“BƏYƏNİLMİŞDİR” “TƏSDİq ediRƏM”



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə2/25
tarix18.05.2018
ölçüsü0,65 Mb.
#44903
1   2   3   4   5   6   7   8   9   ...   25

 

giyasının  tələbələr  tərəfindən  yaxşı  mənimsənilməsində  bünövrə  yaratmaq  və 



yardımcı olmaqdır.    

Tələbə  nəyi  öyrənməlidir:  Kimyəvi  birləşmələrin  vəsfi  və  miqdari  analiz 

üsullarını. 

Tələbə  nəyə  yiyələnməlidir:  Maddənin  vəsfi  və  miqdari  analizini  həyata 

keçirməyi. 

Mövcud  tədris  planı  üzrə  əczaçılıq  fakültəsində  analitik  kimya  kursunun 

tədris edilməsinə aşağıdakı miqdarda tədris saatları ayrılır. 

Tədris 


semesteri 

Mühazirə 

Qrup 

məşğələri 



Cəmi 

Attestasiya 

növü 

III 


18 

72 


90 

imtahan 


IV 

14 


61 

75 


imtahan 

Ümumi: 


32 

133 


165 

 

P R O Q R A M  



                                                I. Ümumi məlumat 

Analitik  kimya  fundamental  elm  kimi.  Analitik  kimya  fənninin  məqsədi, 

vəzifəsi və digər fənnlərlə əlaqəsi. 

Kimyəvi  analiz,  ümumi  anlayış.  Kimyəvi  analizin  tətbiq  növləri.  Texniki, 

kənd  təsərrüfatı,  qida  maddələri,  biokimyəvi,  sanitar-kimyəvi,  əczaçılıq, 

toksikoloji,  kimyəvi-toksikoloji,  məhkəmə-kimyəvi  analiz.  Analitik  xidmət  və 

vəzifəsi.  Analitik  kimyanın  əczaçıların  hazırlanması  sistemində  əhəmiyyəti. 

Əczaçılıq  analitik xidmət. 

Kimyəvi  analizin  əsas  bölmələri.  Vəsfı,  miqdari,  quruluş  və  sistem  analizi. 

Analiz  növləri  (kimyəvi,  instrumental,  bioloji).  Nümunənin  miqdarından  asılı 

olaraq kimyəvi analizin təsnifı. 

Analitik kimyanın qısa inkişaf tarixi. Alimlərin rolu. 

 

 

II. Analitik kimyanm nəzəri əsasları. 



Elektrolit məhlulları nəzəriyyəsi 

Analitik  reaksiyaların  yerinə  yetirilməsi  üçün  məhlullar  mühit  kimi.  Su 




 

həlledici kimi.  Qüvvətli elektrolit nəzəriyyəsinin əsas  müddəaları. İonların fəal 



və ümumi qatılığı. Məhlulun ion qüvvəsi, ionların fəallıq əmsalı, bunlar arasında 

asılılıq. 



Kütlələrin təsiri qanunu və tətbiqi 

Kimyəvi  reaksiyaların  sürəti.  Sürət  sabiti.  Dönər  kimyəvi  reaksiyalar. 

Müxtəlif  tarazlıq  növlərində  tarazlıq  sabiti.  Kütlələrin  təsiri  qanunu  və  riyazi 

ifadəsi. 

Tarazlıq  sabitlərinin  növləri:  konsentrasion  və  termodinamiki,  onların 

ifadəsi  və  qarşılıqlı  əlaqəsi.  Yaranma  (əmələ  gəlmə),  ionlaşma  (parçalanma) 

sabitləri, ümumi və mərhələli tarazlıq sabitləri, qarşılıqlı əlaqəsi. Tarazlıq sabit- 

lərinin analizdə əhəmiyyəti.  

 

Turşu-əsasi tarazlıq 

Turşu  və  əsasların  protolitik  nəzəriyyəsi.  Bu  sahədə  müxtəlif  alimlərin 

fəaliyyəti  və  nəzəriyyənin  inkişaf  etdirilməsi.  Analitik  kimyada  istifadə  edilən 

turşu-əsasi  reaksiyaların  növləri.  İonlaşma,  neytrallaşma,  hidroliz.  Suda  proto-

litik tarazlıq. Suyun ion hasili. Hidrogen göstəricisi (pH). Hidroksid göstəricisi 

(pOH).  Onların  riyazi  ifadəsi.  pH  şkalası.  Zəif  elektrolitlərin  qüvvəsinin 

səciyyəsi.  Turşuluq  sabiti,  əsaslıq  sabiti,  protonlaşma  sabiti.  Onların  riyazi 

ifadələri.  Qüvvətli  və  zəif  elektrolitlərin  məhlulunda  pH  və  pOH-ın 

hesablanması. 

Duzların  sulu  məhlulunda  protolitik  tarazlıq.  Hidroliz  dərscəsi  və  sabiti. 

Hidrolizə  uğrayan  müxtəlif  duz  məhlullarının  pH-nın    hesablanması.  Analizdə 

hidrolizin istifadə edilməsi. 

Bufer  sistemlərində  protolitik  tarazlıq.  Bufer  məhlulların  növləri  və  təsir 

mexanizmi.  Bufer  həcmi  və  hesablanması.  Bufer  məhlulların  pH-ı  və  onun 

hesablanması. Bufer məhlullarının analizdə tətbiqi.  

«Çöküntü-məhlul» sistemində heterogen tarazlıq 

Maddənin suda həll olması. Çöküntünün əmələ gəlməsi. Həll olma hasili, ion 

hasili,  həllolma  və  qarşılıqlı  əlaqələri.  Həll  olmanın  hesablanması.  Həllolmanın 

sıra  qaydası  və  əhəmiyyəti.    Fərdi  çökdürmə  üsulu.  Tam  çökmə  şəraiti  və 




 

hesablanması. 



Müxtəlif amillərin tam çökməyə təsiri: a) çökdürücü reaktivin artığı, b) eyni 

adlı  ion,  c)  duz  effekti,  ç)  temperatur,  d)  həlledicinin  təbiəti,  e)  çökdürücü 

reaktivin ionlaşma dərəcəsi, ə) pH, f) kompleksəmələgətirici reaktivlər və s. 

 

Oksidləşmə-reduksiya reaksiyaları və kimyəvi  



analizdə əhəmiyyəti 

Oksidləşmə-reduksiya  reaksiyaları.  Oksidləşmə-reduksiya  cütü.  Nernst 

düsturu. Standart və elektrod potensialı. 

Oksidləşmə-reduksiya  reaksiyalarının  tarazlıq  sabiti,  reaksiyanın  istiqamət 

və  tamlığına  təsiri.  Müxtəlif  amillərin  oksidləşmə-reduksiya  reaksiyalarının 

gedişinə  və  sistemin  oksidləşmə  potensialına  təsiri:  a)  pH,  b)  temperatur,           

c) katalizator, ç) ion qüvvəsi, d) qatılıq, e) həlledicinin təbiəti, ə) kənar reaksiya- 

lar (çökdürmə, kompleksəmələgəlmə, ekstraksiya və s.) 

Vacib  oksidləşdirici  və  reduksiyaedici  maddələr.  Oksidləşmə-reduksiya 

reaksiyaların kimyəvi analizdə tətbiqi. 



 

Kompleksəmələgəlmə və kimyəvi 

analizdə əhəmiyyəti 

  Kompleks birləşmələr haqqında anlayış. 

Kompleks  birləşmələrin  növləri,  onların  həll  olması,  davamlığı,  rəngi. 

Davamlıq  və  davamsızlıq  sabiti,  onların  növləri,  kimyəvi  analizdə  əhəmiyyəti. 

Kompleks  birləşmələrin  parçalanma  şəraiti.  Kompleksəmələgəlməyə  təsir  edən 

amillər:  pH,  reaktivin  qatılığı  və  s.  Kompleks  birləşmələrin  kimyəvi  analizdə 

əhəmiyyəti və tətbiqi. 

Üzvi reaktivlərlə kompleks birləşmələr. Üzvi reaktivlərdə funksional analitik, 

analitik-fəal,  xromofor  qruplar.  Çuqayevin  tsikl  qaydası.  Üzvi  reaktivlərlə  əmələ 

gələn  kompleks  birləşmələrin  növləri.  Daxili  kompleks  birləşmələr  (xelatlar),  ion 

assosiatları və onların davamlığı. Vacib üzvi reaktivlər: 1-nitroza-2-naftol,  8-oksi-

xinolin,  diasetildioksim,  ditizon,  alizarin,  rodizonat,  difenilkarbazon,  difenil-

karbazid,  kupron,  kupferon,  maqnezon  və  s.  Üzvi  reaktivlərin  kimyəvi  analizdə 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə