Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə13/134
tarix17.09.2018
ölçüsü4,91 Mb.
#68772
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   134

40 

 

siyasətinin  əsas  istiqamətləri,  büdcə  təsnifatının  bölmələri  səviyyəsində  gəlir  və 



xərclərin  yuxarı  həddi,  dövlət  borcları,  prioritet  xərclər,  növbəti  büdcə  ili  və 

sonrakı üç il üçün icmal büdcə proqnozu və Azərbaycan Respublikasının İqtisadi 

İnkişaf  Nazirliyi  tərəfindən  investisiya  proqramının  ilkin  layihəsi  hazırlanaraq 

baxılmaq  üçün  Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinə  təqdim  olunur. 

Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  həmin  layihələri  Azərbaycan 

Respublikasının  İqtisadi  İnkişaf  Nazirliyi,  Maliyyə  Nazirliyi,  Vergilər  Nazirliyi, 

Dövlət Gömrük Komitəsi və digər icra hakimiyyəti orqanları ilə müzakirə edir. 

Cari ilin may ayının 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 

növbəti  il  üzrə  dövlət  büdcəsinin  layihəsi  və  sonrakı  üç  il  üçün  icmal  büdcə 

göstəricilərinin tərtibinə dair təlimat məktubu (bundan sonra – təlimat məktubu) 

və büdcədənkənar dövlət fondları büdcələrinin layihələri barədə rəyini hazırlayıb 

büdcənin  tərtibində  iştirak  edən  təşkilatlara  və  büdcədənkənar  dövlət  fondlarına 

göndərir.  Bu  təlimatda  aidiyyəti  məlumatlarla  yanaşı,  təşkilatlar  və  hər  bölmə 

üzrə  xərclərin  yuxarı  həddinə,  cari  xərclərə  dair  təsdiq  olunmuş  normalara, 

formalara,  ətraflı  büdcə  təklifinin  Azərbaycan  Respublikasının  Maliyyə 

Nazirliyinə  təqdim  edilməsi  üçün  yardımçı  sənədlər  daxil  olmaqla  gəlirlərin  və 

xərclərin təhlilinə (qiymətləndirilməsinə) dair məlumatlar verilir. 

Büdcə  təşkilatlarının  maliyyələşdirilməsi  müəyyən  edilərkən  onların 

büdcədənkənar vəsaitləri nəzərə alınır. 

Dövlət  büdcəsinin  gəlirlərinin  icrasını  təmin  edən  orqanlar  və  büdcədən 

maliyyələşən  təşkilatlar  təlimat  məktubuna  uyğun  olaraq  hazırladıqları  büdcə 

layihəsini,  büdcədənkənar  dövlət  fondları  isə  öz  büdcələrinin  göstəricilərini  cari 

ilin  iyul  ayının  1-dək  aidiyyəti  üzrə  Azərbaycan  Respublikasının  Nazirlər 

Kabinetinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edirlər. 

Vergilər  Nazirliyi  və  onun  müvafiq  orqanları  tərəfindən  Azərbaycan 

Respublikasının  Maliyyə  Nazirliyinin  Təlimat  məktubuna  uyğun  olaraq  təqdim 

olunan büdcə layihəsində aşağıdakı məlumatlar öz əksini tapmalıdır: 

 



keçən ildə əldə edilmiş və cari ildə gözlənilən büdcə gəlirlərinin məbləği; 


41 

 



 

hesablanmış  büdcə  gəlirlərinin  keçən  ildə  faktiki  və  cari  ildə  gözlənilən 

məbləğləri; 

 



büdcə gəlirlərinin keçən ildə faktiki və cari ildə gözlənilən məbləğləri; 

 



büdcə gəlirlərinin keçən ildə faktiki və cari ilin sonuna gözlənilən qalığı; 

 



növbəti  il  üçün  təklif  olunan  büdcə  gəlirlərinin  həcmi,  ödənilməli  olan 

vergi və ödənişlərin məbləği; 

 

büdcə-vergi siyasətində nəzərdə tutulmuş tədbirlərin qiymətləndirilməsinə 



dair göstəricilər

 



sonrakı üç il üçün gəlirlərin qiymətləndirilməsi; 

 



digər zəruri göstəricilər. 

Vergilər  Nazirliyi  və  onun  müvafiq  orqanları  müəyyən  olunmuş 

göstəriciləri  funksional  və  iqtisadi  təsnifatın  paraqrafları,  Naxçıvan  Muxtar 

Respublikası,  respublikanın  şəhər  və  rayonları  üzrə,  habelə  Azərbaycan 

Respublikasının  Maliyyə  Nazirliyi  tərəfindən  müəyyən  edilmiş  vergi 

ödəyicilərinin qrupları üzrə ayrı-ayrılıqda təqdim edirlər. 

Vergilər  Nazirliyi  tərəfindən  təqdim  olunan  büdcə-vergi  siyasətində 

nəzərdə  tutulmuş  tədbirlərin  qiymətləndirilməsinə  dair  göstəricilər  Azərbaycan 

Respublikasının  Maliyyə  Nazirliyinin  hazırladığı  büdcə  göstəricilərinin  tərtibinə 

dair  təlimat  məktubuna  müvafiq  olaraq  tərtib  olunur  və  təqdim  edilmiş 

hesablamalar aşağıdakıları əhatə edir: 

 



büdcə-vergi  siyasətində  nəzərdə  tutulmuş  tədbirlərin  büdcə  gəlirlərinə 

təsiri  (tədbirin  həyata  keçirilməsində  mütləq  ifadədə  yaranan  dəyişiklik  və 

onun büdcə gəlirlərində xüsusi çəkisi); 

 



büdcə-vergi siyasətində nəzərdə tutulmuş tədbirlərin qiymətləndirilməsinə 

dair hesablamalar (vergi ödəyiciləri və gəlir qrupları üzrə əhatə dairəsi və bu 

göstəricilər üzrə tədbirlərin həyata keçirilməsində yaranacaq dəyişiklik). 

 



Digər 

zəruri 


göstəricilər  dedikdə  fəaliyyət  növləri,  mülkiyyət 

mənsubiyyəti,  vergi  orqanlarında  hüquqi  və  fiziki  şəxslərin  vergi  ödəyicisi 

kimi  qeydiyyatı  (uçotu),  vergi növləri,  gəlir  qrupları, dövriyyə  həcmləri  üzrə 



42 

 

vergi ödəyicilərinin sayı (qeydiyyatdan keçmiş və fəaliyyət göstərən), xüsusi 



vergi  rejimi  tətbiq  olunan  vergi  ödəyiciləri  üzrə  məlumatlar  (işçilərin  sayı, 

əmək haqqı və s.), vergi növləri üzrə keçən il üçün icmal hesabat göstəriciləri, 

dövlət rüsumunu tutan orqanlar üzrə keçən il üçün icmal hesabat göstəriciləri, 

büdcə-vergi  siyasəti  tədbirlərinin  həyata  keçirilməsinin  keçən  ildə  faktiki  və 

cari  ildə  gözlənilən  nəticələrini  əks  etdirən  haqq-hesab  cədvəlləri,  vergi 

güzəştlərinin  qiymətləndirilməsinə  dair  haqq-hesab  cədvəlləri  və  s.  başa 

düşülür. 

Dövlət  Gömrük  Komitəsi  və  onun  müvafiq  orqanları  tərəfindən 

Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyinin  təlimat  məktubuna  uyğun 

olaraq təqdim olunan büdcə layihəsində aşağıdakı məlumatlar tələb olunur: 

 

keçən  ildə  edilmiş  və  cari  ildə  gözlənilən  vergi  və  gömrük  rüsumlarının 



məbləği; 

 



hesablanmış vergi və gömrük rüsumlarının keçən ildə faktiki və cari ildə 

gözlənilən məbləğləri; 

 

vergi  və  gömrük  rüsumlarının  keçən  ildə  faktiki  və  cari  ilin  sonuna 



gözlənilən qalığı; 

 



növbəti  il  üçün  təklif  olunan  vergi  və  gömrük  rüsumlarının  həcmi, 

ödənilməli olan vergi və gömrük rüsumlarının həcmi, ödənilməli olan vergi və 

gömrük rüsumlarının məbləği; 

 



büdcə-vergi siyasətində vergi və gömrük rüsumları üzrə nəzərdə tutulmuş 

tədbirlərin qiymətləndirilməsinə dair göstəricilər; 

 

sonrakı üç il üçün vergi və gömrük rüsumlarının qiymətləndirilməsi; 



 

digər zəruri göstəricilər. 



 

Dövlət  Gömrük  Komitəsi  və  onun  müvafiq  orqanları  müəyyən  olunan 



göstəriciləri funksional və iqtisadi təsnifatın paraqraflarına uyğun edirlər. 

Dövlət Gömrük Komitəsi tərəfindən təqdim olunan büdcə-vergi siyasətində 

vergi 

və 


gömrük 

rüsumları 

üzrə 

nəzərdə 


tutulmuş 

tədbirlərin 

qiymətləndirilməsinə  dair  göstəricilər  Azərbaycan  Respublikasının  Maliyyə 



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə