Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə10/134
tarix17.09.2018
ölçüsü4,91 Mb.
#68772
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   134

31 

 

Anlaşıqlıq: Maliyyə hesabatlarında təqdim olunan informasiyanın mahiyyəti 

istifadəçilər  tərəfindən  anlaşılmalıdır.  Eyni  zamanda  istifadəçilər  Büdcə 

Təşkilatları  üçün  Milli  Mühasibat  Uçotu  Standartları  haqqında  zəruri  biliklərə 

malik olmalı və informasiyanı kifayət qədər dərindən öyrənməyə hazır olmalıdırlar. 

Münasib informasiya onun mürəkkəbliyinə görə istifadəçilər tərəfindən anlaşılması 

və ya anlaşılmaması səbəbindən maliyyə hesabatlarından çıxarılmamalıdır. 

Müqayisəlilik:  İstifadəçilər  üçün  maliyyə  hesabatları  arasında  müqaviləliyi 

və  fərqliliyi  müəyyən  etmək  və  qiymətləndirmək  imkanını  yaradan  informasiya 

müqaviləsi hesab olunur. İstifadəçilər tərəfindən dövlət büdcəsindən maliyyələşən 

təşkilatın  müxtəlif  dövrlərə  aid  olan  maliyyə  hesabatlarının  və  ayrı-ayrı 

təşkilatların  maliyyə  hesabatlarının  müqayisə  edilə  bilməsi  üçün  təşkilatların 

maliyyə  vəziyyətindəki  və  fəaliyyətlərinin  maliyyə  nəticələrindəki  meyilləri 

müəyyən etmək imkanı yaradır. 

Ardıcıllıq:  Ardıcıllıq  müqayisə  olunan  informasiyanın  ən  mühüm 

xüsusiyyətlərindən hesab olunur. Müqayisəlik prinsipi maliyyə hesabatlarında əks 

olunan 

informasiyanın 



dövrdən 

dövrə 


ardıcıl 

olaraq 


tanınmasını, 

qiymətləndirilməsini  və  təqdim  edilməsini  tələb  edir.  İnformasiyanın  ardıcıllığı 

təşkilat tərəfindən bütün dövrlər ərzində oxşar hadisələr üçün eyni uçot metodunun 

tətbiq  edildiyini  bildirir.  Ardıcıllıq  prinsipinin  tətbiq  edilməsi  maliyyə 

hesabatlarının  etibarlığını,  münasibliyini  və  anlaşılmasını  təkmilləşdirmək  üçün 

uçot siyasətində dəyişikliklərin edilməsinə maneə yaratmamalıdır. İnformasiyanın 

müqayisəliliyi  və  ardıcıllığı  maliyyə  hesabatlarının  hazırlanması  zamanı  istifadə 

olunmuş  uçot  siyasəti  haqqında  istifadəçilərin  məlumatlandırılmasını  təmin 

etməlidir.  Tətbiq  olunan  uçot  siyasətində  hər  hansı  dəyişiklər  edildikdə,  bu 

dəyişikliklər onların nəticələri ilə birlikdə aydın şəkildə açıqlanmalıdır. 



Münasiblik:  Keçmiş,  indiki  və  gələcək  hadisələri  qiymətləndirməklə 

istifadəçilərin  iqtisadi  qərarlar  qəbul  etmələrinə  təsir  edən  informasiya  münasib 

hesab  olunur.  İnformasiyanın  münasibliyi  onun  mahiyyəti  və  əhəmiyyətlərindən 

asılır. 



32 

 

Əhəmiyyətlilik:  Maliyyə  hesabatlarını  təqdim  edənlər  tərəfindən  nəzərə 

alınmaması  və  təhrif  olunması  səbəbindən  istifadəçilərin  bu  hesabatlar  əsasında 

iqtisadi qərarların  qəbul  edilməsinə təsir edə bilən  informasiya  əhəmiyyətli  hesab 

olunur. Əhəmiyyətlilik konkret şəraitlərdə maliyyə hesabatlarında diqqətsizlikdən 

göstərilməmiş məlumatın və ya yol verilmiş səhvin həcminin dəyərindən asılıdır. 

Əhəmiyyətlilik  informasiyanın  keyfiyyət  xüsusiyyətləri  ilə  deyil,  bu 

informasiyanın  münasibliyini  müəyyən  edən  kəmiyyətlər  ilə  ölçülür. 

Əhəmiyyətlilik  maddənin  ümumiyyətlə  göstərilməməsi  və  ya  səhv  göstərilməsi 

fərdi olaraq və ya qrup şəklində istifadəçilərin maliyyə hesabatları əsasında qəbul 

etdikləri  iqtisadi  qərarlara  təsir  göstərə  bildikdə  əhəmiyyətli  hesab  olunur. 

Əhəmiyyətlilik  mövcud  olan  şərtlər  daxilində  buraxılmış  və  ya  səhv  göstərilmiş 

maddənin həcmi və xarakterindən asılıdır. Maddənin həcmi və ya xarakteri və ya 

hər ikisi müəyyənləşdirici amil kimi çıxış edə bilər. 



Etibarlılıq:  Tərkibində  əhəmiyyətli  səhvlər  və  qabaqcadan  əmələ  gəlmiş 

yanlış (qərəzli) fikirlər mövcud olmayan informasiya etibarlı hesab olunur. Etibarlı 

informasiya neytrallıq, ehtiyatlılıq, düzgün təqdimat və tamlıq kimi keyfiyyətlərə 

malik olmalıdır. 



Düzgün  təqdimat:  Təşkilatların  maliyyə  hesabatlarında  informasiyanın 

düzgün  təqdimatı  onun  maliyyə  vəziyyətini  və  fəaliyyətinin  maliyyə  nəticələrini 

qərəzsiz,  təhrifsiz,  manipulyasiyasız  və  ya  əhəmiyyətini  faktları  gizlətmədən, 

mahiyyətin  formadan  üstünlüyü  konsepsiyası  əsasında,  mümkün  qədər  obyektiv 

əks edilməsini nəzərdə tutur. Konseptual Əsasların və ya müvafiq Milli Mühasibat 

Uçotu Standartlarının tanınma meyarlarına uyğun gələn və hesabat tarixinə və ya 

hesabat  dövründə  mövcud  olan  aktivlərə,  öhdəliklərə,  kapitallara,  gəlirlərə  və 

xərclərə  təsir  göstərmiş  bütün  təsərrüfat  əməliyyatları  və  digər  hadisələr  maliyyə 

hesabatlarında düzgün əks etdirilməlidir. 

Mahiyyətin  formadan  üstünlüyü:  Maliyyə  hesabatlarında  əks  etdirilən 

əməliyyatların  və  digər  hadisələrin  düzgün  olması  üçün  həmin  əməliyyatlar  və 




33 

 

hadisələr  onların  iqtisadi  mahiyyətinin  hüquqi  formasından  üstünlüyü  prinsipi 



əsasında təqdim olunmalıdır. 

Neytrallıq:  Maliyyə  hesabatlarında  təqdim  olunan  informasiyanın  etibarlı 

olması  üçün  məlumatlar  neytral,  yəni  qərəzsiz  olmalıdır.  Maliyyə  hesabatlarını 

hazırlayan  tərəfindən  təqdim  olunan  informasiya  onların  öncədən  müəyyən 

olunmuş nəticənin əldə edilməsi üçün istifadəçinin qərarına təsir etdikdə, maliyyə 

hesabatları neytral hesab oluna bilməz. 

Ehtiyatlılıq:  Ehtiyatlılıq  –  qeyri-müəyyən  şəraitdə  qiymətləndirmə  zamanı 

aktiv  və  ya  gəlirlərin  artırılmamasının,  öhdəlik  və  xərclərin  azaldılmamasının 

təmin  olunması  məqsədilə  diqqətli  yanaşmanın  tətbiqidir.  Əksər  hallarda  bu  o 

deməkdir ki, qeyri-müəyyən şəraitlərdə aktiv və gəlirin mümkün dəyərlərindən ən 

aşağı,  öhdəlik  və  xərcin  isə  ən  yüksək  qiyməti  istifadə  edilməlidir.  Ehtiyatlılıq 

prinsipinə  riayət  olunması  gizli  kapital  ehtiyatlarının  və  həddən  artıq  həcmdə 

hesablanmış  qiymətləndirmiş  öhdəliklərin  yaradılmasını,  habelə  aktivlərin  və 

gəlirlərin qəsdən azaldılmasına və ya öhdəliklərin və xərclərin qəsdən artırılmasına 

əsas vermir. 

Tamlıq:  Maliyyə  hesabatlarında  təqdim  olunan  informasiyanın  etibarlı 

olması  üçün  bu  informasiya,  onun  əhəmiyyətliliyi  və  ona  çəkilən  xərclər  nəzərə 

alınmaqla, dolğun olmalıdır. 

Öhdəliyin mümkün ödəniş dəyəri əsasında qiymətləndirilməsi  təşkilatın adı 

iş  şəraitində  bu  öhdəliyin  yerinə  yetirilməsi  məqsədilə  pul  vəsaitlərinin  və  ya 

onların  ekvivalentlərinin ödənilməli olan nominal  (diskontlaşdırılmamış)  məbləği 

ilə qiymətləndirilməsini nəzərdə tutur. 

 

 



 

 



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə