“BƏYƏNİLMİŞDİR” “TƏSDİq ediRƏM”



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə9/25
tarix18.05.2018
ölçüsü0,65 Mb.
#44903
1   ...   5   6   7   8   9   10   11   12   ...   25

 

Məhlullar haqqında təlim 

İdeal  və  real  məhlullar.  Suyun  anomal  xassələri  və  canlı  orqanizmlərdə  əsas 

funksiyaları. Mayelərin bir-birində həll olması. Həllolmanın yuxarı və aşağı böhran 

temperaturu. 

Duru  elektrolit  məhlullarının  kolliqativ  xassələri:  məhlul  üzərində  doymuş 

buxar  təzyiqinin  nisbi  azalması.  Raul  qanunları.  Krioskopiya  –  donma 

temperaturunun  aşağı  düşməsi.  Ebulioskopiya  –  qaynama  temperaturunun  yuxarı 

qalxması. Vant – Hoff tənliyi. 

Zəif  və  qüvvətli  elektrolitlər.  Elektrolitik  dissosiasiya  nəzəriyyəsi,  mənfi 

cəhətləri.  Dissosiasiya  sabiti  və  dərəcəsi.  Fəallıq.  Məhlulun  ion  qüvvəsi.  Suyun 

dissosiasiyası və ion hasili. Hidrogen göstəricisi və onun təyin etmə üsulları. Zəif və 

qüvvətli  elektrolitlərin  məhlulda  pH-ının  təyini.  Bufer  sistemləri  və  onların  təsir 

mexanizmi. Henderson – Hasselbax tənliyi. Bufer tutumu və ona təsir edən amillər. 

Bufer məhlullarının əhəmiyyəti. 

Elektrokimya 

Elektrik  keçiriciliyi  və  onun  növləri.  İonların  hərəkət  sürəti.  Kolrauş  qanunu. 

Konduktometrik titrləmə. E.H.Q. Yakobi – Daniyel qalvanik elementinin quruluşu. 

Veston  elementi.  Müqayisə  və  təyinedici  elektrodlar.  Elektrod  potensialları  və 

onların yaranma mexanizmi. Standart, diffuzion və membran elektrod potensialları. 

Oksidləşmə  -  reduksiya  elektrodları.  Nernst  və  Peters  tənliyi.  Potensiometrik 

titrləmə  və  polyaroqrafiya.  Bu  üsulların  əczaçılıqda,  vəsfi  və  miqdari  analizdə 

tətbiqi. 



Kimyəvi kinetika və kataliz 

Kimyəvi  reaksiyaların  kinetikası.  Kimyəvi  reaksiyanın  molekulyarlığı  və 

tərtibi. Birinci, ikinci və «0» - tərtibli reaksiyaların kinetik tənlikləri. 

Kimyəvi  reaksiya  sürətinə  müxtəlif  amillərin  təsiri.  Arrenius  tənliyi. 

Aktivləşmə  enerjisi.  Aktiv  toqquşmalar  nəzəriyyəsi.  Mürəkkəb  reaksiyaların 

kinetikası.  Dönən,  paralel,  ardıcıl,  qoşulmuş  zəncirvari,  radiasion  və  fotokimyəvi 

reaksiyalar.  Kvant  çıxımı,  zəncirvari  və  fotokimyəvi  reaksiyaların  bioloji 

proseslərdə rolu.  




 

Kataliz və katalizatorlar. Homogen və heterogen kataliz. Turşu - əsasi kataliz. 



Heterogen katalizin nəzəriyyələri. 

Fermentativ  reaksiyaların  kinetikası  və  onun  xüsusiyyətləri.  Fermentlərin 

aktivliyi  və  seçiciliyi.  Canlı  aləmin  təkamülündə  fermentlərin  rolu.  Mixaelis  – 

Menten tənliyi. Berq koordinatı. 



Kolloid kimya 

Kolloid kimya fənni, məzmunu, tibbdə və əczaçılıqda rolu. 

Dispers sistemlərin fiziki kimyası və müxtəlif əlamətlərə görə təsnifatı. 

Maddənin 

kolloid  halı.  Dispers  sistemlərin  alınma  (dispersləşmə, 

kondensləşmə,  peptizasiya)  və  təmizlənmə  üsulları  (dializ,  elektrodializ, 

ultrasüzmə). 

Kolloid  sistemlərin  molekulyar  –  kinetik  xassələri  (Broun  hərəkəti,  diffuziya, 

osmos,  sedimentasiya),  Eynşteyn  tənliyi.  Fik  qanunları.  Sedimentasiya  tarazlığı. 

Sentrifuqa.  Kolloid  sistemlərin  optiki  xassələri.  İşığın  udulması  və  səpələnməsi. 

Lambert-Buger-Ber  qanunu.  Tindal  effekti.  Reley  tənliyi.  Nefelometriya, 

ultramikroskopiya və elektronomikroskopiya. 

Dispers  sistemlərin  elektrik  xassələri.  Kolloid  hissəciklərin  elektrik  yükünün 

yaranma  mexanizmi.  İkiqat  elektrik  təbəqəsi  və  onun  quruluşu.  Helmholts-Perren, 

Qui-Çepmen  və  Ştern  nəzəriyyələri.  Mitsella,  aqreqat,  nüvə  və  qranula.

 ????????????(????????????)

3



????????????(????????????)



3

 və Berlin abısı mitsellasının quruluşu. 

Elektrokinetik  hadisələr:  elektroforez,  elektroosmos,  axma  və  çökmə 

potensialı. 

Dzetta  potensialı,  ona  elektrolitlərin  təsiri.  Helmholts-Smoluxovski  tənliyi. 

Elektroosmosun və elektroforezin tibbdə tətbiqi. 

Kolloid  hissəciklərin  davamlılığı  və  koaqulyasiyası.  Kinetik  və  aqreqativ 

davamlılıq. Kolloid məhlullarının stabilləşdirmə yolları, stabilizatorlar. 

Koaqulyasiyanın  kinetikası  və  növləri.  Koaqulyasiya  astanası.  Şultse-Hardi 

qaydası. 

Koaqulyasiya  zonalarının  növbələnməsi.  Elektrolitlərdə  koaqulyasiya 

(additivlik, antaqonizm və sinerqizm). Hofmeytser (liotrop) sırası. 




 

Kolloid  mühafizəsi,  “qızıl”  və    “gümüş”  ədədləri.  Koaqulyasiyanın  əsas 



nəzəriyyələri. DLFO nəzəriyyəsi. Tiksotropiya. Koaqulyasiyanın əhəmiyyəti. 

Kolloid  sistemlərin  müxtəlif  sinifləri:  aerozollar,  tozlar,  suspenziyalar, 

emulsiyalar,  onların  alınması,  xassələri,  davamlılığı  və  əczaçılıqda  tətbiqi. 

Emulqatorların  təsir  mexanizmi.  Emulsiya  fazalarının  çevrilməsi.  Koalessensiya. 

Qatı və ifrat qatı emulsiyalar. Emulsiyaların əczaçılıqda tətbiqi. 

 

Səth hadisələri (səthi gərilmə, adsorbsiya, xromatoqrafiya) 

Fazalar  səthində  adsorbsiya.  Səthi  aktiv  və  səthi  qeyri-aktiv  maddələr. 

Şişkovski  tənliyi,  Düklo-Traube  qaydası.  Molekulyar  və  ion  adsorbsiyası.  Seçici 

adsorbsiya. Panet-Fayans qaydası. 

 “Hibbsin  adsorbsiya  tənliyi.”  “Bərk  maddə-qaz”,  “Bərk  maddə-məhlul”, 

“məhlul-qaz” sərhəddində adsorbsiya. Ləngmür, Freyndlixin adsorbsiya izotermi və 

tənlikləri. BET nəzəriyyəsi. Adsorbentlərin tibbdə və əczaçılıqda tətbiqi. 

Xromatoqrafiya, növləri (kağız üzərində, maye, qaz-maye, adsorbsion və nazik 

təbəqəli).  Gel-süzmə.  Dərman  maddələrinin  və  digər  müxtəlif  birləşmələrin 

analizində xromatoqrafiyanın tətbiqi. 

 

Biopolimer məhlullarının fiziki kimyası 

Yüksək  molekullu  birləşmələr  (YMB),  alınması,  xassələri,  şişməsi  və  həll 

olması. İzoelektrik nöqtə. 

Şişmənin mexanizmi və termodinamikası. Şişmə dərəcəsinə təsir edən amillər. 

YMB  özlülüyü.  Nyuton  və  Puazeyl  tənlikləri.  Özlülüyün  növləri  və  Ostvald 

viskozimetrilə  təyini.  Ştaudinger  tənliyi.  Müxtəlif  maddələrin  molekul  kütləsinin 

viskozimetrik üsulla təyini. 

 

 



 

 

 



 

 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə