gənlərinqni, -məgənlər, -gən bolgaymen, -gən bolğay, -gən bolğaylar, -məx, -mək, -məxninq, -məxkə, -məxni, -məxtə, -məxtən, -məxim, -məxi, -məxidir, -məxininq, -məxinə, -məxin, -məxində, -məxindən, -məximiz, -məxlər, -məxləri, -məməx, -ip) fel. – vermək: Kimlərgə berirsen bunlarnı? Canlarğa. Bunları kimlərə verirsən? Canlara. Ant berimen sizgə birgə sarnama bitiklərni allarına barça ari xardaşlarnınq (1 Sal. 5: 27). Sizə and verirəm ki, bu məktubu bütün saf bacı-qardaşlara oxuyun Evet guyslar üçün boyrux nemə Eyəmizdən yoxtur, evet ögüt berimen, neçik ki bir yarlığamalığa Eyəmizdən inamlı bolmağa (1 Кор 7: 25). İndi isə bakirə qızlara gəlincə, bu barədə Rəbdən əmr almamışam. Amma etibara layiq olmaq üçün Rəbbin mərhəmətinə nail olmuş bir insan kimi öz nəsihətlərimi verirəm. Anınq üçün biz də şükür berirbiz Tenqrigə eksiksiz ki, alıp işitməxin sözininq Tenqrininq bizdən yöpsündünqüz dügül alay, neçik adam sözin, yoxsa könülük bilə sözin Tenqrininq, xaysi ki onquptur da sizdə, inanğanlarda (1 Sol. 2: 13). Biz də dayanmadan Allaha şükür edirik (veririk) ki, siz bizdən eşitdiyiniz Allah kəlamını qəbul edəndə onu bəşəri söz kimi deyil, həqiqətən, Allahın kəlamı olaraq qəbul etdiniz. Siz imanlılarda fəaliyyət göstərən də bu kəlamdır. Tanıxlıx berimen barça adamlarğa, kim ki sünətlənsə ki, borçludur barça orenkni tügəlləmə (Qal. 5: 3). Sünnət olunan hər adama yenə şəhadət edirəm (verirəm) ki, elə bir adam bütün Qanuna əməl etməyə borcludur.

bergəy ~ Bax: berkəy ~

bergayt ~ Bax: berkayt ~

bergili Bax: belgili

beri I (-dir) zrf. – bəri, bura: Xaysı barışlıx boldu Turlununq beri yanına, zera Olax biyininq da elçılari kelip edi beri yanğa. Sülh szişi Turlu (Dnestr) çayının bəri üzündə imzalandı, belə ki, Olax (Moldova) bəyi və elçiləri bəri sahilə gəlmişdilər. Bolsun atı Eyəmizninq alğışlı bundan beri çax menqilikkə dinqrə. Alqışlı olsun Rəbbimizin adı bundan (bəri) əbədiyyətək.

beri II Bax: ariberi

berigənçə zrf. – çatınca, varınca: Çax Stimboldan Sahak bilə yoldaşlıyın bir kemi icyinə berigənça keldi. İstanbuldan Sahakla gəmi ilə gəlincə yoldaşlq etdik.

berilövlü sif. satqın, icarəyə verilən

berin ism. – sədəqə, nəzir

berin ~ (-məgə, -inqiz, -miyix, -dim, -di, -mədi, -iptir, -iptirlər, -ip edi, -iy edi, -iy edilər, -iyirmen, -iyirsen, -iyir, -iyirbiz, -iyirlər, -gəy, -məgəylər, -gəy edi, -giy edi, -sələr, -gən, -gəndir, -gəndirlər, -gənlər, -gənlərgə, -məgən, -məx, -ip) - təslim olmaq, satılmaq, tabe olmaq: Evet ki xanlar alar ündəlir, kimlarninq ki xolu tibinə türlü türlü millətlər beriniptirlər ulusları bilə da özgə biyliklardən xarac alırlar. Əlbəttə, xanlar onlar (o admlar) adlandırılırlar ki, əlinin altına müxtəlif millətlər girib, ölkələri ilə birlikdə tabe olublar və digər böyüklərdən xərac alırlar.

beringən ism. - təəbə: Ermenilər bizgə berinğanlər. Ermənilər bizim təəbələrimizdir (bizə tabedirlər).

beriv Bax: ari-beri

berk sif. – bərk, möhkəm: Bol manqa, Tenqri, işançım da yerim berk tirgizmə meni, zera txatalğanım da işançım menim sensen (Məz. 70/71: 3). Mənə sığınacaq yeri, möhkəm qaya ol, qoy əmrinlə hər vaxt ora girib qurtulum. Çünki qayam da Sən, qalam da Sənsən. Bax: bek

berkət ~ Bax: berkəyt ~

berkəy ~ (-di, -iptirlər, -iyirmen, -gən, -ip) // bergəy ~ (-iyirmen) fel. – bərqərar olmaq, bərkimək, möhkəmləmək, sabitləşmək:

berkəyt ~ (-mə, -kin, -mənqiz, -tinq, -ti, -iy edi, -iyirmen, -iyir, -sər, -kən, -kəndir, -kənlər, -məx, -məxninq, -məxtə, -ip) // berkiyt ~ (-ti, -iyir) // bergəyt ~ // berkət ~ (-ip) // berkirt ~ // berkit ~ (-mə, -məgə, -tim, -tinq, -ti, -tik, -tix, -tilər, -iptir, -ip edilər, -irmen. -iyirmen, -iyirbiz, -kəy, –sərmen, -kən, -kəndir. -ip) fel. – bərkitmək, möhkəmləndirmək: Berkirt canıma menim xorxulu ölər künümnü da xorxusun tamuxnunq da sövükün uçmaxnınq. Ürəyimdə ölüm gününün qorxusunu, cəhənnəm qorxusunu və cənnət sevgisini möhkəmləndir.

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə