“BƏYƏNİLMİŞDİR” “TƏSDİq ediRƏM”



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə8/25
tarix18.05.2018
ölçüsü0,65 Mb.
#44903
1   ...   4   5   6   7   8   9   10   11   ...   25

 

GİRİŞ 



 

Fiziki  kimya  bir  elm  kimi  XlX  əsrin  əvvəllərində  meydana  gəlmiş  və  fiziki- 

kimyəvi  hadisələrin  qarşılıqlı  əlaqəsini  öyrənir.  Fiziki  kimya  əsasən  kimyəvi 

proseslərin zamana görə getməsi və kimyəvi tarazlıq qanunlarının tədqiqi ilə məşğul 

olur. Fiziki kimyanın əsas vəzifəsi öyrənilən sistemi təşkil edən qaz, maye və bərk 

halda olan maddələrin molekullarının daxili quruluş və mühüm xassələrini, onların 

arasında mümkün olan kimyəvi reaksiyaların sürətini, həmin sürətə xarici amillərin 

təsirini öyrənən  elmdir.  Həmçinin  fiziki kimya  fənni  məhlulların daxili quruluşunu 

da öyrənir. 

Canlı  orqanizmlərdə  həyat  proseslərini  tənzimləmək  üçün  müxtəlif 

biokatalizatorlar,  fermentlər  fəaliyyət  göstərir.  Bu  baxımdan  fiziki  kimya 

qanunlarının  bioloji  təsiri  əczaçılıq  fakültəsində  təhsil  alan  tələbələr  üçün  mühüm 

əhəmiyyət kəsb edir. 

Əczaçılıq  fakültəsində tədris olunan fiziki kimya fənninin xüsusiyyətləri nəzərə 

alınmaqla ilk növbədə aşağıdakı bölmələrin tədrisi məqsədəuyğun sayılmışdır: 

-

 



kimyəvi termodinamika və onun qanunları; 

-

 



məhlullar  haqqında  təlim,  bufer  məhlulları,  bufer  tutumu,  məhlulların 

kolliqativ xassələri; 

-

 

termokimya və elektrokimya



-

 

fazalar tarazlığı; 



-

 

elektrik hərəkət qüvvəsi və elektrod potensialları;  



-

 

konduktometriya, potensiometriya, polyaroqrafiya; 



-

 

kimyəvi kinetika və kataliz. 



Kolloid  kimyanın  tədqiqat  obyekti  dispers  sistemlərdir.  Kolloid  kimya 

heterogen, yüksəkdispersli və yüksəkmolekullu sistemlərin səth təbəqələrinin fiziki-

kimyəvi xassələrini öyrənən bir elmdir. Kolloid kimyanın banisi ingilis alimi Tomas 

Qrem sayılır(1861-ci il). 

Kolloid  kimyanın  fiziki  kimya  ilə  sıx  əlaqədar  olması  göstərir  ki,  kolloid 

sistemlərin öyrənilməsi tibbdə və əczaçılıqda böyük əhəmiyyətə malikdir. 




 

Canlı  orqanizmlərin  öyrənilməsində  kolloid  kimyanın  rolu  çox  böyükdür. 



Orqanizmdə  baş  verən  bir  sıra  biokimyəvi  proseslər  onun  kolloid  halından  irəli 

gəlir.  Əczaçılıqda  geniş  istifadə  olunan  müxtəlif  dərman  preparatlarının  böyük 

əksəriyyəti, həmçinin, kolloid sistemlərdən ibarətdir. Kolloid kimyanın dializ üsulu 

dərman  preparatlarının  təmizlənməsi  və  hazırlanmasında,  cərrahiyyə  əməliyyatı 

zamanı qanın başqa qarışıqlardan təmizlənməsində və s. geniş tətbiq edilir. Kolloid 

kimyanın elektroforez və elektroosmos hadisələri tibbdə, əczaçılıqda geniş istifadə 

olunur.  Elektroforez  vasitəsilə  YMB-in  alınması  və  fraksiyalaşdırılması  ilə  yanaşı, 

bir sıra xəstəliklərin müalicəsi də aparılır. 

Bu  baxımdan  kolloid  kimya  əczaçılıq  fakültəsində  tədris  olunan  fənlər 

arasında mühüm və özünəməxsus yer tutur. 



Fənnin məqsədi: 

Deyilənləri  nəzərə  almaqla  kolloid  kimyanın  aşağıda  göstərilən  bölmələrinin 

tədrisi məqsədəuyğun sayılır: 

 -Dispers sistemlərin müxtəlif əlamətlərə görə təsnifatı. 

 -  Səth  hadisələrinin  fiziki  kimyası  (səthi  gərilmə,  adsorbsiya,xroma-

toqrafiya). 

 - Kolloid sistəmlərin molekulyar-kinetik, optiki, elektrik xassələri.Kolloid 

hissəciklərdə elektrik yükünün yaranması (qranula, mitsella) 

 - Kolloid sistemlərin koaqulyasiyası və davamlılığı. 

 - Elektrokinetik hadisələr: elektroforez və elektroosmos. 

 - YMB-in  fiziki kimyası, özlülüyü və şişməsi. 

 - Həlməşiklər, gellər, emulsiyalar. 



Tələbə  öyrənməlidir:Fiziki-kimyəvi  proseslərdə  və  dispers  sistemlərdə  baş  verən 

qanunauyğunluqları. 



Tələbə  nəyə  yiyələnməlidir:  Fiziki-kolloid  kimyaya  aid  vacib  bilikləri 

mənimsəməli, əməli vərdişləri bacarmalıdır. 

 

 

 



 


 

Fiziki kimya fənninə ayrılan saatların miqdarı

 

   Semestr 



  Mühazirə 

Təcrübi   

məşğələ 

     Cəmi 

  Attestasiya 

III 


15 

60 


75 

imtahan 


 

Kolloid kimya fənninə ayrılan saatların miqdarı: 

 

Semestr 



Mühazirə 

Təcrübi 


məşğələ 

Cəmi 


Attestasiya 

IV 


10 

35 


45 

imtahan 


 

 

PROQRAM 

FİZİKİ KİMYA 

Fiziki  kimya  fənni,  məzmunu,  üsulları  və  onun  qısa  tarixi.  Fiziki  kimyanın 

tibbdə və əczaçılıqda rolu. 

 

Kimyəvi termodinamika və termokimya 

Kimyəvi  termodinamikanın  əsas  elementləri.  İstilik  və  iş.  Termodinamikanın 

sıfırıncı, I, II, III qanunları. Canlı orqanizm- açıq heterogen sistem kimi. 

Termodinamikanın  birinci  qanunun  bioloji  sistemlərə  tətbiqi.  Sistemin 

xarakterik  hal  funksiyaları  (∆U,  ∆H,  ∆S,  ∆G).  Hess  qanunu.  Reaksiyanın  istilik 

effekti, temperaturdan asılılığı. Kirxhoff tənlikləri. 

Termodinamik  dönən  və  dönməyən  proseslər.  Tsiklik  proseslər.  İstilik 

maşınlarının faydalı iş əmsalı. Stasionar hal, Priqojin teoremi, dönməyən proseslərin 

termodinamikası. 

Nernst tənliyi. Plank postulatı. Termodinamik potensiallar: izoxor-izotermik və 

izobar-izotermik. Maksimal faydalı iş üçün Hibbs-Helmholts tənliyi. 

Kimyəvi  tarazlığın  termodinamikası.  Kütlələrin  təsiri  qanunu.  Kimyəvi 

reaksiyanın  izoterm,  izoxor,  izobar  tənlikləri.  Fazalar  tarazlığı.  Hibbsin  fazalar 

qaydası. Birkomponentli sistemin (suyun) hal diaqramı. Klapeyron-Klauzius tənliyi. 

 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə