3
GİRİŞ
Fiziki kimya bir elm kimi XlX əsrin əvvəllərində meydana gəlmiş və fiziki-
kimyəvi hadisələrin qarşılıqlı əlaqəsini öyrənir. Fiziki kimya əsasən kimyəvi
proseslərin zamana görə getməsi və kimyəvi tarazlıq qanunlarının tədqiqi ilə məşğul
olur. Fiziki kimyanın əsas vəzifəsi öyrənilən sistemi təşkil edən qaz, maye və bərk
halda olan maddələrin molekullarının daxili quruluş və mühüm xassələrini, onların
arasında mümkün olan kimyəvi reaksiyaların sürətini, həmin sürətə xarici amillərin
təsirini öyrənən elmdir. Həmçinin fiziki kimya fənni məhlulların daxili quruluşunu
da öyrənir.
Canlı orqanizmlərdə həyat proseslərini tənzimləmək üçün müxtəlif
biokatalizatorlar, fermentlər fəaliyyət göstərir. Bu baxımdan fiziki kimya
qanunlarının bioloji təsiri əczaçılıq fakültəsində təhsil alan tələbələr üçün mühüm
əhəmiyyət kəsb edir.
Əczaçılıq fakültəsində tədris olunan fiziki kimya fənninin xüsusiyyətləri nəzərə
alınmaqla ilk növbədə aşağıdakı bölmələrin tədrisi məqsədəuyğun sayılmışdır:
-
kimyəvi termodinamika və onun qanunları;
-
məhlullar haqqında təlim, bufer məhlulları, bufer tutumu, məhlulların
kolliqativ xassələri;
-
termokimya və elektrokimya;
-
fazalar tarazlığı;
-
elektrik hərəkət qüvvəsi və elektrod potensialları;
-
konduktometriya, potensiometriya, polyaroqrafiya;
-
kimyəvi kinetika və kataliz.
Kolloid kimyanın tədqiqat obyekti dispers sistemlərdir. Kolloid kimya
heterogen, yüksəkdispersli və yüksəkmolekullu sistemlərin səth təbəqələrinin fiziki-
kimyəvi xassələrini öyrənən bir elmdir. Kolloid kimyanın banisi ingilis alimi Tomas
Qrem sayılır(1861-ci il).
Kolloid kimyanın fiziki kimya ilə sıx əlaqədar olması göstərir ki, kolloid
sistemlərin öyrənilməsi tibbdə və əczaçılıqda böyük əhəmiyyətə malikdir.
4
Canlı orqanizmlərin öyrənilməsində kolloid kimyanın rolu çox böyükdür.
Orqanizmdə baş verən bir sıra biokimyəvi proseslər onun kolloid halından irəli
gəlir. Əczaçılıqda geniş istifadə olunan müxtəlif dərman preparatlarının böyük
əksəriyyəti, həmçinin, kolloid sistemlərdən ibarətdir. Kolloid kimyanın dializ üsulu
dərman preparatlarının təmizlənməsi və hazırlanmasında, cərrahiyyə əməliyyatı
zamanı qanın başqa qarışıqlardan təmizlənməsində və s. geniş tətbiq edilir. Kolloid
kimyanın elektroforez və elektroosmos hadisələri tibbdə, əczaçılıqda geniş istifadə
olunur. Elektroforez vasitəsilə YMB-in alınması və fraksiyalaşdırılması ilə yanaşı,
bir sıra xəstəliklərin müalicəsi də aparılır.
Bu baxımdan kolloid kimya əczaçılıq fakültəsində tədris olunan fənlər
arasında mühüm və özünəməxsus yer tutur.
Fənnin məqsədi:
Deyilənləri nəzərə almaqla kolloid kimyanın aşağıda göstərilən bölmələrinin
tədrisi məqsədəuyğun sayılır:
-Dispers sistemlərin müxtəlif əlamətlərə görə təsnifatı.
- Səth hadisələrinin fiziki kimyası (səthi gərilmə, adsorbsiya,xroma-
toqrafiya).
- Kolloid sistəmlərin molekulyar-kinetik, optiki, elektrik xassələri.Kolloid
hissəciklərdə elektrik yükünün yaranması (qranula, mitsella)
- Kolloid sistemlərin koaqulyasiyası və davamlılığı.
- Elektrokinetik hadisələr: elektroforez və elektroosmos.
- YMB-in fiziki kimyası, özlülüyü və şişməsi.
- Həlməşiklər, gellər, emulsiyalar.
Tələbə öyrənməlidir:Fiziki-kimyəvi proseslərdə və dispers sistemlərdə baş verən
qanunauyğunluqları.
Tələbə nəyə yiyələnməlidir: Fiziki-kolloid kimyaya aid vacib bilikləri
mənimsəməli, əməli vərdişləri bacarmalıdır.
5
Fiziki kimya fənninə ayrılan saatların miqdarı:
Semestr
Mühazirə
Təcrübi
məşğələ
Cəmi
Attestasiya
III
15
60
75
imtahan
Kolloid kimya fənninə ayrılan saatların miqdarı:
Semestr
Mühazirə
Təcrübi
məşğələ
Cəmi
Attestasiya
IV
10
35
45
imtahan
PROQRAM
FİZİKİ KİMYA
Fiziki kimya fənni, məzmunu, üsulları və onun qısa tarixi. Fiziki kimyanın
tibbdə və əczaçılıqda rolu.
Kimyəvi termodinamika və termokimya
Kimyəvi termodinamikanın əsas elementləri. İstilik və iş. Termodinamikanın
sıfırıncı, I, II, III qanunları. Canlı orqanizm- açıq heterogen sistem kimi.
Termodinamikanın birinci qanunun bioloji sistemlərə tətbiqi. Sistemin
xarakterik hal funksiyaları (∆U, ∆H, ∆S, ∆G). Hess qanunu. Reaksiyanın istilik
effekti, temperaturdan asılılığı. Kirxhoff tənlikləri.
Termodinamik dönən və dönməyən proseslər. Tsiklik proseslər. İstilik
maşınlarının faydalı iş əmsalı. Stasionar hal, Priqojin teoremi, dönməyən proseslərin
termodinamikası.
Nernst tənliyi. Plank postulatı. Termodinamik potensiallar: izoxor-izotermik və
izobar-izotermik. Maksimal faydalı iş üçün Hibbs-Helmholts tənliyi.
Kimyəvi tarazlığın termodinamikası. Kütlələrin təsiri qanunu. Kimyəvi
reaksiyanın izoterm, izoxor, izobar tənlikləri. Fazalar tarazlığı. Hibbsin fazalar
qaydası. Birkomponentli sistemin (suyun) hal diaqramı. Klapeyron-Klauzius tənliyi.